Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7164/2025 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil Kommunal X2rşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil Kommunal X2rşı «borcun silinməsi» tələbinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən yazılmış 36*(üç yüz altmış) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Mahrasa Bağı ev 4, mənzil 24 (yeni qaydalarla Gəncə şəhəri, Şota Rutavelli küçəsi, giriş 313, M5, m1) mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin əmlakı 1* may 2*23-cü il tarixində alqısatqı müqaviləsi əsasında almışdır. Hazırda ailə üzvləri ilə həmin ünvanda yaşayır. İddiaçı evi aldıqdan sonra Gəncə şəhər İcra Hakmiyyəti Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi *2 iyul 2*24-ci il tarixində məktub göndərərək 18 iyul 2*24-cü il tarixinə 36* manat mənzil istismar haqqı və məişət tullantılarının daşınıb zərərsizləşdiriməsi üzrə borcun olduğunu bildirmişdir. İddiaçı bildirir ki, o əmlakı aldıqdan sonra mütamadi olaraq bütün kommunal xidmətlər üzrə borclarını ödəyir. Həmçinin bildirişdə qeyd edilən ad bundan əvvəlki mülkiyyətçinindir. Buradan da görünür ki, həmin borc əmlakı aldıqdan sonra yaranan borc deyil. Dəfələrlə Gəncə şəhəri Mənzil Kommunal X1 məxsus mülkə yeni abonent kodunun verilməsi və olan borcun silinməsini tələb etsə də, bu günədək haqlı tələbi icra edilmir. Hesab edir ki, tərtib edilən cərimə qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən cavabdeh Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən yazılmış 36* manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etiraz: Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Gəncə Şəhər Mənzil Kommunal X2rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edib. İddiaçı ərizəsində iddia predmeti olan ünvan 2 ünvanında yerləşən mənzili 1*.*5.2*23-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığını bildirib. Lakin iddiaçı həmin mənzili almazdan öncə Birliyə gələrək həmin mənzilin kommunal xidmət haqqı borcunun olub-olmadığı barədə heç bir arayış istəməyib, borcun olub-olmadığını araşdırmayaraq mənzili satın alıb. Borcun olub-olmadığını araşdırmaq birbaşa mənzili alan və ya satan şəxslərin maraqlarına xidmət etdiyi üçün bu vəzifə həmin şəxslərin üzərinə düşür. Kommunal xidmət haqqı borcu olan mənzili borclu halda almaq şəxsin şəxsi işidir. İddiaçı bu halı iddia ərizəsində göstərmir. İddiaçı ona cərimə yazıldığını iddia edir, halbuki Birliyə olan kommunal və mənzil istismar xidmət haqqı borclarına görə həmin ünvana heç bir cərimə yazılmayıb, yalnız borc göstərilib. Qeyd edir ki, kommunal xidmət haqqları ünvandan qeydiyyatda olan şəxslərin sayına görə deyil, faktiki yaşayan şəxslərin sayına əsasən hesablanır. Həmin mənzil iddiaçı tərəfindən satın alınmazdan öncə mənzildə faktiki 6 nəfər yaşayıb. İddiaçı həmin mənzili satın aldıqdan sonra həmin mənzildə faktiki olaraq 4 nəfər yaşayır. Birliyin 3 nömrəli Xidmət Sahəsinin rəisinin təqdim etdiyi xidmətli məlumata əsasən ünvan 3 ünvanında hazırda faktiki olaraq 3 nəfər şəxs yaşayır. Qeyd edir ki, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri Azərbaycan Respublikasının Tarif Şurasının qərarları əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Tarif Şurasının 24.11.2*11ci il tarixli *5 saylı qərarına əsasən ölkə üzrə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri həmin şuranın 29.*6.2*24-cü il tarixli 8 saylı qərarı çıxana qədər əhali qrupu üçün 1 nəfərə görə *.3* AZN (otuz qəpik) müəyyən edilib. Azərbaycan Respublikasının Tarif Şurasının 29.*6.2*24-cü il tarixli 8 saylı qərarı qəbul edildikdən sonra hazırda ölkə üzrə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri Gəncə şəhəri üzrə 1 nəfərə görə *.7* AZN (yetmiş qəpik) təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, sözügedən mənzili 2*23-cü ildə alıb. Mənzili alarkən notariat orqanı mənzilin kommunal borcu ilə bağlı ondan heç bir təmizlik kağızı tələb etməyib. Mənzilin keçmiş sahibinin həmin mənzillə bağlı kommunala borcun olduğundan da xəbəri olmayıb. Yazılmış 36* manat məbləğində borc keçmiş mülkiyyətçidən qalmış borcdur. Buna görə də həmin borcu ödəməyə etiraz edir. Mənzilin əvvəlki sahibləri ilə də danışıb, ancaq onlar da bütün kommunal ödənişləri vaxtı-vaxtında ödədiklərini bildirdiblər. Qeyd edilənləri nzərə alıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə çıxışında bildirdi ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi evi alanda borclarla birgə əmlakı qəbul etmiş hesab olunur. Sözügedən mənzili alarkən iddiaçı borcun olub-olmadığını müəyyənləşdirməli idi. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin Nümayəndə qeyd etdi ki, iddia əsassızdır. Belə ki, iddiaçı iddianı keçmiş mülkiyyətçi Tağıyev Rövşənə qarşı qaldıraraq borc məbləğini ondan tələb etməlidir. Sonda iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* nömrəli, 1*.*5.2*23-cü il tarixli müqavilədən görünür ki, Gəncə şəhəri, Mahrasa Bağı ev 4, mənzil 24 yeni qaydalarla ünvan 4 ünvanı X4 tərəfindən İddiaçı satılmışdır. -Həmin müqvilənin 1*-cu bəndində göstərilir ki, Alıcının sahibliyinə verlənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Mahrasa Bağı ev 4, mənzil 24 yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən mənzilin əvvəlki mülkiyyətçisi Rövşən Tağıyevə ünvanlanmış *2.*7.2*24-cü il tarixli, 173 nömrəli bildirişdən görünür ki, 18.*7.2*24-cü il tarixədək yaşadığı Mahrasa Bağı ev 4, mənzil 24 ünvanının mənzil istismar haqqı və məişət tullantılarının daşınıb zərərsizləşdirilməsi üzrə yaranan 36* manat borcu olduğu barədə məlumat verilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Mahrasa Bağı ev 4, mənzil 24 yeni qaydalarla ünvan 4 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 527.1-cı maddəsinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-cı maddəsinə əsasən Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna işçin faktiki halları ilə birlikdə qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülk işin mübahisəsiz halları onadan ibarətdir ki, Gəncə şəhəri, Mahrasa Bağı ev 4, mənzil 24 (yeni qaydalarla Gəncə şəhəri, Şota Rutavelli küçəsi, giriş 313, M5, m1) mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı həmin əmlakı 1* may 2*23-cü il tarixində alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin müqaviləyə əsasən alıcının sahibliyinə verlənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşməsi bardə tərəflər arasında razılıq əldə edilmişdir. İddiaçı evi aldıqdan sonra Gəncə şəhər İcra Hakmiyyəti Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi bildiriş göndərərək 18 iyul 2*24-cü il tarixinə 36* manat mənzil istismar haqqı və məişət tullantılarının daşınıb zərərsizləşdiriməsi üzrə borcun olduğunu bildirmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, ev alınanadək mənzilin əvvəlki mülkiyyətçisinin Gəncə şəhər İcra Hakmiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə mənzil istismar haqqı və məişət tullantılarının daşınıb zərərsizləşdirilməsi üzrə borcları qalmışdır. İddiaçı hazırda həmin borcun mənzilin əvvəlki sahibinə məxsus olmasını əsas gətirərək borcun silinməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, öhdəlikdə tərəflərin dəyişməsi, yəni tərəflərdən birinin digər şəxslə əvəz olunması, avtomatik olaraq öhdəliyin xitamına səbəb olmur. Öhdəliyin xitamı yalnız Mülki Məcəllədə və ya müqavilədə birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. Əgər tərəflərin dəyişməsi öhdəliyin şəxsi xarakteri ilə bağlıdırsa (məsələn, borclunun və ya kreditorun ölümü nəticəsində öhdəliyin icrası mümkün deyilsə), bu halda öhdəlik xitam ola bilər. Lakin ümumilikdə, tərəflərin dəyişməsi öhdəliyin xitamı üçün əsas sayılmır. Mənzilin alqı-satqısı zamanı tərəflər arasında bağlanmış müqavilədə kommunal borcların satıcıya aid olması barədə xüsusi razılaşma olsa da, kommunal xidmətlər üzrə borcların silinməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür. Qüvvədə olan normativ aktlara əsasən, yaşayış sahəsinin mülkiyyətçisi həmin sahəyə mülkiyyət hüququ əmələ gəldiyi andan kommunal xidmətlər üzrə borclara görə məsuliyyət daşıyır və bu borcların silinməsi üçün yalnız qanunvericilikdə xüsusi əsaslar olduqda (məsələn, dövlət tərəfindən borcların silinməsi barədə qərar) mümkündür. Müqavilə ilə borcun satıcıya aid edilməsi tərəflər arasında daxili münasibət yaradır, lakin kommunal təşkilat qarşısında borcun silinməsi üçün əsas vermir. Belə hallarda alıcı yalnız satıcıya qarşı ödənilmiş borcun (ödədiyi halda) geri alınması barədə mülki qaydada iddia qaldıra bilər, lakin kommunal təşkilat qarşısında borcun silinməsini tələb edə bilməz. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-7164/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7164/2025
11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver