Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-996/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X23, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X29 qarşı X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X29 qarşı X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair vərəsələri və payları müəyyən edib, miras mülkü vərəsələr arasında daşınmaz əmlakın texniki pasportunda əks edilən əsasən razılıq əsasında istifadə edildiyi kimi, yəni «A» literli yaşayış binasını və onu əhatə edən 226 kvadrat metr torpaq sahəsini İddiaçı1, «C» literli yaşayış binasını və onu əhatə edən 280 kvadrat metr torpaq sahəsinin X17 oğlu İddiaçı2 adlarına vərəsə paylarının naturada bölünməsi və həmin hissələrə münasib olaraq, mülkiyyət hüquqlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 və X37 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X38 iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı1 onun atası, X2 Yaqub Hüseyn oğlunun anası, onun isə nənəsidir. ünvan 2 ünvanda yerləşən mülk Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən X9 adınadır. Həmin mülkün yaşayış sahəsi 53,8 kvadrat metr 2 yaşayış otağından və 45,1 kvadrat metr köməkçi sahə olan «A» literli yaşayış binasından, 39,8 kvadrat metr iki yaşayış otağı və 54,7 kvadrat metr köməkçi sahə olan «B» literli yaşayış binasından, 39,9 kvadrat metr iki yaşayış otağı və 54,7 kvadrat metr köməkçi sahə olan «C» literli yaşayış binasından və sənəd üzrə 722 kvadrat metr mülkiyyət hüququ ilə ümumi torpaq sahəsindən ibarətdir. X9 X30 ilə rəsmi nikahından 9 uşağı olmuşdur. X18 31 avqust 1994-cü ildə, X42 isə 01 fevral 1995-ci ildə ölmüşdür. Həmin şəxslərin birgə nikahlarından doğulmuş X31 23 iyul 1965-ci ildə, X32 08 dekabr 2020-ci ildə, X36 26 dekabr 2020-ci ildə və Əliyeva (Feyzullayeva) Ofelya Hüseyn qızı 12 iyun 2016-cı ildə vəfat etmişlər. X4 vəfat etdiyi və mirasın açıldığı andan Cavabdeh2 üç oğlu İddiaçı1, X36 və X32 mirası qəbul edərək, idarə etmiş və faktiki olaraq miras üç hissəyə bölünmüşdür. Belə ki, həmin miras əmlakın «A» literli yaşayış binası və onu əhatə edən 226 kvadrat metr torpaq sahəsi İddiaçı1, «B» literli yaşayış binası və onu əhatə edən 228 kvadrat metr torpaq sahəsi X19, «C» literli yaşayış binası və onu əhatə edən 280 kvadrat metr torpaq sahəsi X24 məxsus olmuşdur. Həmin vərəsələr mirasa yiyələnmiş və bununla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Mülk faktiki olaraq daş hasarla vərəsə olan qardaşların ümumi razılığına əsasən üş hissəyə bölünüb və hər hissənin giriş-çıxış qapısı, elektrik, su və qaz xətləri ayrıdır. Üç qardaş olan vərəsələrə məxsus özlərinə aid miras mülkün hissələrində 1994-cü ildən başlayaraq, müxtəlif vaxtlarda təmir tikinti işləri aparılmışdır. Bundan başqa, paylar vərəsələr arasında faktik bölünən zaman X6 Yaqub Hüseyn oğluna və X19 aid tikinti işlərini öz hesabına apardığına görə İddiaçı1 və X19 münasibətdə həmin vərəsəyə 30-40 kvadrat metr torpaq sahəsi razılıq əsasında artıq verilmişdir. Digər vərəsələr isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mirası qəbul etməmiş, faktiki olaraq mirasın üç qardaş tərəfindən qəbul edildiyini görərək və bilərək, heç bir etiraz və ya iddia irəli sürməmiş, bununla da mirası qəbul etmədiklərini birmənalı göstərmişlər. X17 və X16 vərəsələri, habelə İddiaçı1 hüquqlarının qeydə alınması və vərəsəlik şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etsələr də, mirasın qəbul edilməsinə dair müddətin buraxılmasına görə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X36, X32 və İddiaçı1 faktiki olaraq mirası qəbul etdiklərindən və miras əmlak həmin şəxslərə məxsus olduğundan, həmin əmlakın saxlanılmasında, müxtəlif vergilərin ödənilməsində iştirak etdiklərindən, notariat orqanlarının müddətin keçməsi bəhanəsi ilə hüquqları tanımaqdan imtina etməsi iddiaçıların hüquqlarını pozur. X1 vərəsələri öz hüquqlarını rəsmən qeydə aldırmaq istəmədiklərindən, vərəsəliyin qəbul edilməsi ilə əlaqədar heç bir iddia və ya etiraz irəli sürmədiyindən, iddiaçılar hüquqlarını rəsmiləşdirə bilməmişlər. Buna görə də cavabdehlərin müəyyən səbəblərə görə öz miras paylarını rəsmiləşdirmək istəməmələri iddiaçıların öz miras paylarına olan hüquqlarını rəsmiləşdirmələrinə mane olur. Sonda U.İddiaçı1 X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, digər İddiaçı1 nümayəndəsi X23 izahatı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianın təmin edilməsinə etirazlarının olmadıqlarını bildirdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 1 notariat ofisi, Əliyeva (Verdiyeva) Esmira Hüseyn qızı, X25, X11, Əliyeva (Məmmədova) Təranə Hüseyin qızı və X26 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, İddiaçı1 nümayəndəsi X23, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o, uşaq yaşlarından Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən 70A saylı fərdi yaşayış evində yaşayır. X18 və X42, eləcə də həmin şəxslərin övladları İddiaçı1, X52 və X32 onunla qonşu olduqlarına görə o, həmin şəxsləri uşaq yaşlarından tanıyır. Buna görə də o, X9 ölümündən sonra da İddiaçı1, X17 və X16, eləcə də həmin şəxslərin ailə üzvlərinin X12 məxsus evdə yaşadıqlarını bilir. Məhkəmədə şahid qismində dindirilmiş X5 şəhəri, R.Qasımov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evində yaşadığını bildirərək, X13 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, 2000-ci ildə Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evinə köçmüş və orada yaşamağa başlamışdır. Həmin evə köçdüyü vaxtdan o, İddiaçı1, X16 və X17, eləcə də həmin şəxslərin ailə üzvlərinin Gəncə şəhəri, Rüzgar Qasımov küçəsində yerləşən 68 saylı fərdi yaşayış evində yaşadıqlarını görmüşdür. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X9 Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsində yerləşən 68 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli, **********15-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 68 ünvanında yerləşən 3 şərti hissədən ibarətdir. İşdə olan İV-ЖГ seriyalı 408859 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 31 avqust 1994-cü ildə ölmüşdür. İş materiallarında olan İİ-ЖГ seriyalı 485915 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 01 fevral 1995-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, X42 və X8 nikahlarını Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 18 fevral 1947-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabının 44-cü səhifəsində qeydə aldırmışlar. İş materiallarında olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı1 atası X42, anası X14r. İşdə olan XVİİİ-ЖГ seriyalı 258039 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 04 iyun 1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur. E.H.Əliyevin atası X42, anası X14r. İş materiallarında olan AZ-İİ seriyalı 117090 nömrəli ölüm haqqında şəhadnamənin surətindən görünür ki, X36 26 dekabr 2020-ci ildə ölmüşdür. İşdə olan XVİİ-ЖГ seriyalı 382184 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı2 atası X36, anası X20r. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 05/Q-1727/15 nömrəli arayışın surətindən görünür ki, X9 əri X42 xx.xx.1912-ci ildə anadan olmuş və xx.xx.1995-ci ildə ölmüş; uşağı İddiaçı1 xx.xx.1953-cü ildə anadan olmuş; uşağı X36 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə ölmüş; uşağı Əliyeva (Verdiyeva) Esmira Hüseyn qızı xx.xx.1963-cü ildə anadan olmuş və xx.xx.1988-ci ildə nikaha girmiş; uşağı X25 xx.xx.1952-ci ildə anadan olmuş; uşağı X32 xx.xx.1955-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə ölmüş; uşağı Əliyeva (Feyzullayeva) Ofelya Hüseyn qızı xx.xx.1950-ci ildə anadan olmuş, xx.xx.1973-cü ildə nikaha girmiş və xx.xx.2016-ci ildə ölmüş; uşağı Əliyeva (Məmmədova) Təranə Hüseyin qızı xx.xx.1960-cı ildə anadan olmuş və xx.xx.1985-ci ildə nikaha girmiş; uşağı X26 xx.xx.1948-ci ildə anadan olmuş; uşağı X31 xx.xx.1956-cı ildə anadan olmuş və xx.xx.1956-cı ildə ölmüşdür. İşdə olan 26 aprel 2022-ci il tarixli 224 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, İddiaçı1 xx.xx.1994-cü ildə vəfat etmiş mərhum anası X9 vəfatından sonra adına miras qalmış ünvan 2 evin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu müddətini ötürdüyü üçün İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsi vermə mümkün deyildir. Buna görə də İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X42 və X8 nikahlarını Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 18 fevral 1947-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabının 44-cü səhifəsində qeydə aldırmışlar. Həmin şəxslərin birgə nikahından xx.xx.1953-cü ildə anadan olmuş İddiaçı1, xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2020ci ildə ölmüş X36, xx.xx.1963-cü ildə anadan olmuş Əliyeva (Verdiyeva) Esmira Hüseyn qızı, xx.xx.1952-ci ildə anadan olmuş X25, 3.02.1955-ci ildə anadan olmuş və xx.xx.2020ci ildə ölmüş X32, xx.xx.1950-ci ildə anadan olmuş və xx.xx.2016-ci ildə ölmüş Əliyeva (Feyzullayeva) Ofelya Hüseyn qızı, xx.xx.1960-cı ildə anadan olmuş Əliyeva (Məmmədova) Təranə Hüseyin qızı, xx.xx.1948-ci ildə anadan olmuş X26; xx.xx.1956-cı ildə anadan olmuş və xx.xx.1956-cı ildə ölmüş X31 adlı uşaqları vardır. X9 Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsində yerləşən 68 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmış və X18 31 avqust 1994-cü ildə ölmüşdür. Cavabdeh2 ölümündən sonra İddiaçı1 və digər İddiaçı2 atası X36 həmin miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Digər vərəsələr Əliyeva (Verdiyeva) Esmira Hüseyn qızı, X25, Əliyeva (Məmmədova) Təranə Hüseyin qızı, X26 və mərhum Əliyeva (Feyzullayeva) Ofelya Hüseyn qızı isə mirasın qəbuluna dair notariat orqanına ərizə verməmiş və miras əmlakı faktiki olaraq qəbul etməmiş, bununla yanaşı hazırda yaşayan vərəslər, eləcə də mərhum Əliyeva (Feyzullayeva) Ofelya Hüseyn qızının oğlu X11 hazırki mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, X18 31 avqust 1994-cü il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı1 və digər İddiaçı2 atası X36, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 atası X32 öz anaları X7 miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişlər. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrində İddiaçı1, digər İddiaçı2 atası X36, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 atası X32 ilə qonşu olduqlarını, X9 ölümündən sonra İddiaçı1, X17 və X16 Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsində yerləşən 68 saylı fərdi yaşayış evində yaşadıqlarını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, X9 ölməsi ilə həmin miras əmlak onun vərəsələri İddiaçı1, X32 və X36 tərəfindən qəbul edilmiş, onlar əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışlər. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidlərin və cavabdehlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Buna görə də Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsində yerləşən 68 saylı fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı1 və X36 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə görə qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 557-ci maddəsinə görə vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağrılan vərəslərin sərəncamına keçir və onların arasında bərabər paylara bölünür. Həmin Məcəllənin 552-ci maddəsinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verildikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi qanunverici vərəsənin susmasını mirasdan imtinaya bərabər tutmuşdur. Mirasqoyanın bütün əmlakı İddiaçı1, X36 və X32 tərəfindən qəbul edildiyindən X9 ünvan 1 ünvanında yerləşən miras əmlaka İddiaçı1, X17 və X16 hər birinin 1/3 hissədə hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilsin. İddiaçı1 və X17 X9 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən əmlakı miras qismində qəbul etmələri faktı müəyyən edilsin. X12 məxsus olmuş ünvan 1 ünvanında yerləşən miras əmlaka İddiaçı1, X17 və X16 hər birinin 1/3 hissədə hissədə payları müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-996/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-996/2022
17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver