Məhkəmə qərarları › İş №2(125)-7074/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7074/2025

19.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7074/2025 19.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “su borcunun silinməsi” tələbinə dair (Açar söz: kommunal xərclərlə bağlı istehlakçının hüquqlarının müdafiəsi) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2 iclas katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Azərbaycan Dövlət Su X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “su borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: I. İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “su borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə yazılmış 884 manat 97 qəpik cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddia tələbinin əsaslandığı hallar: İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev 1999-cu ildən ona məxsusdur. O, həmin evdə yaşayandan suyu gəlməmiş, həmişə sudan əziyyət çəkmişdir. Çoxsaylı şikayətləri olsa da, heç kim şikayətinə məhəl qoymamış, onun suyu gəlməmişdir. Onu hər dəfə bir bəhanə ilə başdan etmiş, gah “get su xəttinə kislorod vurdur”, gah “gəlib qazıb su xəttinizə baxacayıq” deyərək suyunu düzəltməmişlər. Əksinə suyu gəlmədiyi halda ona 884,97 manat borc yazılmışdır. O, bu barədə Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. X7 İdarəsinə baxılması üçün göndərilmiş, lakin yenə də onun evinə su gəlməmişdir. Halbuki həmin vaxt onun qonşularının suyu gəlmişdir. O, məcbur olub maşınla su almaqla, qonşulardan su daşımaqla ehtiyaclarını ödəmişdir. Evində su gəlmədiyi üçün o da su pulunu ödəməmiş və düşünmüşdür ki, bu normaldır, ona görə ki, onun su xəttinə bir damcı da olsun su gəlmirdi. Hazırda ərazidə bəzi yerlərə su sayğacı qoyulandan ona sızıntı su gəlsə də həmin su ilə heç bir iş görmək olmur, yəni həmin su heç təmiz suya da oxşamır. Hazırda yaşadığı əraziyə su sayğacı qoyulur. Bu üzdən də ondan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə üzərinə yazılmış 884,97 manat pulun ödənilmədi tələb olunur. Əks təqdirdə ona su çəkilməyəcəyi bildirilir. Bildirir ki, onun ailə vəziyyəti ağırdır. Həyat yoldaşı 1990-cı ildə vəfat etmişdir. Həmin vaxtdan o, qızını tək böyütmüş, hazırda da qızı ilə yaşayır. Qızının 3 azyaşlı uşaqları olduğu üçün işləyə bilmir. O, özü də hipertoniya xəstəsidir, təqaüdlə dolanır. Aldığı təqaüd onun dava-dərmanına sərf olunduğundan o, üzərinə yazılmış su borcunu ödəmək iqtidarında deyildir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən üzərinə yazılmış borc silinməlidir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh orqanın əməkdaşları tərəfindən ona əsassız su borcu yazılmışdır. Eyni zamanda onun həmin borcu ödəməyə maddi imkanı da yoxdur. Həmin ünvanda su və kanalizasiya xətti mövcud olsa da su gəlmir. Belə olan halda istifadə etmədiyi suya görə borc yazılması absurddur. Evdə suya olan ehtiyacını ödəmək üçün oradan-buradan daşıyıb su gətirir. Dəfələrlə aidiyyəti qurumlara şikayətdə etmiş, lakin nəticəsi olmamışdır. Su damcı-damcı gələn zaman müəyyən ödənişlər etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə 2005-ci il tarixdə müqavilə bağlanmış və ünvan 2 ünvanı su ilə təmin edilmişdir. Abonent kartına diqqət yetirdikdə görünür ki, sözügedən ünvanda ailə tərkibi 1 və 2 nəfər olan zaman normal ödənişlər edilmiş, lakin, ailə tərkibi artandan sonra az miqdarda ödənişlər olmuşdur. İddiaçı suyun gəlmədiyini bildirdiyi halda gəlməyən suya görə ödəniş etməsi ağlabatan olmamaqla, suyun heç vaxt gəlməməsi də inandırıcı deyildir. Bundan başqa iddiaçı yaşadığı evdə sudan istifadə etmiş və həmin istifadə edilmiş çirkab sular kanalizasiya xəttinə axıdılmışdır. Bu da öz növbəsində çirkab suların axıdılmasına görə də ödənişin edilməsi öhdəliyini yaradır. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. İV. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 10 sentyabr 2025-ci il tarixli, 3-54/2-Q-4xx-xx/2025/2 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən alınmış məlumatda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na əsasən aparıldığı, qaydaların 7.4-cü bəndinə əsasən müəyyən edildiyi, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hər ay istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini və buna görə ödənilməli olan vəsaiti əks etdirən hesab fakturanın təqdim edildiyi, yaşadığı ünvanda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi 2 nəfər, xx.xx.2021-ci il tarixdən 4 nəfər olmaqla ailə tərkibinə görə aparıldığı, qeyd edilən tarixdən mənzildə istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməli olan vəsaiti əks etdirən hesab fakturaların aylar üzrə təqdim edilməsinə baxmayaraq müntəzəm olaraq ödəniş edilmədiyi üçün xx.xx.2025-ci il tarixinə kimi hesabında 835,47 manat borcun yarandığı qeyd edilmişdir. Məlumatda sözügedən borcun Qaydaların 7.15-ci bəndinə uyğun olaraq STKM ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödəyə biləcəyi bildirilmişdir. PHŞ-nin mövqeyi ilə razılaşmadığı halda məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. - Abonent kartından görünür ki, abonent kodu **********000 olan İddiaçı məxsus olan ünvan 2 ünvanının su borcu 884,97 manat təşkil edir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 əməkdaşları tərəfindən ünvan 2 ünvanına su borcunun yazılmasını mübahisələndirmiş və həmin ünvana suyun verilmədiyi halda həmin məbləğdə borcun yazılmasını qanunsuz olduğunu əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş, lakin iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinə əsasən:

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. 58-ci maddəsinə görə ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən ünvan 2 ünvanına yazılan 884,97 manat borcun silinməsi xahiş edilsə də, iddiaçıya məxsus yaşayış sahəsi üzrə su təchizatı faktiki olaraq mövcud olmaqla, qismən ödənişlər edilmiş, su istehlakı aparılmış və mövcud hesablamalar “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə uyğun olaraq hesablanmış və rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən qeyd edilən borcun qanunsuz hesablanmasına və ya borcun silinməsinə əsas verən hallar məhkəmə iclasında sübut edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına əsasən, iddia tələbinin əsaslığını sübuetmə yükü iddiaçının üzərinə düşür. Eyni zamanda su borcunun silinməsi yalnız qanunla əsaslı və ya hüquqi halların mövcudluğu zamanı mümkündür. Lakin iddiaçı tərəfindən belə hallar - borcun səhv hesablanması, xidmətin göstərilməməsi, suyun iddiaçının yaşadığı ünvana verilməməsi və s. sübut olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “su borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “884,97 manat su borcunun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar