Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-782/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə (Maraqlı şəxs) dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X26 ilə X11 ana-bala olmaları faktının, X11 1966-cı ildə ölməsi faktının, 23 avqust 1980-ci ildə vəfat etmiş X6 onun, yəni Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda, 0,0217 ha torpaq sahəsində yerləşən 139,1 kvm sahəli ev mülkiyyət hüququ ilə 1/5 paylarla ata tərəfdən nənəsi X19, atası X8, əmisi X24, əmisi X20 və əmisi X12 məxsusdur. Bu barədə Kirovabad şəhər məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarış vardır. Hazırda mülkiyyətçilərdən heç kim yaşamır, yaılnız o və əmisi oğlu X5. Əmisi oğlu ilə miras qalmış ev üstündə aralarında söz söhbət yaranmışdır. O, miras evi mülküyyətinə keçirib və əmisi Əvəzin payını oğlu Ceyhuna keçirilməsini istəyir. Lakin miras qoyanlara aid bəzi sənədləri notariusa təqdim edə bilmədiyindən notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Mülkiyyətçilərdən əmisi Qənbər 1966-cı ildə ölmüşdür, lakin onun ölüm qeydi tapılmamışdır. Əmisi Məhər xx.xx.1977-ci il tarixdə, nənəsi Gülxar xx.xx.1978-ci il tarixdə, atası Daşdəmir xx.xx.1980-ci il tarixdə, əmisi Əvəz xx.xx.2008-ci il tarixdə ölmüşdür. Onların ölüm və doğum qeydləri vardır. Əmiləri Qənbər və Məhər öləndən sonra onların payları o zaman qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinə əsasən yeganə qanun üzrə 1-ci növbə vərəsə kimi nənəsi Gülxara qalmışdır. Nənəsi onların paylarına sahib olub, həmin mülkü idarə etmişdir, yəni mirası faktiki qəbul etmişdir. Nənəsi xx.xx.1978-ci il tarixdə öləndən sonra isə onun 3 payı qanun üzrə 1-ci növbə vərəsələri olan atası Daşdəmirə və əmisi Əvəzə qalmışdır. Atası Daşdəmir xx.xx.1980-ci il tarixdə öləndən sonra isə onun payı qanun üzrə 1-ci növbə vərəsə kimi ona qalmışdır. O, mirası faktiki (yiyələnmə və idarə etmə formalarında) qəbul edib, həmin mülkdə yaşayır. Əmisi Əvəzin xx.xx.2008-ci il tarixdə baş vermiş ölümündən sonra ondan qalan mirası oğlu cavabdeh Ceyhun Əliyev qəbul etmişdir. Beləliklə, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 1-ci dalan, 3 nömrəli ünvanda yerləşən evin yarısı ona, ikinci yarısı isə Ceyhun Əliyevə məxsusdur. Miras mülkdən ona düşən payı ona görə notariatda adına keçirə bilməmşdir ki, Ceyhun Əliyevlə aralarında paylara dair mübahisə yaranmışdır. O, onun vərəsə olmağını qəbul etməyib, yaşlı və xəstə olduğu üçün miras evi təkbaşına öz adına keçirtmək istəyirdi. Hazırda onlar barışmışlar və hərə öz miras payına sahib olmaq istəyir. Onun doğum haqqında şəhadətnaməsində ata qrafası boşdur, əmisi Qənbər Əliyevin doğum və ölüm qeydləri isə yoxdur, yəni qohumluq faktlarının müəyyən edilməsi barədə ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmin səbəblərdən də, yəni ölüm, qohumluq faktlarının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi “23 avqust 1980-ci ildə vəfat etmiş X6 onun, yəni Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin olunmamalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-782/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə Ərizəçi “X26 ilə X11 ana-bala olmaları faktının və X11 1966-cı ildə ölməsi faktının müəyyən edilməsi” tələblərinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 1-ci dalan, ev 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 paylarla X19, X8, X24, X20 və X11 adınadır. İş materiallarında olan Gəncə Şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin Məcəllənin 1146 maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.”. Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 60-cı maddəsi və Azərbaycan Respublikasında Notariat Hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinə əsasən “Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti X10nı aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti. Şərh olunanları nəzərə alaraq bildirilir ki, miras qoyanın ölüm haqqında şəhadətnaməsinin əslini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri sübut edən sənədləri notariat ofisinə tədqim etməlisiniz. Lakin, təqdim etdiyiniz sənədlər arasında miras qoyanın ölüm haqqında şəhadətnaməsinin əsli və miras əmlaka dair digər tələb olunan sənədlər yoxdur. Odur ki, tələb olunan sənədləri təqdim edə bilmədiyinizə və mirasın qəbul müddətini buraxdığınıza görə Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1 -ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka dair sənədərlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1978-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X27 xx.xx.1977-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1980-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1921-ci il təvəllüdlü X13 xx.xx.1980-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhər Əliyev öldüyü xx.xx.1977-ci ilədək subay olmuşdur. İş materiallarında olan xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X21 doğum haqqında şəhadətnaməsinin ana qrafasında X15, ata qrafasında X30 qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X22 doğum haqqında şəhadətnaməsinin ata qrafasında Ərizəçi Rahim oğlu, ana qrafasında X28 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana qrafasında X16 qeyd olunmuş, ata qrafasında soyad, ad və ata adına dair qeydiyyat aparılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X14 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X22 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: oğlu X29 (xx.xx.1969). İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1921-ci il təvəllüdlü X6 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: oğlu Ərizəçi (xx.xx.1955). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1903-cü il təvəllüdlü X17 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: oğlu: X13 (xx.xx.1921) (xx.xx.1980-ci ildə vəfat edib), oğlu: X27 (xx.xx.1928) (xx.xx.1977-ci ildə vəfat edib) və oğlu: X30 (xx.xx.1934) (xx.xx.2008-ci ildə vəfat edib). İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası X34 X1 ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 2 saylı Gəncə Regional «Asan Xidmət» Mərkəzindən ünvanladığınız, vətəndaş X11 1929-cu ildə doğum qeydi barədə sorğuya cavab olaraq bildirilir ki, X34 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X2 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1929-cu il üzrə doğum, 1936-1945-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X11 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün omamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maraqlı şəxs X25 ünvanladığı məktubun surətindən görünür ki, Maraqlı şəxsnə daxil olmuş «1966-cı ildə vəfat etmiş X11 ölüm haqqında şəhadətnaməsinin istənilməsi barədə» ərizəyə baxılmışdır. Ərizə ilə əlaqədar avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X11 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığınız ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin “Daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə” məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın xarakteristikası barədə arayışın verilməsinə dair məktubuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirilir ki, Əliyev X4 adına Kirovabad şəhəri, Krasnıy Raşbar küçəsi, 68 saylı fərdi yaşayış evirıin yerləşdiyi 217.0 kvm torpaq sahəsinə dair xx.xx.1942ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri Stalin rayon 1-ci dairə xalq məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsinə əsasən bu mülk Əliyev X4 adından X17, X6, X14, X22 və X11 adlarına keçmişdir. X17 1/5 pay, X6 1/5 pay, X14 1/5 pay, X22 1/5 pay, X11 1/5 pay adlarına ünvanı ünvan 8cə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 25) bu fərdi yaşayış evinə (0.0217 ha torpaq sahəsində yerləşən tikili “A”-da 81.0 kvm beş yaşayış otaqları, 58.1 kvm köməkçi sahə, 136.6 kvm y/zirzəmi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X18 xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, 1921-ci il təvəllüdlü X6 doğum akt qeydinin ata qrafasında Ərizəçi Baqim oğlu, ana qrafasında X26 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, xx.xx.1955-ci ildə Gəncə şəhərində anadan olmuş, barənizdə xx.xx.1955-ci il tarixdə Maraqlı şəxsndə 3462 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, həmin vaxt valideynlərin nikahı olmadığından doğum haqqında akt qeydi tək ananın ərizəsi əsasında tərtib olunmuş, ana haqqında məlumatlar tam yazılsa da atanın məlumatları ananın deməsinə görə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti X10» Qaydasının 2.9-cu bəndinə əsasən «bu Qaydanın 2.8.1-ci bəndinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər». Həmçinin həmin Qaydaların 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən «Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, usaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alınır. Odur ki, göstərilənlərlə bağlı yaşadığınız ərazi üzrə məhəkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirdi ki, Hüseyn onun qonşusudur, münasibətləri yaxşıdır. Hüseynin atası Daşdəmir, anası Solmaz idi. Daşdəmirin ata adını bilmir, amma soyadı Əliyev idi. Daşdəmir azı 15 ildir ki, vəfat edib. Hüseyn Daşdəmirin anası Gülxarın (ölüb) evində yaşayır. Həmin ev ata-baba evidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Hüseyn onun qonşusudur, münasibətləri yaxşıdır. Hüseynin ata-anası eyni küçədə mağaza işlədirdi. Atası Daşdəmir, anası Solmaz idi. Daşdəmirin ata adını bilmir, anası Gülxar idi. Daşdəmir azı 15 ildir ki, vəfat edib. O, Solmazdan əvvəl vəfat etmişdi. Daşdəmirin qardaşı kimi Qənbərin adını eşitsə də, onu tanımır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3). Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər (maddə 45). Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin: 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10. Atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hazırkı iş üzrə Ərizəçi X6 onun atası olması faktının müəyyən olunmasını xahiş etmişdir. Lakin ərizəçinin sübut qismində təqdim etdiyi və məhkəmə tərəfindən araşdırılmış sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi atası xx.xx.1921-ci ildə doğulmuş və xx.xx.1980-ci ildə vəfat etmiş X9r. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının qeyri-mümkün olması, buna görə məhkəmənin hüquqi əhəmiyyəti olan faktı təsbit etməsi zərurəti müəyyən olunmur. Ərizəçinin doğum haqqında şəhadətnaməsindəki ata qrafasında soyad, ad və ata adına dair qeydiyyat aparılmaması hazırkı ərizənin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Hazırkı halda, ərizəçi qeyd edilən faktı təsbit edən sənədlərlə müvafiq qeydiyyat şöbəsinə müraciət etmək və həmin sənədlər əsasında xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi atasının xx.xx.1921-ci ildə doğulmuş və xx.xx.1980-ci ildə vəfat etmiş X13 olmasının qeydə alınmasını xahiş etmək, bundan imtina ediləcəyi və ərizəçi həmin imtina ilə razılaşmayacağı halda həmin imtinanı müvafiq qaydada mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin: 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi “23 avqust 1980-ci ildə vəfat etmiş X6 onun, yəni Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Xədicə Səfərli