Məhkəmə qərarları › İş №2(125)-7058/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7058/2023

26.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7058/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X6 İstismar İdarəsinə qarşı “borcun ləğv edilməsi və ya yenidən hesablanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X6 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12960 kub/metr həcmində dəyəri 1555.20 manat cərimənin ləğv edilməsi və ya yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 iyun 2023-ci il tarixdə xidmət sahəsinin mütəxəssisləri tərəfindən sayğaca baxış keçirmiş və müdaxilə fakti aşkarlanib o, bunu qəbul etməmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş sayğacın çıxış borusunun deşilməsi müəyyən edilmişdir. Yeni sayğac quraşdirildıqdan sonra sayğacı quraşdıran şəxslər tərəfindən yenidən həmin mənzilin qaz qurğularına baxış keçirməli və aktda qaz qurğuları haqqında cədvələ qeyd olunmalı idi, edilməmişdir. Hesabat sayğacin çixarilma aktinda qeyd olunan cihazlarin saatliq qaz sərfinə uyğun olaraq aparılır. Hesabat mövcud qanunvericilik, Nazirlər kabinetinin qərari və ARDNŞ- nin hüquqi normativ sənədlərinin bəndlərinə uyğun aparılmalıdır. Hesabat sayğac çıxarılandan sonra 90 gün ərzində aparılır. 25 iyun 2023-cü il tarixli akta cihazlar bölümündə 1-ədəd mətbəx tipli PQ-2, 1ədəd Suqızdırıcı (Pitiminyutka) və 1-ədəd Radiator sobası qeyd edilib. Hal bu ki bizdə Radiator sobasını işlətmirik. Sayğacın çixarilma tarixindən geri 90 gün götürsək iyun ayinin 25 günü və may ayinin 31 günü və aprel ayinin 15 günü yay rejimində hesablanmalıdır belə desək 25+31+15=71 gün yay və 90-71=19 gün qiş rejimində dəymiş ziyan hesablanmalidir. Qeyd edim ki, yayin istisində heç kim qizdırıcı cihazdan istifadə etmir və və niyə görə 24 saatla hesabat aparimalidir. Mənzildə bir ədəd PQ-2 olmasina baxmayaraq bir ədəd də dəmir pec məcbur edilərək akta qeyd edilib. Niyə məhz dəmir soba? Cünki dəmir sobanın saatlıq qaz sərfi 1.4 m3/saatdir. Eyni zamanda əgər bizim müdaxiləmiz olunubsa niyə sayğacın plombu yerində olmaması barədə akta qeyd edilməyib. Akta əlavə cihazlar yazılır və cihazların işlətdiyi qaz hesablanarkən metodiki tövsiyyələrə zidd hesablanır nəticədə dəymiş ziyan 5-6 qat artiq olur. Digər tərəfdən bildirirəm ki, qeyd olunan ünvanda biz iki nəfər ər-arvad yaşayırıq. İki nəfər istəsə də cərimədə göstərilən həcmdə qaz istifadə edə bilməz. Onların Göygöl rayonu Qarabulaq kəndində bağ evi var. Hər il may ayından oktyabr ayına kimi bağ evində ailəlikcə yaşayırlar. X3 onun arvadıdır. Xidmət sahəsinin mütəxəssisləri tərəfindən sayğaca baxış keçirən zaman təsadüfən evin gəlini evdə təmizlik işi aparmaq üçün Gəncədə evdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iclasa gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 İstismar İdarəsi tərəfindən X2 ünvanlanmış “Müraciətə baxılması barədə” xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanınızda qaz sayğacının əvəzlənməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2- 14/1-B-xx-xx/2023-709 nömrəli müraciətə X6 istismarı İdarəsində araşdırılmışdır. AGİS bazasında kod: **********00392 olmaqla X1 adına qeydiyyata alınmışdır. Cavab olaraq bildiririk ki, sözügedən ünvanda quraşdırılmış G-4 markalı sonradan ödənişli ZENNER tipli **********2 zavod nömrəli qaz sayğacı çıxarılmış Dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli MSK-14-2-2/3-5- 6764/Q001 saylı rəyinə əsasən sayğaca baxış keçirildi. Qaz sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Hesablama mexanizmi nominal,minimal sərfiyyatda 100% nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bu səbəbdən 12960 m3 həcmində dəyəri 1555.20 manat məbləğində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı iş üzrə İddiaçı qismində borcun ləğv edilməsi və ya yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin İddiaçı hansı ünvana hesablanmış borcu mübahisələndirdiyini tələbində dəqiq göstərməmiş, iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. Bundan başqa, borcun hesablandığı ünvana dair iddia qaldırmaq hüququnu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmiş, habelə həmin ünvana dair iddia ilə məhkəməyə müraciət etmək hüququ olan əsl iddiaçı ilə əvəz olunmasından imtina etmişdir. Bundan başqa, cavabdeh qismində X6 İstismar İdarəsinin tələbin yönəlməli şəxs olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmiş, habelə cavabdehin əsl cavabdehlə əvəz olunmasından imtina etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir ünvanda sadəcə qeydiyyatda olmaq həmin ünvana dair iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq yaranmasına əsas hesab edilmir. Məhkəmə qeyd edilənlərə əsasən, hazırkı iş üzrə tələbin əsaslı olması sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X6 İstismar İdarəsinə qarşı “borcun ləğv edilməsi və ya yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar