Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-716/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 avqust 2014-cü il tarixdə doğulmuş Ömərin atası olmasının müəyyən edilməsi, xx.xx.2013cü il təvəllüdlü X4 və 18 avqust 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuş, 2015-ci ildə ayrılmışlar. Cavabdehlə birgə yaşadıqları dövrdə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Cavabdeh qızı Aysuya atalıq vermiş olsa da, oğlu Ömərə atalıq verməmişdir. Uşağın atasının Cavabdeh olması məhkəmə qaydası ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, məhkəmənin təyin etdiyi tibbi-genetik ekspertizanın keçirilməsi üçün uşaqla birlikdə ekspertizaya getmiş, lakin cavabdeh ekspertizanın keçirilməsi üçün gəlmədiyindən ekspertiza baş tutmamışdır. Məhkəmənin qətnaməsinə əsasən 2014-cü ildən cavabdehdən qızı Aysunun saxlanılması üçün 80 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin gəliri yaxşıdır, Rusiya Federasiyasında işləyir, ticarətlə məşğul olur. Buna baxmayaraq övladlarının saxlanılması üçün aliment ödəmir. Məhkəmə qətnaməsi olarsa alimenti ödəyəcəyini bildirir. O, təkbaşına uşaqlara baxmaqda çətinlik çəkir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 233406 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 10 iyul 2013-cü ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 01 avqust 2013-cü il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 982264 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 iyul 2013-cü il tarixdə Gəncə şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 396379 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 18 avqust 2014-cü il tarixdə Gəncə şəhərində doğulmuş X6 atası qrafasında X8, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(044)-3023/2014 nömrəli qətnaməsinə əsasən 10 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 sentyabr 2014-cü il tarixdən başlayaraq, hər ay cavabdeh X1 80 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə şöbəyə gəlmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 noyabr 2022-ci il tarixli, arayışdan görünür ki, Cavabdeh mediator tərəfindən keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh işin həqiqi hallarının müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsində iştirak etməkdən heç bir üzrlü səbəb olmadan yayınmaqla ekspertizanın keçirilməsinə mane olmuşdur. Atalığın müəyyən edilməsi üçün uşağın atası olduğu ehtimal olunan şəxsdən tədqiqat üçün nümunənin götürülməsi zəruri olduğundan Cavabdeh iştirakı olmadan ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin 10 iyul 2013-cü il təvəllüdlü X4 atası olmasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsinə əsasən tərəflərin faktiki ailə münasibətlərinin olmasının heç bir şübhə doğurmamasını, eləcə də cavabdehin ekspertizanın keçirilməsindən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən məhkəmə tibbi-genetik ekspertizasının təyin edilməsi üçün əsas olmuş faktı, yəni xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X6 atasının Cavabdeh olmasını müəyyən edilmiş hesab edir. İddiaçının aliment tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə araşdırması zamanı tərəflərin arasında alimentin ödənilməsi barədə sazişin olmadığı, o cümlədən cavabdehin uşağın saxlanmasında iştirak etmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin qazancı və digər gəlirlərinin miqdarı barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə uşağın əvvəlki təminatının maksimal saxlanması və ölkə üzrə yaşayış minimumu meyarlarından çıxış edərək sabit pul məbləği ilə ağlabatan miqdarda alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağın saxlamasını da nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 150 manat aliment tutulub İddiaçı ödənilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən həmin hissədə qətnamə dərhal icra olunmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün iddiaçı cavabdehin gəlirinin yüksək olması barədə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 10 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh ilkin mediasiya sessiyasında hər hansı üzrlü səbəb göstərmədən iştirak etmədiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 avqust 2014-cü il tarixdə Gəncə şəhərində İddiaçı doğulmuş X6 atası olması müəyyən edilsin. Cavabdeh 18 avqust 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 150 (yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3023/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə 10 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 10 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 150 (yüz əlli) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış miqdarda aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-716/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-716/2023
01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver