Məhkəmə qərarları › İş №2-2(1-8)-120/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-120/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-120/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı XXX cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Lizinq verən “xxxx” ASC (hazırkı adı “xxxx” ASC) ilə lizinq alan Cavabdeh arasında aşağıdakı lizinq müqavilələri bağlanmışdır: - 2009-cu il # #### tarixli, **-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Müqaviləyə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 7.202,86 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 6.602,86 manat məbləği isə 2009-cu ilin 2-ci rübündən 2010-cu ilin 2-ci rübünə qədər hər rüb 600 manat, 2010-cu ilin 3-cü rübündə 602,86 manat, 2010-cu ilin 4-cü rübündən 2011-ci ilin 4-cü rübünə qədər hər rüb 600 manat məbləğində ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. - 2009-cu il ## ### tarixli, **-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 24 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir. Müqaviləyə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 9.186,82 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan 39.119,14 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - 2010-cu il ## ### tarixli, **-LD/** nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental və 2 baş Şvis (cəmi 8 baş) cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Müqaviləyə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 6.500 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan 8.108,44 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

2. Lizinq verən “xxxx” ASC ilə lizinq alan X1 arasında 2011-ci il ## ###### tarixli, **-LA/** nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi sayılan *-* nömrəli əlavələrində göstərilən dəyəri 1.173.900 manat, tutumu 2000 ton olan soyuducu kamera və dəyəri 504.000 manat, tutumu 500 ton olan soyuducu kamera avadanlıqları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vermişdir. Avadanlıq Quba rayonu, Nügədi kəndi ərazisində quraşdırılıb. Müqaviləyə əsasən lizinq alan avadanlığın dəyərindən 168.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.

3. Lizinq verən “xxxx” ASC ilə lizinq alan X1 arasında bağlanmış 2011-ci il # ### tarixli, **-LA/** nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən dəyəri 1.406.100 manat və dəyəri 725.550 manat olan 2 dəst soyuducu kamera üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vemişdir. Avadanlıq Quba rayonu ərazisində quraşdırılıb. Müqaviləyə əsasən lizinq alan avadanlığın dəyərindən 213.165 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.

4. “xxxx” ASC ilə borclu X1 və öhdəliyi qəbul edən Cavabdeh arasında 2019cu il ## ##### tarixli, **-ÖV nömrəli öhdəliyin verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cəmiyyətlə borclu arasında bağlanmış 2011-ci il ## ###### tarixli **-LA/** nömrəli və 2011-ci il # ### tarixli **-LA/** nömrəli lizinq müqavilələrinin predmeti olan ümumi dəyəri 3.809.550 manat olan soyuducu kamera avadanlıqlarının lizinq ödəniş qrafiki üzrə qalan 3.077.985 manat üzrə bütün öhdəlikləri, o cümlədən 2.631.400 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi öhdəliyini öhdəliyi qəbul edən Cavabdeh öz üzərinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il ## ###### tarixli, **-LA/** nömrəli müqavilə üzrə 1.301.900 manat gecikdirilmiş əsas borc və 2.133.634,10 manat cərimə borcunun, 2011-ci il # ### tarixli, **-LA/** nömrəli müqavilə üzrə 1.754.085 manat gecikdirilmiş əsas borc və 2.932.128,32 manat cərimə borcunun, 2009-cu il ## ### tarixli, **-LD/** nömrəli müqavilə üzrə 5.073,61 manat gecikdirilmiş əsas borc və 16.720,55 manat cərimə borcunun, 2009cu il # #### tarixli, **-LD/** nömrəli müqavilə üzrə 1.501 manat gecikdirilmiş əsas borc və 5.268,51 manat cərimə borcunun və 2010-cu il ## ### tarixli, **-LD/** nömrəli müqavilə üzrə 7.084,44 manat gecikdirilmiş əsas borc və 21.317,70 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 8.579.063,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ##### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2011-ci il ## ###### tarixli, **-LA/** saylı müqavilə üzrə 1.301.900 manat məbləğində gecikdirilmiş əsas borc, 65.000 manat məbləğində dəbbə pulu; 2011-ci il # ### tarixli, **-LA/** saylı müqavilə üzrə 1.754.085 manat məbləğində gecikdirilmiş əsas borc, 90.000 manat məbləğində dəbbə pulu; 2009-cu il ## ### tarixli, **-LD saylı müqavilə üzrə 5.073,61 manat məbləğində gecikdirilmiş əsas borc, 250 manat məbləğində dəbbə pulu; 2009cu il # #### tarixli, **-LD saylı müqavilə üzrə 1501 manat məbləğində gecikdirilmiş əsas borc, 75 manat məbləğində dəbbə pulu; 2010-ci il ## ### tarixli, **-LD/** saylı müqavilə üzrə 7.084,44 manat məbləğində gecikdirilmiş əsas borc, 350 manat məbləğində dəbbə pulu, cəmi 3.225.319,05 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 1705 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

