Məhkəmə qərarları › İş №2(125)-91/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-91/2024

12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-91/2024 12.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X64 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəliyin müəyyən edilməsi, miras mülkün qəbul edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəliyin müəyyən edilməsi, miras mülkün qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X16nun adına qeydiyyata alınmış Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evinə (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tamburdan ibarət) onun vərəsə kimi tanınmasına, vərəsəliyinin müəyyən olunmasına, miras mülkün qəbul edilməsinə, mülkiyyətə tam payının müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri X49 və Həsənova (Quliyeva) Əsli İsmayıl qızı 30 may 1965-ci il tarixində ailə qurmuşlar. Onların birgə nikahlarından 5 (beş) övladları yəni, o, qardaşı Cavabdeh2, X32, X40 və bacısı Cavabdeh1 dünyaya gəlmişlər. X6 1993-cü il tarixində Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur. Digər qardaşı X40 isə 1997-ci il tarixində vəfat etmişdir. Mərhum atası X2 ixtisaslaşdırılmış Təmir Tikinti Trestinin xx.xx.1987-ci il tarixli iclasının 3 saylı protokolundan çıxarışa əsasən X33 bağ evinin tikintisi üçün torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyətinin bağçılıq və bostançılıq şöbəsinin xx.xx.1997ci il tarixli 03/4-89 saylı arayışında X33 Gəncə şəhəri, Gəc zavodu ərazisində bağ sahəsi verildiyi göstərilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının təsdiq etdiyi, xx.xx.1999cu il tarixli bağ evinin qəbulu aktı və xx.xx.1999-cu il tarixli 6958 saylı sərəncamına əsasən Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) mərhum X16nun adına qeydiyyata alınmışdır və ona xx.xx.2000-ci il tarixli 18847 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X16 xx.xx.2019-cu il tarixində “beyin ödəmi” xəstəliyindən vəfat etmişdir. X7 26 yanvar 2021-ci il tarixində vəfat etmişdir. Valideynləri vəfat edənədək hər ikisi onun himayəsində yaşamışlar. Valideynləri vəfat etdikdən sonra atasının mülkiyyətində olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evində olan payının müəyyən olunması üçün 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisindən ona imtina məktubu təqdim olunaraq atasına məxsus olan Gəncə şəhəri, Gəc zavodu sahə 29-da yerləşən bağ evinə vərəsəliyin müəyyən olunması və mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, X67 və anası Əsli Həsənova vəfat edən günə qədər valideynlərinin yanında olmuş və onlara özü baxmışdır. Ümumilikdə 6 uşaq olmuşlar. Belə ki, cavabdehlərdən başqa qardaşı Ceyhun Həsənov 1993-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, digər qardaşı Tofiq Orucov isə 03 avqust 1997-ci il tarixində vəfat etmişdir. Digər qardaşı Habil Həsənov isə körpə yaşında vəfat etmiş, lakin onun ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması, yəni ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Mübahisəli ünvan olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tamburdan ibarət) miras qoyan mərhum X67a məxsus olmuş və atasının vəfatından sonra atasının birinci növbəli vərəsəsi kimi onunda miras əmlakdan pay almaq hüququ vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ünvan olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tamburdan ibarət) mərhum X67a məxsus olmuşdur. X67 16 sentyabr 2019-cu il tarixində vəfat etmişdir. Mübahisəli ünvandan başqa X67a məxsus başqa evdə olmuş və İddiaçı orada yaşamışdır. Sözügedən ev 70000 ABŞ dolları məbləğinə satılmış, həmin məbləğdən 41000 ABŞ dolları digər cavabdeh olan bacısı Cavabdeh1, 27000 ABŞ dolları İddiaçı və 2000 ABŞ dolları isə atasına verilmişdir. Bacısı Cavabdeh1 gəlin köçən zaman cehiz verilməmiş, məhz bu səbəbdən də sözügedən evin satışından əldə olunan pulun çox hissəsi, yəni 41000 ABŞ dolları məbləğində pul Cavabdeh1 verilmişdir. X67 və anası Əsli Həsənova vəfat edən günə qədər mübahisəli ünvanda yaşamışlar. Atasına vəfat edən günə qədər baxmışdır. X67 mübahisəli əmlak ilə bağlı ona vəsiyyətnamə verməmiş, lakin, sağlığında həmişə sözügedən evin onun oğlu Rəşada məxsus olduğunu, buna görə də həmin evi ona verəcəyini demişdir. Bundan başqa miras əmlaka İcra Hakimiyyəti tərəfindən şəhid qardaşının şəkli vurulmuşdur. Şəhid qardaşının yaşadığı evə bacısı Zəminənin göz dikməsi düzgün deyildir. Məhz bu səbəbdən evin bölünməsinə və payların müəyyən edilməsinə razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 14 avqust 2023-cü il tarixində keçirilən baxış iclasında iddiaçı tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, İddiaçı bacısı qızıdır. X3r. X57 təxminən 3 il olar ki, rəhmətə getmişdir. X57 əri Oruc Həsənov ilə birlikdə Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evində yaşamışdır. Bacısının 6 uşağı olmuş, onlardan üçü vəfat etmiş və digər uşaqları isə Arzu, Səbinə və Zəminədir. Cavabdeh2 X67un ölümünə 1 həftə qalmış mübahisəli evə gəlib-getmişdir. Arzunun özünə məxsus evi vardır. Mübahisəli evdə isə İddiaçı yaşamışdır. Məhkəmənin 14 avqust 2023-cü il tarixində keçirilən baxış iclasında iddiaçı tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. Belə ki, o, Sevinc qəsəbəsində 5-ci küçədə yaşayır. İddiaçı X67 təxminən 3-4 il olar ki, rəhmətə getmişdir. İddiaçı Səbinə adlı bacısı, Arzu adında isə qardaşı vardır. Oruc Həsənova sağlığında Zəminə baxmış, digər bacısı Cavabdeh1 isə gəlib-getmişdir. Cavabdeh2 isə özünün evi olmuş və çoxdan mübahisəli evdən çıxıb getmişdir. Cavabdeh2 atası vəfat edən zaman gəlmiş, anası xəstə olanda isə maraqlanmamış və gəlməmişdir. Ümumiyyətlə, Cavabdeh2 bacısı İddiaçı ilə yola gedən insan olmamışdır. Valideynlərinin yas mərasimini də İddiaçı təşkil etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, iddiaçı və cavabdehlər Oruc Həsənovun övladlarıdır. Oruc Həsənov əvvəllər Gəncə şəhəri, Məhrəsə bağında yaşamış, lakin, daha sonra həmin evi sataraq, Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evinə köçmüşdür. Həmin evdə Oruc Həsənov, arvadı və oğlu Cavabdeh2 yaşamışlar. İddiaçı Bakı şəhərində yaşamış, ara-sıra mübahisəli evə gəlib-getmişdir. Oruc Həsənov sağlığında həmişə mübahisəli evin Cavabdeh2 oğlu Rəşada məxsus olduğunu demişdir. Məhkəmə iclasında cavabdeh tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, iddiaçı və cavabdehlərin xalasıdır. Belə ki, Əsli Həsənova onun bacısı, iddiaçı və cavabdehlər isə bacısı uşaqlarıdır. Bacısının əri Oruc Həsənovun sağlığında Cavabdeh2 mübahisəli evdən çıxıb-getmiş, öz ailəsi ilə başqa evdə yaşamağa başlamışdır. Bacısı Əsli və bacısının əri Oruc Həsənov vəfat etdikdən sonra mübahisəli evdə İddiaçı yaşamışdır. X57 və Oruc İddiaçı və onun bacısı Səbinə baxmışdır. Mübahisəli ünvan olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi Oruc Həsənova məxsus olmuşdur. X38 həmişə demişdir ki, sözügedən ev Cavabdeh2 oğlu Rəşadındır. Məhkəmə iclasında cavabdeh tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X25 izahatında bildirdi ki, iddiaçı və cavabdehləri tanıyır. Belə ki, iddiaçı və cavabdehlərlə həm qonşu, həm də ailəvi tanış olmuşlar. İddiaçı və cavabdehlərin atası olan Oruc Həsənov təxminən 3-4 il olar ki, vəfat etmişdir. Oruc Həsənovun arvadının adı Əsli olmuş, lakin, hamı ona Nahidə demişdir. Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29da yerləşən bağ evi mərhum Oruc Həsənova məxsus olmuşdur. X38 həmişə demişdir ki, sözügedən ev Cavabdeh2 oğlu Rəşadındır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 05/Q-780 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1943-cü il tarixində Gəncə şəhərində anadan olmuş və xx.xx.2019-cu ildə vəfat etmiş X49 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvad X23 xx.xx.1950-ci il (xx.xx.2021-ci ildə vəfat edib); uşaq İddiaçı xx.xx.1972-ci il; uşaq X32 xx.xx.1970-ci il (xx.xx.1993-cü ildə vəfat edib); uşaq X41 xx.xx.1971-ci il; uşaq Cavabdeh1 xx.xx.1974-cü il; uşaq X40 xx.xx.1978-ci il (xx.xx.1997-ci ildə vəfat edib); uşaq Cavabdeh2 xx.xx.1968-ci il. AZ-T seriyalı, 157608 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1972-ci il tarixdə doğulmuşdur. Atası – X49, anası – X12r. AZ-İİ seriyalı, 038042 nömrəli, 17 sentyabr 2019-cu il tarixli, Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X49 16 sentyabr 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 sentyabr 2019-cu il tarixdə 1621 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin odemi qeyd edilmişdir. AZ-İİ seriyalı, 158329 nömrəli, 29 yanvar 2021-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 26 yanvar 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 yanvar 2021-ci il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi essencial (birincili) hipertoniya qeyd edilmişdir. İV-JQ seriyalı, 384064 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X32 25 iyul 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 iyul 1993-cü il tarixdə 595 nömrə ilə qeyd edilmişdir. 08 may 2023-cü il tarixli, 3-16-5/8-70-H-1979/2023 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X40 xx.xx.1978-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1978-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 2713 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X49, anası – X12r. Qeyd: xx.xx.1997-ci ildə vəfat etmiş T.O.Həsənovun ölümü xx.xx.1997-ci il tarixdə 537 saylı aktla Gəncə şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 08 may 2023-cü il tarixli, 3-16-5/8-70-H-1978/2023 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X32 xx.xx.1970-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1970-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 1169 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X49, anası – X12r. Qeyd: xx.xx.1993-cü ildə vəfat etmiş C.O.Həsənovun ölümü xx.xx.1993-cü il tarixdə 595 saylı aktla Gəncə şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********37 nömrəli, 03 noyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin xx.xx.1987-ci il tarixli iclasının 3 saylı protokolundan çıxarışa əsasən X33 bağ evinin tikintisi üçün torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin Bağçılıq və Bostançılıq şöbəsinin xx.xx.1997-ci il tarixli 03/4-89 saylı arayışında X33 Gəncə şəhəri, Gəc zavodu ərazisində bağ sahəsi verildiyi göstərilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.1999-cu il tarixli bağ evinin qəbulu aktı və xx.xx.1999-cu il tarixli 6958 saylı sərəncamına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi, sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) X29 adına qeydiyyata alınmışdır və ona xx.xx.2000-ci il tarixli, 18847 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X10 adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 15 mart 2022-ci il tarixli, 685 nömrəli məktubunda ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini keçirmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialının 04 aprel 2022-ci il tarixli, **********1 nömrəli məktubunda ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, mərkəzləşdirilmiş İnformasiya X1 məlumata əsasən mərhum X16 şöbədə yaşa görə əmək pensiyaçısı kimi qeydiyyatda olmuşdur. xx.xx.2019-cu ildə vəfat etdiyi üçün əmək pensiyası hüququnu itirmişdir. Şöbəyə təqdim olunan müvafiq sənədlər əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı 480 manat dəfn xərci üçün birdəfəlik müavinət ödənilmişdir. 2V-193 reyestr nömrəli, 01 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubuna əsasən 403,23 manat ödənilməmiş təqaüddən ibarətdir. 26 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X26, xx.xx.1995-ci il təvəllüdlü X4 şəhəri, Zülfü Hacıyev küçəsi, ev 29B ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 iyul 2023-cü il tarixli, 3-21-3-33/2-5944 nömrəli daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə məlumatında bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına istinadən, ixtisaslaşdırılmış Təmir-Tikinti Trestinin xx.xx.1987-ci il tarixli iclasının 3 saylı protokolundan çıxarışa əsasən X33 bağ evinin tikintisi üçün torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.1999-cu il tarixli bağ evinin qəbulu aktı və xx.xx.1999-cu il tarixli 6958 saylı sərəncamına əsasən Gəncə şəhəri¸ Kəpəz rayonu, Gəc zavodu ərazisi, sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) X29 adına qeydiyyata alınmışdır və ona xx.xx.2000-ci il tarixli 18847 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Evlər üçlüyü tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli X20, X42 və X9 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayon, Məhsəti Gəncəvi qəsəbəsində 4-cü küçədə anasının və atasının adına olan sənədli evdə hal-hazırda kirayəçi qalır. X27, X15, X43 və X34 tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Gəc qəsəbəsi, sahə 29-da yaşayan X49 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumların dəfn xərcini qızı İddiaçı çəkmişdir. İddiaçı atasının dəfnini Gəc zavodu, 29 nömrəli evdə təşkil etmiş, anasının dəfnini Z.Hacıyev küçəsi, 29b nömrəli öz evində təşkil etmişdir. Mərhumların dəfn xərcini də o çəkmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 23 mart 2023-cü il tarixli, 3-13-57-2/2-71-1xx/xx/2023 nömrəli məktubunda Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 19b-də yaşayan İddiaçı bildirilmişdir ki, Cavabdeh1 onu ata evinə qoymaması və onu döyüb təhqir etməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə etdiyi müraciətlə əlaqədar toplanmış materialda cinayət və inzibati xəta tərkibi olmadığından material işə alınmışdır. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli, 662 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Məhsəti qəsəbəsində ev təsərrüfatlarının uçotu kitabı № 40, şəxsi hesab № 81-də qeydiyyatda olmuşdur. (2021- 2022-ci illərdə) Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə bacı-qardaşdırlar. İddiaçı və cavabdehlərin atası X62 Həsənova ilə rəsmi nikahından 6 övladı dünyaya gəlmişdir. X31 03 avqust 1997-ci il tarixində vəfat etmiş, Ceyhun Həsənov isə 25 iyul 1993-cü il tarixində şəhid olmuşdur. İddiaçı Zəminə Həsənovun bildirməsinə görə isə digər qardaşı Habil Həsənov körpə yaşlarından vəfat etmiş, lakin ona ölüm haqqında şəhadətnamə alınmamış və ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməmişlər. İddiaçı və cavabdehlərin ataları (mirasqoyan) X49 16 sentyabr 2019-cu il tarixdə, anaları X23 isə 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. X55 vəfatından sonra mübahisəli ünvan olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) miras qalmışdır. Hal-hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evinə (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) onun vərəsə kimi tanınmasına, vərəsəliyinin müəyyən olunmasına, miras mülkün qəbul edilməsinə, mülkiyyətə tam payının müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-si maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X21 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. X22 Məhkəməsinin gəldiyi nəticəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, mərhum miras qoyan X28 mübahisə predmeti olan Gəncə şəhəri, Gəc zavodu ərazisi sahə 29-da yerləşən bağ evi (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) miras qalmışdır. Miras qoyan Oruc Həsənovun ölümündən sonra isə onun birinci növbə vərəsələri kimi beş nəfər şəxsin qalması (İddiaçı, Cavabdeh2, Cavabdeh1, X23 və X41) müəyyən edilir. Miras qoyan Oruc Həsənovun birinci növbəli qanun üzrə vərəsələrindən arvadı X23 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin bildirməsinə əsasən Habil Həsənov körpə yaşlarından vəfat etsə də onun ölümü rəsmiləşdirilmədiyindən yəni, ölüm haqqında şəhadətnamə alınmadığından, habelə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilmədiyindən və yaxud ölüm faktı müəyyən olunmadan qaldığından, həmçinin, hazırki vəziyyətdə Habil Həsənovun miras qoyan Oruc Həsənovun öldüyü məqamda sağ olub-olmamasını müəyyən etmək mümkün olmadığından və bu barədə sübutlar mövcud olmadığından X41 da miras qoyan Oruc Həsənovun övladı olaraq qanun üzrə İ növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır. Belə olan halda hazırda mirasqoyanın sağ olan vərəsələri kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X41 qalmışlar. Məhkəmə qeyd edir ki, mərhum miras qoyan X29 övladları İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların qardaşları X41 miras qoyan X29 birinci növbəli vərəsələri olmaqla, mirasın açıldığı müddətdən 3 ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiklərindən miras əmlakı qəbul etmiş sayılırlar. Ona görə də miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Lakin, miras əmlaka paylarının müəyyən edilməsi barədə müstəqil tələb irəli sürmədiklərindən və bu barədə xahişləri olmadığından məhkəmə yalnız iddiaçının 1/4 hissədə payının müəyyən edilməsi ilə kifayətlənir. Məhkəmə həmçinin onu da nəzərə almışdır ki, mirasqoyan X29 xx.xx.2019-cu ildə ölümündən sonra onun arvadı olan X23 mübahisəli miras əmlakda yaşamaqla onu faktiki qəbul etdiyindən və daha sonra xx.xx.2021-ci ildə vəfat etdiyindən sonuncunun mübahisəli miras əmlakdakı payı da hazırkı vərəsələrin ümumi payına daxil edilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X5 miras qalmış, Gəncə şəhəri, Gəc zavodu ərazisi, sahə 29-da yerləşən bağ evindən (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) ibarət olan miras əmlaka İddiaçı 1/4 hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən həmin məbləğ İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X5 miras qalmış, Gəncə şəhəri, Gəc zavodu ərazisi, sahə 29-da yerləşən bağ evindən (tikili “A”-da 45,9 m2 iki yaşayış otaqları, 129,1 m2 köməkçi sahə, 3,6 m2 tambur) ibarət olan miras əmlaka İddiaçı 1/4 hissədə miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar