Məhkəmə qərarları › İş №2-2(1-8)-118/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-118/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-118/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alıcının əşyanı qəbul etmək vəzifəsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. 2024-cü il ## ######-22 iyul tarixlərini əhatə edən dövrlərdə Iddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif dəyərlərdə mallar təhvil verilmişdir (malların satışı qaimələri).

2. Cavabdeh MMC tərəfindən 2024-cü il # ##### tarixində 11.262,88 manat; 2024cü il ## ##### tarixində 8.934,12 manat; 2024-cü il ## ### tarixində 2.768,39 manat; 2024cü il ## ### tarixində 1.575,93 manat; 2024-cü il ## ### tarixində 2.605,51 manat; 2024cü il ## ### tarixində 2.222,72 manat; 2024-cü il # #### tarixində 11.016,95 manat pul Iddiaçı MMC-nin hesabına köçürülmüşdür (“xxxx” ASC tərəfindən verilmiş Iddiaçı MMCnin hesabından çıxarış).

3. Cavabdeh MMC tərəfindən 2024-cü il ## ##### tarixində 1.608,14 manat; 2024cü il ## ### tarixində 283,67 manat; 2024-cü il ## ### tarixində 498,31 manat; 2024-cü il ## ### tarixində 468,99 manat; 2024-cü il ## ### tarixində 400,09 manat; 2024-cü il ## ### tarixində - 1.117,54 manat (S.U.H-dan digər S.U.H-a); 2024-cü il # #### tarixində 1.983,05 manat pul Iddiaçı MMC-nin hesabına köçürülmüşdür (Vergilər Nazirliyi tərəfindən verilmiş Iddiaçı MMC-nin hesabından çıxarış).

4. Iddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək, borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin müqavilə üzrə ödəməli olduğu 201.958,13 manat borc, 50.000 manat cərimə, 492 manat dövlət rüsumu olmaqla, ümumilikdə 252.450 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2024-cü il # ###### tarixində *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, lakin sifarişçi olan cavabdeh müqavilənin bir nüsxəsini icraçı tərəf olan iddiaçıya qaytarmamışdır. Alqı-satqı qaimə və elektron qaimələrə əsasən həyata keçirilmişdir. Cavabdeh MMC şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyin bir qismini icra etmiş, həmçinin ödəniş tapşırıqlarında qaimə nömrələrindən əlavə, müqavilənin də nömrəsini və tarixini qeyd etmişdir. Lakin qaimələrə əsasən qalıq borc olan 201.958,13 manat pul ödənilməmiş, bu səbəbdən iddiaçı ziyanla qarşılaşmışdır.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasını təşkil edən sübutlar təqdim olunmamış, məhkəməyə təhrif olunmuş məlumatlar verilmişdir. Iddiaçının idxal etdiyi mallar yararlılıq müddəti başa çatmış mallar olduğu üçün cavabdeh tərəfindən qəbul edilməmiş, geri qaytarılmış, bəzi qaimələr üzrə mallar isə ümumiyyətlə təqdim olunmamışdır. Bununla əlaqədar rəsmi dövlət orqanları tərəfindən də yoxlamalar aparılmış, iddiaçının fəaliyyətində nöqsanlar aşkar olunmuşdur. Iddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdehin hər hansı iradə ifadəsi olmamışdır. Qəbul edilməyən və geri qaytarılan mallarla bağlı iddiaçıya bildirilmiş, iddiaçı da bunu qəbul etmişdir. Lakin sonradan tərəflər arasında işgüzar münasibətlər pozulduğu üçün məhkəməyə borc tələbi ilə bağlı müraciət edilmişdir. Təqdim olunan satış qaimələri də iddiaçı tərəfindən təhrif edilmişdir. Belə ki, 2024-cü il ## ### tarixli UT-***** nömrəli satış qaiməsi üzrə cavabdehin işçisi “Abaslı M.” tərəfindən imzalanaraq malların qəbul edildiyi göstərilmişdir. Halbuki həmin qaimənin əslindən aydın olur ki, cavabdeh tərəf 1.238 ədəd mal qəbulunu həyata keçirmiş və buna uyğun ödəniş etmiş, digər malları isə qəbul etməmişdir. Qaiməni yalnız təhvil verən qismində iddiaçının əməkdaşı imzalamış, cavabdeh tərəfindən isə imzalanmamışdır. Bu qaimədə qeyd edilən şəxs cavabdehin anbardarı Abaslı Məhəmməddir və həmin şəxsin adından satış qaimələrində imzalar çəkilmişdir. Eləcə də iddiaçı tərəfindən təqdim olunan 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə və 2024-cü il ## ### tarixli ***** nömrəli qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Aydın məsələdir ki, həmin şəxs də malların qəbulunu həyata keçirmir, bununla anbardarlar məşğul olur. Göründüyü kimi, iddiaçı onun da əvəzinə imza çəkməklə malların təhvil alındığı görüntüsünü yaratmağa çalışmışdır. Bunlarla əlaqədar məhkəməyə ekspertiza keçirilməsi barədə vəsatət də etirazla birlikdə təqdim olunmuşdur. Həmçinin 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## #### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## #### tarixli ***** nömrəli qaimə və 2024-cü il ## #### tarixli ***** nömrəli qaimələrdə təhvil alan qismində hər hansı şəxsin adı qeyd olunmamış, yalnız qeyri-müəyyən imzalar çəkilmişdir. Eləcə də 2024-cü il ## #### tarixli ***** nömrəli qaimə və 2024-cü il ## #### tarixli ***** nömrəli qaimədə təhvil alan qismində hər hansı ad və ya imza qeyd edilməmiş, 2024-cü il ## #### tarixli ***** nömrəli qaimədə isə həm təhvil verən, həm təhvil alan hissələrində hər hansı qeyd mövcud olmamışdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X2 Ozal Qalib oğlu və X3 verdiyi ifadələrində malların cavabdehin anbarına təhvil verildiyini təsdiq etmişlər.

9. Məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ##### tarixli */*** nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir; - Ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 60-cı vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 61-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 62-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 63-cü vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 64-cü vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 82-ci vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 83-cü vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 87-ci vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 106-cı vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 115-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli (“Ümumi: 593,96” yazılan) qaimədə, 116-cı vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imzalar ilə işin 65-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 66-cı vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 67-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 69-cu vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 70-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 71-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 72-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 73-cü vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 74-cü vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 75-ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 76-cı vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 77ci vərəqində olan 2024-cü il ## ##### tarixli UT-**** nömrəli, 96-cı vərəqində olan 2024cü il ## ### tarixli UT-***** nömrəli, 99-cu vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli malların qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar, 103-cü vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 104-cü vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 105-ci vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Abaslı.M” əlyazmaları qarşısındakı imzalar, 118-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli,120-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT- ***** nömrəli, 121-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli, 122-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli, 123-cü vərəqində olan 2024cü il # #### tarixli UT-***** nömrəli, 124-cü vərəqində olan 2024-cü il # #### tarixli UT- ***** nömrəli, 126-cı vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında müvafiq olaraq “Məhəmməd” və “Məhəmməd A.” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, işin 100-cü vərəqində olan 2024-cü il ## ### tarixli UT- ***** nömrəli qaimədə “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə işin 81-ci vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 86-cı vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 88-ci vərəqində olan 2024-cü il # ### tarixli UT-***** nömrəli, 89-cu vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 94-cü vərəqində olan 2024-cü il ## ### tarixli UT- ***** nömrəli, 95-ci vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 98-ci vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 108-ci vərəqində olan 2024-cü il ## ### tarixli UT-***** nömrəli, 109-cu vərəqində olan 2024-cü il ## ### tarixli UT- ***** nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, işin 125-ci vərəqində olan 2024-cü il ## #### tarixli UT-***** nömrəli malların satışı qaiməsində “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə nəticənin “1.1." bəndində göstərilən imzaların - eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 190.213,50 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 371,40 manat olmaqla, ümumilikdə 190.584,90 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim Z.Axundova).

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəməyə yazılı formada bağlanan alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Lakin tərəflər arasında belə münasibətlər mövcud olduğu müəyyən edilmişdir.

12. Məhkəmə iddia tələbinin 201.958,13 manat borcun tutulması hissəsinə qiymət verərək göstərmişdir ki, işdə olan maliyyə arayışında göstərilən elektron qaimələr üzrə ümumilikdə məbləğ 237.149,65 manat, həmin arayışa əsasən ödənilən məbləğ 46.936,15 manat olmuşdur (248.894,28-201.958,13=46.936,15). Nəzərə alınmışdır ki, arayışda göstərilən ödənişin məbləği təqdim edilən sənədlər üzrə hesablanan məbləğdən daha artıqdır, ona görə ödənişlə bağlı arayışdakı məlumat əsas götürülmüşdür. Daha artıq ödənişin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə qalıq məbləğin 190.213,50 manat (237.149,65- 46.936,15=190.213,52) təşkil edəcəyi qənaətinə gəlmişdir.

13. Məhkəmə cavabdehin etirazında göstərilən dəlilləri əsassız hesab edərək göstərmişdir ki, malların təhvil verilməsi işdə olan sübutlarla (malların satışı qaimələri, elektron qaimələr, ödəniş sənədləri, şahid ifadələri, ekspert rəyi) öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, malların satış qaimələri tərəflərin işçiləri tərəfindən imzalanaraq malların təhvil-təslimi edilmişdir. Mübahisəli, məbləği 106.806 manat təşkil edən 2024-cü il ## ### tarixli, EBED seriyalı, ****** nömrəli elektron qaiməni cavabdeh etiraz etmədən qəbul etmiş və həmin qaimədən qismən ödəniş etmişdir. Ona görə həmin qaimə üzrə malların təhvil verilmədiyi bildirilərək edilən etiraz əsassız olmuşdur.

14. Iddianın 50.000 manat cərimə borcu tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, yazılı müqavilə məhkəməyə təqdim edilmədiyindən, həmin müqavilə üzrə tərəflərin öz aralarında müqavilə üzrə öhdəliklərin gecikdiriləcəyi halında cərimə məbləğinin hesablanacağını nəzərdə tutulub-tutulmadığını müəyyən etmək mümkün olmadığından, hazırkı halda cərimə məbləği cavabdehdən tutula bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 425.1, 442, 443.1, 567, 598.1 və 598.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2 və 3.1-3.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “2024-cü il ## ### tarixli UT-***** nömrəli satış qaiməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, qaiməyə baxış keçirdikdə “təhvil aldı” qrafasında heç bir imza edilmədiyi, lakin cavabdeh tərəfindən 1.238 malın qəbul olunduğu, 13.000 manat ödəniş edildiyi qeyd olunmuşdur. Cavabdeh qalan malları qəbul etmədiyini bildirsə də, nə qaiməni geri qaytarmasına, mübahisələndirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

20. Apellyator 2024-cü il ## ### tarixli ***** nömrəli, 2024-cü il ## ### tarixli ***** nömrəli və 2024-cü il ## ### tarixli ***** nömrəli qaimələrdə malların cavabdehin əməkdaşı Samir adlı şəxs tərəfindən qəbul edildiyi, cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndə olduğunu, direktorun mal qəbul etməyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, nə qanunvericilikdə, nə də işgüzar münasibətlərdə direktor tərəfindən mal qəbul edilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

21. Işin hallarından, cavabdehin təqdim olunduğunu mübahisələndirmədiyi əvvəlki mallar üçün də tərəflərindən imzalanmamış qaimələr (2024-cü il ## ### tarixli UT-***** nömrəli) üzrə də ödəniş edildiyi müəyyən edilmişdir. Tərəflər arasında işgüzar münasibətlərin elektron qaimələrin göndərilməsi və qaimə kontekstində formalaşdığı aydın olmuşdur.

22. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh olunması zamanı istifadə edilməsi təsbit olunmuşdur. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçirmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır.

23. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.

24. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

25. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, məhz cavabdeh, təqdim olunmuş əvvəllər deyil, hazırda mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. Cavabdeh isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

26. Xüsusilə, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları vermədiyi halda, mülki qanunvericilik cavabdehə bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan malları tələb edə bilərdi və yaxud iddiaçı satılmış əşyanı cavabdehə verməkdən imtina edirsə, cavabdeh alqı-satqı müqaviləsinin icrasından imtina edə bilərdi. Bu baxımdan, cavabdehin məhz iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə zidd olmuşdur.

27. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlara əsasən müəyyən olunmuş işin halları ilə ziddiyyət təşkil etməklə, yalnız formal mülahizələrdən ibarət olmuşdur.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385.1, 386.1, 390.1, 404, 425, 442, 443.1, 567, 568, 569.1, 575.1 və 599.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2 və 3.1-3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 324.5 və 404-cü maddələri üzrə-məhkəmə yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ### tarixli qərarında ifadə olunmuş hüquqi mövqe üzrə - məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsi səbəbləri göstərilməmişdir.

32. MPM-in 14.1 və 174.2-ci maddələri üzrə - aşağı instansiyalar tərəfindən işin hərtərəfli, tam araşdırılması həyata keçirilməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımlar atılmamışdır.

33. MPM-in 77-ci maddəsi üzrə - məhkəmə iddiaçının əvəzinə hansısa faktları sübuta yetirməyə çalışmış, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməsinə baxmayaraq, müvafiq faktları sübuta yetirilmiş kimi qiymətləndirmişdir.

34. MPM-in 103.2-ci maddəsi üzrə - ekspert rəyinə dair hər hansı əsaslandırma aparılmamışdır.

35. Kassator şikayətinin digər məsələlər bölməsində cavabdeh olaraq iddiaya dair etirazında qeyd etdiyi, işin faktiki hallarını göstərmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, tərəflər arasında 2024-ci il # ###### tarixində *** nömrəli alqısatqı müqaviləsinin bağlanmış olması işin mübahisəsiz halıdır. Bunu iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar və cavabdehin məhkəmə prosesində vermiş olduğu izahatlar təsdiq edir.

38. Cavabdehin məhkəməyə təqdim etdiyi kassasiya şikayəti isə tam əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiq olunmuş, cavabdehin hər hansı etirazla bağlı iradə ifadəsi olmamışdır. Tərəflər arasında müqavilə münasibətləri yarandığı dövrdən iddiaçının təqdim etdiyi elektron qaimələrin əksəriyyəti sistem tərəfindən təsdiq edilmiş və cavabdeh həmin qaimələr üzrə ödənişləri həyata keçirmişdir. Lakin sonradan tərəflər arasında işgüzar münasibətlər pozulduğu üçün məhkəməyə borc tələbi ilə bağlı müraciət olunmuşdur.

39. Malların təhvil verilməsi işdə olan sübutlarla (malların satışı qaimələri, elektron qaimələr, ödəniş sənədləri, şahid ifadələri, ekspert rəyi) öz təsdiqini tapır. Eyni zamanda müəyyən olunmuşdur ki, malların satış qaimələri tərəflərin işçiləri tərəfindən imzalanaraq malların təhvil-təslimi edilmişdir. Eyni zamanda, mübahisəli və məbləği 106.806 manat olan 2024-cü il ## ### tarixli, EBED seriyalı, ****** nömrəli elektron qaiməni cavabdeh etiraz etmədən qəbul etmiş və həmin qaimədən qismən ödəniş etmişdir. Ona görə həmin qaimə üzrə malların təhvil verilmədiyinin bildirilməsi edilən etiraz əsassızdır. Cavabdeh qəbul edilməyən və geri qaytarılan malların mövcud olduğunu bildirsə də, bunu təsdiq edən akt və geri qaytarma barədə qaiməni məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında sübutlarının olmadığını da etiraf etmişdir.

40. Iddiaçı tərəfindən təqdim edilən 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə və 2024-cü il ## ### tarixli ***** nömrəli qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Həmin şəxs də malların qəbulunu həyata keçirmişdir və qanuna əsasən bununla bağlı ziddiyyət mövcud deyil.

41. 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## ### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## #### tarixli ***** nömrəli qaimə, 2024-cü il ## #### tarixli ***** nömrəli qaimə və 2024-cü il ## #### tarixli ***** nömrəli qaimələrdə təhvil alan qismində qarşı tərəfin əməkdaşların imzaları çəkilmişdir. X6 şahid qismində cavabdeh şirkətin əməkdaşı kimi ifadəsində bu mallar hamısının cavabdeh tərəfindən qəbul olunduğunu etiraf etmişdir.

Kassasiya baxışının hədləri

42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.”

“Maddə 575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. ...”

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. ...”

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. ...”

“2. Elektron qaimə-fakturanın tərtib edilməsi ... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: ... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; ...”

“3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. ...”

46.

“... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. ...”

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

50. Işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işə mahiyyəti üzrə baxılarkən cavabdehin iddia tələbinə qarşı etirazının dəlilləri üzrə zəruri hüquqi qiymətləndirmə aparılmış və müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə formalaşmış işgüzar praktika malların elektron qaimələr əsasında təqdim olunaraq dəyərinin ödənilməsindən ibarət olmuşdur. Işə mahiyyəti üzrə baxılarkən cavabdeh, etiraz etmədən qəbul etdiyi və qismən ödəniş apardığı elektron qaimələr üzrə malın dəyərini ödəmək öhdəliyinin olmamasını tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

51. Cavabdehin kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə ümumi ifadələrlə mübahisələndirildiyindən, məhkəmə kollegiyası həmin dəlillər ilə razılaşmır, məhkəmələrin iddia tələbinə verdiyi hüquqi qiymətləndirməni təkrarlamadan hesab edir ki, gəlinən nəticə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normalarının tiələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında (§ 46) ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

52. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM, 407.2).

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası MPM-nin 416, 417-419-cu maddələrini rəhbər tutaraq

qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar