Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-1/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh “xxxx” X1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” X1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı IB-nin cavabdeh “xxxx” X1rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” X1 cəlb edilməklə) “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2022-ci il # #### tarixində qaz paylayıcısı İddiaçı Istehsalat Birliyi ilə istehlakçı “xxxx” X1 arasında AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Istehsalat Birliyi istehlakçını keyfiyyətli qazla təmin etməyi, “xxxx” X1 isə aldığı qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2.
3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 76.655,25 manat həcmində olmuşdur. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir.
4. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, cavabdeh yeni tikilmiş binaya 2024-cü il # #### tarixində köçmüşdür. Həmin binaya 3 ay sonra köçüblər və aylıq ödənişləri ediblər. Həmçinin qaz sayğacı tikinti aparıldığı müddətdə quraşdırılıb və tikinti şirkəti tərəfindən istifadə olunmuşdur. Borcun onlara heç bir adiyyatı yoxdur.
5. Üçüncü şəxs “xxxx” X1 nümayəndəsi də iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında sayğacla bağlı borc müqaviləsi olmadığına görə iddianı əsassız hesab edir. Cavabdeh yeni tikilmiş binaya köçənə qədər yaranan borcu qarşı tərəfin tələb etməsi əsassızdır.
6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – E.Hüseynova).
7. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 54.598,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinə etiraz etsə də, etiraz əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən edilən etirazın halları sübuta yetirilmədiyindən əsassızdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
12. Belə ki, cavabdehin qazanxanasının təbii qaz təchizatının təmin olunması üçün cavabdehin müraciəti əsasında iddiaçı tərəfindən 2014-cü il ## ###### tarixli ***** saylı texniki şərt verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2017-ci il ## ###### tarixli **/** nömrəli məktubla iddiaçıya müraciət edərək, 2014-cü il ## ###### tarixli ***** saylı texniki şərtin etibarlılıq müddəti başa çatdığından onun etibarlılıq müddətinin artırılmasına və “xxxx” MMC-yə layihə-smeta sənədlərinin hazırlanmasına göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra texniki şərtin sorğu blankı əsasında cavabdehin qazanxanasının qazlaşdırılması ilə bağlı 2017-ci il ## ###### tarixli ***** nömrəli yeni texniki şərt verilmiş və tələb olunan qaz sərfiyyatı 437.5 m3 /saat təşkil etmişdir. Texniki şərt əsasında 2018-ci ildə “xxxx” MMC tərəfindən cavabdehin qazanxanasının qazlaşdırılmasına dair sifarişçi Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdriyyəti olmaqla TŞ-*****-****-***** saylı işçi layihə hazırlanmış, işçi layihə cavabdehin Layihə-smeta və ekspertiza şöbəsi tərəfindən 2018-ci il ## ###### tarixdə *** saylı, Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti Idarəsi tərəfindən 2018-ci ildə # #### **** saylı, Fövqəladə Hallar Nazirliyinin X10 Agentliyində 2018-ci il ## ### tarixində ***** saylı nömrə ilə qeydiyyata alınaraq razılıq verilmişdir. Cavabdehin nümayəndəsi 2021-ci il ## ###### tarixli ərizə ilə müraciətə edərək, obyektə quraşdırılacaq G-250 markalı qaz sayğacının müəssisənin öz vəsaiti hesabına ilkin dövlət yoxlamasından keçirilməsinə və quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Metrologiya Departamentinə müraciətlə bağlı 2021-ci il ## ###### tarixliSOCAR******************X***** saylı məktub ünvanlanaraq sözügedən sayğacın dövlət yoxlamasından keçirilməsi və bununla bağlı digər tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən alınmış G-250 markalı ********** nömrəli qaz sayğacı Metroloğiya Departamentində yoxlamadan keçirilmiş və 2021-ci il # ##### tarixli sayğacın istismara yararlığı haqqında arayış verilmişdir. Bundan sonra, 2021-ci il # ##### tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək G-250 markalı ********** nömrəli qaz sayğacının işçi layihəyə uyğun quraşdırılması təmin edilmişdir. Bundan əlavə cavabdehin qaz xətlərinin tikintisini həyata keçirən “xxxx” MMC-nin, X12 Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X8 Agentliyinin, iddiaçının, “xxxx” Firmasının 2023-cü il ## ######## tarixli qaz kəmərinin istismara qəbul aktı, binadaxili qaz kəmərlərinin istismara qəbulu aktları, Tikinti pasportu qəbul və təsdiq edilmişdir. Eyni zamanda TƏBIB PHŞ-nin cavabdehin 2023-cü il ## ######## tarixli **-*-**/*-*-****/**** saylı əmri ilə Dəstək xidmətləri şöbəsinin II Təsnifat bölməsinin qazanxanaçısı X7 qazanxanada təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxs təyin edilmişdir. Həmçinin tərəflərin iştirakı ilə istehlakçının qaz təsərrüfatının intentar aktı tərtib edilərək müəssisənin qazanxanasında istismar ediləcək qaz cihazları qeydiyyata alınmışdır.Toplanmış materiallar əsasında isə cavabdehə 2023-cü il ## ###### tarixli **-*-*/*-**-****/**** saylı məktubla təbii qazın açılışına icazə verilmişdir.
13. Beləliklə də, hazırkı cavabdehin qazanxanasında 2023-cü il ## ###### tarixdən təbii qazdan istifadə edilmiş və onun dəyəri qismən ödənildiyindən hazırda iddia tələbini təşkil edən 54598,17 manat borc yaranmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və MM-in müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 54.598,17 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı o borcu qarşı tərəfdən tələb edə bilər ki, həmin borcu ödəmək vəzifəsi qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olsun. Iddiaçının cavabdehdən tələb etdiyi borc sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış borc məbləğidir. Bu fakt təqdim olunmuş abonentin saldosu ilə öz təsdiqini tapır. Eyni zamanda abonentin cavabdeh olduğu, həmin borcun da cavabdehə təhkim olunmuş qaz sayğacına görə hesablandığı, həmin qaz sayğacının da tərəflər arasında bağlanmış 2022-ci il # #### tarixli müqaviləyə əsasən cavabdehə məxsus qazanxanaya quraşdırıldığı öz təsdiqini tapır. Bu baxımdan, istehlakçı (indiki halda cavabdeh) sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləği ödəməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin tərtib etdikləri “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarına da münasibətdə bildirmişdir ki, tərəflər sərbəst şəkildə həmin aktları imzalayaraq öz iradə ifadəsini bəyan etmişlər. Bu faktın mövcudluğu isə cavabdehi həmin aktlara əsasən qaz sərfiyyatına görə yaranmış debitor borcunu ödəmək vəzifəsindən (öhdəliyindən) azad etmir. Cavabdehin bu öhdəliyi tərəflər arasında bağlanmış qazın alqısatqısına
15. dair müqavilədən irəli gəlir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmamışdır. Belə ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2011-ci il ## ### tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5 və 5.6-cı bəndlərinə; MPM-in 9, 14.2, 77.1, 88, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 385.1-ci maddəsi üzrə - tərəflər arasında olan 2022-ci il # #### tarixli müqaviləyə əlavədən (protokoldan) görünür ki, cavabdeh təzə tikiləcək binanın tikilməsi zamanı istifadə ediləcək qaz enerjisinə görə hər hansı öhdəlik götürməmişdir. Ümumiyyətlə işə baxan birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi cavabdehin binanın tikintisi zamanı qaz enerjisinin istifadəsinə öhdiliyi hansı müqavilə ilə və müqavilənin hansı bəndi ilə üzərinə götürməsini araşdırmamışdır. Qətnamələrdə ümumi sənədlərdən istifadə edilsə də, dəqiq olaraq hər hansı müqaviləyə və müqavilənin bəndinə istinad edilməmişdir. Nəticədə əsaslı olmayan qətnamə qəbul edilmişdir.
20. MM-in 386.1 və 389-cu maddələri üzrə - məhkəmə 2022-ci il # #### tarixli müqaviləyə istinad etsə də, müqavilənin şərtləri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə digər sənədlərdə cavabdehin adının olmasını əsas gətirərək əsassız qətnamə qəbul etmişdir. Halbuki tərəflər arasında öhdəliyin yaranması üçün müqavilə olmalıdır və tərəfin üzərinə müqaviləyə əsasən öhdəlik qoyulmalıdır. Lakin belə bir müqavilə mövcud olmamışdır.
21. MM-in 400-cü maddəsi üzrə - iddiaçı Azərbaycanda əhalini qazla təmin edən yeganə müəssisədir və bazarda tək mövqeyə sahibdir. Lakin tərəflər arasında bağlanmış 2022-ci il # #### tarixli müqavilədə yeni tikiləcək binanın cavabdeh hesabına qazla təmin edilməsi nəzərdə tutulmasa da, məhkəmə müqaviləni əsassız olaraq onların xeyinə istifadə etmişdir. Nəticədə qeyri-bərabər şərtlərlə müqavilə bağlanmışdır.
22. MM-in 404-cü maddəsi üzrə - iddiaçının və məhkəmənin sübut kimi qəbul etdiyi 2022-ci il # #### tarixli müqavilədə yenidən tikilən binaya qazın verilməsi barədə razılıq olmamış, lakin məhkəmə müqavilədə tərəflərin iradə ifadəsinin həqiqi mənasını araşdırmamışdır.
23. MM-in 752-ci maddəsi üzrə - müqavilədə nəzərdə tutulmuş işi icra etmək podratçının vəzifəsidir. Belə olanda qaz enerjisində məbləği podratçı tərəfindən ödənilməli idi.
24. MPM-in 77.1-ci maddəsi üzrə - iddia tələbini sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Lakin iddiaçı cavabdeh ilə yeni tikilməkdə olan xəstəxanası binasının qazla təmin edilməsi öhdəliyinin cavabdeh tərəfindən üzərinə götürülməsi barədə sübut təqdim etməmişdir. 2022-ci il # #### tarixli müqavilədə isə cavabdeh belə bir öhdəlik götürməmişdir. Işə baxan məhkəmələr iddiaçının sözügedən tələbi ilə sübutunun dəqiq olaraq nədə ifadə olunmasını qeyd etməmişlər.
25. MPM-in 78.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən iddia ərizəsinin əsaslılığı ilə əlaqədar mötəbər sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Apellyasiya məhkəməsi isə təqdim edilmiş sübutların mötəbərliyini araşdırmadan qərar qəbul etmişdir.
26. MPM-in 217.4-cü maddəsi üzrə - iddiaçı tərəfindən ya iddia ərizəsi verilən zaman, ya da məhkəmə zamanı cavabdehin yeni tikilən xəstəxana binasına qaz enerjisinə görə istifadə olunacaq sərfiyyatın ödənilməsi ilə bağlı öhdəlik götürməsi barədə hər hansı sübut təqdim edilməmiş, lakin məhkəmə əsassız olaraq iddiaçının xeyrinə qətnamə çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi
445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.”
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2011-ci il ## ### tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“X5 Şərtləri
5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə).”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu
392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
34. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
35. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
36. Əlavə olaraq kollegiya qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin hallarına görə cavabdehdən tələb olunan borcun məbləği tərəflər arasında müqavilə bağlandıqdan sonrakı dövrə aid olmaqla qaz sayğacı göstəricilərinə əsasən hesablanmışdır. Belə olan halda isə mübahisənin həlli baxımından həmin qaz sərfiyyatından bilavasitə cavabdehin özü və ya onun cəlb etdiyi podratçı şirkət tərəfindən yararlanmasının əhəmiyyəti yoxdur. Çünki qeyd olunan hallar cavabdehin iddiaçı ilə bağladığı 2022-ci il # #### tarixli müqavilədən irəli gələn öhdəliklərinə təsir etmir və o, həmin hallardan asılı olmayaraq qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq ödəmək öhdəliyinin daşıyır.
37. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
38. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
42. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.