Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-710/2025 13.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız hesablanmış 1788 (bir min yeddi yüz səksən səkkiz) manat 40 qəpik borcun ünvan 3 **********00460 saylı abunə hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X20 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, ******* saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, yoxlama zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Bunun əsasında ona 1788 manat 40 qəpik borc hesablanmışdır. Həqiqətən də, sayğacdan kənar xətt olmuşdur. Həmin xətti 2024-cü ilin yeni il bayramında istifadə etmişdir. Həmin müdaxilə məcburiyyət qarşısında olmuşdur. Belə ki, himayəsində 4 nəfər azyaşlı uşağı vardır. Sosial yardımla dolanır. 2023-cü ilin dekabr ayının sonunda sosial yardım dayanmışdır. Bu isə onun ailəsinin maddi vəziyyətinin daha da, pisləşməsinə səbəb olmuşdur. Havaların soyuq keçməsi və təbii qaza olan tələbat bu addımı atmağa məcbur etmişdir. 2021-2024-cü illərin abonent saldosuna baxdıqda açıq-aşkar görmək olur ki, ödənişlərin həyata keçirilməsində hər hansı fərq yoxdur. Bu qədər cərimənin hesablanması, ağır olan güzərananın daha da, pisləşməsinə səbəb olacaqdır. Hesab edir ki, borc artıq hesablanmışdır. 12 gün müddətinə bu qədər cərimənin hesablanması mümkün deyildir. Cavabdeh orqanın nümayəndələri hər ay yoxlanış edirlər. Əgər müdaxilə olunmuş olsaydı, həmin vaxt aşkar edilərdi. Hər şeyi olduğu kimi deyir ki, məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsinə az da, olsa köməklik etsin. Cavabdeh orqan aktda qeyd edir ki, Lətif Tağıyev aktda imza etməkdən imtina etmişdir. Bildirmək istəyir ki, atası X10 2011-ci ildə vəfat etmişdir. X9 iştiraçısı olmaqla müharibə veteranıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh orqanın əməkdaşları tərəfindən onun ünvanında quraşdırılan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı onun sayğacdan kənar əlavə xətt çəkdiyi aşkar edilərək, xx.xx.2024-cü il tarixli, ******* nömrəli «Təbii X11nın pozulması» haqqında akt tərtib edilmişdir. O, qaz xəttinə qanunsuz qoşulmuşdur və həmin qoşulmanı, eləcə də qoşulma nəticəsində vurulmuş zərəri qismən qəbul edir. Belə ki, sözügedən kənar xətdən 12 gün istifadə etmişdir. Lakin təbii qazdan qanunsuz istifadə ilə əlaqədar ona əsassız olaraq həddində artıq şişirdilmiş və yüksək məbləğdə borc hesablanmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 503163 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında nikah 18 aprel 2022-ci il tarixində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 aprel 2022-ci il tarixdə 1043 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Hüseynova soyadı verilmişdir. AZ-İİ seriyalı, 621653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 dekabr 2010-cu il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X2r. AZ-İİ seriyalı, 946218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 noyabr 2012-ci il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X2r. AZ-İİ seriyalı, 946217 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 noyabr 2012-ci il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X2r. AZ-İİİ seriyalı, 687276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 dekabr 2015-ci il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X2r. AZ-İ seriyalı, 498743 nömrəli, 14 oktyabr 2011-ci il tarixli, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 oktyabr 2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 oktyabr 2011-ci il tarixdə 708 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qaraciyər çatmamazlığıdır. **********00460 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı təbii X11nın pozulmasına görə tərtib edilən aktla bağlı 1788.40 manat borc yazılmışdır. “Təbii X11nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə RQİİ Gəncə XS TQQ və SX-nin rəisi Avarov Müseyib, böyük mühəndis Atakişiyev Vaqif, qaz nəzarətçisi Əliyev Anar iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: ünvanda küçə qaz xəttindən rezin borcu vasitəsi ilə sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı “Tağıyev Lətif” aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, “İtron” tipli, G-4 markalı, 1402AZ**********37 nömrəli sayğacın çıxarılma səbəbi “istismar müddətinin bitməsi”, “Zenner” tipli, G-4 markalı, **********7 nömrəli sayğacın quraşdırılma səbəbi “əvəzləmə” qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 23 yanvar 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə “X11”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Əsas xx.xx.2024-cü il tarixli, AKT 0400431. Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/ saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması. 1.2x12x360=5184 m3, 1.5x12x180=3240 m3, 1.5x12x360=6480 m3. Cəmi 14904 m3. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 1628 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi arvadı – X5, oğlu – X6, oğlu – X7, oğlu – X3 və oğlu – X1 ibarətdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00460 abonent kodlu istehlakçıdır. ünvan 3 ünvanında yerləşən qaz sayğacına cavabdeh olan «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuş və “Təbii X11nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sözügedən aktla itirilmiş qazın həcmi müəyyən olunarkən orta günlük iş rejimi 12 saat, qazın dəyəri 12 qəpik, nominal qaz sərfi 1.2, 1.5 və 1.5 m3/saat və hesabat müddəti 360, 180 və 360 gün hesablanmışdır. İddiaçı 12 gün müddət ərzində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyini bildirsə də buna dair məhkəməyə tutarlı sübutlar təqdim edə bilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X11 ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X11 ilə tənzimlənir. X11 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X11»nın 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların: - 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - 6.5-1.1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2-ci bəndinə görə əvvəlki dövrün orta gündəlik qaz sərfi; - 6.5-1.3-cü bəndinə əsasən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli qərarı ilə təsdiq edilmiş «X11»nın tələbindən göründüyü kimi təbii qazdan qanunsuz istifadə halları aşkar olunarkən hesabat müddəti bir mövsüm, yəni 3 ayadək (90 gün) müddətə hesab edilməlidir. Lakin, cavabdehin iddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 360, 180 və 360 gün və itirilmiş qazın həcmi 14904 m3, həmin qazın dəyəri isə 1788,40 manat hesablanmışdır. Halbuki, Qaydaların tələbləri nəzərə alınmaqla, hazırkı iş üzrə bir dəfə hesabat aparılmaqla, hesabat müddəti bir mövsüm, yəni 90 gün, orta günlük iş rejimi 12 saat və nominal qaz sərfi 4m3/saat hesablandıqda itirilmiş qazın həcminin 4320 m3 (12x4x90), dəyərinin isə 518,40 manat ( 4320 m3 x 0,12 manat) olduğu müəyyən edilir. Göründüyü kimi, “Təbii X11nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın dəyəri 518,40 manat olduğu halda, itirilmiş qazın həcmi 14904 m3, dəyəri 1788,40 manat hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X11nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1788.40 manat məbləğində pul vəsaitinin 1270 manat hissəsi silinməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X11nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1788.4 (bir min yeddi yüz səksən səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin 1270 (bir min iki yüz yetmiş) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-710/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-710/2025
13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver