Məhkəmə qərarları › İş №2(125)-7224/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7224/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7224/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçı Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 3 saylı Gəncə Ərazi İdarəsi) «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktın müəyyən edilməsi» barədə ərizəsinə məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 3 saylı Gəncə Ərazi İdarəsi) «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Cəbrayıl rayonu, Yarəhmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309-cü maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, ərizəçı Ərizəçi qeydiyyat ünvanı Cəbrayıl rayon ərazisində yerləşdiyindən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəyə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 3 saylı Gəncə Ərazi İdarəsi) «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktın müəyyən edilməsi» barədə ərizəsi ərazi aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 3 saylı Gəncə Ərazi İdarəsi) «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktın müəyyən edilməsi» barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar