Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-2(1-8)-182/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasının hakimlәri Qurbanov Raqib Əliddin oğlu (mәruzәçi hakim), Babayev Zәki Baba oğlu vә Şәfiyev Ispәndiyar Əsәd oğlundan ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “lizinq müqavilәsinә әsasәn pulun tutulması” tәlәbinә dair kommersiya mübahisәsi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrәli qәtnamәsindәn iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinә yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Lizinq verәn «xxxx» ASC ilә Cavabdeh arasında bağlanmış: - 2012-ci il # ###### tarixli, lizinq müqavilәsinә әsasәn ümumi dәyәri 53.800,00 manat olan 1 әdәd MTZ-1221 markalı traktoru, 1 әdәd AG-14-5 markalı kotanı, 1 әdәd TS-24 markalı taxılsәpәni (gübrәsәpәnlә) vә 1 әdәd 6 tonluq traktor qoşqusunu, - 2012-ci il ## ####### tarixli, lizinq müqavilәsinә әsasәn ümumi dәyәri 37.300,00 manat olan 1 әdәd MTZ-892 markalı traktoru, 1 әdәd AG-14-4 markalı kotanı vә 1 әdәd 6 tonluq traktor qoşqusunu, - 2013-cü il # ##### tarixli, lizinq müqavilәsinә әsasәn ümumi dәyәri 118.500,00 manat olan 1 әdәd SK-5ME-1 markalı kombaynı vә 1 әdәd SK-5ME-1 markalı kombaynı, - 2014-cü il # ######## tarixli, lizinq müqavilәsinә әsasәn ümumi dәyәri 38.150,00 manat olan 1 әdәd MTZ-89.2 markalı traktoru, 1 әdәd KR-14(AG-14-4) markalı kotanı vә 1 әdәd taxıl sәpәni lizinq alana lizinqә vermişdir.
2. Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tаrixli qәtnаmәsi ilә iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdeh Cavabdeh qarşı müqavilәlәrin lәğvi, texnikaların saz vәziyyәtdә geri qaytarılması vә pul tәlәbinә dair iddiası qismәn tәmin edilәrәk, iddiaçı «xxxx» ASC ilә cavabdeh Cavabdeh arasında bağlanmış 2012-ci il # ###### tarixli ***-L/** nömrәli, 2012-ci il ## ####### tarixli ****-L/** nömrәli, 2013-cü il 9 aprel tarixli ***-L/** nömrәli vә 2014-cüil 4 sentyabr tarixli, ****-L/** nömrәli lizinq müqavilәlәrinin lәğv edilmәsi, cavabdeh Cavabdeh lizinq müqavilәlәri üzrә әsas borca görә 62140 manat, cәrimәyә görә 3217 manat vә iddiaçı tәrәfindәn ödәnilmiş dövlәt rüsumuna görә 30 manat, cәmi 65387 manat mәblәğindә pulun tutularaq iddiaçı «xxxx» ASC-yә ödәnilmәsi, cavabdeh Cavabdeh 2012-ci il # ###### tarixli ***-L/** nömrәli, 2012ci il ## ####### tarixli, ****-L/** nömrәli, 2013-cü il # ##### tarixli ***-L/** nömrәli vә 2014cü il # ######## tarixli ****-L/** nömrәli lizinq müqavilәlәri üzrә lizinq obyekti olan 2 әdәd MTZ-89.2 markalı vә 1 әdәd MTZ-1221 markalı traktor, 1 әdәd KR-14 markalı, 1 әdәdAG- 14-4 markalı vә 1 әdәd AG-14-5 markalı kotan, 2 әdәd TS-24 markalı taxılsәpәn, 2 әdәd 6 tonluq traktor qoşqusu vә 2 әdәd SK-5ME-1 markalı kombaynın saz vәziyyәtdә geri alınaraq iddiaçı «xxxx» ASC-yә verilmәsi, iddianın qalan hissәdә tәmin edilmәmәsi, cavabdeh Cavabdeh iş üzrә keçirilmiş ekspertiza tәdqiqatının dәyәrinә görә 50 manat pulun tutulub dövlәt büdcәsinin hesabına ödәnilmәsi qәt edilmişdir.
3. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2019-cu il ## ##### tarixli qәtnamәsi ilә birinci instansiya mәhkәmәsinin, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasının 2019-cu il ## ###### tarixli, *(***)-****/**** saylı qәrarı ilә apellyasiya instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır.
4. “xxxx” ASC-nin fәaliyyәtinin tәnzimlәnmәsi ilә bağlı bәzi tәdbirlәr haqqında Azәrbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli Fәrmanına әsasәn “xxxx” ASC-nin adı dәyişdirilәrәk “xxxx” ASC adlandırılmış vә “xxxx” ASC-nin kәnd tәsәrrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemlәri dәsti vә avadanlığının, damazlıq heyvanların kәnd tәsәrrüfatı istehsalçılarına lizinq yolu ilә satılmasına dair qüvvәdә olan lizinq müqavilәlәri üzrә hüquq vә öhdәliklәri Azәrbaycan Respublikasının Kәnd Tәsәrrüfatı Nazirliyi yanında Aqrar Kredit vә Inkişaf Agentliyinә keçmişdir.
5. Daha sonra lizinq verәn “xxxx” ASC ilә lizinq alan Cavabdeh arasında 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli lizinq müqavilәsi bağlanmışdır. Müqavilәyә әsasәn lizinq verәn ümumi mәblәği 62.680 manat olan 9 әdәd (1 әdәd traktor belarus-892 10.300 manat dәyәrindә, 1 әdәd Taxılsәpәn gübrәsәpәnlә qoşulan TS-24 950 manat dәyәrindә, 1 әdәd Traktor Belarus-1221 11.950 manat dәyәrindә, 1 әdәd Kotan 4 gövdalı AG-14-4 240 manat dәyәrindә, 1 әdәd Kombayın taxılyığan 19200 manat dәyәrindә, 6 tonluq 1 әdәd qoşqu 950 manat, 1 әdәd taxılyığan kombayn 17.900 manat, 1 әdәd 6 tonluq qoşqu 1150 manat vә Kotan 5 adlı 40 manat) kәnd tәsәrrüfatı texnikalarını ilkin dәyәrinin 40 faiz hissәsinә güzәşt tәtbiq edilmәklә qalıq dәyәri tam ödәnildikdәn vә müvafiq sәnәdlәşmә aparıldıqdan sonra lizinq alanın mülkiyyәtinә verilmәsi şәrti ilә lizinqә vermişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli müqavilә üzrә yaranmış 62.680 manat gecikdirilmiş borcu vә hesablanmış 120.403,90 manat cәrimә borcunun, hüquqi yardımla bağlı ödәnilmiş 500 manat vә 400 manat çәkilmiş mediasiya xәrcinin, cәmi 183.983,9 manat pul vәsaitinin cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
7. Iddia onunla әsaslandırılmışdır ki, “xxxx” ASC (“xxxx”xxxx“ASC”) cavabdeh arasında bağlanılmış 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli müqavilәyә әsasәn cavabdeh dәyәrinin bir hissәsini әvvәlcәdәn, qalan hissәsini isә müqavilәnin tәrkib hissәsi olan ödәniş qrafikinә uyğun olaraq ödәmәk şәrti ilә kәnd tәsәrrüfatı texnikaları lizinqә götürmüşdür. Cavabdeh müqavilә üzrә üzәrinә götürdüyü öhdәliklәri yerinә yetirmәmişdir. Nәticәdә cavabdehin maliyyә arayışının tәrtib edildiyi 2023-cü il ## ######## tarixә müqavilә üzrә yaranmış 62.680 manat gecikdirilmiş borcu vә hesablanmış 120.403,90 manat cәrimә borcu yaranmışdır. Cavabdehә öhdәliyinin yerinә yetirilmәsi barәdә dәfәlәrlә edilmiş xәbәrdarlıqlara baxmayaraq borclu tәrәfindәn ödәnişlәr yerinә yetirilmәmişdir.
8. Cavabdeh iddiaya etiraz verәrәk bildirmişdir ki, cavabdehin ASC-yә borcu olmuşdur vә borca görә eyni bu texnikalarla bağlı mәhkәmәyә müraciәt olunmuşdur. Hәmin işdә dә nümayәndә olaraq mәhz vәkil2 çıxmışdır. Bu texnikaların eyni texnika olduğunu vә yenidәn onu mәhkәmәyә verdiklәrini bildirmişdir. Ilk әvvәl işin nәdәn olduğunu anlamamış vә elektron sistemdәn sәnәdlәri tәqdim etdikdәn sonra eyni texnikalarla bağlı mәhkәmә mübahisәsi olduğunu anlamışdır. Bununla bağlı da mәhkәmә olduğunu vә texnikaların çoxunu vermәdiklәrini vә olanları da özlәrinә qaytardığını qeyd etmişdir. Belә ki, bu işlә bağlı Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tarixli 2(050)-***/** №-li qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, cavabdehdәn 62.140 manat әsas borcun cәrimә borcu üzrә 3.217 manatın, 30 manat dövlәt rüsumunun ondan tutulması vә hәmçinin lizinq obyektlәri olan 12 әdәd kәnd tәsәrrüfatı avadanlıqlarının (nәqliyyat vasitәsi) saz vәziyyәtdә lizinq verәnә qaytarılması qәt edilmişdir. Hәmin qәtnamәdәn tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Qәtnamә qüvvәdә qalmışdır. Bu mәhkәmәdә texnikaların cavabdehә tәqdim edilmәmәsi sәbәbindәn iş yarımçıq qalmışdır. Çünki hansı texnikanın tәhvil verilib-verilmәmәsi tәsdiqlәnmәmişdir. Lakin iddiaçı indi yeni müqavilә tәqdim edәrәk guya onun yeni müqavilә bağladığını vә hәmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqavilәni qәbul etmir vә onun tәrәfindәn belә müqavilәyә imza edilmәdiyi bildirilir. Belә ki, müqavilә vә aktlara diqqәt yetirilsә görünәr ki, hamısı bir birindәn fәrqlidir. Yәni aktlara diqqәt yetirilsә görünәr ki, bu aktlarda vә müqavilәdәki imzalar tamamilә fәrqlidir. Bundan әlavә әvvәlki mәhkәmәdә texnikaların cavabdehә tәqdim edilmәmәsi sәbәbindәn iş yarımçıq qalmışdır. Çünki hansı texnikanı tәhvil verilib-verilmәmәsi tәsdiqlәnmәmişdir. Iddia әrizәsinә әlavәdә ödәniş qrafiki tәqdim edilmişdir ki, ordan da açıq-aydın görünür ki, 2015-ci ildәn ödәnişlәr olmuş borc vә faizlәr ordan әmәlә gәlmişdir.
9. Daha sonra cavabdeh yeni etiraz tәqdim etmiş vә etirazını onunla әsaslandırılmışdır ki, iddiaçı indi yeni müqavilә tәqdim edәrәk guya onun yeni müqavilә bağladığını vә hәmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqavilәni qәbul etmir vә onun tәrәfindәn belә müqavilәyә imza edilmәdiyi bildirilmişdir. Müqavilәdәki imza cavabdehә mәxsus olsa da texnikaların ona verilmәsi aktlarla öz әksini tapmır. Onu aldadıb bu müqavilәyә imza etdirә bilәrlәr. Lakin tәhvil-tәslim aktlarında imzalar ona mәxsus deyil vә hәmçinin elә aktlar da var ki, ümumiyyәtlә cavabdehin adı yoxdur. Belә ki, müqavilә vә aktlara diqqәt yetirilsә görünür ki, hamısı bir-birindәn fәrqlidir. Yәni aktlara diqqәt yetirilsә görünәr ki, bu aktlarda vә müqavilәdә imzalar tamamilә fәrqlidir. Cavabdehә iddiaçının qeyd etdiyinә görә cәmi 1 texnika verilmişdir ki, onun da ödәnişi tam özlәri digәr texnikaları almaqla әvәzlәşdirmişdilәr. Cavabdehin heç bir savadı vә oxumaq qabiliyyәti olmadığından ona bu müqavilәyә imza etdiriblәr. Lakin tәhvil-tәslim aparılmadığından bu müqavilәnin başa çatdırılması olmamışdır.
10. Bakı Kommersiya Mәhkәmәsinin 2024-cü il # ####### tarixli, e-*-*(***)-***/**** nömrәli qәtnamәsi ilә iddia qismәn tәmin edilәrәk, cavabdehdәn müqavilә üzrә 62.680 manat mәblәğindә gecikdirilmiş әsas borc, 3.000 manat mәblәğindә dәbbә pulu, cәmi 65.680 manat mәblәğindә pul vәsaiti, vәkil xidmәtlәrinә çәkilmiş xәrclәrin әvәzi olaraq 500 manat vә mediasiya xәrclәrinin әvәzi olaraq 165 manat mәblәğindә pul vәsaiti tutularaq iddiaçıya ödәnilmәsi, iddianın qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir (hakim L.Əliyeva).
11. Mәhkәmә ilk növbәdә müqavilә üzrә lizinq obyektlәri olan 9 әdәd texnikanın cavabdehә tәqdim edilib-edilmәmәsi ilә bağlı qeyd etmişdir ki, ASC ilә cavabdeh arasında әvvәllәr 2012-ci il # ###### tarixli ***-L/** saylı, 2023-cü il # ##### tarixli ***-L/** saylı vә 2014-cü il # ######## tarixli, ****-L/** saylı lizinq müqavilәlәri bağlanmış vә hәmin müqavilәlәrә әsasәn 2 әdәd MTZ-89.2 markalı vә 1 әdәd MTZ-1221 markalı traktor, 1 әdәd KR 14 markalı, 1 әdәd AG 14-4 markalı vә 1 әdәd AG 14-5 markalı kotan, 2 әdәd TS- 24 markalı taxılsәpәn, 2 әdәd 6 tonluq traktor qoşqusu vә 2 әdәd SK-5ME-1 markalı kombayn cavabdehә tәhvil verilmişdir. Sözügedәn müqavilәlәr üzrә lizinq obyekti olan texnikaların lizinq alana tәhvil verilmәsi faktı Masallı rayon Mәhkәmәsinin qanuni qüvvәyә minmiş qәtnamәsindә öz tәsdiqini tapdığından onun yenidәn sübut edilmәsinә zәrurәt yoxdur.
12. Göstәrilәn qәtnamә ilә qeyd edilәn lizinq müqavilәlәrinin lәğv edilmәsi vә lizinq obyekti olmuş 12 әdәd kәnd tәsәrrüfatı texnikasının lizinq alana geri qaytarılması qәt edilsә dә, hәmin qәtnamә icra edilmәmişdir. 2020-ci ildә tәrәflәr hәmin qәtnamә ilә qaytarılması qәrara alınmış, lakin cavabdeh tәrәfindәn qaytarılmamış 9 әdәd texnikanın yenidәn lizinqә verilmәsi barәdә razılığa gәlmiş vә bu mәqsәdlә 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli mübahisәli lizinq müqavilәsi bağlanmışdır.
13. Cavabdeh bu iddiaya qarşı etirazını lizinq müqavilәsinә әsasәn texnikaların ona tәhvil verilmәmәsi ilә izah etsә dә, Masallı Rayon Mәhkәmәsinin qәtnamәsi ilә qaytarılması qәt edilmiş texnikaların ASC-yә qaytarıldığını sübut edә bilmәmişdir. Əksinә, hәmin qәtnamәnin texnikaların qaytarılması ilә bağlı hissәsinin bu günәdәk icra olunmadığı, iş materiallarına әlavә edilmiş Masallı rayon Icra vә Probasiya Şöbәsinin 2024cü il ## ######## tarixli mәktubu ilә tәsdiqlәnmişdir.
14. Hәmçinin müqavilә üzrә lizinq obyekti olan 9 әdәd texnikanın lizinq müqavilәlәri bağlanarkәn cavabdehә tәhvil verilmәsi müәyyәn edildiyindәn, elәcә dә hәmin texnikaların sonradan cavabdeh tәrәfindәn ASC-yә qaytarılması iş materialları ilә öz tәsdiqini tapmadığından mәhkәmә hesab etmişdir ki, mübahisәli lizinq müqavilәsi bağlandığı vaxtdan mübahisәli texnikalar cavabdehin sahiblik vә istifadәsindә olmuşdur. Odur ki, texnikaların ona tәhvil verilmәmәsi barәdә cavabdehin dәlillәri әsassızdır.
15. Mәhkәmә hesab etmişdir ki, cavabdeh mübahisәli lizinq müqavilәsinә әsasәn üzәrinә götürdüyü öhdәliklәri lazımi qaydada icra etmәdiyindәn iddiaçı hәmin müqavilә üzrә 62.680 manat әsas borcun tutulmasını tәlәb etmәkdә haqlıdır.
16. Dәbbә pulunun mәblәğinә münasibәtdә mәhkәmә qeyd etmişdir ki, cavabdehdәn tutulması tәlәb olunan dәbbә pulu tәnasübsüz surәtdә yüksәk olduğundan hәmin mәblәğ azaldılaraq cavabdehdәn tutulacaq dәbbә pulu 3000 manat mәblәğindә müәyyәn edilmәlidir.
17. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin (bundan sonra- “MM”) 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci maddәlәrinә, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – “MPM”) 14.2, 82.3-cü maddәlәrinә istinadla әsaslandırmışdır.
18. Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddianın rәdd olunması barәdә qәtnamә qәbul edilmәsi xahiş edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki ilk icraat
19. Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-****/**** nömrәli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi mübahisәlәndirilәn hissәdә dәyişdirilmәdәn saxlanılmışdır (sәdrlik edәn-mәruzәçi hakim Z.Şirinov, hakimlәr Z.Ibrahimov, T.Mahmudova).
20. Mәhkәmә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә vә hüquqi mövqeyi ilә razılaşmış vә әlavә olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayәtindә qeyd etdiyi dәlillәri iddiaya etirazlarında irәli sürdüyündәn, elәcә dә, mәhkәmә bu dәlillәrә münasibәt bildirdiyindәn vә mәhkәmәnin arqumentasiyasını әsaslı vә qanuni hesab etdiyindәn prosessual qәnaәt prinsipinә әsasәn yenidәn hәmin dәlillәrә münasibәt bildirilmәsinә zәrurәt görmür.
21. Apellyasiya instansiyası mәhkәmәsi gәldiyi nәticәni MM-in 385.1, 442, 443.1, 448.1, 467, 747.1-ci maddәlәrinә, MPM-in 77.1-ci maddәsinә istinadla әsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilmәsinin vә iddia tәlәbinin tәmin olunmamasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
23. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya kollegiyasının 2025-ci il ## ### tarixli *-*(***)-***/**** nömrәli qәrarı ilә cavabdehin kassasiya şikayәti qismәn tәmin olunmuş, apellyasiya mәhkәmәsinin qәtnamәsi lәğv olunmuş vә iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә qaytarılmışdır (hakimlәr – K.Abiyeva, B.Qәribov vә E.Şamayev).
24. Ali Mәhkәmәnin mövqeyi belә olmuşdur ki, hazırkı mübahisә üzrә tәrәflәr arasında bağlanmış 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli lizinq müqavilәsinә әsasәn cavabdehin üzәrinә götürdüyü öhdәliklәri lazımi qaydada icra etmәdiyi, nәticәdә 62.680 manat mәblәğindә borcun yarandığı vә müqavilәdә dәbbә pulunun nәzәrdә tutulduğu müәyyәn edilmişdir. Kollegiya cavabdehin lizinq obyektlәrinin ona tәhvil verilmәmәsi ilә bağlı dәlillәrini әsassız hesab etmiş, hәmin texnikaların cavabdehdә olmasının qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә tәsdiq edildiyini vә texnikaların qaytarılmasına dair qәtnamәnin icra edilmәdiyini göstәrmişdir. Bununla yanaşı, kollegiya qeyd etmişdir ki, iş materiallarından 2020-ci il ## ####### tarixli lizinq müqavilәsi üzrә tәlәb olunan 62.680 manat borcun 2015-ci ilin II rübündәn 2022-ci ilin II rübünәdәk olan dövrü әhatә etdiyi, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin 2019-cu il ## ###### tarixli qәrarı ilә isә eyni texnikalara görә cavabdehdәn 2016-cı il ## #### tarixinәdәk yaranmış borcun artıq tutulduğu görünür. Buna baxmayaraq, apellyasiya instansiyası mәhkәmәsi eyni dövr üzrә borcun tәkrar tәlәb edilmәsinә vә qanuni qüvvәyә minmiş mәhkәmә aktının preyudisial әhәmiyyәtinә düzgün hüquqi qiymәt vermәmiş, bununla da MPM-in 82.3 vә 88ci maddәlәrinin tәlәblәrini pozmuşdur. Kollegiya göstәrmişdir ki, yeni apellyasiya baxışı zamanı eyni dövr üzrә borcun ikinci dәfә tәlәb edilib-edilmәmәsi, mәhkәmә aktının preyudisiallığı, hәmçinin Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tarixli qәtnamәsinin texnikaların qaytarılması hissәsindә icra hәrәkәtlәrinin davam edibetmәmәsi araşdırılmalı, mübahisәyә müvafiq hüquq normaları tәtbiq edilmәklә düzgün hüquqi qiymәt verilmәlidir.
25. Ali Mәhkәmәsi öz mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 467, 747.1 vә 748- 10.1-ci maddәlәri, MPM-in 14.2, 77.1, 82.3 vә 88-ci maddәlәrinә istinad etmәklә әsaslandırmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrәli qәtnamәsi ilә cavabdeh Cavabdeh apellyasiya şikayәti tәmin edilmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin “cavabdeh Cavabdeh 2020-ci il ## ####### tarixli lizinq müqavilәsi üzrә 62.680 manat mәblәğindә gecikdirilmiş әsas borc, 3.000 manat dәbbә pulu, cәmi 65.680 manat mәblәğindә pul vәsaiti, vәkil xidmәtlәrinә çәkilmiş xәrclәrin әvәzi olaraq 500 manat vә mediasiya xәrclәrinin әvәzi olaraq 165 manat mәblәğindә pul vәsaitinin tutularaq İddiaçı ödәnilmәsi; dövlәt rüsumunun kәsiri olan 73 manat mәblәğindә pul vәsaitinin iddiaçıdan tutularaq dövlәt büdcәsinә ödәnilmәsi” hissәsindә lәğv edilmәsi, hәmin hissәdә yeni qәtnamәnın çıxarılması, iddianın rәdd edilmәsi qәt edilmişdir (hakimlәr – T.Qocayev, E.Hәsәnov vә S.Cәfәrov).
27. Mәhkәmә kollegiyası texnikaların cavabdehә tәhvil verilmәmәsinә dair apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә qeyd etmişdir ki, mübahisәli lizinq müqavilәsinin bağlanması zamanı texnikaların cavabdehin faktiki sahibliyi vә istifadәsindә olması işin sübuta yetirilmiş halı olmaqla, kassasiya instansiyası mәhkәmәsi dә bu barәdә kassasiya şikayәtinin dәlillәrini әsassız hesab etdiyindәn hәmin dәlil hazırkı apellyasiya baxışının predmetini tәşkil etmir.
28. Eyni borcun ikinci dәfә tәlәb edilmәsi barәdә apellyasiya şikayәtinin dәlilini isә mәhkәmә kollegiyası әsaslı hesab etmiş vә qeyd etmişdir ki, Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tarixli qәtnamәsi ilә әvvәlki 4 lizinq müqavilәsi üzrә cavabdehә lizinqә verilmiş 12 әdәd kәnd tәsәrrüfatı texnikasının geri qaytarılması, hәmçinin müqavilәlәr üzrә ödәnilmәyәn 62.140 manat puluun cavabdehdәn tutulması qәt edilmiş, qәtnamә qanuni qüvvәsini almış vә icraya yönәldilmişdir. Işin tәkrar apellyasiya baxışı mәrhәlәsindә mәhkәmә tәrәfindәn sözügedәn qәtnamәnin icra vәziyyәtinin, elәcә dә qaytarılmalı olan 12 әdәd texnikanın qaytarılıb-qaytarılmamasının müәyyәn edilmәsi mәqsәdilә Masallı rayon Icra vә probasiya şöbәsinә sorğu ilә müraciәt edilmiş, cavab mәktubuna әsasәn icra sәnәdi üzrә icra hәrәkәtlәrinin davam etdirildiyi vә texnikaların tәlәbkara qaytarılmadığı qeyd edilmişdir.
29. Işin tәkrar apellyasiya baxışı zamanı cavabdehin dәlillәrinin әtraflı vә hәrtәrәfli araşdırılması mәqsәdilә Masallı Rayon Mәhkәmәsindәn *(***)-***/** nömrәli iş materialları tәlәb edilmişdir. Işin materiallarının tәdqiqi zamanı müәyyәn edilmişdir ki, iddiaçı ilә cavabdeh arasında bağlanmış 2012-ci il # ###### tarixli lizinq müqavilәsi üzrә ümumilikdә dәyәri 53.800 manat olan 4 әdәd, 2012-ci il ## ####### tarixli müqavilә üzrә dәyәri 37.300 manat olan 3 әdәd, 2013-cü il # ##### tarixli müqavilә üzrә dәyәri 118.500 manat olan 2 әdәd vә 2014-cü il # ######## tarixli müqavilә üzrә dәyәri 38.150 manat olan 3 әdәd kәnd tәsәrrüfatı texnikası lizinqә verilmişdir. Cavabdeh dörd müqavilә üzrә ümumilikdә 22.725 manat (10%) mәblәğindә ilkin ödәniş etmiş, 2016-cı il # #### tarixәdәk әlavә 31.870 manat olmaqla cәmi 54.595 manat ödәniş etmişdir. Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tarixli qәtnamәsi ilә 12 әdәd texnikanın qaytarılması vә 62.140 manat әsas borcun, 3.000 manat cәrimә borcunun tutulması qәt edilmişdir. 2020-ci il ## ####### tarixli, ***- GL/** nömrәli lizinq müqavilәsi üzrә isә 9 әdәd kәnd tәsәrrüfatı texnikası lizinqә verilmişdir. Hәmin texnikalar keçmiş lizinq müqavilәlәrinin predmeti olmuş eyni texnikalardır. Texnikaların eyni olması mübahisә predmeti deyildir. 2014-cü il # ######## tarixli müqavilәnin predmeti olmuş, 2020-ci il ## ####### tarixli müqavilәnin predmeti olmamış 3 әdәd texnikanın dәyәri isә 38.150 manat tәşkil edir (dәyәri 29.000 manat olan MTZ-892 markalı traktor, dәyәri 6.550 manat olan TS 24 markalı taxılsәpәn vә dәyәri 2.600 manat olan AG-14-4 markalı kotan). Mübahisәli lizinq müqavilәsi üzrә 9 texnikanın ilkin (tarixi) dәyәri 189.100 manat tәşkil etmişdir. Bu fakt hәm hazırkı lizinq müqavilәsinin 1.1-ci bәndindәki cәdvәldә ilkin qiymәt qrafasında göstәrilәn mәblәğlәrin cәmindәn, hәm dә keçmiş lizinq müqavilәlәri üzrә texnikaların ümumi dәyәrindәn (227.250 manat) hazırkı lizinq müqavilәsinin predmeti olmayan 3 әdәd texnikanın ümumi dәyәrinin (38.150 manat) çıxılması yolu ilә müәyyәn edilir. Hazırkı müqavilәyә uyğun olaraq texnikaların ilkin dәyәrinә 40% güzәşt tәtbiq edilmişdir. Hәmin güzәşt tәtbiq edildikdәn sonra texnikaların ümumi dәyәri 113.460 manat tәşkil edir. Müqavilәnin 1.1-ci bәndindә verilmiş cәdvәlin 8ci sütunu “Ödәnilmiş mәblәğ” adlanır. Hәmin sütunda hәr bir texnika üzrә müxtәlif mәblәğlәrin ödәnildiyi görünür vә bu mәblәğlәrin cәmi 50.780 manat tәşkil etmişdir. Güzәştin tәtbiqindәn vә ödәnilmiş mәblәğlәrin çıxılmasından sonra texnikalara görә ödәnilәcәk yekun qalıq mәblәğ cәdvәlin 9-cu sütununda göstәrilir vә bu mәblәğlәrin cәmi 62.680 manat, yәni hazırda iddiaçının tәlәb etdiyi mәblәği tәşkil etmişdir. Bu da tәsdiq etmişdir ki, tәrәflәrin “ödәnilmiş mәblәğ” kimi 50.780 manatı qәbul etmәsi tәsadüfi deyil, tәrәflәrin şüurlu vә mәqsәdli hesablaşmasının nәticәsidir.
30. Kollegiya 2020-ci il ## ####### tarixli, ***-GL/** nömrәli lizinq müqavilәsinә hüquqi qiymәt verәrәk belә nәticәyә gәlmişdir ki, bu müqavilә tәrәflәrin qarşılıqlı iradә ifadәsi әsasında, mülki qanunvericiliyin tәlәblәrinә uyğun şәkildә bağlandığından, etibarlı hesab edilmәlidir. Müqavilәnin etibarsız sayılması üçün qanunla nәzәrdә tutulmuş hәr hansı hüquqi әsas müәyyәn edilmәmişdir. Tәrәflәrin hәqiqi niyyәti güzәştli qalıq mәblәğin ödәnilmәsi müqabilindә 9 әdәd kәnd tәsәrrüfatı texnikasının cavabdehin mülkiyyәtinә keçmәsindәn ibarәt olmuşdur. Lakin müqavilәnin etibarlı olması onun mütlәq yeni vә müstәqil öhdәlik yaratması demәk deyildir. 2020-ci il ## ####### tarixli lizinq müqavilәsinә MM-in 531.1-ci maddәsi çәrçivәsindә novasiya kimi dә qiymәt verilmәsi mümkün deyildir. Hәmin maddәnin mәzmununa görә, novasiya yalnız tәrәflәr arasında mövcud olmuş ilkin öhdәliyin eyni şәxslәr arasında başqa predmet vә ya icra üsulu nәzәrdә tutan yeni öhdәliklә әvәz edilmәsi barәdә açıq vә birmәnalı razılaşma olduqda baş verir vә bu halda ilkin öhdәliyә xitam verilir. Başqa sözlә, novasiya yalnız öhdәliyin lәğvi niyyәti hüquqi nәticә doğuracaq dәrәcәdә aydın ifadә edildikdә mümkündür. Mübahisәli müqavilә etibarlı әqd olmaqla yanaşı, tәrәflәr arasında artıq mövcud olan vә mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş borc öhdәliyinin lәğv edilmәsinә deyil, onun icrasının asanlaşdırılmasına vә könüllü icranın tәmin edilmәsinә yönәlmişdir. Tәrәflәr arasında әvvәlki borcun lәğv edilәrәk yeni borcla әvәz olunması barәdә razılaşma yoxdur. Əksinә, әvvәlki borc üzrә qәbul edilmiş vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi hüquqi qüvvәsini saxlamışdır vә icra mәrhәlәsindәdir. Kәnd tәsәrrüfatı texnikasına güzәştlәrin tәtbiqi üzrә Xüsusi Komissiyanın 2015-ci il ## ##### tarixli qәrarı müәyyәn şәrtlәr daxilindә yeni müqavilәnin bağlanmasının mümkünlüyünü nәzәrdә tutan ilkin razılaşma xarakteri daşımışdır. Qәrar özü-özlüyündә öhdәliyә xitam verәn hüquqi fakt deyildir. Hәmin qәrarda göstәrilәn güzәştlәrin vә әvvәlki müqavilәlәrә xitamın hüquqi nәticә doğurması cavabdehin yeni müqavilә bağlaması ilә şәrtlәndirilmiş, lakin bu şәrt uzun müddәt yerinә yetirilmәmiş, tәrәflәr arasında mübahisә yaranmış vә nәticәdә mәhkәmә qәtnamәsi ilә borc öhdәliyi müәyyәn edilmişdir. Bu baxımdan, mәhkәmә qәtnamәsi qәbul edildikdәn sonra bağlanan mübahisәli müqavilә nә Xüsusi Komissiya qәrarının avtomatik icrası, nә dә әvvәlki öhdәliyin lәğvi kimi qiymәtlәndirilә bilәr. Qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi üzrә mövcud öhdәliyә tәrәflәrin sonradan bağladıqları müqavilә ilә avtomatik xitam verilә bilmәz. Belә hüquqi nәticәnin yaranması üçün iddiaçının qәtnamә ilә tәmin edilmiş tәlәbdәn açıq şәkildә imtina etmәsi vә icra işinә xitam verilmәsi zәruri idi. Bu hallar baş vermәdiyindәn, әvvәlki öhdәlik hüquqi qüvvәsini saxlamışdır. Nәhayәt, mübahisәli müqavilәdә әvvәlki müqavilәlәr üzrә edilmiş ödәnişlәrin vә Xüsusi Komissiya qәrarında nәzәrdә tutulan güzәşt mәblәğlәrinin nәzәrә alınması, tәrәflәrin özlәri tәrәfindәn bu müqavilәyә әvvәlki münasibәtlәrin davamı vә icra mexanizmi xarakteri verildiyini göstәrir. Bu isә, müqavilәnin yeni lizinq münasibәtlәri yaratmadığını vә MM-in 531.1-ci maddәsi mәnasında novasiya tәşkil etmәdiyini bir daha tәsdiq etmişdir. Mübahisәli müqavilә etibarlı әqd olmaqla yanaşı, faktiki hallar nәzәrә alındıqda yeni lizinq münasibәtlәrinin yaranmasına sәbәb olmamışdır. Birinci instansiya mәhkәmәsi mübahisәli müqavilә üzrә yaranmış münasibәtlәrә yeni lizinq münasibәtlәri kimi hüquqi qiymәt versә dә, tәqdim edilәn sübutlar bu mövqeni tәsdiq etmir. Belә ki, 2020ci il ## ####### tarixli müqavilәnin predmeti olan 9 texnika faktiki olaraq dövriyyәdәn çıxarılmamış vә iddiaçıya qaytarılmadığı üçün cavabdehin istifadәsindә fasilәsiz qalmışdır. Bu isә klassik yeni lizinq münasibәtlәrindә nәzәrdә tutulan yeni risk bölgüsü vә amortizasiya dövrünün olmamasını göstәrir. Hәmçinin, iş materiallarına әlavә olunmuş ödәniş qrafikinә görә, tәlәb edilәn mәblәğ müqavilәnin bağlanmasından әvvәlki illәri, yәni 2015-ci ilin II rübündәn 2022-ci ilin II rübünәdәk olan dövrü әhatә edir. Bu da әvvәlki müqavilә üzrә öhdәliklәrin davam etdiyini, yeni lizinq dövrünün açılmadığını göstәrir.
31. Bundan başqa, iddiaçı 2020-ci il ## ####### tarixli müqavilәdә әvvәlki lizinq müqavilәlәri üzrә edilmiş ödәnişlәri “ödәnilmiş mәblәğ” kimi nәzәrә alaraq, hәmin ödәnişlәri hesablaşmanın tәrkib hissәsi kimi qәbul etmişdir. Bu hal göstәrir ki, iddiaçı әvvәlki müqavilәlәri inkar etmәmiş, әksinә, onları bu müqavilәnin әsas dayaq nöqtәsi kimi tanımışdır. Bu yanaşma hüquqi baxımdan onu göstәrir ki, iddiaçı özü 2020-ci il tarixli müqavilәyә yeni vә müstәqil öhdәlik deyil, әvvәlki lizinq münasibәtlәrinin davamı vә yekun hesablaşma mәrhәlәsi kimi baxmışdır. Halbuki, klassik lizinq müqavilәsindә әvvәlki ödәnişlәr nәzәrә alınmır vә ya hüquqi әhәmiyyәt kәsb etmir. Bu işdә isә әksinә, hәmin ödәnişlәr әsas götürülmüşdür. Bu baxımdan, әvvәlki müqavilәlәrdә vә indiki müqavilәdә nәzәrdә tutulan formal müddәtlәrin tam üst-üstә düşmәmәsi müstәqil hüquqi nәticә doğuran amil deyil, çünki texnikalar cavabdeh tәrәfindәn fasilәsiz şәkildә istifadә olunmuş, geri qaytarılmamış vә hәmin istifadә әvvәlki lizinq münasibәtlәrinin faktiki davamı kimi hәyata keçirilmişdir. Belәliklә, qeyd edilәn faktiki hallar onu göstәrmişdir ki, 2020-ci il ## ####### tarixli müqavilә tәrәflәr arasında mövcud olan borc münasibәtinin lәğvi mәqsәdini yox, qüvvәdә olan mәhkәmә qәtnamәsinin könüllü icrasını tәmin etmәyә yönәlmiş mexanizm funksiyasını daşımışdır. Iddiaçının mәqsәdi texnikaların geri qaytarılması deyil, qalıq borcun ödәnilmәsi müqabilindә onların cavabdehin mülkiyyәtindә saxlanılması olmuşdur.
32. Tәlәb edilәn mәblәğlәr arasındakı fәrqә gәldikdә kollegiya qeyd etmişdir ki, hәm Masallı Rayon Mәhkәmәsinin qәtnamәsi ilә müәyyәn edilmiş 62.140 manat, hәm dә hazırkı iş üzrә mübahisәlәndirilәn 62.680 manat borc mәblәği iqtisadi vә hüquqi baxımdan eynidir. Iqtisadi eynilik ondan ibarәtdir ki, hәr iki mәblәğ yalnız 9 texnikaya aiddir, eyni istifadә nәticәlәrini әhatә edir vә eyni iqtisadi balansı әks etdirir. Hüquqi eynilik isә ondan ibarәt olmuşdur ki, hazırkı mübahisә müstәqil lizinq münasibәtlәri çәrçivәsindә yaranmamış, әvvәlki lizinq münasibәtlәrinin davamı olmuşdur. Hazırkı iddia üzrә tәlәb edilәn 62.680 manat 2020-ci ildә bağlanmış müqavilә vә keçmiş tarixlәrә aid ödәniş qrafiki әsasında, eyni borcun texnikaların ilkin qiymәtinә 40 faiz güzәşt tәtbiq olunmaqla vә әvvәlki ödәnişlәr çıxılmaqla alternativ qaydada hesablanmış formasıdır. Ilkin qiymәtә 40 faiz güzәşt tәtbiq edildikdәn sonra lizinq predmetlәrinin ümumi dәyәrinin 113.460 manat tәşkil etmәsi vә cavabdeh tәrәfindәn әvvәlki müqavilәlәr üzrә edilmiş 50.780 manat mәblәğinin hesablaşmaya daxil edilmәsi göstәrmişdir ki, hәr iki halda әldә edilәn nәticә eyni lizinq predmetlәri üzrә yekun borcun müәyyәn edilmәsinә xidmәt edir. Bu isә mәblәğlәr arasındakı fәrqin öhdәliyin mahiyyәtinin dәyişmәsi ilә deyil, yalnız hesablanma üsulunun fәrqlәnmәsi ilә bağlı olduğunu tәsdiq etmişdir.
33. Masallı Rayon Mәhkәmәsinin 2017-ci il ## ###### tarixli qәtnamәsi hazırda icra mәrhәlәsindә olduğundan vә bu iş üzrә preyudisial xarakter daşıdığından, eyni iqtisadi mahiyyәtli tәlәbin fәrqli әsasla yenidәn tәmin edilmәsi yolverilmәzdir. Belә ki, hәmin qәtnamә әsasında cavabdehdәn borc tutularsa, әlavә olaraq bu iş üzrә dә eyni mәblәğin tutulması cavabdehin eyni borc üzrә ikiqat öhdәlik daşımasına sәbәb olacaq vә bu, әdalәt vә hüquqi müәyyәnlik prinsiplәrinә ziddir. Masallı Rayon Mәhkәmәsinin qәtnamәsi eyni tәlәb üzrә qüvvәdә olduğu vә icra mәrhәlәsindә qaldığı müddәtdә, iddiaçı yalnız hәmin qәtnamәnin icrasını tәlәb edә bilәr vә ya alternativ olaraq cavabdeh tәrәfindәn hәyata keçirilәn könüllü icra ilә kifayәtlәnmәlidir.
34. Iddiaçının dәbbә pulu tәlәbinin 3.000 manat hissәsinin tәmin edilmәsi hissәsinә münasibәtdә qeyd edilmişdir ki, dәbbә pulu öhdәliyin icrasının tәmini üsulu olmaqla, tәrәflәr arasında yazılı razılaşmaya әsaslanır. Yuxarıda göstәrildiyi kimi, hazırkı müqavilә yeni öhdәliyin yaranmasına sәbәb olmadığından, әvvәlki öhdәliyin pozulmasına görә isә artıq mәhkәmә qәtnamәsi ilә tutulmuş dәbbә pulu mövcud olduğundan, iddia dәbbә pulunun tәlәb edilmәsi hissәsindә dә tәmin edilmәmәlidir.
35. Gәldiyi nәticәni apellyasiya mәhkәmәsi MM-in 324, 337, 390, 404, 531 vә 747ci, MPM-in 14, 77, 82.3, 88, 107, 119, 385, 386, 388, 402 vә 420-ci maddәlәrinә istinad etmәklә әsaslandırmışdır.
36. Iddiaçı kassasiya şikayәti verәrәk hәmin qәtnamәnin lәğv edilәrәk işin yenidәn baxılmaq üçün apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
37. MM-in 324, 390, 531 vә 747-ci maddәlәri üzrә – apellyasiya mәhkәmәsi 2020-ci il ## ####### tarixli ***-GL/** nömrәli müqavilәni lizinq müqavilәsi kimi qiymәtlәndirmәmiş, onu yalnız әvvәlki qәtnamәnin icra mexanizmi hesab etmişdir. Halbuki müqavilәdә lizinq predmetlәri, ödәniş qrafiki, güzәşt tәtbiqi vә mülkiyyәtin öhdәliklәr tam icra edildikdәn sonra lizinq alana keçmәsi nәzәrdә tutulmuş, bu isә MM-in 747.1-ci maddәsindә göstәrilәn lizinq müqavilәsinin әlamәtlәrinә tam uyğun olmuşdur. Apellyasiya mәhkәmәsi tәrәflәrin hәqiqi iradәsini vә müqavilәnin iqtisadi mahiyyәtini nәzәrә almamış, nәticәdә müqavilәyә yanlış hüquqi qiymәt vermişdir. Tәrәflәrin mәqsәdi texnikaların cavabdehdә qalması müqabilindә onların güzәştli dәyәrlә ödәnilmәsi olmuş, bu razılaşma әvvәlki münasibәtlәrin davamı deyil, yeni lizinq münasibәti yaratmışdır. Bundan әlavә, mәhkәmә 2020-ci il müqavilәsi üzrә tәlәb edilәn borcu әvvәlki mәhkәmә qәtnamәsi ilә tutulmuş borcun tәkrarı kimi qiymәtlәndirmәklә sәhv nәticәyә gәlmişdir. Masallı Rayon Mәhkәmәsinin qәtnamәsi yalnız 2016-cı il ## #### tarixinәdәk olan borcu vә texnikaların qaytarılmasını әhatә etmiş, sonrakı dövr üzrә münasibәtlәr isә 2020-ci il tarixli yeni müqavilә ilә tәnzimlәnmişdir. Ali Mәhkәmәnin 2025-ci il ## ### tarixli qәrarında da yalnız 2016-cı il ## #### tarixәdәk olan dövr üzrә borcun tәkrar tәlәb olunub-olunmamasının araşdırılması göstәrilmiş, apellyasiya mәhkәmәsi isә hәmin göstәrişi düzgün icra etmәmişdir. Bununla yanaşı, mәhkәmә real borcun müәyyәn edilmәsi üçün mühasibatlıq ekspertizası tәyin etmәmiş, güzәşt tәtbiqindәn sonra cavabdehin faktiki borc mәblәğini araşdırmamışdır.
38. MPM-in 217.1-ci maddәsi üzrә – apellyasiya mәhkәmәsi işin bütün hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmadan nәticәyә gәlmiş, müqavilәlәrin iqtisadi nәticәlәrinә, әvvәlki müqavilәlәr üzrә cavabdehin faktiki ödәmәli olduğu mәblәğә vә 2020-ci il razılaşmasının mahiyyәtinә hüquqi qiymәt vermәmişdir. Mәhkәmә cavabdehin güzәşt tәtbiqindәn sonra faktiki ödәmәli olduğu mәblәğin nә qәdәr tәşkil etdiyini, qәbul edilәn qәtnamә nәticәsindә onun hansı hәcmdә az ödәniş etmәklә texnikalara sahib olacağını müәyyәn etmәmiş, bu mәqsәdlә zәruri olan mühasibatlıq ekspertizasını tәyin etmәmişdir. Halbuki hәmin hallar mübahisәnin düzgün hәlli üçün mühüm әhәmiyyәt kәsb etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
39. Kassasiya şikayәtinә qarşı etiraz göndәrilmәmişdir.
Kassasiya baxışının hədləri
40. Hazırkı icraat çәrçivәsindә apellyasiya mәhkәmәsinin qәtnamәsi bütövlükdә mübahisәlәndirildiyi üçün onun qanuniliyi vә әsaslılığı MPM-in 416.1-ci maddәsinә uyğun olaraq kassasiya şikayәtindә ifadә olunmuş dәlillәr üzrә tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
41. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Maddә 385. Öhdәlik anlayışı
385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.”
“Maddә 389. Müqavilә anlayışı
389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır.”
“Maddә 390. Müqavilә azadlığı
390.1. Fiziki vә hüquqi şәxslәr azad surәtdә müqavilәlәr bağlaya vә bu müqavilәlәrin mәzmununu müәyyәnlәşdirә bilәrlәr. Onlar bu Mәcәllәdә nәzәrdә tutulmayan, lakin ona zidd olmayan müqavilәlәr dә bağlaya bilәrlәr.”
“Maddә 404. Müqavilәnin tәfsiri
404.1. Müqavilә şәrtlәrini tәfsir edәrkәn mәhkәmә tәkcә müqavilәdәki söz vә ifadәlәrin hәrfi mәnasını deyil, hәm dә tәrәflәrin iradә ifadәsinin hәqiqi mәnasını, bütövlükdә müqavilәnin hәrfi mәnasının onun digәr şәrtlәri vә mәnası ilә müqayisәsini nәzәrә alır.”
“Maddә 531. Öhdәliyә novasiya nәticәsindә xitam verilmәsi
531.1. Öhdәliyә tәrәflәr arasında mövcud olmuş ilkin öhdәliyin eyni şәxslәr arasında digәr predmet vә ya icra üsulu (novasiya) nәzәrdә tutan başqa öhdәliklә әvәz edilmәsi haqqında tәrәflәrin razılaşması ilә xitam verilir.”
“Maddә 747. Lizinq müqavilәsi
747.1. Lizinq müqavilәsinә görә lizinq verәn müәyyәn әşyanı müqavilә ilә şәrtlәşdirilmiş müәyyәn haqla, müәyyәn müddәtә vә digәr şәrtlәrlә (lizinq alana әmlakı satın almaq hüququnun verilmәsi dә daxil olmaqla) lizinq alanın istifadәsinә vermәyә borcludur. Lizinq alan müәyyәnlәşdirilmiş dövriliklә muzd ödәmәyә borcludur.”
“Maddә 748-10. Lizinq ödәnişlәri
748-10.1. Lizinq müqavilәsinin qüvvәdә olduğu müddәt әrzindә hәmin müqavilә üzrә ödәnişlәrin ümumi mәblәği lizinq ödәnişlәri hesab edilir. Lizinq ödәnişlәri lizinq müqavilәsi üzrә lizinq alana verilmiş lizinq obyektindәn istifadәyә görә onun tәrәfindәn lizinq verәnin xeyrinә hәyata keçirilәn ödәnişlәrdir.”
42. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Maddә 9. Ədalәt mühakimәsinin çәkişmә, tәrәflәrin bәrabәrliyi vә faktlar әsasında hәyata keçirilmәsi ... 9.3. Hakim bütün hallarda prosesin çәkişmә prinsipini tәmin etmәlidir. O, öz qәrarını yalnız tәrәflәrin çәkişmә prinsipinә әsasәn müzakirә etdiyi dәlillәrlә, onların verdiyi izahatlarla, sәnәdlәrlә әsaslandırmalıdır. Mәhkәmә, qәrarını özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandıra bilmәz.”
“Maddә 14. Iş üzrә mәhkәmә baxışının prinsiplәri
14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.”
“Maddә 77. Sübut etmә vәzifәsi
77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.”
Maddә 82. Sübut etmәkdәn azad olmaq üçün әsaslar
82.3. Bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir.”
“Maddә 217. Qәtnamәnin qanuniliyi vә әsaslılığı
217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır.”
“Maddә 261. Icraata xitam verilmә әsasları
261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa;”
“Maddә 418. Apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin vә ya qәrardadının lәğv edilmәsinin әsasları
418.1. Maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması, o cümlәdәn maddi vә prosessual hüququn tәtbiqi üzrә mәhkәmә tәcrübәsinin vahidliyinin pozulması apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә qәrardadının lәğv edilmәsi üçün әsasdır. 418.2. Bu Mәcәllәnin 386-cı maddәsindә göstәrilәn hallarda maddi hüquq normaları pozulmuş vә ya düzgün tәtbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması qәtnamәnin yaxud qәrardadın lәğv edilmәsi üçün o vaxt әsas ola bilәr ki, bu pozuntu düzgün qәtnamә qәbul edilmәmәsi ilә nәticәlәnsin vә ya nәticәlәnә bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәti qismәn tәmin edilmәli, apellyasiya mәhkәmәsinin qәtnamәsi lәğv olunmaqla iş tәkrar baxılması üçün hәmin mәhkәmәyә qaytarılmalıdır.
44. Belә ki, mülki prosessual qanunvericiliyin tәlәblәri vә mülki mәhkәmә icraatında baxılan mübahisәlәrin hәlli metodikası baxımından mәhkәmә ilk olaraq işin mübahisәsiz vә mübahisәli hallarını dәqiq müәyyәn etmәlidir. Bu hallar müәyyәn edildikdәn sonra isә tәrәflәrin hansı maddi hüquq münasibәtlәrindә (müqavilә, delikt, әsassız varlanma vә s.) olmaları vә hәmin hüquq münasibәtlәrini tәnzimlәyәn maddi hüquq normalarına әsasәn iddia tәlәblәrinin vә iddiaya etirazın qanuni (hüquqi) әsasları, habelә sübutetmә predmeti vә tәrәflәrin üzәrilәrinә düşәn sübutetmә vәzifәlәri müәyyәn edilmәlidir.
45. Tәrәflәrin müqavilә münasibәtlәrindә olmaları müәyyәn edildikdә isә iddianın hüquqi әsası, sübutetmә predmeti vә tәrәflәrin üzәrilәrinә düşәn sübutetmә vәzifәlәri müqavilә şәrtlәrinә uyğun müәyyәn edilәrәk mübahisә hәmin şәrtlәrә uyğun hәll edilmәlidir.
46. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Qәrarlarında ifadә olunmuş hüquqi mövqe dә ondan ibarәtdir ki, tәrәflәr hüquq vә öhdәliklәrini mülki qanunvericiliyә müvafiq olaraq müqavilә ilә razılaşdırdıqları halda mәhkәmәlәr yaranmış mübahisәni hәmin müqavilә şәrtlәri çәrçivәsindә hәll etmәli, tәrәflәrin müqavilә üzrә öhdәliklәrini icra edib-etmәmәlәrini hәrtәrәfli araşdırmalı, elәcә dә hansı tәrәfin öhdәliyin icra edilmәmәsi üçün mәsuliyyәt daşımalı olduğunu dәqiqliklә müәyyәn etmәlidir (Konstitusiya Mәhkәmәsi Plenumunun 2018-ci il ## #### tarixli Qәrarı).
47. Işә baxan apellyasiya instansiya mәhkәmәsi isә qeyd olunan tәlәblәrә riayәt etmәmişdir.
48. Ilk olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası mәhkәmәsi iş üzrә halları müәyyәn edәrkәn prosessual qanunvericiliyin tәlәblәrini pozmuşdur.
49. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi müqavilәni tәrәflәrin irәli sürdüklәri dәlillәr vә mübahisәlәndirdiklәri hallar çәrçivәsindә deyil, tәrәflәrin heç birinin istinad etmәdiyi hallara әsaslanmaqla tәfsir etmiş vә nәticәdә müqavilәnin yeni hüquq münasibәtlәri yaratmadığı qәnaәtinә gәlmişdir.
50. Halbuki mülki prosesdә mәhkәmә hüquq normasını özü müәyyәn etsә dә, qәrarını tәrәflәrin istinad etmәdiklәri faktiki hallarla әsaslandıra bilmәz.
51. Belә ki, MPM-in 9.3-cü maddәsinә görә hakim öz qәrarını yalnız tәrәflәrin çәkişmә prinsipinә әsasәn müzakirә etdiyi dәlillәrlә, onların verdiyi izahatlarla, sәnәdlәrlә әsaslandırmalıdır. Mәhkәmә, qәrarını özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandıra bilmәz.
52. Apellyasiya instansiya mәhkәmәsi isә müqavilәni tәrәflәrin istinad etdiyi hallara görә deyil, öz ehtimal vә mülahizәlәri әsasında tәfsir etmişdir.
53. Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII hissәsinin Azәrbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2019-cu il tarixli qәrarında da qeyd olunmuşdur ki, mülki işlәr vә iqtisadi mübahisәlәr üzrә mәhkәmә icraatı zamanı mәhkәmәlәr әdalәt mühakimәsini çәkişmә vә tәrәflәrin bәrabәrliyi prinsipinә riayәt etmәklә, tәrәflәrin tәqdim etdiyi sübutlar vә faktlar әsasında hәyata keçirmәli, öz qәrarlarını yalnız tәrәflәrin çәkişmә prinsipinә әsasәn müzakirә etdiyi dәlillәrlә, onların verdiyi izahatlarla, tәqdim etdiklәri vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә müvafiq olaraq әldә edilmiş sübutlarla әsaslandırmalı, hәmin sübutların araşdırılmasından irәli gәlәn hәqiqәti müәyyәn etmәlidir.
54. Bundan әlavә, iddiaçı 2020-ci il ## ####### tarixli müqavilәyә istinadәn hazırkı iddianı irәli sürmüşdür.
55. Apellyasiya instansiya mәhkәmәsi isә bir tәrәfdәn hәmin müqavilәnin etibarlı әqd olduğunu vurğulamış, digәr tәrәfdәn isә onun yeni vә müstәqil öhdәlik, faktiki olaraq yeni lizinq münasibәtlәri yaratmadığını qeyd etmişdir.
56. Halbuki MM-in 389.1-ci maddәsinә әsasәn müqavilә mülki hüquq vә vәzifәlәrin müәyyәn edilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında razılaşmadır.
57. Bununla bağlı kollegiya qeyd edir ki, әgәr tәrәflәr arasında etibarlı müqavilә varsa bunun onlar üçün heç bir öhdәlik yaratmaması ümumiyyәtlә müqavilәnin tәbiәtinә uyğun deyil. Çünki etibarlı müqavilәnin zәruri şәrtlәrindәn biri dә onun tәrәflәr üçün mәhz mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirmәsindәn ibarәtdir.
58. Digәr tәrәfdәn, mәhkәmәnin müәyyәn etdiyi hallar vә apardığı hüquqi dәyәrlәndirmә ziddiyyәtli olmaqla yanaşı kifayәt qәdәr әsaslandırmamışdır.
59. Belә ki, әvvәlki mәhkәmә qәtnamәsi ilә tәrәflәr arasında 2012-2014-cü illәrdә bağlanmış 4 әdәd lizinq müqavilәsi lәğv edilmiş, lizinq obyektlәrinin qaytarılması vә 2016cı il ## #### tarixinәdәk olan borcun tutulması qәt edilmişdir. Sonradan isә tәrәflәr arasında 2020-ci il ## ####### tarixli yeni lizinq müqavilәsi bağlanmış, hәmin müqavilәdә lizinq predmeti, güzәşt tәtbiq edilmiş dәyәr, ödәniş qrafiki, öhdәliklәrin icra qaydası, habelә öhdәlik tam yerinә yetirildikdәn sonra mülkiyyәt hüququnun lizinq alana keçmәsi ayrıca tәnzimlәnmişdir. Eyni zamanda, hәmin qәtnamәnin icra olunmaması vә lizinq obyektlәrinin qaytarılmaması müәyyәn edilmişdir.
60. Apellyasiya instansiyası mәhkәmәsi isә hesab etmişdir ki, hazırkı iş üzrә tәlәb olunan 62.680 manat mәblәğ әvvәlki mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş borcun yalnız güzәşt tәtbiq edilmәklә yenidәn hesablanmış formasıdır vә eyni iqtisadi-hüquqi mahiyyәt daşıyır.
61. Əgәr mәhkәmәnin qәnaәti bundan ibarәtdirsә, onda hәmin hal MPM-in 261.0.2-ci maddәsi baxımından hüquqi nәticә doğurmalı idi. Çünki eyni tәrәflәr arasında, eyni predmet vә eyni әsas üzrә qanuni qüvvәyә minmiş mәhkәmә aktı mövcud olduqda bu hal iddianın mahiyyәti üzrә rәdd edilmәsinin deyil, iş üzrә icraata xitam verilmәsinin әsasını tәşkil edә bilәrdi.
62. Bundan başqa, qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı ilә 2012-2014-cü illәrdә bağlanmış lizinq müqavilәlәrinin lәğv edilmәsi, 2016-cı il ## #### tarixinәdәk olan borcun tutulması, lizinq obyektlәrinin hazıra kimi cavabdehin istifadәsindә qalması halları vә 2020ci il ## ####### tarixli lizinq müqavilәsi üzrә güzәştin tәtbiq edilmәsi, borcun yenidәn hesablanması vә öhdәlik tam yerinә yetirildikdәn sonra mülkiyyәt hüququnun lizinq alana keçmәsi şәrtlәri üzrә әsaslandırılmış hüquqi dәyәrlәndirmә aparılmamış, yenә dә tәrәflәrin istinad etmәdiyi hallar vә mәhkәmәnin mülahizәlәri әsasında qiymәtlәndirmә aparılmışdır.
63. Eyni zamanda, işin birinci kassasiya baxışından sonra iddiaçı sonuncu apellyasiya baxışı zamanı 2023-cü il ## ######## tarixli maliyyә arayışında dәqiqlәşmә tәqdim etmiş, tәlәb etdiyi borc mәblәğini әvvәlki mәhkәmә qәtnamәsi ilә әhatә olunan dövr nәzәrә alınmaqla yenidәn hesablamışdır.
64. Apellyasiya instansiyası mәhkәmәsi hәmin yeni hesablamanın әvvәlki mәhkәmә qәtnamәsi ilә hansı hissәdә üst-üstә düşdüyünü, hansı hissәdә isә yeni müqavilәdәn irәli gәldiyini konkret hesablamalar әsasında müәyyәn etmәmiş, bu barәdә ümumi mülahizәlәrlә kifayәtlәnmişdir.
65. Halbuki әvvәlki kassasiya qәrarında da mәhz eyni dövr üzrә borcun ikinci dәfә tәlәb olunub-olunmamasının araşdırılması zәruri hesab edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsindә isә hәmin göstәrişin hansı araşdırmalar әsasında yerinә yetirildiyi aydın olmur.
66. Qeyd olunanlara әsasәn kollegiya hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsi MPM-in 217.1 vә 217.3-cü maddәlәrinin tәlәblәrinә cavab vermir.
67. Bu baxımdan, kassasiya şikayәti qismәn tәmin edilmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsi maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edildiyinә görә lәğv edilmәli vә iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işә yenidәn baxılarkәn hazırkı qәrarda әks olunan hüquqi mövqe nәzәrә alınmaqla qanuni vә әsaslı, habelә iş üzrә müәyyәn edilmiş hallara uyğun әsaslandırılmış qәtnamә qәbul edilmәlidir.
68. Göstәrilәnlәrә әsasәn vә MPM-in 417-419-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti qismәn tәmin edilsin. Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilsin. Iş tәkrar baxılması üçün hәmin mәhkәmәyә qaytarılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.