8. Məhkəmə müəyyən etmişdir ki, lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. “xxxx” ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 (1.301.900 + 1.754.085 + 5.073,61 + 1501 + 7.084,44) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

9. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə cavabdehin beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə “xxxx” ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2011-ci il ## ###### tarixli, **-LA/** saylı müqavilə üzrə 65.000 manat, 2011-ci il # ### tarixli, **-LA/** saylı müqavilə üzrə 90.000 manat, 2009-cu il ## ### tarixli, **- LD saylı müqavilə üzrə 250 manat, 2009-cu il # #### tarixli, **-LD saylı müqavilə üzrə 75 manat, 2010-ci il ## ### tarixli, **-LD/** saylı müqavilə üzrə 350 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə təkrar məhkəməmühasibatlıq

12. ekspertizası keçirilməklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2019-cu il ## ##### tarixli qərarı nəzərə alınmaqla, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ##### tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı cavabdehin vəsatəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il ## ######## tarixli qərardadına əsasən, Bakı Inzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə 2011-ci il ## ###### tarixli, 06- LA/ll saylı, 2011-ci il # ### tarixli, **-LA/ll saylı, 2009-cu il ## ### tarixli, 62-LD sayı 2009-cu il # #### tarixli, **- LD saylı, 2010-ci il ## ### tarixli, **-LD/** saylı lizinq müqavilələrinə güzəştin tətbiq edilməsinin İddiaçı həvalə edilməsi tələbinə dair inzibati iş (Iş No e-2-1(112)- 11342/2022) həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılması qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı 2024-cü il ## ####### tarixli qərardadına əsasən, iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərardadına əsasən məhkəmə icraatının təzələnməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, lakin məhkəmə tərəfindən tələb olunsa da müvafiq sənədlər (hesabdan çıxarışlar, ödəniş qəbzləri və s.) təqdim olunmadığından ekspertizanın aparılmasından imtina olunmuşdur.

16. Apellyator apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən lizinq müqavilələri üzrə ödənişlər etdiyini, məhkəmə tərəfindən nəzərə alınmadığını bildirsə də ödənişlərin edilməsi ilə bağlı sübut (ödəniş qəbzi, ödəniş tapşırığı və.s) təqdim etməmişdir.

17. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayətinin dəlili əsaasız olduğundan təmin edilə bilməz.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 425.1, 747.1, 748-1.12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3, 385, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Lizinq müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)- 2906/2021, 2-2(102)-239/2021, 2-2(102)-402/2022 və *(***)-***/**** nömrəli işlər üzrə qərarları). Lakin apellyasiya instansiya məhkəməsi bunlara qiymət verməmiş, iddiaçının məhkəmə ekspertizasının keçirilməsi üçün müvafiq sənədləri (hesabdan çıxarışlar, ödəniş qəbzləri və s.) təqdim etməməsinə baxmayaraq, qətnamə çıxarmışdır. Bundan başqa lizinq avadanlığının yerləşdiyi torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Həmin şəxs də lizinq avadanlığının onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair AKIA və ona qarşı Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi nə qədər ki, həmin mübahisə məhkəmə qaydasında həll olunmamışdır, bu işə baxıla bilməz. Əlavə olaraq, soyuducu anbar avadanlıqları 2011-ci ildən Natəvan Əliyevaya verilmişdir. Buna baxmayaraq həmin şəxs soyuducu anbarı 8 ildən çox müddətdə işlətmiş, heç bir aşılanma və amortizasiya nəzərə alınmadan ilkin qiymətlərlə cavabdehə verilmişdir. Bu hal da məhkəmə tərəfindən araşdırılmalı olduğu üçün iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71 və 127-ci maddəsinin IV hissəsi üzrə - meyvə soyutma avadanlığı cavabdehdən əvvəl sahibkara verilmiş, onlardan müxtəlif vaxtlarda müəyyən məbləğ pullar alınmışdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bunları nəzərə almamış və ədalətsiz qətnamə çıxarmışdır. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2019-cu il ## ##### tarixli qərarı ilə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda soyuducu avadanlıq da yer almışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında lizinq müqavilələri 2009, 2010 və 2011ci illərdə bağlanılmışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən Istifadə Qaydası" isə 2018-ci il ## ###### tarixində qüvvəyə minmiş və həmin Fərmanda onun müddəalarının, o cümlədən güzəştlərin geri tarixə tətbiq edilməsi haqqında hər hansı norma müəyyən edilməmişdir. Belə ki, adıçəkilən Fərman yalnız qüvvəyə mindiyi tarixdən sonra güzəştlərin verilməsi ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il ## ##### tarixli, Q**-** saylı Qərarı isə həmin Fərmanla güzəşt tətbiq edilməsi üçün texnikaların siyahısını müəyyən edir. Həmçinin, ekspertiza üçün tələb olunan sənədlərin əsas hissəsi artıq birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş və məhkəməyə təqdim olunmuşdur. Bu sənədlər məhkəmə işinin ayrılmaz tərkib hissəsini təşkil etmişdir və məhkəmə tərəfindən araşdırılmışdır. Buna baxmayaraq, ekspertiza qurumu tərəfindən əlavə sənədlərin tələb edilməsi və həmin sənədlərin ayrıca qaydada təqdim olunmaması səbəbilə ekspertiza aparılmasından imtina edilmişdir. Lakin bu hal iş üzrə mövcud sübutların etibarlılığını və məhkəmələrin həmin sübutlara əsaslanaraq gəldiyi nəticəni şübhə altına almır. Iş materiallarında mövcud olan sənədlər və digər sübutlar mübahisənin həlli üçün kifayət etmiş və məhkəmələr həmin sübutları qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir. Digər tərəfdən, cavabdeh özü də ekspertiza aparılması üçün tələb olunan sənədlərin təqdim olunması istiqamətində hər hansı təşəbbüs göstərməmiş, yalnız məhkəmə aktı qəbul edildikdən sonra bu halı arqument kimi irəli sürmüşdür. Bu səbəbdən cavabdehin ekspertiza ilə bağlı irəli sürdüyü dəlillər formal xarakter daşıyır və məhkəmə qərarının ləğv edilməsi üçün hüquqi əsas təşkil etmir. Cavabdeh kassasiya şikayətində soyuducu anbar avadanlıqlarının uzun müddət istifadə olunduğunu və onların aşınması və amortizasiyasının nəzərə alınmadığını iddia etmişdir. Lakin bu arqument iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan 2019-cu il ## ##### tarixli təhvil-təslim aktından açıq şəkildə görünür ki, cavabdeh soyuducu anbar avadanlıqlarını baxış keçirərək qəbul etmişdir. Həmin aktda açıq şəkildə göstərilmişdir ki, “xxxx" ASC-yə məxsus soyuducu anbar dəstləri tam, saz və işlək vəziyyətdə cavabdehə təhvil verilmişdir və avadanlığın iş qabiliyyətinə və texniki vəziyyətinə heç bir irad yoxdur. Bundan əlavə, qeyd olunan akt cavabdehin öz imzası ilə təsdiq edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh avadanlıqları qəbul edərkən onların texniki vəziyyəti ilə tanış olmuş, onları işlək və yararlı vəziyyətdə qəbul etmiş və həmin vaxt hər hansı etiraz irəli sürməmişdir. Belə olan halda cavabdehin sonradan avadanlıqların guya aşınması və amortizasiyası ilə bağlı iddialar irəli sürməsi özünün əvvəlki iradə ifadəsinə və imzaladığı rəsmi sənədin məzmununa ziddir. Mülki hüquq münasibətlərində tərəf öz imzası ilə təsdiq etdiyi və qəbul etdiyi halları sonradan inkar edə bilməz. Bu səbəbdən cavabdehin avadanlıqların amortizasiyası ilə bağlı irəli sürdüyü arqumentlər iş materiallarında olan təhvil-təslim aktı ilə tam şəkildə təkzib olunur və məhkəmə qətnaməsinin ləğvi üçün əsas yaratmır.

Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

23. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

24. Belə ki, iddiaçı ilə başqa şəxs arasında torpaq sahəsindən və ya lizinq obyektindən istifadəyə dair mübahisənin mövcudluğu hazırkı iş üzrə müqavilə öhdəliyinin icra edilməməsinə görə borclunun məsuliyyətini aradan qaldırmır. Hazırkı mübahisənin predmeti lizinq müqavilələrindən irəli gələn pul öhdəliklərinin icra edilməməsi ilə bağlıdır. Kassasiya şikayətində göstərilən digər məhkəmə mübahisəsinin bu iş üzrə həll edilməli olan hüquqi məsələyə birbaşa təsir göstərməsi, habelə həmin mübahisənin hazırkı işə baxılmasını mümkünsüz edən preyudisial və ya digər hüquqi əhəmiyyətli hal yaratması əsaslandırılmamışdır.

25. Cavabdehin soyuducu anbar avadanlıqlarının əvvəlki lizinqalana verildiyi, həmin avadanlıqların uzun müddət istifadə olunduğu və aşınma-amortizasiya nəzərə alınmadan ilkin qiymətlərlə ona verildiyi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu arqument avadanlıqların faktiki texniki vəziyyətinin, istifadə müddətinin, dəyərinin və tərəflər arasında təhvil-təslim zamanı hansı şərtlərin mövcud olduğunun müəyyən edilməsini tələb edir.

26. Aşağı instansiya məhkəmələri həmin məsələni iş materiallarında olan təhviltəslim aktı əsasında qiymətləndirmiş və cavabdehin avadanlıqları tam, saz və işlək vəziyyətdə, texniki vəziyyətinə dair irad bildirmədən qəbul etdiyini nəzərə almışdır.

27. Kassasiya şikayətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2019-cu il ## ##### tarixli qərarına və həmin qərarla təsdiq edilmiş güzəşt tətbiq ediləcək texnikaların siyahısına istinad edilməsinə dair kollegiya qeyd edir ki, həmin məsələlər hazırkı mübahisənin predmətinə aid olmamaqla inzibati icraat qaydasında həll olunmalıdır.

28. Məhkəmə ekspertizasının təyin edilməməsi barədə dəlillərə dair qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ekspertiza keçirilməsi barədə vəsatətini nəzərə almış, müvafiq ekspertizalar təyin etmiş, lakin ekspertiza üçün tələb olunan sənədlərin təqdim edilməməsi səbəbindən ekspertizanın aparılması mümkün olmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi, cavabdehin ödənişlərin həyata keçirilməsi barədə dəlillərinə də münasibət bildirmiş və həmin ödənişləri təsdiq edən mötəbər sübutların təqdim edilmədiyini qeyd etmişdir.

29. Kassasiya şikayətində Konstitusiyanın məhkəmə müdafiəsi hüququnu, insan hüquq və azadlıqlarının təminatını və hakimlərin müstəqilliyini nəzərdə tutan müddəalarına istinad edilməsi də qətnamənin ləğvi üçün müstəqil hüquqi əsas təşkil etmir. Konstitusion təminatların pozulması barədə ümumi istinad konkret prosessual hüquq pozuntusu ilə əlaqələndirilməli və həmin pozuntunun məhkəmə aktına təsiri əsaslandırılmalıdır. Hazırkı kassasiya şikayətində isə belə əsaslandırma mövcud deyildir.

30. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

33. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar