Məhkəmə qərarları › İş №2-2(1-8)-195/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-195/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-195/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Gəncə Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2020-ci il # ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə 27.567,40 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

2. Həmin qətnamə icraya yönəldilmiş, lakin Gəncə Şəhər Icra Idarəsinin 2023-cü il # ###### tarixli qərarı ilə “Icra haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinadən borclu hüquqi şəxsdə tələbin yönəldilə biləcəyi əmlak və gəlirin aşkar edilməməsi səbəbindən icra sənədi icra orqanı tərəfindən məhkəməyə qaytarılmışdır.

3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə tələbkar “xxxx” ASC-nin şikayəti təmin edilərək, Gəncə Şəhər Icra Idarəsinin 2023-cü il # ###### tarixli qərarı ləğv edilmiş və Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il # ######## tarixli *-*(***)-**/**** nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

4. “xxxx” MMC-nin təsisçisi (iştirakçısı) Cavabdehdur.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.567,4 manat məbləğində sığorta ödənişinin, 172,7 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 27.740,5 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, hazıra kimi icra hərəkətlərinin davam etdirilməsinə baxmayaraq, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il # ######## tarixli *-*(***)-**/**** saylı qətnaməsi bu günədək icra edilmədən qalmışdır. Həmin qətnamə ilə “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalı olan pul cavabdehdən tutulmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən o, müəssisənin işəgötürəni kimi dəymiş zərərə görə məsuliyyət daşıyır və iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi və həmin qətnamə ilə “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalı olan və bu günkü günə qədər ödənilməyən 27.567,4 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malikdir.

7. Iddiaçı sonradan iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, “xxxx” MMC-nin nizamnaməsinin 5.2-ci bəndinə əsasən cəmiyyətin iştirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Nizamnamənin istinad edilən bəndinin tələbinə əsasən cavabdeh müəssisənin təsisçisi kimi dəymiş zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır.

8. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, borc məbləği məhkəmə qətnaməsi ilə “xxxx” MMC-dən tutulmuşdur. Hazırda hüquqi şəxs fəaliyyət göstərmir, həmin pulu ödəmək üçün imkanı yoxdur.

9. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Quliyeva)

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələb edilən sığorta ödənişi hüquqi şəxsə məxsusdur. Həmin sığorta ödənişinin isə hüquqi şəxsdən tutularaq sığorta müəssisəsinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Hazırkı cavabdeh hüquqi şəxsin təsisçisidir. O, hüquqi şəxsin nizamnaməsinə əsasən hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayaların dəyəri həddində risk daşıyır. Təsisçi tərəfindən hüquqi şəxsin fəaliyyəti üçün qoyduğu maya isə hüquqi şəxsin əmlakıdır və hüquqi şəxs isə bütün əmlakı ilə öz öhdəlikləri üçün məsuliyyət daşıyır.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 52, 936.1, 936.2 və 936.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.

12. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - R.Məcidovsədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və İ.Həsənov).

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “xxxx” MMC-nin 2005-ci il ## ###### tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən açıq şəkildə görünür ki, cəmiyyət öz öhdəlikləri üçün ona məxsus bütün əmlakla cavabdehdir, cəmiyyətin iştirakçısı isə cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır və yalnız qoyduğu payın (mayasının) dəyəri həddində risk daşıyır.

15. Apellyasiya şikayətində iddiaçı tərəf nizamnamənin göstərilən müddəalarına istinad edərək, vurulmuş zərərin cəmiyyətin fəaliyyəti ilə bağlı olduğunu və bu səbəbdən təsisçinin məsuliyyət daşımalı olduğunu iddia etsə də, məhkəmə bu mövqeyi hüquqi cəhətdən əsassız hesab etmişdir. Belə ki, nizamnamədə iştirakçının “qoyduğu payın dəyəri həddində risk daşıması” dedikdə, onun cəmiyyətə qoyduğu əmlakın dəyərinin itirilməsi riskini nəzərdə tutulur və bu hal iştirakçının cəmiyyətin kreditorları qarşısında birbaşa borclu şəxsə çevrilməsi mənasına gəlmir. Təsisçinin qoyduğu pay hüquqi şəxsin mülkiyyətinə keçir və həmin pay hüquqi şəxsin əmlakı kimi cəmiyyətin öhdəlikləri üzrə məsuliyyətin predmetini təşkil edir. “xxxx” MMC-nin nizamnaməsində təsisçinin cəmiyyətin kreditorları qarşısında birbaşa və ya subsidiar məsuliyyət daşımasını nəzərdə tutan norma mövcud deyildir. Əksinə, nizamnamə MM-in 52 və 87-ci maddələri ilə uyğun olaraq, iştirakçının yalnız qoyduğu payın dəyəri həddində risk daşıdığını təsbit edir.

16. Bu baxımdan apellyasiya şikayətində göstərilən “cəmiyyətin fəaliyyəti ilə bağlı zərər” anlayışı təsisçinin avtomatik məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas təşkil etmir. Qanunvericilik cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış öhdəliklərə görə birbaşa məsuliyyəti məhz hüquqi şəxsin üzərinə qoyur. Iş üzrə mövcud olan 2020-ci il # ######## tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borclu qismində məhz “xxxx” MMC müəyyən edilmişdir. Həmin qətnamə borcun subyektini dəyişdirmir və icra olunmaması borclunun əvəzlənməsi üçün hüquqi əsas yaratmır. Hazırkı iş üzrə zərərə görə məsuliyyət daşıyan şəxs kimi əvvəlki məhkəmə qətnaməsi ilə “xxxx” MMC müəyyən edilmişdir. Subroqasiya hüququnun həyata keçirilməsi yalnız zərərvuran şəxsə və ya qanunvericiliyə əsasən zərərə görə maddi məsuliyyət daşıyan digər şəxsə yönəldilə bilər. Lakin, hüquqi şəxsin təsisçisi qanunvericiliyə əsasən avtomatik qaydada belə məsul şəxs hesab edilmir. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması, maliyyə çətinliyi və ya əmlakının olmaması faktı onun təsisçisinin avtomatik olaraq həmin hüquqi şəxsin borclarına görə məsuliyyət daşımasına əsas vermir. Qanunvericilikdə hüquqi şəxsin “korporativ pərdəsinin qaldırılması” və ya təsisçinin subsidiar məsuliyyətinin tətbiqi üçün konkret hüquqi əsaslar nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə belə halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

17. Eyni zamanda, hazırkı iş üzrə mübahisə predmeti olan pul vəsaitinin məbləği və əsaslar eyni olsa da, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il # ######## tarixli *-*(***)- **/**** nömrəli qətnaməsinin tərəfləri ilə hazırki işin tərəfləri eyni deyildir. Bu səbəbdən də birinci instansiyası məhkəməsi haqlı olaraq hazırki mübahisəyə mahiyyəti üzrə baxmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla yanaşı MM-in 87.1-ci, MPM-in 218.3, 384.0.1, 385.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 21, 52, 936.1, 936.2, 1096 və 1097-ci maddələri üzrə - “xxxx” MMC-nin 2005-ci il ## ###### tarixdə qeydiyyata alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərinə görə, cəmiyyətin təsisçisi (iştirakçısı) cavabdehdir. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Cəmiyyətin iştirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. MM-in 52-ci maddəsinin məzmunundan müəyyən olunur ki, hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallarda təsisçi hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıyır və “xxxx” MMC-nin 2005-ci il ## ###### tarixdə qeydiyyata alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən görünür ki, iştirakçı cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayanın dəyəri həddində risk daşıyır. Işin hallarından müəyyən olunur ki, 2012-ci il # ###### tarixli sığorta hadisəsi nəticəsində “xxxx” MMC tərəfindən malların daşınması müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar iddiaçı tərəfindən sığortalanmış əmlaka zərər vurulmuşdur. “xxxx” MMC “X1 Zavodu” MMC ilə “xxxx” MMC arasında bağlanmış ** saylı müqavilə üzrə yükün daşınmasını həyata keçirmiş və daşıyıcı şirkət olaraq öz fəaliyyəti ilə əlaqədar daşınmanın qüsurlu həyata keçirilməsi nəticəsində zərər vurmuşdur. Buna görə də nizamnamənin yuxarıda göstərilən bəndlərinin tələbləri baxımından zərər Cəmiyyətin fəaliyyəti ilə bağlı vurulmuş zərər hesab edilməli və cavabdeh həmin zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış və formal mülahizələr əsasında apellyasiya şikayətini təmin etməmişdir. Iqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün hüquqi şəxslərin iqtisadi dövriyyənin iştirakçıları kimi hüquq və azadlıqlarının, sahibkarlıq fəaliyyətində maneəsiz iştiraklarının təmin edilməsi zəruridir. Lakin Gəncə Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı ASC-nin azad sahibkarlıq fəaliyyətində maneəsiz iştirakını, sığorta fəaliyyətindən gəlir əldə etmək imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırır, düzgün olmayan məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaratmaqla həm ASC-nin, həm də başqa sığorta şirkətləri tərəfindən azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində süni maneələr yaradır. Göstərilən hallar məhkəmənin formal mülahizələr əsasında apellyasiya şikayətini təmin etmədiyini, qanunvericiliyin və Insan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərini pozduğunu deməyə əsas verir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.”

“Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.”

“Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 26.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 27.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 28.Belə ki, MM-in 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin norma hüquqi şəxsin müstəqil mülki-hüquqi subyekt kimi öz öhdəliklərinə görə ayrıca məsuliyyət daşıması prinsipini təsbit edir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımır. 29.MM-in 87.1-ci maddəsinə əsasən də məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır, yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Qanunvericilikdə nəzərdə tutulan “risk daşımaq” anlayışı iştirakçının cəmiyyətin kreditorları qarşısında şəxsi əmlakı hesabına məsuliyyət daşıması kimi deyil, cəmiyyətə qoyduğu payın dəyərini itirmək riskini daşıması kimi başa düşülməlidir. Çünki iştirakçının cəmiyyətə qoyduğu maya hüquqi şəxsin mülkiyyətinə keçir və artıq hüquqi şəxsin əmlakının tərkib hissəsi kimi onun öhdəliklərinin icrasının təminatına xidmət edir. 30.“xxxx” MMC-nin nizamnaməsində təsisçinin cəmiyyətin kreditorları qarşısında birbaşa və ya subsidiar məsuliyyət daşımasını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Əksinə, nizamnamədə iştirakçının yalnız qoyduğu payın dəyəri həddində risk daşıdığı təsbit edilmişdir ki, bu da Mülki Məcəllənin 52 və 87.1-ci maddələrinin tələblərinə tam uyğundur. Buna görə də kassasiya şikayətində cavabdehin cəmiyyətin borclarına görə birbaşa məsuliyyət daşımalı olması barədə irəli sürülən dəlillər əsaslı hesab edilə bilməz. 31.Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MM-in 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən subroqasiya hüququ sığortaçıya yalnız zərərə görə qanunla və ya müqavilə ilə məsuliyyət daşıyan şəxsə qarşı tələb irəli sürmək imkanı verir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borclu qismində məhz “xxxx” MMC müəyyən edilmiş, cavabdehin isə həmin öhdəliyə görə qanunla və ya hüquqi şəxsin nizamnaməsi ilə birbaşa və ya subsidiar məsuliyyət daşıması müəyyən edilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi subroqasiya hüququna dair maddi hüquq normalarını düzgün tətbiq etmişdir. 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 33.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar