Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-826/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X2nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 ilə 20 iyun 2003-cü il tarixdə qeyrirəsmi olaraq evlənib ailə qurmuşdur. 20 fevral 2005-ci il tarixdə X2 anadan olmuşdur. Nikahlarını isə 10 fevral 2012-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 sayla rəsmiləşdirmişlər. 09 may 2010-cu il tarixdə X9 anadan olmuşdur. X11 ilə ailə quranda bir-birlərini istəyib evlənmişlər. Lakin, ailə qurandan sonra münasibətləri uyğun gəlmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli, 2(044)-2056/2014 nömrəli qətnaməsi ilə X11 ilə aralarında olan 10 fevral 2005-ci il tarixli nikah akt qeydi pozulmuş, 20 fevral 2005-ci il tarixdə anadan olmuş X12 və 09 may 2010-cu il tarixdə anadan olmuş X9 onun himayəsində saxlanılmışdır. X2 2016-cı il tarixdən 11 yaşında zəhərlənmə nəticəsindən birinci dərəcəli əlildir, orqanizmin funksiyaları 85 faiz pozulmuş, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularına məhkum olmuşdur, əmək qabiliyyətsizdir. X2 uşaqlıqdan müddətsiz olaraq 1-ci qrup əlildir, hal-hazırda onun himayəsində yaşayır. Onun xəstəliyi əvvəllər duruşmalı olsa da sonradan gərginləşməyə başlamış və son zamanlar artıq vəziyyəti daha da pisləşmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X8 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 526781 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 20 fevral 2005-ci il tarixdə doğulmuşdur. Atası: X11, anası: Ərizəçidır. Maraqlı şəxs başçısının 2 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 2326 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Uşağı özü doğub tərbiyə etmiş və hal-hazıradək himayəsindədir. Qızı – X12 2005-ci il təvəllüdlüdür. (İ qrup əlildir) AZ-İ seriyalı, 186122 nömrəli, 15 sentyabr 2014-cü il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X11 və vətəndaş Ərizəçi ilə nikah ləğv edilmişdir. Bu barədə nikahın ləöv edilməsi haqqında akt qeydləri kitabında 15 sentyabr 2014-cü il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Əzizov”, arvada “Əzizova” soyadı verilmişdir. Maraqlı şəxs Başçısının Aparatının 24 avqust 2023-cü il tarixli, 5-1/1-Ə-311- 099/2023 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, Aytac Əzizovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Odur ki, A.Əzizovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsindən görünür ki, X12 əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən birinci dərəcəli əlildir. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. İQ25. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti: müddətsizdir. Əlilliyin səbəbi: ümumi xəstəlikdir. Əmək zəmanəti: əmək qabiliyyətsizdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2056/2014 nömrəli, 04 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X11 ilə Ərizəçi arasında 10 fevral 2005-ci il tarixdə Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən bağlanmış 17 saylı nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra 20 fevral 2005-ci il tarixdə anadan olmuş X12, 09 may 2010-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi yanında saxlanılmaları, X3 xx.xx.2014-cü il tarixdən başlayaraq, 20 fevral 2005-ci il tarixdə anadan olmuş X6, 09 may 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq, Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X14 15 fevral 2024-cü il tarixli, 112 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X6 hal-hazırda Karbon Oksidi (Dəmqazı) ilə zəhərlənmə zamanı Demensiya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 769/22 saylı xəstəlik tarixindən çıxarış, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 1316/2017 saylı arayış), anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyin pozulması, hazırki ekspertiza zamanı nitq kontaktının yaratmaq mümkün olmaması, əhvalının davamsız olması, mənasızca ətrafa boylanması, maraq dairəsinin daralması, intellektinin zəifləməsi və şəxsiyyətində qüsur əlamətləri aşkar edilməsi və s.) sübut edir. X1 Oksidi (Dəmqazı) ilə zəhərlənmə zamanı Demensiya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. xx.xx.2005-ci il təvəllüdlü X1 Oksidi (Dəmqazı) ilə zəhərlənmə zamanı Demensiya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X12 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. X6 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəməpsixiatrik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 112 saylı rəyi ilə də müəyyən olunmuşdur ki, X7 Karbon Oksidi (Dəmqazı) ilə zəhərlənmə zamanı Demensiya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. xx.xx.2005-ci il təvəllüdlü X1 Oksidi (Dəmqazı) ilə zəhərlənmə zamanı Demensiya XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X12 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, X6 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X12 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək , X12 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X12 Ərizəçi qızıdır. Belə olduğu halda, Ərizəçi X2nın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-826/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-826/2024
02.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver