Məhkəmə qərarları › İş №2(125)-949/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-949/2025

11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-949/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00170 nömrəli abonent kodu üzrə hesablanmış 777.6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, X5 ev 30, mənzil 17 ünavanında qeydiyytada olmaqla yaşayır. Gəncə şəhəri, X5 ev 30, mənzil 17 ünvanı mülkiyyət hüququ üzrə ona məxsusdur. 24 may 2023-cü il tarixində Cavabdeh Gəncə X3 idarəsinin əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, X5 ev 30, mənzil 17 saylı ünvana gələrək təbii qazın uçotu və təbii qazın istismar qaydarının yoxlanması məqsədi ilə manitorink aparıblar. Yoxlama aparıldıqdan sonra Cavabdeh Gəncə X3 idarəsinin əməkdaşları tərəfindən AKT № ******* saylı akt tərtib edillərək sayacının elektron sistemində problem olduğunu bildirərək sağacı sökərək apardılar. Ona məxsus ünvana ödəniş qəbzi daxil olduqda bildi ki, ona məxsus mənzilə xx.xx.2024-cü il tarixli AKT № ******* saylı akt əsasında 778 manat məbləğində cərimə yazıblar. Aktın tərtib olunmasına səbəb kimi sayğacın daxilində olan çıxış plastmas borunun fiziki təsir nəticəsində deşilməsini əsas gətirilibdir. Akt tərtib olunarkən mülkiyyətçi olaraq o və ya ailə üzvilərim dəvət edilməyib. Aktın mövcudluğundan ancaq bir həftə əvvəl məlumatım olmuşdur. O, X1 Gəncə X3 idarəsinin əməkdaşlarına akt tərtib edilərkən kobud pozuntuya yol verdiklərini bildirmişdir. Dəfələrlə qanusuz tərtib edilmiş aktın və 778 manat məbləğində cərimənin silinməsini Cavabdeh Gəncə X3 İdarəsindən tələb etməyinə baxmayaraq onun haqlı tələbi icra olunmamışdır. Həmçinin sayğaca müdaxilənin müəyyən edilməsi üçün akt tərtib edilərək sökülməli və ekspert rəyi alınması üçün müvafiq quruma göndərilməsi qaz idarəsinin əməkdaşları tərəfindən təmin edilməli idi. Bu günədək sayğaça müdaxilə olunması ilə bağlı rəy alınmamışdır. Həmçinin tərtib olunmuş aktdan müəyyən olunur ki, sayğacda olan nasazlıq onun tərəfimdən baş verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Abonent saldosundan görünür ki, **********00170 abonent kodu üzrə 2024-cü ilin aprel ayında (qalıq və aktlar üzrə) 777.60 manat borc hesablanmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli, aktın surətindən görünür ki, İtron G4 **********2 nömrəli sayğac növbədən kənar dövlət yoxlaması zamanı GCZ 4 ******* sayğacla əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777.60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 777.60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Gəncə şəhəri, X5, ev 30, mənzil 17 ünvanına **********00170 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar