Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-817/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi Ələsgərova (Seyidova) X13 iştirakı ilə, Ərizəçi Ələsgərova (Seyidova) X13 (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi Ələsgərova (Seyidova) X16 (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1934-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X10 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ərizəçi Ələsgərova (Seyidova) X16 “ərizənin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək, xx.xx.1934-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X10 1934-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Həyat yoldaşı və övladlarının hamısı ölmüşdür, yeganə övladı odur. Anasının ayaqları tutulmuş, gözləri görmür, hal-hazırda onun psixi vəziyyəti yaxşı deyil, ondan başqa digər qonşuları, qohumları tanımır, elədiyi hərəkətlərin mənasını başa düşmür, yemək verməsən heç vaxt istəməz və yaxud ayaq yolu və başqa yerlərə aparılmasa özü huşu kəsib ayaqyoluna getmir, yataq xəstəsidir. X1 fəaliyyət qabiliyyəti olmadığı üçün özü hüquqlarını müdafiə edə bilmir. Məhkəmə iclasında ərizəçi Ələsgərova (Seyidova) X16 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İ-JQ seriyalı, 339687 nömrəli, 13 yanvar 1976-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 yanvar 1976-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 yanvar 1976-cı il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. AZ-T seriyalı, 276224 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X4 xx xxxxx 1964-cü il tarixdə doğulmuşdur. Atası- X3, anası – X7r. Maraqlı şəxs 21 oktyabr 2024-cü il tarixli, 5-1/2-Ə-19-1161/2024 nömrəli məktubunda X2 bildirilmişdir ki, Zərifə Seyidovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbi ilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, Z.Seyidovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-817/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X12 Şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X12 Şöbəsinin 28 fevral 2025-ci il tarixli, 135 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X6 hal-hazırda qocalıq ağıl zəifliyi (demensiya) XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki sənədlər, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyin pozulması, hazırki ekspertiza zamanı nitq kontraktı yaratmağın mümkün olmaması, əhvalının davamsız olması, özünü gərgin və narahat aparması, maraq dairəsinin daralması, intellektinin zəifləməsi və şəxsiyyətində qüsur əlamətləri aşkar edilməsi və s.) sübut edir. XX.XX.1934-cü il təvəllüdlü X10 qocalıq, ağıl zəifliyi (demensiya) XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyindən əziyyət çəkir. XX.XX.1934-cü il təvəllüdlü X10 qocalıq, ağıl zəifliyi (demensiya) XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyi keçirdiyindən o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. X5 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi anası olan X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2025-ci il tarixli, 135 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, XX.XX.1934-cü il təvəllüdlü X10 qocalıq, ağıl zəifliyi (demensiya) XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyindən əziyyət çəkir. XX.XX.1934-cü il təvəllüdlü X10 qocalıq, ağıl zəifliyi (demensiya) XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F03.2 xəstəliyi keçirdiyindən o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X5 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X10 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X10 Ərizəçi (Seyidova) anasıdır. Odur ki, ərizəçi Ələsgərova (Seyidova) X16 anası – X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi Ələsgərova (Seyidova) X14 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. XX.XX.1934-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi Ələsgərova (Seyidova) X14 aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-817/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-817/2025
22.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver