Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-839/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs - X8 patronajı Qanuni nümayəndə iştirakı ilə, ərizəçi Gəncə şəhər İcra Hakimiyyətinin – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Gəncə şəhər İcra Hakimiyyəti (maraqlı şəxs Gəncə şəhər Psixatriya Xəstəxanası) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X17 xx.xx.1989-cu ildə anadan olmuşdur, anası X12 və atası Maraqlı şəxs2dur. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin patronajı - onun dayısı Qanuni nümayəndədur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X17 fəaliyyət qabiliyyətsizdir, onun anası X13 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. Dayısı (patron təyin olunan şəxs) Qanuni nümayəndə dediyinə görə Maraqlı şəxs2nın atası Maraqlı şəxs2 1990-cı ildən onlardan ayrılaraq Rusiya Federasiyasına getmiş və bugünədək nə bacısı ilə, nə də ki, onun xəstə qızı ilə maraqlanmamışdır, yaşaması barədə heç bir məlumat yoxdur. Məhkəmə gedişində X8 atası Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X8 patronajı ərizənin təmin edilməsini xahiş etdi və bildirdi ki, X17 onun bacısının qızıdır, İlahənin ata-anası ölmüşdür. Doğulan gündən bəri ona özü baxmışdır, İlahənin heç kimi yoxdur. İlahə üçün pensiya düzəltdirmişlər. İlahənin mərhum anasının adına 8 sot torpaq sahəsi olmuşdur, həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinə aid hüquqi sənədlər yandırılmışdır. Bundan başqa, ekspert rəyi ilə tanış olmuşdur və rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Gəncə şəhər Psixatriya Xəstəxanasının nümayəndəsi və digər Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxs Gəncə şəhər Psixatriya Xəstəxanasının nümayəndəsinin və digər Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, izahatı dinləyib, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 851367 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə Samux şəhərində “kəskin qanitirmə” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 638 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 101 nömrəli, xx.xx.2019-cu il tarixli “Qanuni nümayəndə X10 patronaj təyin edilməsi haqqında” sərəncamı ilə ərizəçi X8 müraciəti, təqdim olunmuş müvafiq sənədləri nəzərə alınaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsi rəhbər tutularaq Qanuni nümayəndə bacısı qızı X10 patronaj təyin edilməsi, sərəncamın icrasına nəzarətin Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya X1 verilmiş xx.xx.2024-cü il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli müraciətə əsasən X17 xx.xx.2019-cu il tarixdən başlayaraq ümumi xəstəlik səbəbindən 200 manat məbləğində “İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya X1 verilmiş xx.xx.2024-cü il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli müraciətə əsasən X17 xx.xx.2019-cu il tarixdən başlayaraq ümumi xəstəlik səbəbindən 270 manat məbləğində “İ qrup əlilliyə görə müavinət” alır. Gəncə Şəhəri Psixo-nevroloji Dispanseri tərəfindən verilmiş 580 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, M.Şəfi küçəsi, ev 2-də yaşayan, 1989-cu il təvəllüdlü, X17 xx.xx.2015-ci il tarixdən “şizofreniya, paranoid forma, fasiləsiz gedişli şəxsiyyətin qüsur halı ilə F20.0” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-17490/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X8 və onun ailə üzvlərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair məlumatın istənilməsi barədə müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İlahə Bayramovanın doğumu, atası Maraqlı şəxs2 və anası Sevda Bayramovanın doğumu, nikahı və nikahının pozulması, eləcə də Sevda Bayramovanın ölümü haqqında məlumatlar aşkar edilmişdir. Belə ki, valideynləri xx.xx.1966-cı il təvəllüdlü Maraqlı şəxs2 ilə xx.xx.1965-ci il təvəllüdlü X15 olan xx.xx.1989-cu il təvəllüdlü X8 doğumu Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. X2 ilə X4 olan xx.xx.1966-cı il təvəllüdlü Maraqlı şəxs2 doğumu Tərtər rayonunun Dəmirçilər icra nümayəndəliyində qeydə alınmışdır. Eyni zamanda valideynləri X21 ilə X20 olan xx.xx.1965-ci il təvəllüdlü X5 doğumu Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır (doğum haqqında akt qeydində adı Seva kimi yazılıb). Qeyd edilmişdir ki, Maraqlı şəxs2 ilə X6 nikahı xx.xx.1988-ci ildə, həmin nikahın pozulması isə xx.xx.1992-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. xx.xx.2011-ci ildə vəfat etmiş X5 ölümü xx.xx.2011-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin informasiya sisteminə baxış keçirilərkən İlahə Bayramovanın nikahı, övladı, ölümü, bacı-qardaşı, atası Maraqlı şəxs2 isə ölümü haqqında məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5-/8-14-977/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş vətəndaş X17 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və ailə üzvləri barəsində isə aşağıdakı məlumatlar aşkar edilmişdir. X8 doğum haqqında akt qeydinin və X5 ölüm haqqında akt qeydinin surəti məhkəməyə göndərilmişdir. Ailə üzvləri barəsində isə aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. Ata – Maraqlı şəxs2 (xx.xx.1966)
2. Ana – Bayramova (Məmmədova) Sevda Bəhram qızı (xx.xx.1965) (xx.xx.2011-ci ildə vəfat edib). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 416 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs X9 “şizofreniya paranoid forma, qüsur vəziyyəti” (F 20.0) aşkar olunur. Bunu anamnestik məlumatlar (xəstəliyinə görə ona İ dərəcəli əlillik təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ekspertiza zamanı onda sayıqlama ideyaları müşahidə olunması, emosional iradi sferasının qeyri-stabil olması və sair) sübut edir. xx.xx.1989-cu il tarixdə anadan olmuş X17 (FİN: 4WEWZTB) şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkir. xx.xx.1989-cu il tarixdə anadan olmuş X8 orta dərəcəli ) şizofreniya paranoid forma xəstəliyi qüsur vəziyyətində olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü şüurlu idarə və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarına deyildir. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X8 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi onun patronajının izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X17 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Gəncə şəhər İcra Hakimiyyətinin hazırkı halda müvafiq icra hakimiyyəti orqanı kimi, X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X17 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 317-321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə anadan olmuş X17 (FİN: 4WEWZTB) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov