Məhkəmə qərarları › İş №2-2(1-8)-10/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-10/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-10/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: şifahi alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı iddiaçı1 (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42.777,48 manat məbləğində əsas borcun, cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə illik beş faiz əsasında 2025-ci il ## ###### tarixinədək hesablanmış 2.074,41 manat məbləğində faiz borcunun, 2025-ci il ## ###### tarixindən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə illik beş faiz əsasında hesablanmış faiz borcunun, vəkilə ödənilmiş 300 manatın, ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 2023-cü il ## ##### tarixində razılaşma olmuşdur. Tərəflər arasında olan bu razılaşmaya əsasən, iddiaçı cavabdehin işçilərini yeməklə təmin edilməsi üçün lazım olan ərzaq malları ilə təmin etməyi, cavabdeh isə bu malların dəyərini elektron qaimələrə əsasən iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı aralarındakı razılaşma üzrə öhdəliklərini tam şəkildə icra edərək cavabdehə təsdiqlənmiş elektron qaimələrə əsasən müxtəlif tarixlərdə razılaşma çərçivəsində 457.526,92 manat manat məbləğində mallar, yəni ərzaq məhsulları təhvil vermişdir. Cavabdeh müqavilə çərçivəsində aldığı malların dəyərinin 414.749,44 manat məbləğini ödəmiş, qalan yəni 42.777,48 manat hissəsini isə ödəməmişdir.

3. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında müqavilə imzalanmamışdır. Bununla da cavabdehin iddiaçıya borcu yoxdur. Iddiaçı iddiasını yalnız e-qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi ilə əsaslandırır. E-qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən avtomatik təsdiq edilmişdir. Cavabdehin mühasibi Təbriz adlı şəxs, eyni zamanda iddiaçıya konsaltinq xidmətləri göstərir. O, diqqətsizlik edib. E-qaimələr bu səbəbdən geri qaytarılmamışdır. Əvvəl aldıqları malların ödənişlərini həmin vaxt həyata keçirmişlər. Hal-hazırda iddiaçıya borcları yoxdur. Eqaimə üzrə qismən ödəniş edilmişdirsə, demək ki, mallar da tam təhvil verilməmişdir. Bu səbəbdən ödəniş də qismən həyata keçirilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə, iddianın 2025-ci il ## ###### tarixdən başlayaraq cavabdeh tərəfindən 42.777,48 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək MMin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması hissəsi baxılmamış saxlanılmışdır (hakim – K.Hüseynov).

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 42.777,48 manat məbləğində pulun və əsas borca illik 5% hesablanmaqla 632,87 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yazılı alqı-satqı müqavilə bağlanmasa da, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin məhz yazılı qaydada bağlanmasına dair imperativ şərt yoxdur yəni, alqı-satqı müqaviləsinin şifahi qaydada bağlanması halı da, mümkündür. Ona görə də, hazırkı mübahisə həll edilərkən, alqısatqı müqaviləsinə dair normalar tətbiq edilməklə həll edilməlidir.

7. Ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan iddiaçı1 üzərinə düşür.

8. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü il ## ##### tarixli EBDE ****** saylı dəyəri 22.302,58 manat olan, 2023-cü il ## ##### tarixli EBDE ****** saylı dəyəri 19.384,47 manat olan, 2023-cü il ## ##### tarixli EBDE ****** saylı dəyəri 14.901,35 manat olan, 2023-cü il ## ### tarixli EBDG ****** saylı dəyəri 18.000 manat olan, 2023-cü il ## ### tarixli EBDG ****** saylı dəyəri 15.977,93 manat olan, 2023-cü il ## ### tarixli EBDG ****** saylı dəyəri 15.000 manat olan, 2023-cü il ## #### tarixli EBDJ ****** saylı dəyəri 46.338,67 manat olan, 2023-cü il ## ###### tarixli EBDM ****** saylı dəyəri 71.112,2 manat olan, 2023-cü il ## ######## tarixli EBDO ****** saylı dəyəri 49.398,08 manat olan, 2023-cü il ## ###### tarixli EBDS ****** saylı dəyəri 73.449,02 manat olan, 2024-cü il ## ###### tarixli EBDX ****** saylı dəyəri 6.740,16 manat olan, 2024-cü il ## ###### tarixli EBDZ ****** saylı dəyəri 2.346,96 manat olan, 2023-cü il ## ###### tarixli EBDM ****** saylı dəyəri 71.112,2 manat olan elektron qaimələr göndərilmişdir.

9. Sadə riyazi hesablama ilə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 457.526,92 manat təşkil edir.

10. Iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən 2023-cü il # #### tarixdə 50.900 manat, 2023-cü il ## #### tarixdə 50.000 manat, 2023-cü il ## #### tarixdə 10.883,90 manat, 2024-cü il ## ###### tarixdə EBDS ****** saylı elektron qaimə üzrə 50.000 manat, EBDX ****** saylı elektron qaimə üzrə 20.000 manat məbləğində ödəniş edilmişdir.

11. Həmçinin iddiaçıya aid olan ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2023-cü il # #### tarixdə 3.050,85 manat, 2023-cü il ## #### tarixdə 9.612 manat, 2023-cü il ## #### tarixdə 9.000 manat, 2023-cü il ## #### tarixdə 1.959,1 manat, 2023-cü il # ###### tarixdə 4.485,2 manat, 2023-cü il ## ###### tarixdə 1.328,16 manat, 2023-cü il ## ######## tarixdə 5.400 manat, 2023-cü il ## ######## tarixdə 2.005 manat, 2023-cü il ## ###### tarixdə 6.840 manat, 2023-cü il ## ###### tarixdə 2.500 manat, 2023-cü il ## ###### tarixdə 4.200,77 manat, 2023-cü il ## ###### tarixdə 6.800 manat, 2024-cü il ## ###### tarixdə 6.625,7 manat, 2024-cü il ## ######## tarixdə 1.137,77 manat məbləğində ödəniş edilmişdir.

12. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir

13. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarına istinad edərək vurğulamışdır ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət etmişdir.

14. Məhkəmə hesab etmişdir ki, ümumi dəyəri 457.526,92 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncunun da, ona verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

15. Məhkəmə iddianın əsas borca illik 5% hesablanmaqla 2025-ci il ## ###### tarixədək hesablanmış 2.074,41 manat pulun tələb edilməsi hissəsinə münasibət bildirərək, hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun 2025ci il ## ####### tarixində göndərilməsi, iddia ərizəsinin isə məhkəməyə 2025-ci il ## ###### tarixində yəni 108 gün sonra verilməsi səbəbindən, əsas borca illik 5 faiz hesablanmaqla 632,87 (42.777,48x5/100=2.138,874 (1 il üçün), 2.138,874/365=5,859 (1 gün üçün), 5,859x108=632,87 (108 gün üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə mövqeyini MM-in 445.7, 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

19. Məhkəmə kollegiyası tərəflər arasında yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin və belə olan halda alqı-satqı münasibətlərinin mövcud olmaması barədə dəlillərə münasibət bildirərək qeyd etmişdir ki, əqd bağlamaq niyyətində olan şəxs öz daxili iradəsini əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunla nəzərdə tutulmuş və ya müqavilə iştirakçılarınını müəyyən etdiyi üsullarla çatdıra bilər. Bu üsullar müqavilənin formasını ifadə edir.

20. Məhkəmə diqqətə çatdırmışdır ki, iş üzrə iddiaçının tərəflər arasında bağlanması iddia olunan alqı-satqı müqaviləsinə münasibətdə qanunvericilikdə yazılı forma tələbi nəzərdə tutulmamış, eləcə də tərəflərin həmin müqavilənin yazılı formada bağlanmalı olması barədə razılığa gəlmələri müəyyən edilməmişdir. Şifahi formada bağlana bilən əqdlər isə iradənin şifahi formada ifadə edilməsi ilə yanaşı konklyudent hərəkətlərlə də rəsmiləşdirilə bilər. Odur ki, iddiaçının xeyrinə avans ödənişlərin edilməsi, iş üzrə təqdim edilən malların dəyərinin ödənilməsi məqsədilə göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz bildirilməməsi şifahi alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən konklyudent hərəkətlər kimi qiymətləndirilməlidir.

21. Məhkəmə alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı mübahisəli alqı-satqı müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından və ƏDV sub-uçot hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Göstərilən sübutlar ona dəlalət etmişdir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV daxil 457.526,92 manat məbləğində olan elektron qaimələrin təqdim edildiyi, cavabdeh tərəfindən isə həmin qaimələr üzrə ƏDV daxil 414.749,44 manat məbləğində ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı həmin qaimələr üzrə qalıq borc məbləği olan ƏDV daxil 42.777,48 manat məbləğində pulun tutulmasını tələb etmək hüququna malikdir.

23. Bununla yanaşı məhkəmə cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini gecikdirməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% ilə hesablamaqla cavabdehdən 632,87 manat məbləğində faizlərinin tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

24. Məhkəmə iclasın təxirə salınması barədə vəsatətinin rədd edilməsi, eləcə də cavabdeh tərəfin öz hüquqlarını müdafiə etmək imkanlarının məhdudlaşdırılması barədə cavabdehin dəlillərinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsində 2025-ci il ## #### və 19 may tarixlərində keçirilmiş hazırlıq iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmiş, eləcə də hazırlıq iclası bir dəfə sonuncunun vəsatəti əsasında təxirə salınmışdır. Cavabdehin nümayəndəsi və vəkili baxış iclasının təxirə salınması barədə məhkəməyə ərizə ünvanlasa da, ərizəsinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməsini təsdiq edən sübutları əlavə etməmiş, məhkəmə həmin ərizəni təmin etməmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də, cavabdehin işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə araşdırmasında onun iştirak etmək hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılması barədə dəlili əsassızdır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 329.3, 385.1, 406.1, 442, 443.1, 448.1, 567 və 598.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 324.1, 324.2, 324.4, 329, 567 və 568.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndi üzrə - elektron qaimə-fakturaların müəyyən hallarda sistem tərəfindən avtomatik təsdiqlənməsi onların cavabdehin iradəsini ifadə etməsi və ya müqavilə münasibətlərinin mövcudluğunu təkbaşına sübut etməsi kimi qiymətləndirilə bilməz. Iş materiallarına və məhkəmə araşdırmasına görə, tərəflər arasında ərzaq mallarının təchizinə dair yazılı formada bağlanmış hər hansı alqı-satqı müqaviləsi mövcud olmamışdır. Buna baxmayaraq, məhkəmələr tərəflər arasında guya şifahi razılaşma əsasında alqı-satqı münasibətlərinin yarandığı qənaətinə gəlmişlər. Məhkəmənin əsas vəzifəsi ilk növbədə müqavilə münasibətlərinin yaranıb-yaranmadığını, bu münasibətlərin predmeti olan malların faktiki olaraq cavabdehə verilib verilmədiyini hərtərəfli və obyektiv şəkildə araşdırmaqdan ibarət olmalı idi. Iddiaçı isə bu halları təsdiq edən sübutları təqdim etməmişdir. Tərəflər arasında yazılı müqavilənin olmaması ilə yanaşı, cavabdeh tərəf şifahi alqı-satqı münasibətlərinin mövcudluğunu da qəti şəkildə inkar etmişdir. Bu halda, yalnız şifahi müqavilənin bağlandığını ehtimal etməklə deyil, həmin münasibətlərin real olaraq həyata keçirildiyini göstərən konkret sübutlar təqdim edilməli idi. Halbuki iş materiallarında malların təhvil verilməsini təsdiq edən aktlar, təhviltəslim sənədləri, daşıma sənədləri, habelə müqavilənin predmeti, həcmi və şərtlərini müəyyən edən hər hansı sənəd mövcud deyildir. Iddiaçı tərəfindən sübut qismində təqdim edilən elektron qaimə-fakturalar isə özlüyündə müqavilə münasibətlərinin mövcudluğunu və malların faktiki təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə araşdırma aparmamış, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi mühüm hüquqi etirazları tam, hərtərəfli qiymətləndirilməmiş, nəticədə birinci instansiya məhkəməsinin mövqeyi faktiki olaraq dəyişdirilmədən təkrarlanmışdır. Bu isə apellyasiya instansiya məhkəməsinin qərarının formal mülahizələr əsasında qəbul edildiyini göstərmişdir.

28. MPM-in 14, 47.2, 77.1 və 88-ci maddələri üzrə - iş üzrə sübutların obyektiv və tam qiymətləndirilməməsi məhkəmə araşdırmasının əsas prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu pozuntular apellyasiya instansiyası tərəfindən aradan qaldırılmamış, əlavə araşdırma aparılmadan birinci instansiya məhkəməsinin nəticələri formal şəkildə təkrarlanmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 329. Əqdlərin formaları 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.”

“Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

36. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

37. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

38. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

42. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli 2-2(103)-871/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar