Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-766/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 1440 m3 qaz sərfiyyatının əsassız hesab edilməsi və hesablanmış sərfiyyatın, faktiki olaraq 172,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00000 olmaqla, abonent kimi iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhərində ona məxsus evdə kiçik oğlu ilə birgə yaşayırlar. Onun mənzilində qaz sayğacı olub və o abonent kimi mütəmadi olaraq sərfiyyatın dəyərini ödəmişdir. Mənzildə o və kiçik oğlu yaşadıqları üçün qaz sərfiyyatı o qədər də yüksək olmur. Əslində isə oğlu dərsdən evə qayıtdığı zaman axşamları Samux rayonu Yenikənd kəndində yaşayan yaşlı anasının yanına gedərək onunla bir qalırlar. O səbəbdən də qaz sərfiyyatları aşağı olur. 2023-cü ildə qaz sayğacının qoruyucu qutusunun qapağı xarab olaraq bağlanmırdı. Yəni ki, qutu açarla bağlanmırdı, nə qədər bağlamağa cəh etsə də, açar qutunun qapağını bağlamırdı. O da bu zaman sayğaca yağış və ya şaxta nəticəsində zərər dəyməməsi səbəbilə sayğacın qapağını kəndirlə bağlayaraq bağlı qalmasına çalışmışdır. Çünki sayğac küçədə yerləşirdi və o çox vaxt anasıgildə, Samux rayonunda qalırdı. Hətta öz evində olsa belə sayğaca küçədə kimin zərər verməsini, kimin müdaxilə etməsindən tamamilə xəbərsiz olacaqdı. Çünki evinin sahəsi böyükdür, iki mərtəbədən ibarətdir, evdə olduğu zaman da küçədə nə baş verməsindən təbiiki xəbərdar ola bilmir. Eyni zamanda o qaz sayğacının qutusunun qapağının xarab olması barədə qaz nəzarətçisinə də məlumat vermişdir. Məlumat verməmiş olsaydı belə nəzarətçi bildiriş yazdığı zaman təbii olaraq sayğaca baxış keçirirdi. Sonra necə olubsa, X1 istismar İdarəsinin əməkdaşları sayğaca baxış keçirərək sayğacın üzrərinə maqnit qoyub şəklini çəkiblər, eyni zamanda akt tərtib edərək guya onun sayğaca müdaxilə etməsi barədə saxta sənədlər tərtib ediblər. Həmin akt əsasında ona 1440 m3 itirilmiş qaz sərfi hesablanaraq 172,80 manat dəyərində cərimə edilmişdir. Əvvəla onun iştirakı və xəbəri olmadan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda abonentin qaz sayğacının üzərində maqnit aşkar edildiyi qeyd edilərək itirilmiş qazın dəyərinin hesablanması göstərilərək 1440 m3 zərər hesablanmışdır. Bundan sonra həmin akt əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasına dair tələbnamədə də sayğacın üzərinə maqnit yapışdırıldığı aşkar edildiyi qeyd edilərək hesablama mexanizminin iş prinsipinə maneə törədildiyi göstərilmişdir. Əslində isə elə bir şey faktiki olaraq baş verməmişdir. Yuxarıda qeyd etdiyi hal bu aktın qanunsuz və əsassız hesab edilməsinə əsasdır. Həqiqətən də sayğacın qoruyucu qapağı gövdədən tamamilə aralanıb və ya kənar təsirlər nəticəsində sınmasın deyə o sayğacın qutusunu sadəcə kəndirlə bağlamışdır ki, qapaq qırılmasın, onun etdiyi tək şey bu olubdur ki, bildiyi qədər bu hal qanunsuzluq və sayğaca müdaxilə sayılmır. Maqnitin sayğacın üzərinə qoyulmasından xəbəri olmayıb. Onun bu işdə heç bir günahı olmayıb, hər ay cavabdeh təşkilatın əməkdaşı əraziyə baxış keçirib, əgər sayğaca maqnit qoyulmuş olsaydı, o zaman dərhal elə cavabdeh təşkilatın öz əməkdaşı bunu bildirərdi. Nümayəndə özü sayğacın qutusunun qapağının xarab olduğunu özü görmüşdü. Çünki sayğac evin və ya həyətin içində deyil, küçədə yerləşir və küçədən gün ərzində yüzlərlə insan hərəkət edir. Ona yazılan 1440 m3 qaz sərfiyyatı tamamilə əsasız, heç bir əsası olmuyan qanunsuz bir tədbirdir, hesab edir ki, savadsızlıq və ya qərəzli hərəkətlər səbəbindən cavabdeh təşkilatın əməkdaşları onun barəsində həmin tədbirə əl atıblar. Tərtib olunan aktlara görə guya o, 30 gün qanunsuz olaraq qazdan istifadə etmişdir. Eyni zamanda qanunsuzluq etmişdirsə, niyə onun barəsində prokurorluğa və ya polis orqanlarına müraciət edilməyib. Qanunsuzluq olsaydı onun barəsində prokurorluğa şikayət verilər, sayğac ekspertizaya göndərilərdi və yeni sayğac quraşdırılardı və sayğaca müdaxilə edilib edilməməsi ekspert rəyində göstərilərdi. Ancaq nə sayğac dəyişilib, nə də ekspertiza aparılmayıb, nə də onun barəsində prokurorluğa müraciət edilməyib. Çünki maqnitin onun tərəfindən qoyulmadığı cavabdeh təşkilatın əməkdaşlarına da yaxşı məlumdur. Həmin sayğacın içərisinə pul, qızıl zinət, və ya oğurlanmış hansısa əşya da qoyula bilərdi və bunu küçədən keçən hər kəs edə bilər, çünki sayğac evinin içində deyil, küçədədir və o da 24 saat sayğacı mühafizə edə bilməz, bu mümkün də deyil. Cavabdehin özünün ona təqdim elədiyi abonent saldosundan görünür ki, hər ay onun tərəfindən ödəniş edilmişdir. Guya o qanunsuz olaraq qazdan istifadə etmişdir. Əslində isə belə şey olmayıb. Elə bu qeyd etdikləri aktların qanunsuz tərtib edilməsinə, sərfiyyatın əsassız hesablanmasına sübutdur.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair 15 dekabr 2023-cü il tarixli tələbnamənin qanunsuz və əsassız hesab edilərək yazılan sərfiyyatın silinməsinin silinməsi üçün məhkəmədə iddia qaldırmışdır. Qanunverciliyə uyğun olmayan yazılan məbləği və tərtib edilən aktları qanunsuz hesab edir. Göründüyü kimi tərtib edilən aktlar Nazirlər Kabinetinin müvafiq qərarına ziddir və qanunsuzdur. Çünki həmin aktda sayğaca müdaxilə edilməsi, plombun və ya dövlət möhürünün qırılmasına dair heç bir qeyd yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki istehlakçı kim iddiaçının adı qeydə alınmış, iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, Zenner tipli, **********4 nömrəli qaz sayğacına baxış keçirilmiş, abonentin qaz sayğacının üzərində maqnitin aşkar edildiyi qeyd edilmiş, dəymiş ziyanın 1440 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvan üzrə G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 14-2-2-14/2-B-4xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən ünvan AGİS bazasında kod: **********00000 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır, ünvanda quraşdırılmış G-4 markalı, Zenner tipli **********4 quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Akt”a əsasən fərdi yaşayış evində (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq G-4 markalı, **********4 nömrəli sayğacın üzərində maqnit yapışdırılaraq hesablama mexanizminin iş prinsipinə maneə törədilmişdir. Bu səbəbdən ona 1440 m3 həcmində 172,80 manat dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda abonentin qaz sayğacının üzərində maqnitin aşkar edildiyi qeyd edilmiş, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 1440 m3 olması qərara alınmış və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi, tərəflər **********4 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının istifadəsində olan ünvan üzrə qaz itkisinin 1440 m3 olması ilə əlaqədar sözügedən məbləğdə borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk öncə sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçıların yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, **********4 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 1440 m3 itirilmiş təbii qaz üçün borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00000 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-766/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-766/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver