Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-101/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta məbləğinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olmaqla) pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “Alıcı” “xxxx” QSC ilə “Satıcı” X1 arasında bağlanmış 2022-ci il # ####### tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqavilənin * saylı Əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaqdır) alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Alıcı əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (Lizinq alan) lizinqə verilməsi məqsədi ilə əldə edir.
2. “Lizinq verən” “xxxx” QSC ilə “Lizinq alan” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında imzalanmış MR*******-**** saylı 2022-ci il # ####### tarixli maliyyə lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş, etibarnamə əsasında X1 (Şəxsiyyət vəsiqəsi: AA3699903 Asan 2 ##.##.2022) istifadəsində olan BMW 520 D Minik markalı avtomobilini (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık; bundan sonra “Lizinq obvekti” adlandırılacaq) mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin muddəaldiıııa uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
3. 2022-ci il # ####### tarixli təhvil-təslim aktı ilə BMW 520 D markalı (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık) avtomobil X1 tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 verilmişdir.
4. Lizinq predmeti olan avtomobilin qiymətləndirilməsinə dair akta əsasən, “BMW 520 D” minik markalı, gümüşü rəngli **FM*** dövlət qeydiyyat nişanı olan avtomobilin likvid dəyəri 17 000,00 manat, avtomobilin bazar dəyəri isə 20 000,00 manat müəyyən olunmuşdur.
5. 2022-ci il # ####### tarixli Hesablaşma-Aktına əsasən, Lizinq məbləği 13500,00 manat olan, Komissiya məbləği 945 manat, Ilkin ödəniş 6 500,00 manat olmaqla, satıcının hesabına köçürüləcək məbləğ 20 000.00 manat müəyyən edilmişdir.
6. Cavabdeh tərəfindən tərtib olunmuş ##.##.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əsasən BMW/520 markalı, **AF*** qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, gümüşü-metalik rəngli avtomobilin dəyəri 20000 manat, sığorta məbləği 13.500 manat, sığorta haqqı 733,05 manat, azadolma məbləği 200 manat, faydalanan şəxs və sığortalı “xxxx” QSC, sürücü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müəyyən edilmiş, avtomobil qismən, 67,50% sığortalanmışdır.
7. “xxxx” QSC ilə Cavabdeh arasında 2022-ci il # ###### tarixli, **/**** saylı, “Sığorta sahəsində əməkdaşlığa dair” müqayilə bağlanmışdır.
8. 2024-cü il # ###### tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən ## ###### 2023-cü il tarixdə, saat 23 radələrində “xxxx” ASC-nə məxsus, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 idarə etdiyi, “BMW 520 D" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön bölmələri yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsinin araşdırılması Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-Istintaq Idarəsinin səlahiyyətinə aid olmadığından toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Suraxanı RPl-nə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)- **/**** saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin IŞ-nin baş müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, şikayətdə göstərilən və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, qərarın surətinin araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır.
10. Müstəqil sığorta eksperti - X2 tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, avto yol nəqliyyat qəzasına uğramış BMW 520 D minik markalı, ** AF *** dövlət nömrə nişanlı, ban №WBA*d*C**F******,2009-cı il buraxılışdan, gümüşü metallik rəngdə, "X3 Kredit Təşkilatı” QSC-nin mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirdilmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə yanğın zamanı zədə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla): 18.551 manat, işçilərin (rəngsaz, dəmirçi, elektrik, çilingər, armaturçu və s.) gördüyü iş üzrə məbləğ 3.080 manat olmaqla, cəmi 21.631 manat müəyyən edilmişdir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ( bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) ( bundan sonra-“cavabdeh”) əmlaka dəymiş zərərə görə 21.631 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .
12. Iddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən BMW 520D minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, habelə ## ######## 2024-cü il tarixli “sığorta ödənişinin ödənilməsindən imtina barədə” bildirişində sığorta ödənişinin ödənilməsindən imtinanın səbəbi kimi sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər arasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Fariz oğlunun olmaması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Istintaq Idarəsinin təhqiqatçısının ## ##### 2024-cü il tarixli qərarında “BMW 520 D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ## ###### 2023-cü il tarixdə saat 23:00 radələrində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən idarə edildiyi açıq aşkar göstərilmişdir ki, sonuncunun da adı 2022-ci il ## ###### tarixli “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı nömrəli sığorta şəhadətnaməsində əks etdirilmişdir. Deməli, cavabdeh tərəfin sığorta ödənişini ödəməkdən imtina etməsi tam əsassız və qanunsuz olmuşdur. Cavabdehə pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmiş, lakin bunun hər hansı bir formada nəticəsi olmamışdır.
13. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü il tarixində saat 23:00 radələrində "BMW 520 D" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yarasız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəyişmişdir. Baş vermiş hadisə barəsində Şirkətə məlumat verildikdən sonra əməkdaşlar tərəfindən müvafiq araşdırılma aparılmış və məlum olmuşdur ki, Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsində olmuşdur. Bu fakt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Şirkətə verilən video izahatla öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və Şirkətin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Maliyə Nazirliyinin Kollegiyasının 2014-cü il ## ######## tarixli Q-** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, hadisə baş verdikdən sonra tələb olunan Formaya uyğun 2 dəfə rəsmi məktubla qarşı tərəfə müraciət etmişlər, lakin həmin məktubların heç biri cavablandırılmamışdır. Nə sığorta şəhadətnaməsində, nə də onlar tərəf arasında olan müqavilə sığorta ödənişindən faydalanan şəxs olaraq sürücünün kim olmasının əhəmiyyəti, həmçinin avtomobilin üçüncü şəxsə təqdim edilməsi barədə qarşı tərəfə hər hansı məlumat vermək öhdəlikləri qeyd edilməmişdir.
15. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta” Qaydalarının 3.1.-ci bəndində qeyd edilir ki, bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə sığorta siniflərini əhatə edir. Avtomobilə dəymiş zərərlə bağlı, avtomobilə zərər istənilən formada dəyə bilər, avtomobilin yanması mübahisəsiz haldır. Hadisə baş verdikdən sonra onun sığorta hadisəsi olub-olmaması araşdırılımalıdır. Etirazlarının əsası hadisə baş verərkən avtomobilin başqa sürücü tərəfindən idarə olunmasıdır. Həmçinin bu fakt, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Şirkətə verilən video izahatla öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə onlara məlumat verilməmişdir. Ümumiyyətlə sığorta hadisəsinin baş verməsi ilə bağlı müvafiq dövlət orqanının təqdim etməli olduğu sənəd də yoxdur. Qaydaların 20-ci maddəsinə əsasən sığorta ödənişinin edilməsi üçün göstərilən tələblərdən biri də sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci bəndinə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21-ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd avtomobilin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin səlahiyyətli orqanının təqdim etdiyi arayış hesab edilir. Hadisə baş verəndən 1 gün sonra sığortaçıya məlumat verilib, lakin hadisə ilə bağlı orqana məlumat verilsə də verilən məlumatla bağlı hazırda yekun qərar yoxdur.
16. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə prosesinə cəlb olunmuşdur.
17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən əmlaka dəymiş zərərə görə 13.300 manat məbləğində sığorta ödənişi, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 130,65 manatın əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim K.Hüseynov). 18.
19. Iddiaçının nümayəndəsi isə bildirmişdir ki, cavabdehlə iddiaçı arasında olan razılaşmada sürücünün şəhadətnamədə göstəriləndən başqası olduğu halda sığorta ödənişindən imtina əsası qeyd edilməmişdir. Hər iki tərəfin qeyd etdikləri ilə əlaqədar, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.
20. Cavabdehin nümayəndəsi etirazının əsası kimi istinad etdiyi həmin Qaydaların Əlavəsində nəzərdə tutulmuş ərizənin iddiaçı tərəfindən doldurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki həmin Əlavədə nəzərdə tutulmuş ərizədə avtomobilin kimin idarə edəcəyi ilə bağlı ayrıca bənd və qeyd göstərilmişdir ki, orada da sığortalıya avtomobilin qeyd etdiyi şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmadığı və belə hallarda sığorta ödənişi verilməyəcəyi, həmçinin avtomobili idarəetmə hüququnun qeyd etdiklərindən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməli olduğu izah edilməlidir.
21. Eyni zamanda tərəflər arasında imzalanmış 2022-ci il # ###### tarixli “Sığorta sahəsində əməkdaşlığa dair” müqayilədə də bu barədə heç bir qeyd aparılmamış, avtomobili idarə edəcək sürücü dəyişdiyi halda məlumat verməli olması və ya sığorta ödənişindən imtina olunacağı göstərilməmişdir. Odur ki, cavabdehin etirazı əsassızdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, tərəflər arasındakı müqavilənin şərtlərini, avtomobili idarə edəcək şəxs barədə tərəflər arasında ayrıca razılaşma olmadığını nəzərə alaraq hesab etmişdir ki, avtomobildə baş vermiş yanğın sığorta hadisəsi hesab olunmalı və iddiaçıya sığorta ödənişi ödənilməlidir.
22. Bununla belə, iddiaçı sığorta hadisəsi nəticəsində 21.631 manat sığorta ödənişi tələb etsə də, sığorta müqaviləsi bağlanarkən avtomobil qismən, 67.50%-lə sığortalanmaqla, cəmi 13.500 manat sığorta məbləği nəzərdə tutulmuş və 200 manat azadolma məbləği müəyyən edilmişdir. Belə olan halda iddiaçı dəymiş ziyanın hamısını, 21631 manatı deyil, 67,50%-ni (21631x67,5%=14600,93) tələb edə bilər, həmin 14600,93 manat məbləğ isə 13500 manat sığorta məbləğindən çox olduğu və 200 manat azadolma məbləği olduğu üçün iddiaçının tələbi sığorta məbləği həddində, azadolma məbləği çıxılaraq (13500- 200=13300), 13300 manat məbləğində təmin olunmalıdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 883.1, 884.1, 884.3, 884.6, 896.1, 898.1, 898.2, 904.1, 904.2, 915, 922, 923.1, 925.1, 925.2, 925.5, 926.2, 927.2, 935.1.5 və 935.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-“MPM”) 14.2, 77.1, 82.4, 217.1 və 218.3-cü maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3, 1.1.4, 1.1.5, 1.1.19, 1.1.21, 3.3 və 16.5-ci maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ## ######## 2014- cü il tarixli Q-** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 1, 5.3, 5.4 və 6.1-ci bəndlərinə, X5 6-cı bəndinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əmlaka dəymiş zərərə görə tutulmalı olan sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ hissələrində dəyişdirilməsi, cavabdehdən əmlaka dəymiş zərərə görə iddiaçının xeyrinə tutulmalı olan sığorta ödənişinin 11.275 manat məbləğində, dövlət rüsumununun əvəzi olaraq tutulacaq pul vəsaitinin isə 78 manat məbləğində müəyyən edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal baş vermiş yanğın hadisəsinin sığorta haqqında qanunvericiliyin, sığorta qaydalarının və müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilib-edilməməsidir.
27. Bununla bağlı, cavabdeh sığorta şəhadətnaməsində adı qeyd edilməmiş sürücü tərəfindən avtomobilin idarə olunması ilə bağlı risklərin sığorta şəhadətnaməsinə əsasən sığortalanmaması barədə dəlillərinə əsas olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 17-ci bəndinə istinad etmişdir. Halbuki adından da göründüyü kimi həmin qaydalar hüquqi şəxslərlə bağlanmış sığorta müqavilələrinə şamil edilmir. Işin materialları ilə müəyyən edilən hallara əsasən, mübahisəli sığorta şəhadətnaməsi sığortalı qismində iddiaçı ilə bağlanmış, eyni zamanda şəhadətnamədə faydalanan şəxs qismində də iddiaçının adı qeyd edilmişdir. Odur ki, hazırkı müqavilənin fiziki şəxsə təqdim edilən sığorta müqaviləsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
28. Lakin cavabdehin hüquqi şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə könüllü sığorta qaydaları mövcud deyildir, cavabdeh tərəfindən hüquqi şəxslərə təqdim edilən sığorta müqavilələrində (o cümlədən mübahisəli sığorta şəhadətnaməsində) isə AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən Qaydalara istinad edilir.
29. Bu halda yuxarıda göstərilən qaydaların analogiya üzrə hüquqi şəxslərə təqdim edilən müqavilələrə tətbiq edilməsinin mümkün olmasını ehtimal edilsə belə qeyd edilməlidir ki, yuxarıda göstərilən qaydaların 17.1.1.2-ci və 5.3-cü bəndləri sistemli şəkildə şərh edildikdə aydın olur ki, həmin qaydalara əsasən nəqliyyat vasitəsinin sürücü kimi qeyd edilməyən şəxs tərəfindən idarə olunması ilə bağlı risklər avtomobil nəqliyyatı vasitələrinin tam sığorta müqaviləsi ilə yalnız o zaman sığortalanmamış hesab edilir ki, sığorta şəhadətnamədə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatının verilməsi nəzərdə tutulmuş olsun. Hazırkı halda isə sığorta şəhadətnaməsində yalnız sürücü (sığorta olunan) kimi qeyd edilmiş şəxslərin avtomobilin idarə etməsi ilə bağlı sığorta təminatının verildiyi xüsusi qeyd edilməmişdir. Odur ki, hazırkı halda sığorta şəhadətnaməsinin şərtlərinə əsasən yanğın hadisəsinin sığorta təminatına daxil edildiyini və mübahisəli yanğın hadisəsinin sığorta hadisəsi sayılmasını istisna edən hər hansı bir halın mövcudluğunun müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmuşdur.
30. Cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, sığorta şəhadətnaməsində avtomobilin dəyəri 20.000 manat olaraq göstərildiyi halda, avtomobilə dəymiş zərər qiymətləndirici şirkətin rəyinə əsasən 21.631 manat təşkil etmişdir, odur ki, avtomobil sığorta hadisəsi nəticəsində tam məhv olmuş hesab edilməlidir. Digər tərəfdən mübahisəli sığorta şəhadətnaməsi ilə sığorta təminatı qismən – 67,5 % həddində olmuşdur. Belə olan halda isə cavabdeh MM-in 896.2ci maddəsinin tələbləri baxımından sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində sığorta predmetinin qalıqlarına mülkiyyət hüququnu əldə etmək və ya avtomobilin qalıq dəyərinin ona çatmalı olan hissəsinin sığorta ödənişindən çıxmaq hüququna malikdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən avtomobilin qalıqlarının dəyərinin sığorta ödənişindən çıxılmamasından ibarət olmuası ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə göstərilmişdir ki, hazırkı halda avtomobilin qalıqlarına mülkiyyət hüququ iddiaçıda qaldığından, cavabdeh avtomobilin qalıq dəyərinin ona çatmalı olan hissəsinin sığorta ödənişindən çıxmasını tələb etməkdə haqlıdır. Sığorta ödənişindən çıxılmalı olan avtomobilllərin qalıqlarının dəyəri illə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə əsasən avtomobillərin qalıqlarının dəyəri 3000 manat təşkil etmiş və iddiaçı məhkəmə iclasında həmin qiymətləndirmə rəyi ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə hər iki tərəfin rəylə razılaşdığını nəzərə alaraq avtomobilin qalıq dəyərinin həmin rəy əsasında müəyyən edilməsini mümkün hesab edilmişdir. Beləliklə, sığorta şəhadətnaməsinə əsasən avtomobilin qismən – 67,5% həddində sığortalandığını nəzərə alsaq avtomobilin qalıqlarının dəyəri həmin nisbətdə olan hissəsi, yəni 2025 manat məbləği (3000x67,5%) sığortaçıya aid edildiyindən həmin məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi sığorta ödənişi məbləğindən çıxılmalı (13.300-2025) və cavabdehdən iddiaçının xeyrinə tutulacaq sığorta ödənişi 11.275 manat məbləğində müəyyən edilməlidir.
32. Birinci instansiya məhkəməsi tərəfindən sığorta məbləğində 200 manat azadolma məbləği çıxılmış və həmin hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə həmin hissədə qətnamənin əsaslılığını yoxlamamışdır.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35.
36. MM-in 912, 919.1.9, 935.1.8-ci maddələri, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.3, 7.2, 9.2, 11.1.8, 17.1.1.2-ci bəndlərinin tələbləri üzrə- qətnamədə hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin sığorta müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olubolmaması hüquqi baxımdan qiymətləndirilməmiş, bu hal sığorta öhdəliyini istisna edən əsas kimi nəzərə alınmamışdır.
37. MPM-in 14.2, 76.1, 77.1, 80, 81, 82.1, 88, 97, 106.1, 217.3, 217.4, 218.3, 265.4cü maddələri üzrə-iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 senyabr tarixli Q-** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” ilə razı olmasını təsdiq etmiş və sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsi verilmişdir. Sözügedən Qaydalar hüquqi aktların dövlət reyestrində də mövcud olmaqla ictimaiyyətə açıq olmuşdur. Işə baxmış aşağı instansiya məhkəmələri nəzərə almamışlar ki, “Qaydalar” tərəflər arasında bağlanılmış sığorta müqaviləsinin ayrılmaz hissəsidir və tərəflər həmin Qaydaların aralarındakı münasibətlərə tətbiq edilməsini razılaşdırmışlar, Qaydalar tərəflər üçün məcburidir və müqavilə şərti kimi hüquqi qüvvəyə malikdir. Qaydaların 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4- cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmçinin Qaydaların 17.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. Apellyasiya instansiyası tərəflər üçün imperativ olan bu Qaydaları tətbiq etməmiş, müqavilə azadlığı prinsipini və MM-nin 390-cı maddəsinin tələblərini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissədə yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. ...”
“Maddə 896. Qismən sığorta
896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. ...” “Maddə 915. Sığorta qaydaları
Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
“Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
“Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. ...”
“Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
935.1. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ... 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; ...”
42. AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş 2014-cü il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
5. Sığorta müqaviləsinin tərəfləri və onun aid olduğu digər şəxslər ... 5.3. Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4. Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. ...”
17. Sığorta təminatında məhdudiyyətlər 17.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir: ... 17.1.1.2. təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması; ...”
33. Sığorta ödənişinin həyata keçirilməsi 33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: ... 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. ...”
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
45. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sığorta hadisəsi baş verən zaman avtomobil sığorta şəhadətnaməsində sürücü qismində göstərilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən idarə edilmiş, sığortalı isə bu hal barədə sığortaçıya məlumat verməmişdir və həmin hallar sığorta ödənişinin verilməsindən imtina üçün kifayət edən hüquqi əsas təşkil etmişdir. 46.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, MM-in 922.2ci maddəsinə əsasən könüllü sığorta üzrə sığorta hadisəsi hesab edilən hallar tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Eyni qayda ilə sığorta təminatından kənarda qalan hallar da müqavilədə və ya qanunda aydın şəkildə nəzərdə tutulmalıdır. Buna görə də sığorta ödənişinin verilməsindən imtina edən sığortaçı belə istisna halın mövcudluğunu sübuta yetirmək vəzifəsi daşıyır.
47. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsində avtomobilin yalnız müəyyən edilmiş sürücü tərəfindən idarə olunacağı və həmin şərtin pozulmasının sığorta təminatının qüvvədən düşməsinə səbəb olacağı barədə hər hansı xüsusi qeyd mövcud deyildir.
48. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.3-cü bəndinin məzmunundan görünür ki, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklərin sığortalanmamış hesab olunması yalnız müqavilədə sığorta təminatının konkret göstərilmiş sürücülərlə məhdudlaşdırılması şərti müəyyən edildiyi halda mümkündür. Hazırkı iş üzrə isə belə məhdudlaşdırıcı şərtin mövcudluğu müəyyən edilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.