Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-765/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci ilin buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440841 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq müqaviləsi”nə, əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə 3371,61 manat gecikdirilmiş əsas, 462,45 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 492,70 manat dəbbə pulu, cəmi 4326,76 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC ilə bağlanılmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, Cavabdeh 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 dekabr 2022-ci il tarixə 4528,42 manat gecikdirilmiş əsas, 585,84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1553,4 manat dəbbə pulu, 64 manat ödənilmiş cərimələr cəmi 6731,66 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci ilin buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440841 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 faiz hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə isə 18362 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18362 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5299 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 23 noyabr 2022-ci il tarixə ümumilikdə 4326,76 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdə məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı MMC ilə 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsini nə səbəbə, nə üçün və hansı şərtlərlə bağlanmasından xəbəri olmadan imzalamışdır. Belə ki, o, tanışı Elsevər Əsgərova inanaraq və onun uşağının xəstə olmasını nəzərə alaraq həmin müqaviləni imzalamış və Elsevər Əsgərov Cavabdeh etibarından sui-istifadə edərək onu aldatmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizin obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. 04 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qəbul edərək, lizinq alan Cavabdeh təhvil vermişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 13 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış MAS-5299 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. 30 dekabr 2022-ci il tarixli, 4807 nömrəli maliyyə arayışından görünür ki, 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 15 dekabr 2022-ci il tarixə borcu əsas borc qismində 4528,42 manat, mükafat borcu qismində 585,84 manat, cərimə qismində 1553,40 manat, cəmi 6667,66 manat borcu vardır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci ilin buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440841 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/3825 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, 15 dekabr 2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə əsas borc üzrə 3958,80 manat, mükafat borcu üzrə 592,34 manat məbləğində borcu müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən lizinq ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanması müəyyən edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Elektron Xidmətlər portalı Nəqliyyat vasitələri, etibarnamə və cərimələr barədə məlumatdan görünür ki, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi 64 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ilə arasında 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı müqavilə bağlansa da, onun adı çəkilən daxili lizinq müqaviləsinin nə səbəbə, nə üçün və hansı şərtlərlə bağlanmasından xəbəri yoxdur. Buna görə də iddia ərizəsinə etiraz edir. Belə ki, həmyerlisi X4 ilə Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova ərazisində yerləşən ofisdə qonşu ofisdə işlədiyi üçün yaxın münasibətləri olmuşdur. 19 may 2022-ci ildə Elsevər ona zəng edərək, bildirmişdir ki, o, Gəncədədir, gələ bilmir, qızı xəstədir. “Xahiş edirəm sənə, etibarnamə göndərim get İddiaçı MMC-də bütün işləri danışmışam, yalnız imza etmək qalıb, mənim əvəzimdən imza et, maşınları götürə bilim.” 20 may 2022-ci ildə İddiaçı MMC-dən zəng edərək ona bildirmişlər ki, Elsevər Əsgərovun razılaşdığı müqavilələr hazırdır. Elsevər bildirmişdir ki, etibarnaməyə əsasən o, imzalayacaqdır. O, İddiaçı MMC-nin ofisinə getmiş, orada ona demişlər ki, müdiriyyət bildirir ki, mütləq Elsevər gəlməlidir. O, Elsevərə zəng edərək mütləq özü gəlməli olduğunu bildirmişdir. 21 may 2022-ci ildə Elsevər Əsgərov onun iş yerinə gələrək birlikdə İddiaçı MMC-yə getməyi bildirmişdir. O, narazı olsa da, Elsevər Əsgərov qızının xəstə olduğunu, məcbur Türkiyəyə aparmalı olduğunu, burda olmadığı müddətdə işlərinə köməklik etmək üçün onun əvəzindən iştirak etməsini demişdir. O da, Elsevər Əsgərova inanaraq, uşağının xəstə olmasını nəzərə alıb, bir həmyerli kimi razılaşmış və birlikdə İddiaçı MMC-nin ofisinə getmişlər. Elsevər Əsgərov ona ofisin dəhlizində gözələməsini bildirmiş və 15-20 dəqiqə sonra çıxıb ona mühasibatlığa gəlməsini və müqaviləni imzalamasını demişdir. O, mühasibatlığa keçmiş və xanım ona müdirin razılaşdığını, müqaviləni imzalaya biləcəyini bildirmişdir. O da onların səmimiyyətinə inanaraq oxumadan imzalamışdır. Bu zaman mühasib xanım bildirmişdir ki, Elsevər Əsgərovun verdiyi sənədlərə əsasən tanımadığı bir şəxsə maşının idarə olunması üçün 30 günlük etibarnaməyə imza etməsini də xahiş etmiş, o da imzalamışdır. Maşını qəbul edən vətəndaşla Elsevər Əsgərov arasında olan alış-verişdən onun heç bir xəbəri yoxdur. Eyni üsulla 04 iyun 2022-ci ilə qədər iş davam etmişdir. Təqribən avqust ayının ortalarında İddiaçındaən ona zəng vuraraq bildirmişlər ki, maşınların kredit ödənişləri gecikir. O da bildirmişdir ki, onun onlarla heç bir sövdələşməsi yoxdur, ona görə də Elsevər Əsgərovla əlaqə saxlamalarını demişdir. Dərhal o, Elsevər Əsgərova zəng edərək İddiaçı MMC-dən ona zəng olunduğunu və maşınların kredit ödənişlərinin gecikdiyini bildirmişdir. Elsevər Əsgərov isə narahat olmamasını, sabah ödəniş oluncağını demişdir. Elsevər iki gündən sonra zəng edərək bildirmişdir ki, maşınların pulunun çox hissəsini ödəmişdir. Lakin, ona məlum olmuşdur ki, Elsevər Əsgərov onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Hətta İddiaçı MMC-nin əməkdaşları və müdiri müqavilə imzalanan zaman bilsələrdi ki, onun müqavilənin bağlanma səbəbindən və mahiyyətindən heç bir xəbəri yoxdur, özlərinin əvvəllərdə müştərisi olmuş Elsevər Əsgərov onun etibarından sui-istifadə etməsindən xəbəri olsa da, müqavilənin onun tərəfindən imzalanmasına bilərəkdən şərait yaratmışlar. Odur ki, X2 əməllərinə hüquqi qiymət verilməsi və işin ədalətli həll olunması üçün xüsusi qərardad qəbul olunması, istintaqda araşdırılması, X4 tərəfindən İddiaçı MMC-yə ödədiyi ödənişlər barədə maliyyə hesabatı aparılmasına dair qərar qəbul edilməsi və İddiaçı MMCnin ona qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440841 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 dekabr 2022-ci il tarixə 4528,42 manat əsas, gecikdirilmiş mükafata görə 585,84 manat, dəbbə puluna görə 1553,4 manat olmaqla, cəmi 6667,66 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda lizinq obyekti cavabdehin istifadəsində olan müddət ərzində inzibati qaydada cərimə edilmiş və cərimələrə görə İddiaçı tərəfindən 64 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/3825 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinə əsasən Cavabdeh İddiaçı MMC-yə 15 dekabr 2022-ci il tarixə əsas borc üzrə 3958,80 manat, mükafat borcu üzrə 592,34 manat məbləğində borcu müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini, Cavabdeh tanışı X2 Cavabdeh aldadaraq və etibarından sui-istifadə edərək 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı “Daxili lizinq” müqaviləsini imzaladığını bildirərək, iddia tələbinin rədd edilməsini məhkədən xahiş etdi. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə əsaslı və tutarlı sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə versə də, cavabdeh lizinq obyektindən istifadə üçün müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsini, lizinq müqaviləsi üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır. Lakin qeyd olunmalıdır ki, 15 dekabr 2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 3958,80 manat müəyyən edildiyindən əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdə, gecikdirilmiş mükafat məbləği isə iddia da göstərilən məbləğdə yəni, 585,84 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, lizinq obyekti cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta törədildiyindən və İddiaçı tərəfindən cərimələrə görə 64 manat məbləğində ödəniş edildiyindən iddia tələbi həmin hissə də təmin edilməlidir. Həmin hissədə məhkəmə iddia tələbinin əsası kimi deliktlə bağlı mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda iddianın cavabdehdən tələb olunan cərimənin ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edərsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərinin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, lizinq alan daxili lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 1553,4 manat məbləğində cərimə pulu hesablamışdır. Məhkəmə 1553,4 manat cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə məbləğini azaldaraq 15 (on beş) manat müəyyən edilməsinin daha məqsədə uyğun olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı xeyrinə 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3958,80 manat, gecikdirilmiş mükafat qismində 585,84 manat, dəbbə pulu qismində 15 manat, inzibati xətaya görə ödənilmiş cərimə qismində 64 manat olmaqla, cəmi 4623,64 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 66,23 (altmış altı manat iyirmi üç qəpik) manat hissəsi Cavabdeh aid edilərək, İddiaçınə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğunda ekspertizanın dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 04 iyun 2022-ci il tarixli, MAS-5299 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3958,80 (üç min doqquz yüz əlli səkkiz manat səksən qəpik) manat, gecikdirilmiş mükafat qismində 585,84 (beş yüz səksən beş manat səksən dörd qəpik) manat, dəbbə pulu qismində 15 (on beş) manat və inzibati xətaya görə ödənilmiş cərimə qismində 64 (altmış dörd) manat olmaqla, ümumilikdə 4623,64 (dörd min altı yüz iyirmi üç manat altmış dörd qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 66,23 (altmış altı manat iyirmi üç qəpik) manatı tutulub İddiaçınə ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-765/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-765/2023
27.07.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver