Məhkəmə qərarları › İş №2-2(1-8)-164/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-164/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-164/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh ( Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ######## 2021-ci il tarixli AL/ML/**** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən, lizinq verən (İddiaçı MMC) lizinq alan (Cavabdeh) tərəfindən seçilmiş, Qusar rayonu, Qalacığ kəndində, qarışıq meyvə bağına 1 dəst Rivulis markalı (intensiv bağ suvarma sistemi) komplekt damlama suvarma sistemi materiallarını (lizinq obyektini) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, lizinq obyektinin qiyməti 218357 manat, 1.5-ci bəndinə əsasən, lizinq obyektinə tətbiq edilən subsidiya məbləği 87342,78 manat və 2.3.2-ci yarımbəndinə əsasən, lizinq məbləği 87342,78 manat təşkil edir. -3.2-ci və 3.3-cü bəndlərinə əsasən, lizinq müddəti 48 ay təşkil edir. Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulan lizinq müddəti lizinq müqaviləsinin lizinq verən və lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır və AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən lizinq obyektinə ayrılan subsidiya (güzəşt) məbləği Lizinq verənin hesabına köçürüldüyü gün lizinq obyekti lizinq alana təhvil verilir. Lizinq verənin təşəbbüsü ilə lizinq obyekti lizinq alana daha tez təhvil təslim edilə bilər. -3.4-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, subsidiya (güzəşt) məbləğinin (tam və ya hər hansı bir hissəsi) verilməsinə AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən imtina olarsa, həmin imtina olunan subsidiya (güzəşt) məbləği lizinq alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir.

2. Maliyyə lizinqi müqaviləsinə ** nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdeh Cavabdeh müqavilə üzrə sonuncu ödəniş tarixi ## #### 2025-ci il tarixidir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ## ####### 2024-cü il tarixli *-**- */*-****/**** nömrəli məktubda göstərilmişdir ki, “…suvarma sistemi dəstinin güzəştli şərtlərlə alışı, krediti və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən Agentlikdə vəsaitin ayrılması ilə bağlı müvəkkil kredit təşkilatlarından daxil olan müraciətlərin tam və hərtərəfli ekspertizası həyata keçirilir. Bu əsasda təhlil olunmuş müraciətlərin maliyyələşdirilməsinə dair təyin edilmiş kollegial Komissiya tərəfindən yekun qərarlar qəbul edilir. Komissiya əsasnaməsinə uyğun olaraq, müvəkkil kredit təşkilatlarından daxil olan müraciətlərə baxır və baxılma praktikasına əsaslanmaqla müvafiq təhlillər aparır. Bildiririk ki, Agentlik tərəfindən aparılmış əlavə araşdırma nəticəsində müraciətdə qeyd olunan fiziki şəxs Cavabdeh məxsus suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. Həmçinin müraciətdə sözügedən suvarma sisteminin daha əvvəl təqdim edilən sənədlərdə 1 ərazidə quraşdırıldığı göstərilmiş, sonradan dəqiqləşmə zamanı 3 müxtəlif ərazidə quraşdırıldığına dair məlumatlar təqdim edilmişdir. Həmin məlumatlar X1 Informasiya Sistemində (EKTIS) edilmiş bəyanlarla uyğunluq təşkil etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq dövlət büdcəsinin effektiv və səmərəli istifadəsi məqsədilə Komissiyanın müvafiq qərarına uyğun olaraq müraciətin maliyyələşdirilməsi məqbul hesab edilməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ( bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ( bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ######## 2022-ci il tarixli AL/ML/**** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 87.342,78 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1200 manat məbləğində xidmət haqqının, 352,5 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli AL/ML/**** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, iddiaçı tərəfindən kənd təsərrüfatı məhsullarının suvarılması üçün istifadə edilən 1 ədəd “Rivulis” markalı damlama suvarma sistemi cavabdehə məxsus Qusar rayonu, Qalacıq kəndində quraşdırılmış və lizinq şərtləri əsasında ona lizinqə verilmişdir. Müqavilə bağlandıqdan və əmlak rəsmi şəkildə cavabdehə təhvil verildikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və Inkişaf Agentliyi tərəfindən lizinq obyektinə tətbiq edilən subsidiya məbləği olan 87342,78 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsindən imtina edilmişdir və bu, suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluğun olması ilə əsaslandırılmışdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən, Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən subsidiya məbləğinin ödənilməsindən imtina ediləcəyi halda subsidiya məbləğinin lizinq alan tərəfindən 10 gün müddətində iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Bununla bağlı cavabdehə məlumat verilərək məsələnin araşdırılması və həmin məbləğin iddiaçıya ödənilməsi təklif edilsə də, cavabdeh bunu icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, lizinq obyektinin yerləşdiyi bağ sahəsi iddiaçının və başqa podrat şirkətinin iştirakı ilə 2022-ci ildə salınmışdır. Əvvəl layihə hazırlanmış, sonra bağın suvarma sistemi ilə təmin edilməsi üçün iddiaçı ilə müqavilə bağlanılmışdır. Lizinq müqaviləsi üzrə avans məbləği əvvəlcədən ödənilmiş, qalan hissəsi isə gecikməyə yol verilmədən ödənilməkdədir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi sənədlərdə uyğunsuzluq olduğunu bildirmiş və lizinq obyektinə tətbiq edilən subsidiya məbləği olan 87342,78 manat məbləğində pul vəsaitini cavabdehə ödəməkdən imtina etmişdir Iddiaçı həmin pul vəsaitinin ödənilməsi üçün Aqrar Kredit və Inkişaf Agentliyi ilə mütəmadi əlaqə saxlamışdır. Əgər sənədlərdə uyğunsuzluq var idisə, iddiaçı onlara əvvəldən məlumat verə bilərdi. Çünki sənədləşmə işini iddiaçı və podratçı təşkilat icra edirdi. Suvarma sistemi ərazidədir, faktiki olaraq mövcuddur və hazırda işlək vəziyyətdə olmaqla istifadə olunur. Suvarma sistemi Qusar rayonunun Qalacıq, Aşağı Atuc və Atlıxan kəndlərini əhatə etməklə üç ərazidədir və Aqrar Kredit və Inkişaf Agentliyinin nümayəndələri suvarma sistemi qurulduqdan sonra bir neçə dəfə həmin əraziyə baxış keçirmişlər. Həmin suvarma sisteminin quraşdırılacağı yeri quraşdırmanı həyata keçirən şirkətə özləri göstərmişlər.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 87342,78 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 750 manat məbləğində xidmət haqqının və 352,03 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 88444,81 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir ( hakim F.Həmidli).

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq obyekti olan suvarma sistemləri dəsti və avadanlığı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın müvafiq bəndlərinə əsasən, əkin subsidiyası kateqoriyasına daxil olan kənd təsərrüfatı istehsal vasitəsi olduğundan onun dəyərinin 40 faizi həcmində (hazırkı lizinq müqaviləsinin obyektinə münasibətdə bu məbləğ 87342,78 manat təşkil etmişdir) güzəşt tətbiq edilməsi və bu vəsaitin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Lakin sözügedən Agentliyin iş materiallarında olan ## ####### 2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli məktubunun məzmununa əsasən, “cavabdehə məxsus suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluq mövcud olması, suvarma sisteminin daha əvvəl təqdim edilən sənədlərdə 1 ərazidə quraşdırıldığının göstərilməsi, sonradan dəqiqləşmə zamanı 3 müxtəlif ərazidə quraşdırıldığına dair məlumatların təqdim edilməsi və həmin məlumatların X1 Informasiya Sistemində (EKTIS) edilmiş bəyanlarla uyğunluq təşkil etməməsi” əsası ilə həmin vəsaitin ödənilməsindən imtina edilmişdir.

10. Tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli AL/ML/**** nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 3.4-cü bəndinə əsasən, tərəflər razılaşmışlar ki, subsidiya (güzəşt) məbləğinin tam və ya hər hansı bir hissəsinin verilməsindən Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən imtina edildiyi halda, həmin imtina olunan subsidiya (güzəşt) məbləği lizinq alan (cavabdeh) tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir.

11. Tərəflərin hər ikisinin iradə ifadəsi olan və şərtlə bağlanmış əqdə əsasən, cavabdeh Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş lizinq obyektinin dəyərinin 40 faizini təşkil edən 87342,78 manat məbləğində pul vəsaitinin Agentlik tərəfindən ödənilmədiyi halda, özü tərəfindən ödəniləcəyini öz öhdəsinə götürmüşdür. Bu baxımdan, iddia tələbinin ## ######## 2021-ci il tarixli AL/ML/**** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, cavabdehdən 87342,78 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 324.1, 328.1, 385.1, 389.1, 390.5, 425.1, 427.3, 442, 747.1 və 848-10.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim İ.Dəmirov , hakimlər Z.Məmmədov və M.Hüseynov).

15. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən subsidiya verilməsindən imtina olunsa da, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək pul öhdəliyini ödəməkdən imtina etmişdir.

16. Cavabdeh apellyasiya şikayətində sənədlərdəki uyğunsuzluq barədə iddiaçıya və onlara əvvəldən məlumat verməli olmasını qeyd etsə də, belə öhdəlik müqavilə şərtlərində müəyyən edilməmişdir. Həmçinin düzgün sənədlərin verilməsi birbaşa cavabdehin öhdəliyindədir.

17. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 385.1, 389.1, 390.5, 425.1, 427.3, 442, 747.1 və 748-10.1-ci maddələrinə, MPM-in 14.2, 47.1, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

20. MM-in 425.1, 425.2-ci maddələri üzrə- cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il, 19 dekabr tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydasına və müqaviləyə uyğun olaraq üzərinə düşən öhdəliyin şərtlərini tam və vaxtında yerinə yetirmiş, lakin iddiaçı tərəfindən öhdəliklərin lazımı qaydada icra edilməməsi, uyğun olmayan məlumatların və sənədlərin göndərilməsi səbəbindən AKIA tərəfindən vəsaitin ayrılmasından imtina edilmişdir.

21. MPM-in 88-ci maddəsinin tələbləri üzrə- məhkəmədə işə baxılarkən iş materiallarında olan və təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

22. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il, 19 dekabr tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarının tələbləri üzrə- Cavabdeh tərəfindən tələb olunan sənədlər tam uyğun formada iddiaçıya təqdim edilmiş, həmin sənədlər iddiaçı təşkilatda təhlil edilmiş və cavabdehə müsbət cavab verilmişdir. Bundan sonra AKIA-ya sənədlərin tələb olunan qaydalara və meyarlara uyğun olaraq göndərilməsi iddiaçının vəzifəsidir. Hazırki vəziyyətdə göndərilən sənədlərin uyğunsuz olmasına iddiaçı məsuliyyət daşıyır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etirazda işin yuxarıda qeyd edilən halları sadalanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya baxışının hədləri

24. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 747. Lizinq müqaviləsi

747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...”

“Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. ...”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...” Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər ... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

29. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını nəzərə almaqla hesab edir ki, gəlinən nəticə tərəflər arasında bağlanmış müqavilənin 3.4cü bəndinin tələblərinə uyğun olmuşdur. Həmin bənddə tərəflər hər hansı səbəblə əlaqələndirmədən müəyyən etmişlər ki, subsidiya (güzəşt) məbləğinin tam və ya hər hansı hissəsi Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən verilməsindən imtina edildiyi halda, həmin məbləğ lizinq alan tərəfindən 10 iş günü ərzində ödəniləcəkdir.

30. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamə qəbul edilərkən MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar