Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-779/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı2, digər İddiaçı1 nümayəndəsi (vəkil) X6 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakdan istifadə hüququna mane olan qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakdan istifadə hüququna mane olan qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onların əmlakdan istifadə hüquqlarını məhdudlaşdıran, əmlaka giriş-çıxışa maneə yaradan inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. Hal-hazırda ona məxsus mənzildə istifadə hüququ əsasında etibarnaməli idarəçi digər İddiaçı2 yaşayır. Həmin mənzilin iki çıxışı olmuşdur. Bir çıxış sola digər qonşuların çıxışı olan tərəfə, ikinci əsas çıxış evin birbaşa qabağından küçəyə, yola tərəf çıxır ki, əsasən bundan istifadə etmişlər. Küçə yolu ilə 2-ci çıxışın arasında kiçik bir ərazi var idi ki, bu isə ümumi ifadədə olan ərazi olmuşdur. Cavabdeh onların evin yol ilə arasından mişar daşı ilə hasar çəkmiş və onların küçəyə çıxışını kəsmişdir. Onlar cavabdehə bildirəndə ki, “sən bizim yolu bağlayırsan həm də ümumi istifadədə olan ərazini qanunsuz olaraq zəbt edirsən” cavabdeh isə bildirmişdir ki, "mən paltar sərmək üçün yer düzəldirəm". Müvafiq orqanlara müraciət etdikdə ona məhkəməyə müraciət etməsini bildirmişlər. Beləliklə, cavabdeh qanunsuz tikiliş apararaq onların küçəyə çıxışını, əmlakdan sərbəst istifadə hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi (vəkil) X10 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, digər iddiaçı olan İddiaçı1 ünvan 2 ünvanında istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzili etibarnamə əsasında almışdır. Cavabdeh evin yolu ilə arasında mişar daşı ilə hasar çəkmiş və onun küçəyə çıxışını bağlamışdır. Cavabdehin zəbt etdiyi ərazi heç kimin mülkiyyətində deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ərazinin yerləşdiyi küçədə ona məxsus heç bir ev yoxdur. Buna baxmayaraq, Gəncə şəhəri Cavadbəy Şıxlınski küçəsində yerləşən 26 saylı evin, 1/7 nömrəli mənzili qızı Aynurəyə məxsus olmaqla o, həmin ünvanda qızı Aynurə ilə birlikdə yaşayır. İddiaçılar onun gəlişindən çox sonra Cavadbəy Şıxlınski küçəsinə köçüb orada yaşamışlar. Onun istifadəsində olan mübahisəli torpaq heç bir kəsin mülkiyyətində deyildir. İddiaçılar Cavadbəy Şıxlınski küçəsinə köçüb yaşamamışdan öncə o, mübahisəli ərazidən istifadə etməyə başlamışdır. Mübahisəli ərazini əvvəllər taxta çəpərlə bağlamış, daha sonra sahənin bir hissəsinə daş hasara almışdır. Həmin yer çox kiçik olmaqla orada paltarlarını sərib qurudur. O, iddiaçıların evlərinə gedib gəlməsinə heç bir maneə yaratmamışdır. Bu iş materiallarında olan şəkillərdən də aydın görünür. Ümumiyyətlə İddiaçı1 özünə məxsus evdə yaşamır, o evini Svetlanaya faktiki olaraq etibarnamə əsasında satıb oradan köçüb getmişdir. İddiaçı2 isə onu daim təhqir edir. Qonşu kimi yaşamağa ona imkan vermir. Hətta Svetlana onu bir dəfə daşla vurmaq istəmişdir. Mübahisəli ərazinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Onu hələ indiyə kimi heç bir orqan mübahisəli ərazidən çıxarmamış və daş hasar tikdiyinə görə ona irad tutan olmamışdır. Onun oğlu vətən müharibəsində iştirak etmiş və qazidir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxx 1978-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 01 aprel 1956-cı il tarixdə doğulmuşdur. AZE seriyalı, 17668663 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 27 dekabr 1978-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. ƏN-İ seriyalı, 136507 nömrəli etibarnamənin surətindən görünür ki, ünvan 6 ünvanında yaşayan X7 xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri, 7-ci DNK-da 7E-21-10053 saylı etibarnaməyə əsasən Gəncə şəhəri, Atatürk prospekti 253, ev 1A, mənzil 40-da yaşayan X11 isə xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri, 7-ci DNK-da 7E-21 saylı etibarnaməyə əsasən Gəncə şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı1 adından ünvan 8 9, 30 saylı mənzildə yaşayan X4 DƏDRX Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********* saylı xx.xx.2007-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 9 ünvanda yerləşən mənzilə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********56-05101-093001 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azbarit küçəsi 26-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində, 1-ci mərtəbəsində, 20,1 kv,m ümumi, 20,1 kv,m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Azbarit küçəsi, ev 01, mənzil 07-də yaşayan X3 və Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 13, mənzil 24-də yaşayan X9 həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: Satıcı - Azərbaycan Respublikası DƏDRX Gəncə şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 4254 nömrəli arayışa əsasən Tik “A” yaşayış sahəsi 20,4 kvm, bir otaqdan ibarət olan Gəncə şəhəri, Azbarit küçəsi 26, bina 01, mənzil 07-də olan mənzili alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak Gəncə şəhəri, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabı 41, qeydiyyatı 22748, xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsusdur. Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, **********56-05101-093003 reyestr nömrəli Gəncə şəhəri, Kəpəz rayonu, Azbarit küçəsi 26 bina 1 mənzil 7 X5 məxsusdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli, **********56-05101-093003 reyestr nömrəli,150704770 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, bu çıxarış verilir X5 ondan ötrü ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azbarit küçəsi, 26-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 7-ci girişində, 1-ci mərtəbəsində 20,4 kv,m ümumi, 20,4 kv,m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********56-05101-093001 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışa ünvan 10-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 ona məxsus olan mənzili etibarnamə əsasında digər iddiaçı olan İddiaçı2 faktiki olaraq satmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 10-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzilin iki çıxışı olduğunu bir çıxışın sola digər qonşuların çıxışı olan tərəfə, ikinci əsas çıxışın birbaşa küçəyə yola çıxdığını həmin çıxışdan istifadə etdiklərini və Cavabdeh onların evinin yol ilə arasından mişar daşı ilə hasar çəkdiyini və onların küçəyə çıxışını bağladığına görə qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmışlar. Cavabdeh yaşadığı Gəncə şəhəri, Cavadbəy Şıxlınski (keçmiş Azbarit) küçəsi, 26-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 7-ci girişində 7 nömrəli mənzil isə tam mülkiyyət hüququ üzrə cavabdehin qızı olan X2 mülkiyyətindədir. İddiaçı1 nümayəndəsi iddia tələbinin təmin edilməsini və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı2 isə İddiaçı1 ünvan 2-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzili etibarnamə əsasında aldığını və Cavabdeh evin yolu ilə arasında mişar daşı ilə hasar çəkdiyini və onun küçəyə çıxışını bağladığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə həmin tikilinin çoxdan orda olduğunu, sözügedən tikilini təmir etdiyini və iddiaçıların evə giriş-çıxışına heç bir maneə yaratmadığını nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüquqlarının pozulubpozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, ünvan 10-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzili İddiaçı1 digər iddiaçı olan İddiaçı2 etibarnamə əsasında şifahi olaraq satmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, etibarnamə dedikdə, elə bir yazılı səlahiyyət (vəkalət) başa düşülür ki, bu səlahiyyət etibar edən adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün etibar edilənə verilir. Adətən, etibar edənlə etibar edilən arasındakı münasibətlər tapşırıq müqaviləsi ilə rəsmiləşdirilir. İddiaçı1 ona məxsus olan ünvan 10-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzili digər iddiaçı olan İddiaçı2 alqı-satqısı müqaviləsi əsasında deyil, etibarnamə əsasında vermiş və sözgüdən mənzil üzərində İddiaçı2 müvafiq hüquqi hərəkətləri yerinə yetirməsini tapşırmış və məhz bü cür hərəkətlərə səlahiyyət vermişdir. Başqa sözlə mülkiyyətində olan mənzili İddiaçı2 satmamış, İddiaçı1 İddiaçı2 vermiş olduğu etibarnamə isə mülki qanunvericiliyin tələbləri baxımından alqı-satqı kimi qiymətləndirilə bilməz. Belə ki, ünvan 10-da istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzil ilə əlaqədar İddiaçı1 İddiaçı2 verdiyi etibarnamə sadəcə İddiaçı1 (etibar edənin) əmlakının idarə edilməsi və ona sərəncam verilməsi məqsədi daşıyır, etibarnamə verən şəxs öz hüquqlarını və ya əmlakını satmır, etibar edir və etibarnamə alqı-satqını təsdiqləmir. Bununla da müəyyən olunur ki, iddiaçılardan İddiaçı2 Cavabdeh qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüququqa malik deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakdan istifadə hüququna mane olan qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçılar tələbini cavabdeh tərəfindən inşa edilmiş tikilinin ünvan 10 ünvanında istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzilin gediş-gəliş yolunu bağlaması ilə əsaslandırsalar da, bu barədə sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda mübahisəli əraziyə məhkəmə tərəfindən yerində müayinə (baxış) keçirilmiş və Cavabdeh tərəfindən inşa edilmiş tikilinin ünvan 10 ünvanında istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzilin gediş-gəliş yolunu, küçəyə çıxışını bağlamadığı, mənzildən istifadə hüquqlarını məhdudlaşdırmadığı və həmin mənzilə sərbəst surətdə giriş-çıxışın mövcud olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi nə iddiaçılar İddiaçı1 və İddiaçı2, nə də Cavabdeh məxsus olmayıb, onların mülkiyyətində deyildir. Məhkəmə hazırkı iş üzrə cavabdeh tərəfindən inşa edilmiş tikilinin ünvan 10 ünvanında istifadədə olan 0,0516 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 8-ci girişində 8 nömrəli mənzilin gediş-gəliş yolunu və küçəyə çıxış yolunu bağlamadığını, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmamasını, eyni zamanda İddiaçı1 mülkiyyətində olub, digər İddiaçı2 yaşadığı Gəncə şəhəri Cavadbəy Şıxlınski (keçmiş Azbarit) küçəsində yerləşən 26 saylı evin, 1/8 nömrəli mənzilinə sərbəst surətdə giriş-çıxışın mövcud olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1.-ci maddəsinin tələblərinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakdan istifadə hüququna mane olan qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakdan istifadə hüququna mane olan qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-779/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-779/2023
27.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver