Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-973/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, X5, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı müqavilənin və qeydin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, X9 ilə Cavabdeh2 arasında bağlanmış, 27.*1.2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında 19.*2.2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhər XDS İK-nin 1*.*6.1975-ci il tarixli 15 saylı qərarı ilə X8 Gəncə şəhərində “Nizami” kooperativ binasından üç otaqslı mənzil ayrılması və həmin mənzilə order verilməsi qərara alınmışdır. Qərarda ailə üzvləri kimi X14 və X12 qeyd edilmişdir. Həmin qərara əsasən Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı 14 ünvanında yerləşən “ünvan 2əncə səhər XDS İK-nin 25 iyun 1975-ci il tarixli 53 saylı orderlə X8 verilmişdir. X15 13.*9.2**5-ci ildə vəfat etmişdir. Gəncə inzibati Məhkəməsinin 16.*9.2*21-ci il tarixli 2-1(114)-1732/2*21 saylı qstnaməsi ilə iddiaçı Cavabdeh1 ünvan 3 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. İddiaçılar tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 28.*2.2*22-ci il tarixli, 2-1(1*4)-68/2*22 saylı qərarı ilə Gəncə inzibati Məhkəməsinin 16.*9.2*21-ci il tartixli, 2-1(114)- 1732/2*21 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X9nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn 3 saylı Gəncə Ərazi idarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər icra Hakimiyyəti, İddiaçı1 və İddiaçı2) ünvan 4 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. AR Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1(1*2)-1128/2*22 saylı, *5 *7.2*22-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(1*4)-68/2*22 saylı, 28 fevral 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kooperatov mənzil Gəncə şəhər XDS İK-nin 25 iyun 1975-ci il tarixli, 53 saylı orderi əsasında X11 adına qeydiyyatdan keçirilməli və vərəsələr arasında pay bölgüsü aparılmalı idi. Mənzilin X9nın adəna bütövlüklə verilməsi nəticəsində koopetariv mənzilin tikintisində iştirak etmiş digər vərəsələrin hüquqları pozulmuşdur. Həmçinihn, X9 ilə X11 rəsmi nikahları olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Vəlieva Kifayətin iddiası tənin edildikdən sonra X9nın adına 29.12 2*2*-ci il tarixli, 2*1*11***271-*51*1- *93*6* reyestr nömrəli. 152**22765 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və mənzil Gəncə səhəri 2 saylı notariat ofisinin 27.*1.2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alsı-satqı müqaviləsinə əsasən, X9 tərəfindən Cavabdeh2 oğiuna satılmışdır. Sonuncunun adına 19.*2.2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bildirirlər ki, Babayev X1* Kifayətin qardaşının nəvəsidir və Vəliyevə Kifayətlə birlikdə yaşayır. Göründüyü kimi, Vəliyevə Kifayətin adına verilmiş daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın hüquqi əsası ləğv edilmiş, hüquqi əsası ləğv edildiyi halda həmin mənzili özgəninkiləşdirilmişdir. Cavabdeh2 iddiaya yazılıl etiraz edərək, əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adma 29.12.2*2*-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyest nömrəli, 152**22765 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış verilmiş və mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin 27.*1.2*21-ci il tarixli 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Sonuncunun adma 19.*2.2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində qeyd edilən məhkəmə möhüründən görünür ki, iddiaçılar məhkəməyə *9.*1.2*23-cü ildə müraciət etmişlər. Yəni Cavabdeh2 evi alarkən heç bir mübahisə barədə məlumatı olmayıb. Həmçinin bu halı təkzib edən sübütlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən iddiaçıların bu iddianı qaldırılması üçün subyektiv hüququ olub-olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Hazırki iş üzrə Cavabdeh2 vicdanlı alıcı kimi çıxış etmişdir və bu hüquq qanunveriliklə qorunan bir hüquqdur. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması və onun cavabdeh yaxın adamı olmasına münasibətdə isə qeyd edilməlidir ki Azərbaycan Respubl ikası MM-in 14*-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan cavabdeh vicdanlı əldə edən olmasını nəzərə almaqla, daşınmaz əmlakın alqısatqı müqaviləsinin, habelə hə min cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını əsassız hesab edirlər. Məhkəmə iclasında iddiaçılar hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh2 təmsilçisi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi hazırkı iş üzrə təmsil İdarəyə aidiyyəti olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsinin törəmə tələb olduğunu nəzərə alaraq, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə əsas tələbin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *8.*8.2*22-ci il tarixli, 2-1(1*2)-1128/2*22 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti, İddiaçı1 və İddiaçı2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 8 iyun 2*2*ci il tarixli 2-1(114)-931/2*2* saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-627/2*2* saylı 22 sentyabr 2*2*-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 8 iyun 2*2*-ci il tarixli 2-1(114)-931/2*2* saylı qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin 2* oktyabr 2*2*-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti, iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* saylı qərarı ilə (hakim F.C.Hüseynov) iddia təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə prosesinə cəlb edilməmiş İddiaçı2 və X6 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *9 iyul 2*21-ci il tarixli 2-1(1*4)- 576/2*21 nömrəli qərarı ilə inzibati iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 1* avqust 2*21-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)- 1732/2*21 saylı qərarı ilə (hakim F.C.Hüseynov) iddia təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)- 1732/2*21 saylı qərarından üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22-ci il tarixli, 2-1(1*4)-68/2*22 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia rədd edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *8.*8.2*22-ci il tarixli, 2- 1(1*2)-1128/2*22 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-68/2*22 nömrəli, 28 fevral 2*22ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *7.12.2*22-ci il tarixli, 22332***9643 nömrəli məktuba əsasən, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 24.*6.1991-ci il tarixli 5 saylı sərəncamı əsasında verilmiş *3.*8.1992-ci il tarixli 1*3 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunai Təsərrüfatı istehsalat Birliyi Kooperativ binalar üzrə xidmət sahəsinin 19.*3.2*14-cü il tarixli, 72 saylı arayışına əsasən ünvan 5 ünvanında yerləşən 3 saylı mənzil (47.3 kvm üç yaşayış otaqları, 25.4 kvm köməkçi sahə) X3 adına neydlyyata alınmışdır və ona *7.*6.2*14-cü il tarixli 1514**8254 qeydiyyat nömrəli, 2*1***271-*51*1- *93*6* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2*19-cu il tarixli 2(*44)-2832/2*19 saylı qətnaməsi ilə “Nizami” Mənzil-Tikinti kooperativinə məxsus olmuş ünvan 5, blok 1, 3-cü mənzilə köçürülmə haqqında Gəncə şəhəri koooperativ mənzil-tikinti təsərrüfatı idarəsinin X7 adına verilmiş *3 avqust 1992-ci il tarixli 1*3 nömrəli Order və Gəncə şəhəri, Məhrəsə Bağı ev 14 3 mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda 2 aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən aparılmış X3 mülkiyyət hüququ haqda *7.*6.2*14-cü il tarix 114**8254 nömrəli qeydiyyatı etibarsız hesab edilməsi, X7 hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *4*1*15 nömrəli, *7.*6.2*14-cü il tarixli Çıxarış və mənzilin inventarlaşdırılması haqqında *7.*6.2*14-cü il tarixli, 4461 nömrəli texniki pasportun ləğv edilməsi qət edilmişdir. Gəncə şənəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2*19-cu il tarixii, 2(*44)-2832/2*19 saylı icra vərəqəsi və qətnaməsi icra edilərək X3 adına verilmiş *7.*6.2*14-cü il tarixli, 1514**8254 qeydiyyat nömrəli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və *7.*6.2*14-cü il tarixli, 4461 nömrəli texniki pasport ləğv edilmişdir. Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* irəli Qərarı ilə Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmalkın dövlət reyestrində X9nın adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar tərəflərindən icra edilərək Gəncə şəhəri, Nizami rayonu Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinə dair 29.12.2*2*-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 152**22765 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin 27.*1.2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən Cavabdeh2 satılmışdır, sonuncunun adına 19.*2.2*21 ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *9 iyui 2*21-ci il tarixii, 2-1(1*4)-576/2*21 saylı qərardadı ilə Gəncə inzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* nömrəli qərarından İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı X9nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) daşınmaz əmlak üzərində mülkiyyət nüquqlarımn dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş baxışdan çıxarılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli 2-1(114)-1732/2*21 ıömrəli Qərarı ilə Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı. 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.*2.2*22-cı il tarixli, 2- 1(1*4)-68/2*22 sayl: qərarı iiə Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)- 1732/2*21 nömrəli qərarından üçüncü şəxslər İddiaçı2 və Bİddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti, İddiaçı1 Ələsgı qızı və İddiaçı2) ünvan 6 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının *5 iyul 2*22-cı il tarixii, 2-1(1*2)- 1128/2*22 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.*2.2*22-ci il tarixli, 2-1(1*4)-63/2*22 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Qərar dəyişdirilmədən saxlanılmışdır; Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 27.*1.2*21-ci il tarixli, AN-İ seriyalı, *9*8874 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 7 ünvanında yerləşən 3 nömrəli mənzili Cavabdeh2 satmışdır; Kirovabad şəhər xalq deputatları soveti icraedici komitəsinin 1*.*6.1975-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, Kirovabad Şəhər Şurasının 26.*1.1971-ci il tarixli, 3 nömrəli qərarına əsasən, Məhrəsə bağı mikrorayonunda tikilmiş 9* mənzilli “Nizami” kooperativ evində 72 mənzilə dair kooperativ üzvlərinə orderlər verilməsini təsdiqlənmişdir. Göstərilənlərə əsasən, icraedici komitə tərəfindən “Nizami” tikinti kooperativinin mənzil üzvlərindən X8 (bacıları X14 və X12) blok 1, mərtəbə 1, 3 nömrəli, üçotaqlı mənzil verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçılar kooperativ üzvü X8 pay hüququ əsasında verilmiş mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin, dolayısıyla həmin mənzilin özgəninkiləşdirilməsi barədə qeydin etibarsız hesab olunmasını xahiş etmişlər və tələblərini mənzili özgəninkiləşdirən X4 buna sərəncam hüququnun olmaması ilə əsaslandırmış, mənzilə hüquqlarını təsdiqləyən sübut qismində 1*.*6.1975-ci il tarixli protokoldan çıxarış təqdim etmişlər. İşdə olan məhkəmə aktlarına əsasən, X15 13.*9.2**5-ci il tarixdə vəfat etdiyi etdiyindən mübahisəyə 2**1-ci il tarixdən qüvvədə olan AR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Mübahisəli mənzil kooperativ üzvü X8 pay haqqı qismində verilsə də, iddiaçılar həmin mənzilə hüququnun yaranmasını təsdiqləyən - vərəsə qismində kooperativ üzvlüyünə qəbul olunmaları, habelə kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmaması barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Məcəlləyə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (1*9.1). Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər (1*9.4). Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır (1*9.5). Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir (112.4). Bundan başqa, kooperativin ölmüş üzvü X8 pay haqqı qismində verilmiş mənzilin dəyərinin vərəsə qismində iddiaçılara ödənilməli olması barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2*14-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan və hüquqi mövqelərdən göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. İddiaçılar, Elxan Əliyevin mirasını formal və (ya) faktiki qəbul etmələrini təsdiqləyən sübut təqdim etməmişlər. Beləliklə, kooperativin üzvü olmuş Elxan Əliyevin pay haqqı olan mənzilə vərəsə qismində hüququnun yaranması, bununla da mənzilə dair alqı-satqı müqaviləsinin onların hüquqlarını pozması, nəticə etibarilə iddiaçıların həmin alqı-satqı müqaviləsini mübahisələndirmək hüququ müəyyən olunmur. Bundan başqa, kooperativ üzvünün ölümüylə mübahisəli mənzilin hüquqi stausunun dəyişməsi zamanı qüvvədə olan qanunvericiliklə xalq deputatları sovetinin icraiyyə komitəssinin iclas protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi təsbit olunmamışdır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2**6-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2**7-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2*13-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2*13-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2**9-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2**6-cı il iyulun 6-dan 2**9-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa, iddiaçılar daşınmaz əmlaka dair hüquqlarına toxunulduğuna əsaslanaraq müvafiq tələblə məhkəməyə müraciət etmiş, lakin belə hüquqlarının yaranmasını sübuta edə bilməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq mübahisəli mənzili vicdanlı əldə edən Cavabdeh2 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar qanunvericiliyin tələbinə əsasən, dövlət tərəfindən qorunur. İddiaçılar, Cavabdeh1 ilə Cavabdeh2 qohum olduqlarına əsaslanaraq sonuncunun vicdansız əldə edən olduğuna bildirmişlər. Lakin iddiaçı tərəf belə qohumluq faktına və (ya) buna əsaslanaraq Cavabdeh2 vicdanlı alıcı olmasını aradan qaldıran hallara dair sübutlar təqdim etməmişlər. Belə ki, müqavilənin bağlandığı zaman özgəninkiləşdirən Cavabdeh1 mülkiyyətçi olmadığını bilməsini və ya bilməli olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyindən Cavabdeh2 vicdanlı əldə edən, dolayısıyla əşyanın mülkiyyətçisidir. Belə ki, Mülki Məcəlləyə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (14*). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (149.2). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (148.2). Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (182.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2*17-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 18.*7.2*18-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *7.*8.2*19cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1*.*3.2*2*-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.1*.2**4-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Beləliklə, iddiaçılar əsas tələb qismində alqı-satqı müqaviləsinin, törəmə tələb qismində daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsini xahiş etmişlər, lakin iddianı təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Qeyd edilən hüquq normalarına və məhkəmə aktlarında əks olunmuş hüquqi mövqelərə əsasən, iddiaçıların müqaviləni mübahisələndirmək hüququ və Cavabdeh2 vicdanlı alıcı olmasını aradan qaldıran hallar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357-36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı müqavilənin və qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-973/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-973/2023
11.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver