Məhkəmə qərarları › İş №2-2(1-8)-214/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-214/2026

10.07.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-214/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. “xxxx” MMC-nin və “X1” MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə 2025-ci il ## ####, 2019-cu il ## ###### və 2025-ci il ## #### tarixlərdə bildirişlər göndərilmiş, borcun 5 gün müddətində ödənilməsi tələb olunaraq borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra-“ərizəçi”) maraqlı şəxs Maraqlı şəxs (bundan sonra-“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20 763,12 manat, İşsizlikdən sığorta fonduna 634,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2694,65 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə 1415,1 manat olmaqla, ümumilikdə 25 583,95 manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün, 2025-ci il ## ####### tarixinə vergi ödəyicisi olan “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20 763,12 manat, İşsizlikdən sığorta fonduna 634,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2694,65 manat, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə 1415,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 1041,03 manat, faizlər üzrə 294,07 manat, maliyyə sanksiyası üzrə 80 manat) olmaqla, ümumilikdə 25 583,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2025-ci il ## #### tarixli 2550021353969200, 2025-ci il ## #### tarixli 2550021349663400, 2025-ci il ## #### tarixli 2550021363766400, 2019-cu il ## ###### tarixli 1939020478547500, 2025-ci il ## #### tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim G.Həşimova).

6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu qeyd edilən hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 21633,23 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,62 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni VM-in 16.1.1, 15-3, 24.0.2-1-ci; MPM-in 14.2, 26.2, 355-5.1, 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Maraqlı şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, vergi orqanı məhkəməyə müraciət edərkən “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20 763,12 manat, İşsizlikdən sığorta fonduna 634,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2.694,65 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə1415,1 manat olmaqla, ümumilikdə 25.583,95 manat borcunun olduğunu irəli sürmüş, apellyasiya baxışı zamanı vergi orqanına sorğu edilərək əldə olunan sənədlərlə isə adı çəkilən vergi ödəyicilərindən yalnız “xxxx” MMC-nin 39,99 manat vergi borcunun olduğu müəyyən edilmişdir.

11. Məhkəməyə ünvanladığı cavab məktubunda vergi orqanı vergi ödəyicilərinin vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının keçiriləcəyini bildirsə də, nəzərə alınmalıdır ki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir, həmçinin şəxsin hüquqlarını gələcəkdə yaranması ehtimal olunan borca görə məhdudlaşdırmaq müvafiq institutun mahiyyətinə uyğun deyildir.

12. Eyni zamanda qeyd olunmalıdır ki, əgər kameral yoxlama nəticəsində vergi ödəyicisinin vergi borcunun olduğu müəyyən olunarsa, hazırkı iş üzrə gəlinən nəticə vergi orqanının yenidən məhkəməyə müraciət etməsinə maneə törətmir.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə, VM-in 16.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, 89.3, 89.4, 89.5-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 2.1, 2.2-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 88, 217.3, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Azərbaycan Respublikasının Konstitusiyasının 73 cü maddəsinin İ hissəsi, VMin 11, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3, 78.1-ci maddələri üzrə-kameral qaydada yoxlanılmalı olan məbləğ yalnız “X1” MMC-yə aiddir ki, həmin müəssisənin də borcu ərizədə qeyd edildiyi kimi cəmi 1.415,1 manat məbləğində (vergilər üzrə 1.041,03 manat, faizlər üzrə 294,07 manat, maliyyə sanksiyası üzrə 80 manat) olmuş və azalma həmin məbləğə verilmiş, digər vergi ödəyiciləri, yəni “xxxx” MMC (VÖEN: **********) və Maraqlı şəxs (VÖEN: **********) üzrə isə maraqlı şəxs tərəfindən azalmalar verilməmişdir. Nəticə etibarilə ərizə üzrə olan borcun böyük hissəsi ödənilməmiş qalmaqda davam edir (şəxsi hesab vərəqəsi şikayətə əlavə edilir). Lakin məhkəmə kollegiyası tərəfindən iş üzrə təqdim edilmiş sübutlar düzgün araşdırılmamış, sosial sığorta haqları üzrə borc məbləğləri hələ də ödənilməmiş qaldığı halda, məhkəmə kollegiyasının “xxxx” MMC-nin 39,99 manat vergi borcunun olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla əsassız olmuşdur. Çünki, qeyd edilən müəssisə üzrə ərizədən də göründüyü kimi vergi borcu deyil, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcların ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 28. Azadlıq hüququ ... III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...” “Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”

“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. .....”

20. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.”

21. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur:

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...” “Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0.2-1.vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ...” “Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

“Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”

“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 355-5. Ərizənin verilməsi ... 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Baxılan işdə ərizəçi, “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20.763,12 manat, İşsizlikdən sığorta fonduna 634,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2694,65 manat, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə 1415,1 manat olmaqla, ümumilikdə 25 583,95 manat borcun ödənilməsi məqsədi ilə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

24. Apellyasiya instansiyası ərizəni rədd etmiş və gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vergi ödəyicilərindən yalnız “xxxx” MMC-nin 39,99 manat vergi borcunun olduğu müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

26. Belə ki, vergi orqanın həm ərizəsindən, həm də kassasiya şikayətindən göründüyü kimi, hazırki ərizə yalnız vergi borcuna görə də, dövlət sosial müdafiə fonduna olan borcların da ödənilməsinin təmini məqsədilə verilmişdir. Həmin borcların mövcudluğuna dair elektron işin materiallarına vergi ödəyicilərinin şəxsi hesab vərəqələri təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfəindən həmin borcların mövcudluğu nəzərə alınmaqla, ərizə üzrə qiymətləndirmə aparılmamış, nəticədə MPMvə 355-5-ci maddələrinin, həmçinin Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin nin 8827. tələbləri pozulmuşdur.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının ərizəsinə, işdə olan vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının miqdarı nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir.

29. «Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

30. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşin yeni apellyasiya baxışı zamanı yuxarıda göstərilən mövqelər nəzərə alınmaqla, ərizə üzrə yenidən hüquqi qiymətləndirmə aparılmalı, qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

31. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara alır:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar