Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7140/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyan» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhər Təhsil İdarəsinin Nizami Gəncəvi adına 11 nömrəli orta məktəbin 14.*9.2*22-ci il tarixli, 241 nömrəli və 15.*9.2*22-ci il tarixli, 26* nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçının həmin məktəbdə tam ştat üzrə bədii qiraət dərnəyinə dərnək rəhbəri vəzifəsinə bərpa edilməsi və həmin dövrlər üçün maddi ziyana görə əmək haqqının hesablanıraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) E.İ.Məmmədov izahatında İddiaçı və Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbi arasında mübahisənin həllinə dair razılıq olduğunu və bununla əlaqədar İddiaçı iddiadan imtina etdiyini bildirərək, həmin imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) N.Q.Mustafayev 25.12.2*23-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında N.Ə.Nərimanovanın iddiadan imtinasının qəbul olunmasına və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmiş, mülki işin məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı 25.12.2*23-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi izahatında göstərmişdir ki, Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbi ilə aralarında olan mübahisə məhkəmədən kənar qaydada öz həllini tapmış, 2*.12.2*23-cü il tarixində mediasiyada barışıq sazişi bağlanmışdır. Buna görə də o, iddiadan imtina edib, hazırki iddiadan imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İddiadan imtinanın və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri ona məlumdur. İşdə olan 2*.12.2*23-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Gəncə- Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbi arasında hazırda məhkəmənin icraatında olan «əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyan» tələbi barədə mübahisəyə dair barışıq əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.*.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyan» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-7140/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7140/2023
26.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver