Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-806/2025 31.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2.799 manat 36 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın azaldılması barədə ərizə təqdim edərək «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2.229 manat 12 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 225 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda təbii qazdan istifadə etməklə, istifadə etdiyi qazın dəyərini ödəyir. Belə ki, sözügedən evin həyətində köhnə qaz xəttindən çıxıntı olsa da heç vaxt ondan istifadə etməmişdir. Lakin 2024-cü ilin yanvar ayında mərhum qardaşının il dönümü ilə əlaqədar olaraq üç gün ərzində qaz sayğacından kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə istifadə etmişdir. Daha sonra həmin kənar qaz xəttini açmaq istəyən zaman Cavabdeh nümayəndələri buna şahid olmuşlar. Bununla əlaqədar ona qanunsuz olaraq «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında 2.229 manat 12 qəpik məbləğində cərimə hesablanmışdır. Halbuki, o, 3 gün ərzində sayğacından kənar qeyri-qanuni xətt vasitəsi ilə istifadə etdiyi təbii qazın dəyərini ödəməyə hazır olduğunu cavabdehin nümayəndələrinə bildirmişdir.Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2025-ci il tarixdə mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, İddiaçı Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 225 nömrəli fərdi yaşayış evində əsas qaz xəttinə qanunsuz qoşulma etmiş və xx.xx.2024-cü il tarixdə keçirilmiş yoxlama zamanı həmin hal aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunmuş və itirilmiş təbii qaz hesablanmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xəttdən istifadə olunduğu aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 225 nömrəli fərdi yaşayış evində əsas qaz xəttinə qanunsuz qoşulma olduğuna görə, qaz işlədicilərindən Kombinin 24kw maksimal qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi - 12 saat, hesabat müddəti 180 gün, PQ3-ün (2 ədəd) maksimal saatlıq qaz sərfi 2 x 0,8 m3 saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, QSSQ maksimal saatlıq qaz sərfi 2,0 m3 saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 2,6 x 12 x 180 =5.616 m3 saat, 2 x 0,8 x 360 = 6.912 m3, 2,0 x 12 x 360 = 10.800 m3 cəmi 23.328 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan **********02250 abonet kodlu İddiaçı abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan qanunsuz istifadəyə görə 2024-cü ilin yanvar ayında 2.799 manat 36 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********02250 abonent kodlu istehlakçıdır. İddiaçı 2024-cü ilin yanvar ayında sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bununla əlaqədar «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın tərtibi zamanı İddiaçı mənzilində «kombi 24 kw», 2 ədəd «PQ- 3» və 2 ədəd «QSSQ» adlandırılan qaz cihazları aşkar edilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti müvafiq hissələrdə 180 və 360 gün, həmçinin 1 m3 qazın dəyəri 0,12 manat (12 qəpik), orta günlük iş rejimi bütün cihazlar üzrə 12 saat hesablanmışdır. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarının 6.5-1.1-6.5-1.3-cü bəndlərinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; itehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Həmin Qaydalarım 6.5-2-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qaz təchizatı haqqında qanunvericiliyin tələbindən göründüyü kimi təbii qazdan qanunsuz istifadə halları aşkar olunarkən hesabat müddəti bir mövsüm, yəni 3 ay (90 gün) hesab edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təbii qazın ölkədaxili tarif qiyməti 2024-ci ildə əhali qrupu üzrə 1 m3 qaza görə 0,12 manat (12 qəpik) olmuşdur. Həmçinin istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmalıdır. Lakin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən, «kombi 24kw» qaz cihazına münasibətdə hesabat müddəti 180 gün, orta günlük iş rejimi 12 saat; 2 ədəd «PQ3» adlı qaz cihazına münasibətdə hesabat müddəti 180 gün, orta günlük iş rejimi 12 saat; 2 ədəd «QSSQ» qaz cihazına münasibətdə hesabat müddəti 360 gün, orta günlük iş rejimi 12 saat hesablama aparılmaqla, itirilmiş qazın həcmi 23.328 m3, həmin qazın dəyəri isə 2.799 manat 36 qəpik hesablanmışdır. Halbuki, qanunun tələbinə uyğun olaraq, hər cihaz üzrə hesabat müddəti bir mövsüm, yəni 90 gün, «kombi 24kw» qaz cihazına münasibətdə orta günlük iş rejimi 12 saat; 2 ədəd «PQ3» adlı qaz cihazına münasibətdə orta günlük iş rejimi 6 saat; 2 ədəd «QSSQ» qaz cihazına münasibətdə orta günlük iş rejimi 6 saat təbii qazın 1 m3-nin dəyəri 0,12 manat (12 qəpik) hesablandıqda itirilmiş qazın həcminin 4.752 m3 (2.6x12x90 + 2x0,8x6x90 + 2x0,8x90), dəyərinin isə 570 manat 24 qəpik (4.752 m3x0,12 manat) olduğu müəyyən edilir. Göründüyü kimi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi 4.752 m3, həmin qazın dəyəri isə 570 manat 24 qəpik olduğu halda itirilmiş qazın həcmi 18.576 m3, dəyəri 2.229 manat 12 qəpik artıq hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-ci il tarixli, 040089 nömrəli aktla itirilmiş qaza görə hesablanmış 2.799 manat 36 qəpik məbləğində pul vəsaitinin 2.229 manat 12 qəpik hissəsi silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsum ödəməkdən azad edilməsi ilə əlaqədar ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 42 manat 29 qəpik məbləğində pul vəsaiti Cavabdeh İB-dən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2.229 (iki min iki yüz iyirmi doqquz) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti silinsin. Cavabdehndən ödənilməli dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-806/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-806/2025
31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver