Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-846/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtina barədə cavabdehin qərarının ləğv edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər 1 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina barədə 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun adına ünvan 1 ünvanda yerləşən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Gəncə şəhər 1 saylı notariat ofisinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı vəsatət təqdim edərək zərurət aradan qalxdığından iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtina barədə cavabdehin qərarının ləğv edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtina barədə cavabdehin qərarının ləğv edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-846/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-846/2025
12.02.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver