Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-736/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 Şakir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16, İddiaçı və Cavabdeh1 nümayəndəsi (vəkil) X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilmələri” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilmələri” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə- 1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının pul tələbinə dair 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək 53000 ABŞ dolları qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə hesablanması qaydasında borcun ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən narazı qalan Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə Kassasiya şikayəti vermişdir. Lakin, Ali Məhkəmənin Mülki Kollegiyası 18 may 2018-ci il tarixdə şikayəti təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən öz qüvvəsində saxlanmışdır. Cavabdeh1 Ali Məhkəmənin 18 may 2018-ci il tarixli qərarından məlumat aldıqdan 7 gün sonra borcun əmlaka yönəldilməməsi üçün ən azı 7 daşınmaz əmlakını, gözə dəyən bahalı nəyi varsa hamısının o cümlədən Yaponiya istehsalı "Toyota-Korolla" markalı minik avtomobilini uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirmişdir. Onun uydurma alqı-satqı yolu ilə nikah bağlamadığı lakin faktiki arvadı olan Cavabdeh2 adına keçirdiyi Daşınmaz Əmlaklar aşağıdakılardır: xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi ilə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 28/22 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekti (sabiq “Yasəmən” mağazasını) satmışdır. Bu iddiasında o, yalnız Cavabdeh1 öz arvadı ilə bağladığı 3 uydurma alqı-satqı müqaviləsini mübahisələndirməyi lazım bilmişdir. Bu 3 əmlakın ümumi dəyəri Cavabdeh1 ona olan borcunu ödəmək üçün ona yetərlidir. Cavabdeh1la Cavabdeh2 bir ailədə bir evdə yaşayırlar. Onların birgə yaşayışından həddi-büluğa çatmamış bir uşaqları vardır. Qətnamə ərəfəsində Cavabdeh1 2 gün ərzində 2 daşınmaz əmlakı, 1 aydan sonra isə daha bir daşınmaz əmlakı öz arvadına satmasında məntiq yoxdur. Bu müqavilələr ona görə əhəmiyyətsizdir (etibarsızdır) ki, ailəsi rəsmiyyətdə özündən və Cavabdeh1la qeyrirəsmi yaşayışdan doğulan 13 yaşlı övladı Ayxandan ibarət olan Cavabdeh2 evdar qadındır. 15 ildir ki, işləmir, pensiya almır, biznesi yoxdur, oğru-quldur, çapqıncı deyildir. Təxmini qiyməti 200000 manat olan bu 3 daşınmaz əmlakı bu qadın ala bilməzdi, çünki hər hansı qazanc mənbəyi olmayan bu qadın uşağı ilə birliklə Cavabdeh1 himayəsindədir. Həmin müqavilələrin əhəmiyyətsizliyini o, borc ödənişinin təmin edilməsi naminə məhkəmədə tələb etmək məcburiyyətində qalmışdır. Buna hüququ var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M. Bağırovun şikayəti üzrə..." 30 iyul 2008-ci il tarixli qərarında deyilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Cavabdeh1 yuxarıda göstərilən 3 daşınmaz əmlakını məhz uydurma müqavilələrlə satması onun elə həmin ərəfədə başqa daşınmaz əmlaklarını başqa şəxslərə satması faktları ilə də təsdiq olunur. Başqaları ilə bağlanmış alqı-satqı müqavilələri aşağıdakılardır: 1. Gəncə şəhəri, Todan küçəsi, 123A №-li ev xx.xx.2018-ci il tarixli 4Ə-132 №-li alqı-satqı ilə satılmışdır. 2.Gəncə şəhəri, M. Hüseynov küçəsi, ev 3/15, xx.xx.2018-ci il tarixli 4Ə-1540 nömrəli alqı-satqı ilə satılmışdır. 3.Gəncə şəhəri, Akademik Z.Məmmədov küçəsi, 1-ci döngə, ev 35, mənzil 14 nömrəli ev xx.xx.2018-ci il tarixdə 4Ə-32 nömrəli müqavilə ilə satılmışdır. 4.Yeni Gəncədə 24 B nömrəli evin 14-cü mənzil xx.xx.2017-ci il tarixdə, satılmışdır. Bu 4 ev və mənzilin ümumi bazar dəyəri təxminən 250000 manatdır. Bu qədər pul qazanan adam nəyə görə elə həmin müddətdə daha 3 daşınmaz əmlakından xilas olmalı idi. Cavabdeh1 xx.xx.2018-ci il tarixli qətnamə qanuni qüvvəsini alandan sonra icra məmuruna yaşadığı yer barədə yanlış məlumatlar verərək, uzun müddət onu çaşdırmış, fırıldağı aşkar ediləndən sonra isə özünü gah Qarabağ uğrunda döyüşlərin iştirakçısı, gah şizofreniyaya mübtəla olan anlaqsız adam kimi qələmə vermiş, lakin ifşa olunduğundan, düşündüyü fırıldaqları həyata keçirə bilməmişdir. İcra məmuru onun barəsində xx.xx.2018-ci il tarixdə axtarış qərarı vermiş, məcburi gətirilmə təqdimatı yazmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-300/2019 nömrəli qərardadı ilə ölkədən çıxmaq hüququnu müvəqqəti məhdudlaşdırmış, nəhayət borc üzrə hər hansı ödəniş etməməsindən, ancaq yalan vədlər verməsindən bezmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(044)-590/2021 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsinin əsasında 500 manat cərimə etdirmişdir. Lakin bunun da təsiri olmamışdır. Cavabdeh1 borcundan 1 manat da ödəməmiş və ödəmək fikrində deyildir. Onun borcunu ödəməyəcəyinə andı vardır. İşləri məhkəmədə olanda cavabdeh ona özü belə deməklə əsəbiləşdirməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər X8 Komissiyası Cavabdeh1 həkim qardaşı Ehtibar Xəlilovun hesabına onun barəsində fəaliyyət qabiliyyətli şəxs olmamasına dair rəy vermişdir. Lakin uydurma rəy Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" tərəfindən ləğv olunmuşdur. Beləliklə cavabdehin borcdan yayınmaq üçün növbəti saxtakarlığı da ifşa olunmuşdur. Cavabdeh1 həqiqətən psixi xəstədirsə, fəaliyyət qabiliyyəti yoxdursa, onun bağladığı müqavilələr, ələlxüsus arvadı ilə bağladığı müqavilələr bu halda da etibarsız (əhəmiyyətsiz) hesab edilməli, satılan əmlaklar Cavabdeh1 özünə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi üzrə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, o, Cavabdeh1 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıran zaman onun adında bir sıra əmlakların olmasını bilmiş, lakin məhkəmədən həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə verməmişdir. Cavabdeh iddia ərizəsində göstərilən əmlakları heç bir məhdudiyyət və həbs olmadığı dövrdə satmışdır. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilərsə, sözügedən mülklər Cavabdeh1 mülkiyyətinə geri qayıdacaq və həmin mülklərə icra məmuru tərəfindən həbs qoyulacaqdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) X21 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 əvvəllər şəriki olmuş və onlar birlikdə alver və daşınmaz əmlakların alqı- satqısını etmişlər. 2011-ci ildə onlar dəri kurtka və şuba alveri ilə məşğul olmaq qərarına gəlmişlər. Cavabdeh1 iddiaçı ilə arasında olan alverdən iddiaçıya borcu qalmadığı təqdirdə Cavabdeh1 30000 (otuz min) ABŞ dolları ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları pul tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 saylı qərarına əsasən Cavabdeh1 53000 ABŞ dolları alınaraq İddiaçı verilməsi qərara alınmışdır. "Toyota-Korolla" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə nə Cavabdeh1 adına, nə də ki, Cavabdeh1 məxsus olmamışdır. Həmin avtomaşın 17 avqust 2007-ci il tarixdən X17 məxsus olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi mülklərin kimə məxsus olmasını iddiaçının özü yaxşı bilir və onları tanıyır. Çünki iddiaçı həmin mülklərin hamısına dair alqısatqının əhəmiyyətsiz hesab edilməsini xahiş etməmiş, yalnız digər cavabdeh olan Cavabdeh2 adına qeydə alınmış əmlakların alqı-satqısını mübahisələndirmişdir. Cavabdeh1 digər Cavabdeh2 ilə hər hansı ər-arvad münasibəti yoxdur. Eyni zamanda iddiaçının mübahisələndirdiyi həmin əmlaklar qanuni formada Cavabdeh2 və digər şəxslərə satılmışdır. Satılan əmlak qanunvericiliyin tələbinə uyğun olaraq özgəninkiləşdirilmişdir. Həmin əmlaklar satılan zaman onların üzərinə həbs və ya digər məhdudiyyət qoyulmamışdır. Həmin əmlaklara hər hansı bir mülki işə baxılan zaman işlə bağlı həbs qoyulacağı halda satılardısa bu zaman həmin müqavilələrin etibarsızlığından söhbət gedə bilərdi. Cavabdeh isə Konstitusiyaya uyğun olaraq öz əmlaklarına istədiyi kimi sərəncam vermişdir. Cavabdeh1la Cavabdeh2 arasında isə heç vaxt rəsmi nikah olmamışdır. İddiaçı ümumiyyətlə müqavilələrin etibarsız hesab olunmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə işə 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslər Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontorunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)- 5584/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməsi və Cavabdeh1 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli, 2(102)-3284/2018 nömrəli qərarındadının surətindən görünür ki, Cavabdeh1, nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)- 3746/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər üzrə icra idarəsinin xx.xx.2018-ci il tarixli, 29991/16 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılır. Belə ki, borclu şəxsin icra sənədində göstərilən ünvanda yaşamadığı və qeydiyyatda olmadığı tərəflərindən müəyyən olunmuşdur. “İcra sənədinin aidiyyatı üzrə göndərilməsinə dair” 04 oktyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməsi qərara alınmışdır. “Borclunun axtarılması haqqında” 20 sentyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1959-cu ildə Goranboy rayonu, Əzizbəyov kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh1 barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elçin Məmmədovun borclunun məcburi gətirilməsi haqqında təqdimatdan görünür ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsini rəhbər tutaraq ünvan 8 ünvanda yaşayan Cavabdeh1 Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-590/2021 nömrəli, 08 iyul 2021ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, 29 may 2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 10 ünvanında yerləşən ümumi 41,7 kv,m yaşayış sahəsi 29,6 kv,m yardımçı sahəsi 12,1 kv,m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini Alıcının mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə, 41,7 kv,m, 2 otaqlı mənzili) alıcı Cavabdeh2 satdı. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. Daşkəsən TİB tərəfindən xx.xx.2004 tarixdə Cavabdeh1 verilmiş 4-1508 qeydə alma nömrəsi ilə 4 nömrəli kitabın səhifəsində qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 41,7 kv,m 2 otaq; daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 390 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 13000 manata satdı, alıcı isə həmin qiymətə aldı. AN-İ seriyalı, ******* nömrəli, 26 may 2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv,m, yaşayış sahəsi 40,5 kv,m yardımçı sahəsi 18,6 kv,m olan 3 otaqlı mənziliin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsi alıcının mülkiyyətinə verir: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: DTİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh1 verilmiş 11362 qeydə alma nömrəsi ilə 19 nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ üzrə 59,1 kv,m, 3 otaq; daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 385 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlakı ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 20000 manat (iyirmi min manat) qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı tam hissəni (59,1 kv,m) ondan 20000 manat (iyirmi min manat) qiymətinə aldı. AN-İ seriyalı, ******* nömrəli, 28 iyun 2018-ci il tarixli, 4Ə-153 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Gəncə şəhəri, Kəpəz rayonu, X36 prospekti (keçmiş H.Əliyev) 1 ünvanında yerləşən ümumi sahəsi 139,1 kv,m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə 139,1 kv,m) alıcı Cavabdeh2. Satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən satıcıya məxsusdur: AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006 tarixdə Cavabdeh1 verilmiş seriya nömrəsi 000585 olan şəhadətnaməyə əsasən tam mülkiyyət üzrə 139,1 kv,m; Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018 il tarixli, qeydiyyat nömrəsi 456 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 60000 manat (altmış min manat) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı tam hissəsi (139,1 kv,m) ondan 60000 manat (altmış min manat) qiymətinə aldı. xx.xx.2006-cı il tarixli, 000585 nömrəli Azərbaycan Respublikası Dövlət Əmlakın İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 139,1 kv,m qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 177 nömrəli, 16 mart 2020-ci il tarixli rəyindən görünür ki, keçirdiyi xroniki xəstəliyi ilə əlaqədar olaraq hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına hesab yoxudr. Cavabdeh1 hazırki iddia ərizəsinə etirazından görünür ki, İddiaçı onun əvvəllər şəriki olmuş və onlar birlikdə alver və daşınmaz əmlakların alqı-satqısını etmişlər. 2011-ci ildə onlar dəri kurtka və şuba alveri ilə məşğul olmaq qərarına gəlmiş və Rusiya Federasiyasında yaşayan Amil adlı şəxsə bu işlə əlaqədar 46000 (qırx altı min) ABŞ dolları məbləğində pul vermişlər. Razılaşmaya əsasən Amil adlı şəxs şubanın və dəri kurtkaların satışından əldə olunan məbləğdən onlara qazanc verməli idi. Təxminən 1 il müddətinə Amil adlı şəxs iddiaçıya və cavabdehə ayrı-ayrılıqda ümumilikdə 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vermişdir. Sonradan Amilin işlədiyi Rusiya Federasiyasında olan "Çerkizov" adına bazar bağlanmış və Amil adlı şəxs onlara artıq malların əlində qaldığını və hər hansı qazanc əldə edə bilmədiyini, buna görə də əlində olan şuba və dəri kurtkaları onlara geri qaytaracağını bildirmişdir. O, bu barədə İddiaçı bildirdikdən sonra aralarında narazılıqlar yaranmış və İddiaçı ondan 23000 (iyirmi üç min) ABŞ dolları pulu geri istəmişdir. Halbuki, iddiaçı həmin pulun 4000 (dörd min) ABŞ dollarını qazanc götürmüş və Cavabdeh1 iddiaçı kimi həmin alverdən 23000 (iyirmi üç min) ABŞ dolları pul itirmişdir. Bundan başqa Cavabdeh1 iddiaçı ilə aralarında digər alver də olmuş və həmin alverdən onun iddiaçıya borcu qalmadığı təqdirdə ondan 30000 (otuz min) ABŞ dolları ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları pul tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 saylı qərarına əsasən ondan 53000 ABŞ dolları alınaraq İddiaçı verilməsi qərara alınmışdır. “Toyota- Korolla” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə nə onun adına, nə də ki, ona məxsus olmamışdır. Həmin avtomaşın 17 avqust 2007-ci il tarixdən X17 məxsus olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi mülklərin kimə məxsus olmasını iddiaçının özü yaxşı bilir və onları tanıyır. Çünki iddiaçı həmin mülklərin hamısına dair alqı-satqının əhəmiyyətsiz hesab edilməsini xahiş etməmiş, yalnız digər cavabdeh olan Cavabdeh2 adına qeydə alınmış əmlakların alqı-satqısını mübahisələndirmişdir. Onun digər cavabdeh olan Cavabdeh2 ilə aralarında ər-arvad münasibəti yoxdur. Bundan əlavə o, iddiaçıya mülkiyyətində olan Gəncə şəhəri, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evini təklif etmiş, həmin mülk qiymətləndirilmiş və açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçı iddia ərizəsində onun iddiaçıya məhkəmə qətnaməsi ilə olan borcunu ödəməyəcəyinə dair and içdiyini yazmışdır. Bundan əlavə o, səhhətində olan problemlərlə əlaqədar dəfələrlə Gəncə şəhər Psixatriya Xəstəxanasında qalmaqla müalicə almışdır. Axırıncı dəfə o, həmin xəstəxanada 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək müalicə almışdır. Onun fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)-4004/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hal-hazırda əlilliyinə görə aldığı müavinətin 50 faizi, yəni 135 manat pul vəsaiti İddiaçı xeyrinə tutulur. İddiaçı iddia ərizəsində DƏDRX-nin Gəncə Ərazi İdarəsinin mülklərin alqı-satqısına dair 21 dekabr 2018-ci il tarixli məktubunu əlavə etmiş və məhkəmə iclasında da bildirmişdir ki, iddia ərizəsində göstərilən mülklərin onun tərəfindən başqa adamlara satılmasına dair xəbəri 2018-ci il tarixdən məlum olmuşdur. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı apellyasiya şikayəi vermiş və şikayətində həmin əmlakların başqa şəxsə satılmasını bildirmişdir. AA seriyalı, 988921 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X6 surətindən görünür ki, 2007-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, **-TO-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sahibi X18r. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 04 may 2022ci il tarixli, 133 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 41000 (qırx bir min) manat təşkil edir. Açıq Hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, hərrcın təçkilatçısı “X9”nın nəzdində yaradılmış “Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən məlumat üçün bildirilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 1656/2018 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən bağ evi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq aşağıda göstərilən tarixdə və ünvanda keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunmuşlar. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1959-cu il tarixdə Goranboy rayonu, Əzizbəyov kəndində doğulmuş, ünvan 17 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 04 yanvar 2020-ci il tarixli, 108/2006 nömrəli arayışdan görünür ki, vətəndaş Cavabdeh1 06 fevral 2006-cı ilən hal-hazıradək X37 Dispanserində qeydiyyatda durur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseritərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 108/06 nömrəli arayışdan görünür ki, Cavabdeh1 06 fevral 2006-cı il tarixdən hal-hazıradək X37 Dispanserində keçirilmiş vəziyyət nəticəsində yaranan dayanaqlı şizofraniya pzixoz depressiv paranoki sindrom prixotik hallarla qüsuru diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)-4004/2019 nömrəli qərardadının surətindən görünür ki, maraqlı şəxs İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsi ilə tamamilə ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli, xx/xx-2547 nömrəli arayışının surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1959-cu il tarixdə Goranboy rayonu Əzizbəyov kəndində anadan olmuş Cavabdeh1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 dekabr 2018-ci il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 28, 22 saylı mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-4-714 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il 4Ə-1573 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,11 ha torpaq sahəsi Göygöl rayon notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-53 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Göygöl rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-185 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi X2. Gəncə şəhəri, Kəpəz rayon, Dədə Qorqud küçəsi, ev 50B, 25 saylı mənzil Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-141 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə- 164 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, X19 küçəsi, 1-ci döngə, ev 35, 14 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-3-389 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-32 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X3. Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Hüseynov küçəsi, ev 3, 15 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1-102 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1540 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X7. Gəncə şəhəri, Todan küçəsi, 123A saylı fərdi yaşayış evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-08 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X2. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 24B, 14 saylı mənzil Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-491 saylı alqı-satqı müqaviləsinə əsasən X20 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1891 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X4. Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 17V, 3 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-02-330 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-3293 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Xəlilov Hicran Abbas qızına satılmışdır. Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evi Gəncə şəhər 1 sayı notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-2-253 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X5. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 19A saylı fərdi yaşayış evi Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 4Ə-01-43 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X1. Gəncə şəhəri, Kəpəz rayonu, X35 prospekti, 237, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 000585 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-153 saylı alqı-satqı müqaviləsinə əsasən bu qeyri-yaşayış sahəsi Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, ünvan 19 ünvanında yerləşən bağ evi Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-217 saylı alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış və alıcıya xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 53000 (əlli üç min) ABŞ dolları məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1, nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli, 2(102)- 3284/2018 nömrəli qərarı ilə Cavabdeh1, nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirməsinə görə Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəməmək üçün adına olan daşınmaz əmlaklarını, gözə dəyən bahalı nəyi varsa hamısını uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirmişdir. Eyni zamanda İddiaçı iddia tələbində qeyd etmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 ilə bağladığı ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə- 1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələri ilə cavabdehin ona olan borcunu ödəməyə kifayət etiyindən məhz həmin alqı-satqı müqavilələrini mübahisələndirmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə sözügedən alqı-satqı müqavilələrin qanunvericiliyə uyğun bağlandığı və Cavabdeh1 digər Cavabdeh2 ilə heç bir ər-arvad münasibəti olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququnun pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyevtik mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, eyni zamanda İddiaçı Cavabdeh1 ilə digər Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin bağlanmasında tərəf olmamış, mübahisəndirilən alqı-satqı müqavilələrinin bağlanması İddiaçı maraqlarına toxunmasını sübut edə bilməmiş, bununla da müəyyən olunur ki, İddiaçı subyektiv hüquqa malik olduğunu göstərə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********89 nömrəli, 21 dekabr 2018-ci il tarixli məktubuna əsasən İddiaçı mübahisələndirdiyi əmlaklar Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, bina 28, 22 saylı mənzil , Gəncə şəhər 7 saylı notaiat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-4-714 saylı alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 50B, 25 saylı mənzil Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-141 saylı alqı-satqı müqaviləsinə əsasən və Gəncə şəhəri, X36 prospekti, 237, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli, 000585 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mülkiyyətinə verilmişdir. Yəni, İddiaçı mübahisəndirdiyi əmlaklar üzərində Cavabdeh1 birbaşa mülkiyyət hüququ olmuşdur. Cavabdeh1 özünə məxsus olan adı çəkilən əmlakları digər cavabdeh olan Cavabdeh2 əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərt daxilində əqdin subyektiv tərkibinə aid şərt, əqdin formasına aid şərt, əqdin məzmununa aid şərt və əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtlərə əməl etməklə satmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə digər cavabdeh olan Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli və AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-153 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunla müəyyən edilmiş müqavilənin subyekt tərkibinə, formasına, məzmununa və iradə ifadəsinə dair halların pozulması məhkəmə tərəfindən müəyyən edilmir və iş materiallarına əlavə edilmiş sübutlarlarla da öz təsdiqini tapmır. Məhkəmə eləcə də qeyd etməyi lazım bilir ki, İddiaçı Cavabdeh1 fəaliyyət qabiliyyəti olmadığını bu səbəbdən də Cavabdeh1 bağladığı müqavilələrin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Məhkəmə İddiaçı bu iddiasına qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 177 nömrəli, 16 mart 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyinə əsasən Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas olmadığı müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 4004/2019 nömrəli, 06 noyabr 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh1 fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 ona olan borcunu ödəməmək üçün əmlaklarını alqı-satqı müqavilələri əsasında arvadı olan digər Cavabdeh2 adına keçirdiyini iddia etmiş, lakin Cavabdeh2 ilə Cavabdeh1 arasında nikahın bağlanması, faktiki ər-arvad münasibətlərinin olması və ya birgə təsərrüfatı idarə etmələri barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıran zaman sonuncunun mülkiyyətində bir sıra əmlakların olmasını bilmiş, lakin iddiaçı həmin icraat zamanı məhkəməyə cavabdehin əmlaklarının üzərinə həbs qoyulması barədə ərizə verməmişdir. Cavabdeh isə hazırki iddia ərizəsində göstərilən əmlakları heç bir məhdudiyyət və qadağa (həbs) olmadığı dövrdə satmış(özgəninkiləşdirmişdir), başqa sözlə sərəncam vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülahizələr olmaqla, qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirilmir və onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Qeyd edilən alqı-satqı müqavilələri Mülki Məcəllənin normalarına uyğun bağlanılaraq tərəflər arasında iradə ifadəsini əks etdirmişdir. Tərəflər arasında olan alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onu bağlanmasında lazimi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyyən edilmiş qayda və şərtlərə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı) Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd olun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 340.1-340.2-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmənin gəldiyi yekun qənaəti ondan ibarətdir ki, ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-736/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-736/2023
21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver