Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7236/2023 06.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə Mədinə adlı bir uşaqları anadan olmuşdur. Aralarında daima narazılıqlar olduğundan ayrılmışlar. O, nikahın pozulması, uşaq tələbi, aliment tələbi və cehiz tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında bu məsələlərlə bağlı barışıq sazişi bağlanmışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə birgə nikahdan olan uşaqlarının onun himayəsində qalması, qızlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tərəfindən hər ay sabit pul məbləğində 200 manat aliment ödənməsi, nikahlarının pozulması və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılması razılığına gəlinmişdir. Həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Hazırda xx.xx.2014-cü ildə anadan olmuş X4 onun yanındadır. Alimentin ödənilməsi ilə bağlı maraqlı şəxs sazişin şərtlərinə riayət edir. Lakin digər hissədə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Odur ki, onunla Maraqlı şəxs oğlu arasında mediasiya prosesində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılmasına dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə təqdim edərək bildirmişdir ki, aralarında barışıq sazişi olmuş və sazişə əsasən xx.xx.2014-cü ildə anadan olmuş X4 ərizəçinin yanındadır. Alimentlə bağlı sazişə riayət edir. Digər hissədə ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Maraqlı şəxs ilə X5 xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə X1 şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X2 anası X3 himayəsində saxlanılmasına, uşağın saxlanması üçün uşaq yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat alimentin ödənilməsinə və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılmasına dair barışıq sazişi bağlamışlar. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbini əsaslı hesab etmir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflər ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılması hissəsində barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər X5 ilə Maraqlı şəxs oğlu arasında mediasiya prosesində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahin məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılması hissəsində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Barışıq sazişinin təsdiq edilməsini xahiş etdikləri birinci hissəsi X5 ilə Maraqlı şəxs oğlu arasında mediasiya prosesində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahin məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulması ilə bağlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş X4 adlı uşaqları olmuşdur ki, bu da, nikahın məhkəmədən kənar pozulmasını qeyri-mümkün edir. Barışıq sazişinin təsdiq edilməsi xahiş olunan ikinci hissəsi isə ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılması ilə bağlıdır ki, həmin hissədə də, barışıq sazişi qeyri-müəyyəndir. Belə ki, barışıq sazişində tərəflərin çıxarılmasını razılaşdırdıqları cehiz əmlakın sayı, növü, dəyəri barəsində heç bir qeyd verilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin təsdiqlənməsini xahiş etdikləri barışıq sazişinin hazırkı bəndləri qanuna zidd olduğundan barışıq sazişinin həmin hissələrinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında mediasiya prosesində Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış 06 iyul 2013-cü il tarixli nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına və ünvan 1 ünvanından cehizin sərbəst şəkildə çıxarılması hissəsində barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-7236/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7236/2023
06.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver