Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-928/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) övladları 14.*8.1986-cı il təvəllüdlü X2 və *2.*5.1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, İsmayılova Əsilli M.Əli qızı ilə 1985-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X6 anadan olmuşdur. Uşaqların hər ikisi də anadangəlmə “əqli zehni inkişafdan geri qalma” xəsdəsidir. Onlar özlərini sərbəst idarə edə bilmir və daim başqa şəxsin qulluğuna ehtiyacları vardır. Müəyyən lazımi sənədlərin alınması zamanı övladlarının xəsdəliyi ilə əlaqədar onlar heç bir yerə gedə bilmirlər. Ona görədə övladlarına qəyyum təyin olunmağı zəruridir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhər Kəpəz rayon TSEK müayinə aktının çıxarışının surətindən görünür ki, X5 müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarında olan şəhədətnamələrin təsdiqlənmiş surətlrəinə əsasən, 14.*8.1986-cı il təvəllüdlü X2 və *2.*5.1994-cü il təvəllüdlü X3 atası Ərizəçidur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reablitasiya xidməti 25 saylı Tibbi Sosial Ekspert komissiyasının arayışdan görünür ki, X6 müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondu X8 Gəncə Daşkəsən regional filialının 23.11.2*22-ci il tarixli arayışlarından görünür ki, DSMF X8 Gəncə-Daşkəsən regional filialından Sosial X4 məlumatlara əsasən, X5 və X6 müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 22* manat məbləğində sosial müavinət və müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 13* manat məbləğində sosial müavinət alırlar. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti başçısı Aparatının Ərizəçi ünvanladığı 23.11.2*22-ci il tarixli, Ə-59-*99 nömrəli məktubundan görünür ki, övladları 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X6 məhkəmə qaydasında “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edildikdən sonra Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam verilə bilər. Odur ki, aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 31.*3.2*23-cü il tarixli, 48 saylı rəylərindən görünür ki, 14.*8.1986-cı il tarixdə anadan olmuş X5 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. *2.*5.1994-cü il tarixdə anadan olmuş X6 yüngül dərəcəli kəmağıllılıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə xbt-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F7*.1 xəstəliyindən əziyyət çəkir. 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyillər. Bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi övladları 14.*8.1986-cı il təvəllüdlü X2 və *2.*5.1994-cü il təvəllüdlü X3 atası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəməpsixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənası dərk etmək iqtidarında deyillər. Buna görə də 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 22*, 227, 233.1, 317-322, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. 14.*8.1986-cı il təvəllüdlü X5 və *2.*5.1994-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-928/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-928/2023
18.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver