Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-168/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2020-ci il ## ###### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən “xxxx” ASC lizinq alan X3 tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Müqavilənin: -3.1-ci bəndinə əsasən qiymətin 13700 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 55200 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir; -11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək.
2. Lizinqverən “xxxx“ ASC ilə “xxxx” MMC və cavabdeh2 arasında bağlanmış 2022ci il ## ###### tarixli, LM-***-*/** saylı «Öhdəliklərin verilməsi haqqında müqavilə»yə əsasən “xxxx” MMC-nin direktoru X2, “xxxx” ASC ilə bağladığı 2020-ci il ## ###### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını cavabdeh2 verir, o isə bunları qəbul edir. Həmin müqavilənin: -1.2-ci bəndinə əsasən cavabdeh2 2020-ci il ## ###### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsinin müddəaları ilə tanışdır. -1.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı andan cavabdeh2 2020-ci il ## ###### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. -3.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1.1.-ci maddədə göstərilən öhdəlikləri icra etməməsi və ya lazımi qaydada icra etməməsinə görə Lizinqverən qarşısında məsuliyyəti cavabdeh2 daşıyır.
3. Lizinq verən “xxxx“ ASC ilə zamin cavabdeh1 və lizinq alan cavabdeh2 arasında bağlanmış ***-*/** nömrəli, 2022-ci il ## ###### tarixli zaminlik müqaviləsindən görünür ki, zamin lizinq verən qarşısında lizinq alanın 2022-ci il ## ###### tarixli, ***-*/** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
4. 2022-ci il ## ###### tarixli, LM-***-*/** nömrəli təhvil-təslim aktından görünür ki, 1 ədəd **PH*** dövlət qeydiyyat nişanlı, X1 markalı avtomobili “xxxx” MMC-nin direktoru X2 təslim etmiş və fiziki şəxs cavabdeh2 təhvil almışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı “xxxx” ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra - birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2022-ci il ## ###### tarixli LM-***-*/** saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2023-cü il ## ######## tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun iddiaçının xeyrinə tutulması və lizinq obyekti iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına əsasən onunla əsaslandırılmışdır ki, “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, ilkin mediasiya sessiyası 2024-cü il ## ###### tarixdə keçirilmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etsə də, cavabdeh2 ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh cavabdeh2 tərəfindən lizinq obyekti iddiaçıya təhvil verilməmişdir. 2023-cü il ## ######## tarixinə hesablanmış cavabdeh2 əsas borc məbləği 53201.74 manat, ümumi faiz borcu 7288.65 manat, dəbbə borcu 6455.69 manat olmaqla ümumilikdə 66946.08 manat təşkil edir.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən 2022-ci il ## ###### tarixli LM-***-*/** saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2023-cü il ## ######## tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən 53201,74 manat əsas borc, 7288,65 manat faiz, 2650 manat cərimə olmaqla, cəmi 63140,39 manat borc və ödənilmiş 400 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, tərəflər arasında 2022-ci il ## ###### tarixli, LM-***-*/** saylı öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 2020-ci il ## ###### tarixli ***/** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri, lizinq obyektini cavabdeh cavabdeh2 öz üzərinə götürmüş və **PH*** dövlət qeydiyyat nişanlı, “X1” markalı avtomobil sonuncuya lizinqə verilmişdir. Iddiaçı ilə cavabdeh2 və cavabdeh1 arasında bağlanmış ***-*/** nömrəli, 2022-ci il ## ###### tarixli zaminlik müqaviləsinə əsasən isə cavabdeh1 cavabdeh2 daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdehlər öhdəliklərini lazimi qaydada icra etmədiklərindən iddiaçı qarşısında borcları yaranmışdır.
10. Hazırda iddiaçı cavabdehlərdən lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz edilməmişdir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh2 lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəniş etməli olduğu halda, ödəniş etməmiş, qalan məbləği ödəməmiş, həmçinin digər cavabdeh cavabdeh1 zamin olaraq birgə məsuliyyət daşımasına baxmayaraq o, da öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 748-
12. maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla 1.12.4-cü ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 53201,74 manat əsas və 7288,65 manat faiz məbləğini cavabdehlərdən mübahisəsiz geri almaq hüququ yaranmışdır və iddiaçının tələbi haqlıdır.
13. Məhkəmə MM-in 467-ci maddəsinə istinadla, dəbbə puluna münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 462.1, 463.1, 465.2, 467, 470.1, 472.2, 477.0.4, 522.1, 522.2, 522.3, 747.1, 748.2.9 və 748-1.12.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, borcun və faizlərin yenidən hesablanaraq yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh borc və faizlərin yenidən hesablanmalı olduğunu qeyd etsə də, tərəfindən hər hansı ödəniş edilməsinə dair, hansı məbləğdə borcu qalmasına dair hər hansı bir sübutlar iş materillarına əlavə olunmamışdır.
19. Halbuki, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
20. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 748-1.12, 748-1.12.4, 748- 2.5, 748-7.1-ci maddələrin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarına və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MPM-in 403.1, 418.1-ci maddələri üzrə - iddiaçı tərəfindən illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1923.38 manat, ümumilikdə isə 53201.74 manat məbləğində pulu iddiaçının hesabına ödəməklə onun istifadəsinə verilmiş 2012-ci il buraxılışlı, “JEEP GRAND CHEROKEE MINIK” markalı, 1C4RJFDJ6CC328746 ban nömrəli, qara metallik rəngli, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik və sürət qutusunda nasazlıqlar olduğundan istifadə edə bilməmiş və bunu iddiaçıya bildirsə də, iddiaçı tərəfindən heç bir tədbir görülməmiş, avtomobili iddiaçıya qaytarmaq istəsə də, iddiaçı avtomobili qəbul etməmiş və beləliklə də aralarında yaranan mübahisəyə görə borc yaranmışdır. Hesab edir ki, qətnamə ləğv edilməlidir. Çünki, bu borc lizinq yolu ilə avtomobil götürdüyündən yaranmışdır. Hesab edir ki, iddiaçı məhkəməyə iddia qaldıran zaman ilk növbədə həmin avtomobili mübahisələndirərək avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsinə və ya avtomobilin satılaraq avtomobilin satışından əldə olunmuş məbləğ borcdan çıxılaraq yerdə qalan borcun cavabdehlərə yönəldilməsi xahişini etməli idi. Ən azından iddiaçı olaraq ona pul yox, avtomobil vermişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri ... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.”
“Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.”
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il # #### tarixli Qərardadında aşağıdakılar nəzərdə tutulur:
“44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.
45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. ...
48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.”
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, kassator avtomobildə nasazlıqların olması səbəbindən ondan istifadə edə bilmədiyini, bu barədə iddiaçını məlumatlandırdığını və avtomobili geri qaytarmaq istəsə də, iddiaçının onu qəbul etmədiyini bildirsə də, MPM-in 77-ci maddəsinin tələbləri baxımından bu barədə hər hansı sübutu işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələr təqdim etməmişdir.
32. 2022-ci il ## ###### tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən, cavabdeh (kassator) əvvəlki lizinq müqaviləsinin bütün şərtləri ilə tanış olduğunu və həmin müqavilədən irəli gələn bütün hüquq və öhdəlikləri öz üzərinə götürdüyünü qəbul etmişdir. Odur ki, lizinq ödənişlərini müqavilədə nəzərdə tutulmuş qaydada həyata keçirmək onun əsas müqavilə öhdəliyi olmuşdur.
33. Nəzərə alınmaladır ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).
34. Iddiaçının əvvəlcə lizinq obyektinin geri alınmasını və ya satılaraq satış məbləğinin borcdan çıxılmasını tələb etməli olması barədə kassasiya dəlilinə münasibətdə qeyd edilməlidir ki, MM-in 748-1.12.4-cü maddəsi lizinq verənə lizinq ödənişləri ardıcıl olaraq iki dəfədən artıq yerinə yetirilmədikdə həm pul məbləğini, həm də lizinq obyektini geri almaq hüququ vermişdir. Hazırkı işdə iddiaçı tələbini dəqiqləşdirərək yalnız pul öhdəliyinin icrasını tələb etmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə apellyasiya qaydasında baxılarkən kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə gəlinən nəticə MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.