Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-22/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. “xxxx” ASC ilə “X1” MMC arasında bağlanmış “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması spesifikasiyada (Əlavə № *) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) il lizinqə verir.
2. “xxxx” ASC ilə “X1” MMC arasında bağlanmış “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən aşağıda göstərilən və açıqlaması spesifikasiyada (Əlavə № *) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) il lizinqə verir.
3. “xxxx” ASC ilə “X1” MMC arasında bağlanmış “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 606351 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş 2024-cü il ## ###### tarixli maliyyə arayışlarından müəyyən olunur ki, “X1” MMC-nin 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 38912,49 manat, gecikdirilmiş borc 34527,5 manat, hesablanmış cərimə 38912,49 manat olmaqla, ümumilikdə 73439,99 manat, müqavilə üzrə edilmiş ümumi ödəniş 436475,9 manat, 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 545313,01 manat, gecikdirilmiş borc 242450 manat, hesablanmış cərimə 142318,15 manat olmaqla, ümumilikdə 384768,15 manat, müqavilə üzrə edilmiş ümumi ödəniş 61037,99 manat, 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 411187,5 manat, gecikdirilmiş borc 112139,5 manat, hesablanmış cərimə 116288,98 manat olmaqla, ümumilikdə 228428,48 manat, müqavilə üzrə edilmiş ümumi ödəniş 411187,5 manat təşkil edir.
5. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il # ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, “X1” MMC-dən 62.578 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulunun və 26,28 manat dövlət rüsumunun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 2021-ci il ## #### tarixə 2016-cı il # ###### tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə 7741,81 manat əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 8141,81 manat, 2018-ci il 2 aprel tarixli, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə 758 manat, 50 manat cərimə borcu olmaqla cəmi 805 manat, 2018-ci il # ##### tarixli, ***-LD/** nömrəli lizinq müqavilə üzrə 124467,95 manat, 6500 manat cərimə borcu olmaqla cəmi 130967,95 manat, 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə 322936,60 manat, 6000 manat cərimə borcu olmaqla, cəmi 328936,60 manat, 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli lizinq müqaviləsi üzrə 299048 manat, 7500 manat cərimə borcu olmaqla, cəmi 306548 manat, 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsi üzrə 64387 manat əsas borc, 3200 manat cərimə borcu olmaqla, cəmi 67587 manat, ümumilikdə 842986,36 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 manat məbləğində pul, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul “X1” MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
7. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş 2025-ci il # ### tarixli, ***OPX********C* nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, “X1” MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bank hesabına 8000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi qeyd edilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-“iddiaçı”) cavabdeh “X1” MMC-yə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2024-cü il ## ###### tarixə hesablanmış 34527,50 manat gecikdirilmiş borc və hesablanmış 38912,49 manat cərimə, 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2024-cü il ## ###### tarixə hesablanmış 112.139,50 manat gecikdirilmiş borc və hesablanmış 116.288,98 manat cərimə, 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2024-cü il ## ###### tarixə hesablanmış 242.450 manat gecikdirilmiş borc və hesablanmış 142318,15 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, cəmi 687136,62 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (“xxxx” ASC) ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 2024-cü il ## ###### tarixə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2024-cü il ## ###### tarixə 2018-ci il # ######## tarixli, 330- LD/** nömrəli müqavilə üzrə hesablanmış 34527,50 manat əsas borc, 1800 manat cərimə, 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli müqavilə üzrə 112139,50 manat əsas borc, 5600 manat cərimə, 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli müqavilə üzrə 242450 manat əsas borc, 12150 manat cərimə və 500 manat hüquqi yardım xərci olmaqla, cəmi 409167 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 698,67 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z.Axundova).
11. Birinci instansiya məhkəməsi iddianın lizinq müqavilələri üzrə gecikdirilmiş borcun tutulması tələbinə münasibətdə müvafiq maddi hüquq normalarını, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir.
12. Həmçinin qeyd olunmuşdur ki, cavabdeh tərəfindən 2025-ci ilin may ayında edilmiş ödənişlər yuxarıda qeyd olunan qətnamələr üzrə olan borcdan silinmişdir.
13. Cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
14. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli müqavilə üzrə hesablanmış 1800 manat cərimə, 2019-cu il ## #### tarixli, **-LD/** nömrəli müqavilə üzrə 5600 manat cərimə, 2020-ci il # #### tarixli, ***-GL/** nömrəli müqavilə üzrə 12150 manat məbləğində müəyyən edilməlidir.
15. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş edilmiş, lakin ərizədə iddia müddətinin tətbiqi üçün əsaslar göstərilməmişdir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi üçün əsasların olması müəyyən edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 747.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 107, 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
Bu icraatdakı məlumatlar, iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 28)
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - 2018-ci il # ######## tarixli ***-LD/** nömrəli müqavilə üzrə hesablanmış əsas və cərimə borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğ hissəsində dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cəmi məbləğ 372.839,5 manat məbləğində müəyyən edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən - məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).
19. Apellyasiya instansiyası məhkəməsi 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə tələbə qiymət verərək göstərmişdir ki, həmin müqavilə 3 il müddətinə bağlanmaqla lizinq müddəti 2021-ci il # ######## tarixdə bitmiş, belə olan halda həmin müqaviləyə əsaslanan tələb üzrə iddia müddətinin axımı 2021-ci il # ######## tarixdə başlamış və 2024-cü il # ######## tarixdə başa çatmışdır. İddia müddəti ərzində tələb üzrə ödəniş, eləcə də iddia müddətinin axımının kəsilməsinə səbəb olan hər hansı digər hərəkət edilməmişdir.
20. 2025-ci il # ### tarixində cavabdeh tərəfindən edilmiş ödənişə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin ödəniş iddia müddəti bitdikdən sonra edildiyindən, yəni iddia müddəti ərzində edilmədiyindən iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkət kimi nəzərə alına bilməz.
21. İddia müddəti ərzində Bakı Kommersiya Məhkəməsində iddia qaldırması və göstərilən halın iddia müddətinin kəsilməsinə səbəb olması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə qeyd edilmişdir ki, iddiaçının 2022-ci il ## ###### tarixində Bakı Kommersiya Məhkəməsində qaldırılmış iddia ərizəsində 2018-ci il # ######## tarixli, ***- LD/** nömrəli lizinq müqaviləsi üzrə 2021-ci il ## #### tarixədək olan müddət üçün yaranmış borcun ödənilməsi tələb edildiyi halda hazırda 2021-ci il ## #### tarixdən müqaviləyə xitam verilənədək müddət üçün hesablanmış borc məbləğinin ödənilməsi tələb olunur. Odur ki, iddiaçının istinad etdiyi iddia mübahisəli borc məbləğinin ödənilməsi ilə bağlı irəli sürülmədiyindən həmin iddianın verilməsi faktının hazırkı tələb üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
22. Göstərilənlərə əsasəq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişləri borcunun ödənilməsinə dair iddia tələbi iddia müddəti buraxılmaqla verilmişdir. Əsas iddia tələbi üzrə iddia müddəti keçdiyindən MM-in 376-cı maddəsininin tələblərinə əsasən həmin müqavilə üzrə öhdəliyin pozulmasından irəli gələn əlavə tələb (dəbbə pulu) üzrə iddia müddəti də keçmişdir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 377.2, 375.2, 376, 380.1, 385.1, 442, 462.1 və 747.1-ci maddələrinə və MPM-in 77.1, 114.1.1, 119.1, 119.2, 119.5, 119.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
24. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 372.1, 372.2, 373.2, 380.1, 385.1, 442 və 747.1-ci maddələri üzrə- 2018-ci il # ######## tarixində bağlanmış ***-LD/** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisəyə dair daha əvvəl Bakı Kommersiya Məhkəməsində məhkəmə icraatı aparılmış və həmin iş üzrə 2022-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnamə qəbul edilmişdir. Həmin icraatın mövcudluğu iddia müddətinin axımına birbaşa təsir göstərən hüquqi fakt hesab olunur. Mülki Məcəllənin iddia müddətinə dair normalarının məzmunundan aydın olur ki, tələbin müəyyən olunmuş qaydada məhkəməyə verilməsi iddia müddətinin axımını dayandıran əsaslardan biridir. Tələbkar məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra iddia müddətinin hesablanması dayandırılır və məhkəmə icraatı davam etdiyi dövr istisna olunur. Bu müddət ərzində iddia müddəti axmır və müddətin hesablanması yalnız mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra bərpa olunur. İddia tələbinin xarakteri iddia müddətinin gələcək axımının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əgər məhkəmə qərarı tərəflər arasında həmin hüquq münasibəti üzrə bütün tələbləri həll edirsə hüquqi vəziyyət tam müəyyənləşir, lakin iddia tələbi müqavilə üzrə tələbin bir hissəsini əhatə etmişdirsə, qalan hissə ilə bağlı məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra müddətin axımı davam etməlidir. Tərəflər arasında olan bir müqavilə üzrə bir neçə iddia müddətinin tətbiqi yolverilməzdir. Məhz bu hüquqi çərçivə nəzərə alınmaqla, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli iş üzrə iddianın qaldırılması ilə həmin müqavilə üzrə iddia müddətinin axımı dayandırılmışdır. Məhkəmə icraatı müddətində iddia müddəti hesablanmadığından həmin dövr iddia müddətinə daxil edilmir. Qətnamənin qanuni qüvvəyə minməsindən sonra isə iddia müddəti bərpa olunmuş və yenidən hesablanmağa başlamışdır. Eyni zamanda, 2018-ci il # ######## tarixli ***-LD/** nömrəli müqavilə üzrə 2025-ci il # ### tarixdə cavabdeh tərəfindən ödəniş edilmiş və bu hal borclu tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətdir. Borclu tərəfindən borcun etiraf edilməsi iddia müddətinin axımını yenidən başlamışdır.
26. MPM-in 217.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qərar qəbul edərkən, qanunvericiliyin maddi hüquq normaları bölməsində göstərilən normalarına riayət etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
28. İddiaçı kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə iddia tələbinin rədd edildiyi 2018-ci il # ######## tarixli ***-LD/** nömrəli müqavilə üzrə hesablanmış əsas və cərimə borcunun tutulması hissəsində mübahisələndirilmişdir. Bu baxımdan məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən həmin hissədə yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...” “Maddə 373. İddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...” “Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. ...” “Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.”
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, şikayətin əsas dəlili ondan ibarətdir ki, 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə daha əvvəl qaldırılan iddia ilə, iddia müddətinin axımı dayandırılmışdır.
34. Məhkəmə kollegiyası həmin dəlili üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və təkrar qeyd edilməsini zəruri hesab etmir.
35. Kollegiya şikayətin dəlillərinə qiymət verərkən nəzərə alır ki, 2018-ci il # ######## tarixində 3 il müddətinə bağlanmış, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı 2021-ci il # ######## tarixdə başlamış və 2024-cü il # ######## tarixdə başa çatmışdır. İddia müddəti ərzində tələb üzrə ödəniş, eləcə də iddia müddətinin axımının kəsilməsinə səbəb olan hər hansı digər hərəkət edilməmişdir.
36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il # ######## tarixli, ***-LD/** nömrəli lizinq müqaviləsi üzrə tələbə qiymət verilərkən, kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının tələbləri pozulmamış, gəlinən nəticə MM-in 372 və 375-ci maddələrinin tələblərinə əməl edilmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.