Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-960/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü Seyidov Mir-Əli İsgəndər oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, oğlu xx.xx.2001-ci il tarixdə anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu anadangəlmə kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetraplegik forma, tetraparez, əqli,fiziki, nitqi inkişafdan geri qalma, hipertenion hidrosefail sindrom diaqnozları ilə ağır xəstədir. Seyidov Mir-Əli İsgəndər oğlu xəstəliyi ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. Seyidov Mir-Əli İsgəndər oğlu daim onun və ailə üzvlərinin nəzarətindədir. Buna görə də Seyidov Mir-Əli İsgəndər oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun Seyidov Mir-Əli İsgəndər oğlunun üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-АИ seriyalı 547930 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə Rusiya Federassiyasında anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlunun atası X1, anası isə Ərizəçidır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Seyidov Mir-Əli İsgəndər oğlu kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetraplegik forma, tetraparez, əqli,fiziki, nitqi inkişafdan geri qalma, hipertenion hidrosefail sindrom xəstəliklərindən əziyyət çəkir. Müddətsiz olaraq birinci dərəcəli əlildir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-1/2-S- 19-1615/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi Mir-Əli Seyidovun fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.0 xəstəliyindən əziyyət çəkir. xx.xx.2001-ci il tarixdə anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. Seyidov Mir-Əli İsgəndər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Seyidov Mir-Əli İsgəndər oğlu ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.0 xəstəliyindən əziyyət çəkir. xx.xx.2001-ci il tarixdə anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. Seyidov Mir-Əli İsgəndər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Seyidov Mir-Əli İsgəndər oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-960/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-960/2025
20.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver