Məhkəmə qərarları › İş №2(125)-7144/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7144/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7144/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «uşağın yaşayış yerinin müəyyən edilməsi, alimentin təyin olunması və məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsinə, xx.xx.2012-ci il təvəllüdlü X7 üçün aliment miqdarının artırılmasını,yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X6 onun himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-426/2023 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və həmin uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh oğlu ilə 2008-ci il tarixində nikaha girmişdir. Onların birgə nikahlarından Nərmin və Amur adlı uşaqları olmuşdur. Daha sonra aralarında olan ər-arvad münasibətləri pozulmuş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3958/2015 nömrəli qətnaməsinə əsasən nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 onun yanında, xx.xx.2010-cu il təvəllüdlü X6 isə atası Cavabdeh oğlunun yanında qalması müəyyən edilmişdir. Daha sonra o, azyaşlı övladının saxlanmasında çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 426/2023 nömrəli qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4637/2023 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 üçün 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh oğluna ödənilməsi qət edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdən Amur atasının deyil, onun yanında yaşayır. Cavabdeh Amurun saxlanması üçün hər hansı bir maddi köməklik göstərmir. O, satıcı işləsə də əldə etdiyi qazanc hesabına xərclərinin az bir hissəsini ödəyə bilir. Buna görə də o, hər iki uşağın maddi təminatlarının ödənilməsində çətinlik çəkir. Halbuki, birgə nikahdan doğulmuş uşaqların maddi təminatlarını ödəmək, ödəmək onunla yanaşı Cavabdeh da vəzifəsidir. Digər tərəfdən yaşayış miniumu dəyişdiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-426/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği xx.xx.2012-ci il təvəllüdlü X2 üçün yetərli deyildir. Buna görə də X6 onun himayəsinə verilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması zəruridir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi (vəkili) C.M.Əliyev iddianı qismən etiraf edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 anası İddiaçı himayəsinə verilməsinə və xx.xx.2010-cu il təvəllüdlü X3 üçün 150 manat sabit pul məbləğində aliment ödəməyə razı, iddianı digər hissədə qəbul etmir. Belə ki, Cavabdeh oğlu ikinci dəfə evlənmiş və həmin evliliyindən iki uşağı vardır. Yəni öhdəliyində halhazırda ailəsi vardır. Bununla yanaşı iddiaçı özü isə işləyir və daimi iş yeri vardır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-426/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarının artırılması Cavabdeh mənafeyinə ziddir. Sonda C.M.Əliyev iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 551132 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh oğlu, anası Məmmədova (Əhmədova) Lalə Mehman qızıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 806257 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, Əhmədova Elnur qızı xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh oğlu, anası Məmmədova (Əhmədova) Lalə Mehman qızıdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3958/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X6 isə Cavabdeh oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması müəyən edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-426/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(125)-4637/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh oğluna verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********2 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 2-ci dərəli əlildir və 268 manat 61 qəpik əmək pensiyası alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı «M&T» LTD firmasında mağaza satıcısı olaraq çalışır və 350 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci və 49.3-cü maddələrinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 7.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsasla iddia qaldırılmasına mane olmur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2010-cu il təvəllüdlü X6 məhkəmənin qətnaməsinə əsasən atası Cavabdeh oğlunun yanında qalması qət edilsə də, o faktiki olaraq xx.xx.2022-ci il tarixdən atası Cavabdeh oğlu ilə deyil, anası İddiaçı ilə yaşayır. Qeyd olunan normaların tələbi baxımından məhkəmə X6 atasının yanında qalmasını müəyyən edən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3958/2015 nömrəli qətnaməsindən keçən müddət ərzində cavabdehin uşağın himayəsini iddiaçıya həvalə etməsini, uşağın anasına daha çox bağlı olmasını, uşağın anasının yanında qalmasının onun hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməməsini, cavabdeh tərəfin buna etiraz etməməsini və razı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş X6 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, iddiaçının işləməsini və əmək haqqı almasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və iddiaçı ilə yanaşı cavabdehin də uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə yuxarıda qeyd olunan əsaslarla yanaşı, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 mənafeyini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-426/2023 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4637/2023 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh oğluna verilməsinin qət edilməsini və hazırki məhkəmə qətnaməsi ilə həmin uşağın İddiaçı yanında qalmasının müəyyən edilməsini, eləcə də həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla E.X.Məmmədovdan İddiaçı xeyrinə aliment tutulmasını nəzərə alaraq, hesab edir ki, hazırki məhkəmə qətnaməsi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4637/2023 nömrəli qətnaməsi üzrə icra tədbirlərinin xx.xx.2023-cü il tarixdən davam etdirilməsinə manedir və buna görə də müvafiq qərar qəbul olunması məsələsinin həlli üçün hazırki məhkəmə qətnaməsi aidiyyəti üzrə icra qurumuna göndərilməlidir. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması təyin edilən aliment xx.xx.2023-cü il tarixdən, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh oğlundan 21 sentyabr 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 23 oktyabr 2023-cü il tarixdən X8 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(125)-426/2023 saylı qətnaməsi ilə 08 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 08 yanvar 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh oğlundan ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e- 2(125)-4637/2023 nömrəli qətnaməsi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq qərarın qəbul olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar