Məhkəmə qərarları › İş №2-2(1-8)-202/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-202/2026

02.07.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-202/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.Maraqlı şəxs “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC-nin icra orqanının rəhbəridir (hüquqi şəxs haqqında məlumatlar və Internet Vergi Idarəsinin məlumatları). 2.Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə Maraqlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 3.Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli 1(103)- ****/**** nömrəli qərarı ilə təmin olunmamış və qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi (bundan sonra-“ərizəçi”) Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMCnin Icbari Tibbi Sığorta Fonduna 0,48 manat, dövlət büdcəsinə 6.113,95 manat, “xxxx” MMC-nin dövlət büdcəsinə 10.704,04 manat, “xxxx” MMC-nin dövlət büdcəsinə 0,03 manat, “xxxx” MMC-nin dövlət büdcəsinə 0,68 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan maraqlı şəxsin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2025-ci il # ####### tarixinə vergi ödəyicisi olan “xxxx” MMC-nin Icbari Tibbi Sığorta Fonduna 0,48 manat, dövlət büdcəsinə 6.113,95 manat (o cümlədən vergilər üzrə 4590,08 manat, faizlər üzrə 1.523,87 manat), “xxxx” MMC-nin dövlət büdcəsinə 10.704,04 manat (o cümlədən vergilər üzrə 8.529,76 manat, faizlər üzrə 2.174,28 manat), “xxxx” MMC-nin dövlət büdcəsinə 0,03 manat (o cümlədən vergilər üzrə 0,02 manat, faizlər üzrə 0,01 manat), “xxxx” MMC-nin dövlət büdcəsinə 0,68 manat (o cümlədən vergilər üzrə 0,52 manat, faizlər üzrə 0,16 manat) olmaqla ümumilikdə 16.819,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2024-cü il ## ###### tarixli 2450020521038300, 2025-ci il ## ###### tarixli 2550020084898900 və 2025-ci il ## ###### tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. 6.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim N.Əhmədova). 7.Məhkəmə qeyd etmişdir ki, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMCnin dövlət büdcəsi və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə ərizəçi tərəfindən adıçəkilən hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət olunmuş, maraqlı şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmişdir. 8.Məhkəmə Əmək Məcəlləsinin 68.2 və 74.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, baxılan işdə maraqlı şəxs barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən etibarən onunla hüquqi şəxslər arasında bağlanmış əmək müqaviləsi xitam edilmiş hesab olunmalıdır. Artıq həmin tarixdən etibarən maraqlı şəxs ilə hüquqi şəxslər arasında hər hansı xidməti bağlılıq qalmamışdır və çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən etibarən onunla hüquqi şəxslər arasında bağlanmış əmək müqaviləsi xitam edilmiş hesab olunmalıdır. Artıq həmin tarixdən etibarən maraqlı şəxs ilə hüquqi şəxslər arasında hər hansı xidməti bağlılıq qalmamışdır. 9.Vergi orqanı tərəfindən təqdim edilən hüquqi şəxslərin dövlət reyestrində maraqlı şəxsin “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC-nin qanuni təmsilçisi kimi görünməsi ilə bağlı isə qeyd etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə bundan xəbərdar olmaması maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxslərin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.

10. Əmək müqaviləsi tərəflərinin iradəsindən asılı olmadan maraqlı şəxslə bağlanmış əmək müqaviləsinə sonuncunun barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün xitam verildiyindən, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun deyil, həmçinin hüquqi şəxslər tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilmədiyindən legitim məqsəd də güdmür.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinin II hissəsinə, 73-cü maddəsinin İ hissəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 1.4, 16.1.1, 23.1.15-3, 77.3 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2, 74.1 və 83.1-ci maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 355-5.1 və 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC-nin dövlət büdcəsi və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə ərizəçi tərəfindən adıçəkilən hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət olunmuş, maraqlı şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmişdir.

15. Həmçinin, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həm maraqlı şəxsin direktoru olduğu MMC-lər barəsində borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə veribverməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

16. Bununla bağlı qeyd olunmalıdır ki, VM-in 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin firmanın hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, Firmanın əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmamışdır. Iş üzrə tam, ədalətli və obyektiv nəticəyə gəlinməsi üçün VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi, onların tətbiqinin nəticə verib-verməməsi araşdırılmalı və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılması təminat üsulu kimi tətbiq zəruriliyi ilə əlaqələndirilməli idi.

17. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Işə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyil.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni VM-in 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.3 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2 və 9-1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ######## tarixli Qərarına, MPM-in 355- 5.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

19. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ərizənin isə təmin olunması xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsi, VMin 11, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3 və 78.1-ci maddələri üzrə- Dövlət Vergi Xidmətinin hesabat axtarış sistemindən əldə olunmuş məlumatdan “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin rəhbərinin hazırda maraqlı şəxs olduğu görünməkdədir. Hüquqi şəxslə bağlı rəhbər şəxsin dəyişməsi və ya təsis sənədlərində dəyişikliklər dövlət qeydiyyatında dəyişiklik hesab edildiyindən, müvafiq sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

21. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə əmək müqaviləsinə xitam verilir. Lakin bu normanın mövcudluğu hüquqi şəxsin hazırkı rəhbərinin hüquqi statusunu və təmsilçilik səlahiyyətlərini birbaşa aradan qaldırmır. Çünki, rəhbərin dəyişdirilməsi təsisçinin qərarı və həmin qərarın dövlət reyestrində qeydiyyatı ilə bağlıdır.

22. Dövlət reyestrindən əldə olunan çıxarışlarda maraqlı şəxsin direktoru olduğu müəssisələrin təsisçisinin X1 olduğu qeyd edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması səlahiyyəti təsisçiyə aid olduğundan, həmin müraciət X1 tərəfindən təmin edilməli idi. Bu səbəbdən belə dəyişiklik barədə rəsmi müraciət olunmadığı müddətdə vergi öhdəliyinə görə məsul şəxs hazırkı iş üzrə maraqlı şəxs hesab edilir.

23. Həmçinin, vergi qanunvericiliyi vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanına verilmiş hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Yəni vergi ödəyicisinin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməmişdən əvvəl vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlərin görülməsi, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddianın qaldırılmalı olması kimi məcburedici müddəa VM-də qeyd olunmamışdır.

24. Bundan sonra maraqlı şəxsin istifadəsində olan “+************” mobil nömrəyə 2025-ci il ## ### tarixində saat 17:36-da “borc ödənilmədikdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə” SMS bildiriş göndərilmişdir. Bundan sonra da maraqlı şəxs tərəfindən ödəniş edilmədiyindən, vergi borclarının 15 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 2025-ci il ## #### tarixli **************** nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına VM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydada 2025-ci il ## #### tarixli 2519022919070600 və **************** nömrəli sərəncamlar göndərilmişdir.

25. MPM-in 217, 254 və 355-5.1-ci maddələri üzrə - məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-in tələbləri pozulmuş, işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, ərizəçi tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ərizəni rədd edərək vergi orqanını vergi və mülki prosessual qanunvericiliklə ona verilmiş vasitələrdən ən təsirlisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüququndan məhrum etmiş və həmin hüququn realizəsini mümkünsüz etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”

“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...”

“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (2024-cü il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 83-cü maddənin 1-ci və 2-ci hissələri yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir). ...”

31. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır (2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## #### 2025-ci il, “Azərbaycan” qəzeti, ## #### 2025-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № *, maddə 609) ilə 9.2-ci maddənin birinci cümləsində “40” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilmişdir). ...”

“Maddə 9-1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması ... 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. ...”

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ######## tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“... Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. ...”

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

35. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

36. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi (bax § 29), vergi ödəyicisinin, konkret halda hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn müvəqqəti məcburiyyət tədbiridir.

37. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflərinin iradəsindən asılı olmadan maraqlı şəxslə bağlanmış əmək müqaviləsinə sonuncunun barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün xitam verilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırda MMC-lərin dövlət büdcəsinə yaranmış borcuna görə qeyd olunan hüquqi şəxslərlə hər hansı hüquqi bağlılığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formal olmaqla, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn məqsədə cavab vermir. Bu baxımdan ərizənin təmin edilməməsinə dair apellyasiya instansiyiası məhkəməsinin gəldiyi nəticə, ərizəçinin kassasiya şikayətində qeyd etdiyi maddi hüquq normalarının tələblərinə zidd olmamışdır.

39. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № HYPERLINK "https://hudoc.echr.coe.int/eng" \l "{%22appno%22:[%2246343/99%22]}"46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 122).

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələbləri pozulmamış, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar