Məhkəmə qərarları › İş №2(125)-768/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-768/2023

14.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-768/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2022-ci il tarixli MAS-5257 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, 77PT834 dövlət qeydiyyat nişanlı, nvaw01hhfne440843 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehdən 21 may 2022-ci il tarixli MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq lizinq obyekti olan “Khazar SD” markalı, 77PT834 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya geri qaytarıldığından iddia tələbinin həmin hissəsindən iimtina etdiklərini və işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2022-ci il tarixli MAS-5257 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440843 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə isə 18362 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18362 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5257 saylı daxili lzinq” müqaviləsinə əsasən 23 noyabr 2022-ci il tarixə ümumilikdə 4156,62 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim ğününə lizinq ödənişi məbləğində gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Müqavilə üzrə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, həmyerlisi X1 verdiyi etibarnamə üzrə sonuncunun adından çıxış edərək müqavilə bağlamalı olduğu halda aldadılaraq müqavilə onun öz adından bağlanmışdır. O, X1 və iddiaçı tərəfin səmimiyətinə inanaraq müqaviləni oxumadan imzalamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 17000 manat dəyərində “Khazar SD” markalı, nvaw01hhfne440843 ban nömrəli, ağ rəngli avtomobil muzdla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 17,5% hesablanmaqla 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1280,19 manat, ümumilikdə 18362 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD”markalı, nvaw01hhfne440843 ban nömrəli avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, BB246374 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli, 4482 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-5257 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçıya 23 noyabr 2022-ci il tarixə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinqalan daşıyır. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 17,5 % hesablanmaqla 12 aylıq müddətə lizinq olaraq vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin müqavilə bağlanarkən onun aldadılmasına dair göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5257 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və 325,42 manat dəbbə pulu olmaqla, cəmi 4156,62 manat pul alınaraq İddiaçı MMC-in xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5257 nömrəli daxili lizinq müqaviləsi üzrə 3420,78 manat gecikdirilmiş əsas, 410,42 manat gecikdirilmiş mükafat və 325,42 manat dəbbə pulu olmaqla cəmi 4156,62 (dörd min bir yüz əlli altı manat 62 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar