Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-715/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının prosessual hüquqi varisi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı “şəhadətnamənin və çıxarışın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 nömrəli evə dair, Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsinə və cavabdehin adına verilmiş 25.1*.2*16-cı il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Musayeva Sərfınaz onun bacısıdır. Bacısı 1975-ci ildən ailə quraraq ata evindən çıxmış və hal-hazıradək öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 ünvanda mübahisəli mülk ataları X9 (İsmayıl oğluna) məxsus olmuşdur. O, 5 avqust 2**3-cü ildə vəfat etmişdir. Vəfat edənə qədər həmin mülkdə yaşamışdır. Onun vəfatından sonra həmin mülkdə qardaşı Oqtay və onun arvadı Şəfa yaşamışlar. O, həmin mülkdə qeydiyyatda olmaqla yanaşı, daimi olaraq atam evinə gedib-gəlməklə və onun əmlakını idarə etməklə mirası qəbul etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh qismində göstərdiyi bacısı Sərfmaz onun və digər vərəsələrin xəbəri olmadan gizli şəkildə ata evlərini öz adına sənədləşdirmiş, öz adına çıxarış almışdır. O, 3 saylı Ərazi Reyestr Xidmətindən ona verilmiş çıxarışla maraqlandıqda müəyyən olmuşdur ki, ona 3 saylı Notariat Kontoru tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, notariusa müraciət edib, vərəsəlik işinin surətini alıb tanış olduqdan sonra, müəyyən etmişdir ki, cavabdeh 2*16-cı ildə ərazi üzrə küçə üçlüyündən saxta arayış alaraq notariusa təqdim etmişdir. Cavabdeh eyni zamanda, notariusu aldadaraq ona həmin arayışlarla yalan məlumatlar vermiş, ataları Cumalının vərəsəsindən 5-ni gizlədərək yalnız özünü və bacısı Şücaəti vərəsə kimi göstərmişdir. Həmin saxta arayışda göstərilmişdir ki, guya ataları Cumalının vəfatından sonra, onun yalnız 2 vərəsəsi qalmışdır. Güya həmin evə atalarının vəfatından sonra faktiki sahibliyi yalnız cavabdeh Musayevə Sərfinaz həyata keçirmiş, güya orada yaşamaqla həmin evin bütün kommunal xidmətlərini o ödəmişdir. Faktiki olaraq isə atalarının vəfatından sonra orada qardaşı Oqtay arvadı ilə birlikdə yaşamış və bütün kommunal xərcləri o ödəmişdir. Sərfinaz faktiki atalarının vəfatından sonra Gəncə şəhərində olmamış, Rusiya və Türkiyə Respublikasında alverlə məşğul olmuşdur. Cavabdeh1 2*16-cı ildə saxta sənədlər əsasında və notariusu aldatmaqla ata evlərinə vərəsəlik şəhadətnaməsi almaqla onların vərəsəlik hüquqlarını kobud pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq iddianı qəbul etdiyini və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X1 vərəsəsi X6 vərəsəsi Cavabdeh1dır. İş materiallarında *8.1*.196*-cı il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X7 25.*9.1947-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında *6.*9.2*13-cı ildə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1*.11.2*12-ci il tarixli arayışın surətindən görünür ki, 1916-cı il təvəllüdlü X6 atası X1*, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1961-ci ildə Kirovabadda anadan olmuşdur, atası X9, anası X16r. İş materiallarında olan *5.*8.2*23-cü il tarixli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *5.*8.2**3-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17.*1.2*23-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport, 12.*2.1949-cu il tarixli “Torpaq qeydi”, Kirovabad şəhər X2 İcraiyyə Komitəsinin 24.1*.1972-ci il tarixli, 29 nömrəli protokoldan çıxarış, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin 29.*7.2*16-cı il tarixli, 158 saylı razılıq məktubu və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəisi ilə razılaşdırılmış layihəyə əsasən, X1 adına *6.*9.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun 3*.*9.2*16-cı il tarixli, 2V-1-94 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, Cavabdeh1 adına 25.1*.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı *9.*1.2*23-cü ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Nümayəndə atası Məmmədov Cümşüd, anası İddiaçıdır. İş materiallarında olan Gəncə Şəhərə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1.*3.2*23-cü il tarixli məktubdan görünür ki, İddiaçı, Cavabdeh1, X5, X8, X12 və X11 *5.*8.2**3-cü ildə vəfat etmiş X6 övladlarıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2*22-ci il Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2*14-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2*2*-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Hazırkı iş üzrə İddiaçı Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 nömrəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin işin tədqiq edilmiş halları əsasında iddiaçının notarial qaydada ərizə verməklə və (ya) miras əmlaka faktiki yiyələnmə formasında mirası qəbul etməsi müəyyən olunmur. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli evə gedib-gəldiyini və əmlakı idarə etdiyini bildirsə də, mirasın onun tərəfindən faktiki qəbul edilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının ata evi olan mübahisəli əmlaka gəlib-getməsi belə özlüyündə onun mirası qəbul etməsi anlamına gəlmir. Çünki, mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktik qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi nəzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. İddiaçının atalarından miras qalmış evi idarə etməsi, eləcə də həmin evə mirası qəbul etməsi kimi yiyələnməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəb(lər)dən müraciət edə bilməməsi müəyyən edilmir. Belə olan halda, mirası faktiki və (ya) formal qəbul etməsi müəyyən edilmədiyindən iddiaçının hüquqlarını pozduğu sübuta yetirilməyən şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ünvan 3 ünvanladığı, iddianı etiraf etməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, həmin cavabdehin iddianı etirafının qəbulu üçün qanuna zidd olmaması və üçüncü şəxslərin hüquqlarını pozmaması tələb olunur. Lakin həmin etiraf qeyd edilən qanunvericilik normalarına ziddir və ilk öncə digər cavabdehin hüquqlarının pozulması ilə nəticələnər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2*19-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı “şəhadətnamənin və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-715/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-715/2023
14.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver