Məhkəmə qərarları › İş №2(125)-97/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-97/2023

11.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-97/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X34 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı X12 nümayəndəsi X23 iştirakı ilə, İddiaçı X12 Cavabdeh, X13 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X3 Ələsgər Abış oğlu, X13 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı notariat kontorunda 24 noyabr 2008-ci il tarixli 45/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X12 nümayəndəsi X35 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının müdiri vəzifəsində işləyərkən tanışı Rəfael Əbdürəhmanovun aldığı əvvəlki kreditləri və onların faizlərini ödənilməsini, yeni kreditlərin alınması üçün faktiki olaraq girov qoymağa əmlakı olmadığını bilməsinə baxmayaraq, qohumu Aydın Bayramovun adına olan "xxxx" İstehsal Kommersiya müəssisəsinin sənədlərini R.Əbdürəhmanovun tanışı X7 adına sənədləşdirilməsinə nail olub, sonuncunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialından 200.000 manat məbləğində kreditlə bağlı müvafiq sənədləri, həmçinin R.Əbdürəhmanovun ona verdiyi X18 məxsus Gəncə şəhəri Əliyev küçəsində 180.000 manat məbləğində qiymətləndirilən 60, X28 məxsus Gəncə şəhəri, Nizami küçəsi, 4-cü dalanda yerləşən 170.000 manat məbləğində qiymətləndirilən 2 saylı evin sənədlərinin banka girov qoyulması barədə xx.xx.2008-ci il tarixli, 45/1 və 45/2 nömrəli ipoteka müqavilələrini imzalayaraq həmin kreditin verilməsinin əsaslı və təminatlı olması görüntüsünü yaradıb qeyd edilən məbləğdə vəsaitin R.Əbdürəhmanov tərəfindən alınmasına nail olmuş, sonradan S.Pənahovun və N.Əliyevin baş vermiş saxta əməliyyatdan xəbərdar olduqdan sonra faktiki olaraq almadıqları kredit üçün girov qoyduqları evlərin girovluqdan çıxarılması barədə tələblərindən sonra onların evlərini yüklülükdən çıxarıb iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evi filiala girov qoyulması ilə nəticələnən xx.xx.2008-ci il tarixli, 45/5 saylı ipoteka müqaviləsini iddiaçıya imzalatmaqla, kreditin verilməsinin təminatlı və əsaslı olması görüntüsü yaradıb iddiaçıya məxsus evi R.Əbdürəhmanovun aldığı 200.000 manat məbləğində kreditin təminatı kimi yüklü edilmişdir. İddiaçı evinin ipotekaya qoyulub yüklü edilməsindən 2411 manat pul almış, gördüyü, aldığı pul bundan ibarət olmuşdur. Göründüyü kimi, Cavabdeh iddiaçının evini ipoteka müqaviləsi ilə yüklü edərkən demək olar ki, kredit verilməsinin əsaslı və təminatlı olması görüntüsü yaradıb iddiaçının evini əlindən almışdır. Ona görə də, müqavilə bağlanılan zaman Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər kobud şəkildə pozulmuşdur. İddiaçının evi ilə və digər şəxslərin evləri ilə bağlı Cavabdeh Cinayət Məcəlləsinin 308.2-ci, X13 isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham edilib işin baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə həmin şəxlər təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmlə Cavabdeh və X7 iddiaçını aldadaraq ona məxsus ünvan 1 ünvanda yerləşən evi filiala girov qoyulması təsdiqini tapmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X29 izahatında bildirmişdir ki, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC cavabdehlər "xxxx" X15 MMC-yə, X36, X25, X30, X33 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 225200,0 (iki yüz iyirmi beş min iki yüz) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş, mülkiyyət hüququ X36 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində istifadədə olan 0.1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı, 52 kv.m. yaşayış sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X14 və X25 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində istifadədə olan 0.0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kv.m. yaşayış, 32.0 kv.m köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X30 (V.Q.Tağıyevin etibarnaməsi əsasında X33 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində istifadədə olan 0.0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kv.m yaşayış, 29.4 kv.m köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X17 (H.K.Əliyevanın etibarnaməsi əsasında X4 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Nizami Rayonu, Cavadxan küçəsi 7-ci döngədə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 209.4 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X26 məxsus Gəncə şəhəri, Kəpəz Rayonu, Azərbaycan küçəsi 4-cü döngədə istifadədə olan 0.047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.6 kv.m yaşayış, 46.5 kv.m köməkçi, sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq həraccda satılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20,00 (iyirmi) manat dövlət rüsumunun cavabdeh "xxxx" X15 MMC-nin direktoru X6 tutulması barədə müvafiq qətnamə çıxarilmasını xahiş etmiş, həmin iş üzrə xx.xx.2009-cu il tarixdə X4 öz adından "xxxx" ASC-yə, "xxxx" X9 MMC-yə və Gəncə şəhəri 2 saylı notariat kontoruna qarşı 2 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2008-ci 11 tarixli 45/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və vurduqları mənəvi zərərə görə cavabdehlərin hər birindən 2500 manat pul vəsaitinin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər "xxxx" X15 MMC-nin direktoru X8, X25, X19, X2 və X26 qarşı 225200, (iki yüz iyirmi beş min iki yüz) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ X36 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sədi küçəsində istifadədə olan 0,1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı,52 kvm yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X14 və X25 məxsus Gəncə şəhəri kəpəz rayonu Əhməd Cəmil küçəsində istifadədə olan 0,0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kvm yaşayış,32.6 kvm köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X30 (V.Q.Tağıyevin etibrmnaməsi əsasında X37 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri Vəli Xuluflu küçəsində istifadədə olan 0,0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kvm yaşayış, 29.4 kvm köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X17 (N.K.Əliyevanın etibarnaməsi əsasında X5 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngədə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 209,4 kvm köməkçi sahədən ibarət 2 nörfrəli fərdi yaşayış evinə və X26 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 4-cü döngədə istifadədə olan 0,047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.6 kvm yaşayış, 46.5 kvm köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqularını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq hərracdan şalılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun çayabdeh "xxxx" çoxşahəli İstehsal Kommersiya MMC-nin direktoru X6 tutulması barədə iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı X7-cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh və Gəncə şəhər 2 sayli nofariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə lddiaçı X20 cavabdehlər "xxxx" X15 MMCyə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunması, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə "xxxx" X15 MMC-yə və Gəncə şəhər 2 şaylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X27, X16 və X21 cavabdehlər "xxxx" X15 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunmasına, qarşllıqlı idda üzrə iddiaçı X31 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" X15 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddiaları təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və ipoteka qoyulmuş mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarının itirilməklə qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qətnamə ləğv edilmiş və iddi həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2012-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri 2 saylı notariat kontoruna qarşı 2 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2008-ci 11 tarixli 45/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və vurduqları mənəvi zərərə görə cavabdehlərin hər birindən 2500 manat pul vəsaitinin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər "xxxx" X15 MMC-nin direktoru X8, X25, X19, X2 və X26 qarşı 225200, (iki yüz iyirmi beş min iki yüz) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ X36 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sədi küçəsində istifadədə olan 0,1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı,52 kvm yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X14 və X25 məxsus Gəncə şəhəri kəpəz rayonu Əhməd Cəmil küçəsində istifadədə olan 0,0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kvm yaşayış,32.6 kvm köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X30 (V.Q.Tağıyevin etibrmnaməsi əsasında X37 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri Vəli Xuluflu küçəsində istifadədə olan 0,0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kvm yaşayış, 29.4 kvm köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X17 (N.K.Əliyevanın etibarnaməsi əsasında X5 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngədə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 209,4 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X26 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 4-cü döngədə istifadədə olan 0,047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.6 kvm yaşayış, 46.5 kvm köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqularını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun çayabdeh "xxxx" çoxşahəli İstehsal Kommersiya MMC-nin direktoru X6 tutulması barədə iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia üzrə lddiaçı X7-cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh və Gəncə şəhər 2 sayli nofariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X20 cavabdehlər "xxxx" X15 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunması, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə "xxxx" X15 MMC-yə və Gəncə şəhər 2 şaylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X27, X16 və X21 cavabdehlər "xxxx" X15 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunmasına, qarşllıqlı idda üzrə iddiaçı X31 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" X15 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddiaları təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, və ipoteka qoyulmuş mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarının itirilməklə qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qətnamə ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2012-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli 02/2022 saylı Qərardadında qeyd edilir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri 2 saylı notariat kontoruna qarşı 2 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2008-ci 11 tarixli 45/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və vurduqları mənəvi zərərə görə cavabdehlərin hər birindən 2500 manat pul vəsaitinin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər "xxxx" X15 MMC-nin direktoru X8, X25, X19, X2 və X26 qarşı 225200, (iki yüz iyirmi beş min iki yüz) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ X36 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sədi küçəsində istifadədə olan 0,1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı,52 kvm yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X14 və X25 məxsus Gəncə şəhəri kəpəz rayonu Əhməd Cəmil küçəsində istifadədə olan 0,0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kvm yaşayış,32.6 kvm köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X30 (V.Q.Tağıyevin etibrmnaməsi əsasında X37 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri Vəli Xuluflu küçəsində istifadədə olan 0,0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kvm yaşayış, 29.4 kvm köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X17 (N.K.Əliyevanın etibarnaməsi əsasında X5 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngədə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 209,4 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X26 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 4-cü döngədə istifadədə olan 0,047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.6 kvm yaşayış, 46.5 kvm köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan şalılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun çayabdeh "xxxx" çoxşahəli İstehsal Kommersiya MMC-nin direktoru X6 tutulması barədə iddia tələbi təmin edilməsi, qarşılıqlı iddia üzrə lddiaçı X7 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh və Gəncə şəhər 2 saylı nofariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X20 cavabdehlər "xxxx" X15 MMCyə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunması, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə "xxxx" X15 MMC-yə və Gəncə şəhər 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X27, X16 və X21 cavabdehlər "xxxx" X15 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunmasına, qarşllıqlı idda üzrə iddiaçı X31 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" X15 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddialarının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X12 Cavabdeh, X13 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar