Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-989/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024cü il tarixli aktın və barəsində qanunsuz hesablanmış 1555 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1384/2024 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində fərdi yaşayış evində olan qaz sayğacı (abonent kodu-**********00000) onun yəni, İddiaçı adınadır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktla sayğaca baxış keçirilmiş, sərfiyyat aşması müəyyən edilmiş, və ona 1555 manat cərimə hesablanmışdır. Hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt və ona hesablanmış borc tam əsassızdır. Azəriqaz əməkdaşları sayğaca və qaz cihazlarına baxış keçirərkən iddia etdikləri sərfiyyat aşması xronometraj metodu ilə sayğacın 1 dəqiqədə keçən qazın həcminin maksimal qaz buraxma qabiliyyətindən artıq olması deməkdir. Lakin onlar heç bir ölçmə aparmadan istifadə edilməyən qaz cihazlarını hesabata almışdırlar. 4lük qaz sayğacının maksimal saatlıq qaz buraxma qabiliyyəti 6 m³-dir. Ay ərzində onun maksimum işlətdiyi qaz sərfi 3300 m³-dir. Bunun da sərfiyyat aşmasına düşməsi qeyrimümkündür. Bu cür hallara yol verilməsi qeyri-qanunidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sayğaca heç bir müdaxilə etməmişdir. Qaz sayğacı sərfiyyatı artıq hesabladığına görə müraciət etmişdir ki, gəlib sayğacı dəyişsinlər. Qaz idarəsinin əməkdaşları gəlib sayğacı söküb bir neçə gündən sonra demişdirlər ki, cərimə yazılmışdır. Sayğac kartla işləyən sayğac olmuşdur, kart vasitəsilə ödənişlər etmişdir. Sayğac çöldə yerləşir. Xarab olduğuna görə artıq sərfiyyat göstərmişdir. Yazılmış cərimənin qanunsuz olduğunu göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, qazın alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********0 nömrəli qaz sayğacı açılaraq, GCZ tipli, G4 markalı, ******* nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sərfiyyat aşması aşkar edilmişdir. Aktda istehlakçı İddiaçı iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 12960 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00000 nömrəli abonentin saldosundan görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmamışdın əvvəlki aylarda (akt xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur) abonentin qaz sərfiyyatı 2024-cü ilin yanvar ayında 23 m3, fevral ayında 1682 m3, mart ayında 3323 m3 , aprel ayında 657 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sayğacda olan qüsur sərfiyyatı artıq hesabladığı halda itirilmiş qaz sərfiyyatına görə zərər hesablanmışdır. Belə ki, abonentin saldosundan görünür ki, iddiaçının istifadəsində olan sayğacın göstəricisi 2024cü ilin yanvar ayında 23 m3 olduğu halda fevral ayında 1682 m3, mart ayında 3323 m3, aprel ayında isə 657 m3 olmuşdur. Bu da onu göstərir ki, sayğacda olan qüsur qazpaylayısısının deyil abonentin ziyanına olmuşdur. Bununla yanaşı cavabdehin nümayəndələri təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərkən sayğacda olan qüsurun sərfiyyat aşması olduğunu qeyd etdikləri halda iddiaçıdan dəymiş zərər də tələb etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 35,55 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1555 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-989/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-989/2025
17.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver