Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-240/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il ## ####### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ##### tarixli, *-*(***)-*/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması, “cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2024-cü il # #### və 2024-cü il ## #### tarixlərində iddiaçının ünvan 1 ünvanında yerləşən satış ofisi və inzibati binası qarşısında digər şəxslərlə birlikdə təşkil edilmiş etiraz toplantılarından sonra “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və ona məxsus https.7/www.youtube.com/watchv=qeeAYzOe68A&t=19s linkində yerləşən kanaldakı videoda “xxxx” kanalına 2024-cü il # #### tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən 3:08-ci dəqiqədə “şirkət mənə işlənmiş cihaz satmışdır”, 3:19-cu dəqiqədə “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur.”, 9:25-ci dəqiqədə “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, 9:25-ci dəqiqədə “xxxx”, 12:31-ci dəqiqədə “atamı da onlara görə itirdim”, 11:59-cu dəqiqədə “ölkədə rekertlik edirlər”, “mənim, ailəmin, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların ”, “mənə və ailəmə təzyiq göstərirlər”, 12:04-cü dəqiqədə “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, 12:06-cı dəqiqədə “anamın iş yerinə adamlar göndərirlər”, 12:08-ci dəqiqədə “xxxx” kimi işlənmiş ifadələrin və 2024-cü il ## #### tarixində https.7/www.youtube.com/watch v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “xxxx” kanalına təkrar müsahibə zamanı 17:25-ci dəqiqədə şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, 17:28ci dəqiqədə “ölsün, boyunu yerə soxsun” kimi işlətdiyi ifadələrin məhkəmə tərəfindən iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, cavabdehin üzərinə qeyd olunan hər iki videonun “xxxx” kanalından tamamilə silinməsi barədə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə yazılı müraciətin göndərilməsi ilə yanaşı, həmin videoların paylaşıldığı YouTube platformasında açılmış və internet xxxx kanalının sahibi olan vətəndaş Gülnaz Qəmbərliyə 2024-cü il # #### və 2025-ci il ## #### tarixlərində verdiyi müsahibələrə dair videoların silinməsi barədə yazılı müraciətin edilməsi, həmçinin məhkəmənin iddiaçı və onun icra orqanı rəhbəri olan direktoru barəsində cavabdehin işlətdiyi işgüzar nüfuzu zədələməklə həqiqətə uyğun olmayan və şərəfləyaqəti alçaldan hesab edilmiş ifadələrin cavabdeh tərəfindən üzr istənilməsi qeyd edilməklə iddiaçıya ünvanlanacaq yazılı məktubla onların həqiqətə uyğun olmadığı və təkzib etdiyinə dair məzmunlu məktubun yazılaraq iddiaçı şirkətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev ЗС ünvanına göndərilməsi, həmçinin cavabdehə məxsus Tik tok, YouTube və ya Instagram sosial platformasındakı istifadəçi hesablarından birində, icra anına belə hesablar olmadığı təqdirdə qeyd olunan platformalardan birində cavabdeh tərəfindən istənilən qeyd olunan platformalardan birində şəxsi səhifə qeydiyyatdan keçirib açmaqla eyni məzmunlu təkzibin iddiaçıya ünvanlanan video müraciət şəklində edilməsi və həmin təkzib videosunun ən azı 72 saat qalmasının təmin edilməsi öhdəliyinin qoyulması və iddianın verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, şirkətləri 15 ildən çoxdur peşəkar şəkildə kosmetoloji və stomatoloji avadanlıqların satışı və texniki servisi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektidir. Keçmiş müştərilərindən olan fərdi sahibkar cavabdeh 2024-cü il # #### və 2024-cü il ## #### tarixlərində media nümayəndələri ilə birlikdə şirkətlərinin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 3C ünvanında yerləşən satış və ofis binasının qarşısına digər şəxslərlə birlikdə gələrək şirkətləri barəsində həqiqətə uyğun olmayan və işgüzar nüfuzunu ləkələyən məlumatlar səsləndirmiş və “YouTube” sosial media platformasında özünü jurnalist kimi təqdim edən Gülnaz Qəmbərli adlı şəxsə məxsus və birbaşa olaraq onun tərəfindən idarə olunan “xxxx” adlı xəbər kanalına əlavə olaraq 2024-cü il # #### tarixində verdiyi müsahibə zamanı iddiaçı barəsində həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən əsassız ifadələr işlətmişdir. Bununla yanaşı cavabdeh iddiaçı şirkətin icra orqanının rəhbəri barədə təhqiredici ifadələr işlətməklə yanaşı, iddiaçının işgüzar nüfuzuna zərbə vurmaq üçün ona qarşı müştəriləri aldatmaqla bağlı yalan və əsassız ittihamlar irəli sürmüşdür. Həmin bu ifadələr qeydə alınaraq “xxxx” kanalında 2024-cü il ## #### tarixində paylaşılmış, bu çıxışlardan qısa video-çarxlar hazırlanaraq daha geniş izləyici kütləsinə çatdırmaq məqsədilə X3 adlı şəxs tərəfindən birbaşa idarə olunan Instaqram sosial şəbəkəsində olan “medical_media”, “Tiktok”- da “estetik_media_ xəbər.az” və “Medikal Media” səhfələrində “Qanuni nümayəndə biyabr oldu”, “Azestetik ailəmi dağıtdı”, “Saxta imza ortaya çıxdı, səsimi kəsməyə çalışdılar”, “Yoxdur onun kişiliyi”, “Işlənmiş aparat satdılar”, “Azestetik məni aldadıb”, “xxxx” və s. başlıqları altında şirkəti nüfuzdan salan qeyd olunan məzmunlu paylaşımlar etmiş və ictimai mənfi fikir formalaşdırmağa nail olmuşdur. Belə ki, kosmetoloji və stomatoloji avadanlıqların alqı-satqısı ilə bağlı bir neçə avadanlıq almaq istəyən şəxslər sifarişlərə dair ilkin razılaşmalardan sonra cavabdehin səsləndirdiyi qeyd edilən həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumatlara istinad edib sövdələşmələrdən imtina etmişlər və bununla da iddiaçı əldə edəcəyi gəlirlərindən məhrum olmuş, ona ciddi maddi ziyan da dəymişdir. Həmçinin həmin videoların internet informasiya resurslarından tamamilə silinməsi də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin videolar digər şəxs tərəfindən idarə olunan youtube platformasında bugünədək yayımlandığından həmin şəxsin könüllü olaraq onu silməsi və ya cavabdehin özü tərəfindən də silinməsi real və mümkün olmadığından hesab edirlər ki, belə vəziyyətdə videolar yalnız və yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu sahədə nəzarəti həyata keçirən Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən silinməsi həyata keçirilə bilər. Cavabdehin şirkətləri barəsində bu tip həqiqətə uyğun olmayan və işgüzar nüfuzu birbaşa zərər vuran informasiyalar yayması birinci dəfə rast gəlinən hal deyil. Məlum olduğu kimi hüquqi şəxsin işgüzar nüfuzu biznesin uğurlu aparılmasına əhəmiyyətli dərəcədə təsir edir. Əgər hüquqi şəxs barəsində ləkələyici və həqiqətə uyğun olmayan məlumatlar yayılırsa, bunun nəticəsində hüquqi şəxsin işgüzar nüfuzu zərər çəkir. Ona görə də hüquqi şəxslər öz fəaliyyətlərini qurarkən işgüzar nüfuzlarını qorumağa xüsusi ehtiyac duyurlar. Çünki bu hərəkətlər birbaşa olaraq onların sahibkarlıq fəaliyyətinin nəticəsinə təsir edir. Yəni hüquqi şəxsin “işgüzar nüfuzu” onun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biridir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı şirkət ilə razılığa gəlmək mümkün deyil. Onlar öz şərtlərini irəli sürürlər, onun şərtlərini isə qəbul etmirlər. Iddiaçı tərəfin təqdim etdiyi video materiallardakı çıxışların hamısı ona aiddir. Həmin çıxışlarda o, yalan danışmayıb, başına gələnləri danışıb. Qeyd edilən sözlərdən ancaq “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” ifadəsindən başqa digərlərini yenə də müdafiə edir. Bundan əlavə iddiaçı tərəfdə olan müqavilədə çipin olması barədə qeyd var. Bu isə onu göstərir ki, onlarda olan müqavilə saxtadır. Bununla bağlı o, ekspertizaya müraciət etmişdir. Hələki ekspert rəyi verilməmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin 2024-cü il # #### və 2024cü il ## #### tarixlərində “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və ona məxsus linkində yerləşən kanaldakı videoda “xxxx” kanalına 2024-cü il # #### tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən “şirkət mənə işlənmiş cihaz satmışdır” (3:08-ci dəqiqədə), “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur.” (3:19-ci dəqiqədə), “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “xxxx” (9:25-ci dəqiqədə), “atamı da onlara görə itirdim” (12:31-ci dəqiqədə), “ölkədə rekertlik edirlər”, “mənim, ailəmin, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların”, “mənə və ailəmə təzyiq göstərirlər” (11:59-cu dəqiqədə), “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər” (12:04-cü dəqiqədə), “anamın iş yerinə adamlar göndərirlər” (12:06-cı dəqiqədə), “xxxx” (12:08-ci dəqiqədə); 2024-cü il ## #### tarixində https.7/www.youtube.com/watch v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “xxxx” kanalına təkrar müsahibə zamanı şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” (17:25-ci dəqiqədə), “ölsün, boyunu yerə soxsun” (17:28-ci dəqiqədə) kimi işlətdiyi ifadələr iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatların hesab edilməsi və həmin videoların “xxxx” kanalından silinməsi, iddiaçı və onun icra orqanı rəhbəri olan direktoru barəsində cavabdehin işlətdiyi işgüzar nüfuzu zədələməklə həqiqətə uyğun olmayan və şərəfləyaqəti alçaldan hesab edilmiş ifadələrə görə onların həqiqətə uyğun olmadığı və təkzib etməsinə dair cavabdehə məxsus Tik tok, You Tube və ya Instagram sosial platformasındakı istifadəçi hesablarından birində, belə hesablar olmadığı təqdirdə qeyd olunan platformalardan birində cavabdeh tərəfindən şəxsi hesab açmaqla iddiaçıya ünvanlanan video müraciət edilməsi və həmin təkzib videosunun ən azı 72 saat qalmasının təmin edilməsi qət edilmişdir (hakim – M.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ##### tarixli, *-*(***)-*/**** nömrəli qətnaməsi əsasən, 2021ci il ## #### tarixdə satıcı qismində çıxış edən hazırkı iş üzrə iddiaçı İddiaçı MMC ilə alıcı qismində çıxış edən hazırkı iş üzrə cavabdeh Cavabdeh arasında “Wertex” lazer aparatına dair nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Wertex” lazer aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonuna görə aparata verilən zəmanətin müddəti 1 il, zəmanət verilən atışların sayı isə 10.000.000 ədəd müəyyən edilmişdir. 2021-ci il ## #### tarixdə lazer aparatı qüsursuz şəkildə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, bu barədə təhvil-təslim aktı tərtib edilərək, akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. 2021-ci il ## #### tarixli nisyə alğısatqı müqaviləsinin 2.1.7-ci bəndində göstərilir ki, “satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Göründüyü kimi, iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, müqavilə predmeti olan lazer aparatının yoxlayıcı avadanlıqla (GPS) təchiz edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqaviləni imza etməklə müqavilənin digər şərtləri ilə yanaşı bu şərti də qəbul etdiyini bəyan etmişdir. Aparatın dəfələrlə söndürülməsi səbəbindən işləməməsini bildirən cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh lazer aparatında yoxlayıcı avadanlığın (GPS) olmasını əvvəlcədən bilmişdir. Bu baxımdan Məhkəmə cavabdehin guya GPS barədə məlumatsız olması, onun razılığı olmadan həmin cihazın aparatda yerləşdirilməsi barədə dəlillərini inandırıcı hesab etmir. Iddiaçı MMC-nin həmin lazer aparatının yoxlayıcı avadanlıq (GPS) vasitəsilə dəfələrlə söndürülməsi barədə dəlilləri də iş materiaları ilə təsdiq olunmur. Bu baxımdan hesab edilməlidir ki, bunlarla bağlı cavabdehin sosial şəbəkələrdə bildirdikləri həqiqət deyil.
7. Beləliklə, qeyd edilən məhkəmə aktı hazırkı işə aid hissəsində preyudisial xarakter daşıdığından, həmin aktdan göründüyü kimi işin araşdırılmış halları ilə tərəflər arasında lazer aparatına dair nisyə alğı-satqı müqaviləsinin bağlandığı və cavabdeh tərəfin lazer aparatı ilə bağlı iddia etdiyi halların sübut edilmədiyi, məhkəmə qərarı ilə iddiaçının təqsirsiz olduğu qərarına gəlinmişdir.
8. Hazırkı iş üzrə də iddiaçı hüquqi şəxs və onun direktoru barəsində “Youtube” sosial şəbəkəsində yayılmış (“xxxx” kanalında yerləşdirilən) video görüntülərdə cavabdeh tərəfindən səsləndirilmiş “şirkət mənə işlənmiş cihaz satmışdır”, “cihazıma məndən xəbərsiz çip yerləşdirilmişdir, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Azestetik saxta imzayla mənə özlərinə borclu göstərdi”, “xxxx”, “atamı da onlara görə itirdim”, “ölkədə rekertlik edirlər”, “mənim, ailəm, qardaşım zəng edir ki bura gələnlər var, deyirəm kimdir? sənin düşmənlərin.adamların”, “mənə və ailəmə təzyiq göstərirlər”, “qardaşıma davamlı zənglər (WhatsApp) edirlər”, “anamın iş yerinə adamlar göndərirlər”, “xxxx”, eyni zamanda şirkətin direktoru barəsində “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” kimi məlumatlar həqiqəti əks etdirmir və qeyd olunan yalan məlumatların yayılması iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Belə ki, cavabdeh video görüntülərdə qeyd olunan məlumatların həqiqət olduğunu bildirsə də, həmin məlumatların həqiqəti əks etdirməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia cavabdehin işlətdiyi ifadələrin iddiaçının və icra orqanı rəhbərinin işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmin videoların “xxxx” kanalından silinməsi, cavabdehin özünə məxsus Tik tok, YouTube və ya Instagram sosial platformasındakı istifadəçi hesablarından birində, belə hesablar olmadığı təqdirdə qeyd olunan platformalardan birində cavabdeh tərəfindən şəxsi hesab açmaqla iddiaçıya ünvanlanan video müraciət edilməsi və həmin təkzib videosunun ən azı 72 saat qalması hissəsində əsaslıdır və iddiaçı qeyd edilənləri cavabdehdən tələb etməkdə haqlıdır.
10. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən işlətdiyi ifadələrin həqiqətə uyğun olmaması və təkzib etməsinə dair məktub yazılaraq iddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev ЗС ünvanına göndərilməsi” hissəsinə münasibətdə bildirmişdir ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Qeyd edilən məlumatın uzun müddət sosial şəbəkələrdə qalmaqda davam etməsi, iddiaçının həmin təkzib barədə məlumatlarında da müvafiq müddət üçün sosial şəbəkələrdə qalmasını tələb etməkdə haqlıdr.
11. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə qeyd olunan hər iki videonun “xxxx” kanalından tamamilə silinməsi barədə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə yazılı müraciətin göndərilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin üzərinə qeyd edilən videoların silinməsi öhdəliyi qoyulmalı, həmin videoların hansı qayda silinməsi məsələsi isə icra qaydasında həllini tapan məsələ olduğundan iddia tələbi qeyd edilən hissədə əsassızdır.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 23.2, 23.3, 23.4, 23.5 və 23.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov).
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin cavabdehin sözügedən videoların “YouTube” kanalında, yaxud digər sosial şəbəkə hesablarında potensial olaraq yayımlanmasında heç bir formada iştirak etməməsi barədə dəlili bağlı qeyd etmişdir ki, cavabdeh paylaşımların ediləcəyindən birbaşa xəbərdar olmuş, onun söylədiyi ifadə və cümlələrin iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olduğunu bilmiş, öz əməlinin nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir.
16. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında video materiallardakı çıxışların hamısının ona aid olduğunu, həmin çıxışlarda yalan danışmadığını, başına gələnləri danışdığını, qarşı tərəfdə olan müqavilədə çipin olması ilə bağlı qeyd olduğundan saxta olduğunu, eyni zamanda qeyd edilən sözlərdən ancaq “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın” ifadəsindən başqa digərlərini yenə də müdafiə etdiyini bildirmişdir. Odur ki, məhkəmə həmin dəlili əsassız hesab etmişdir.
17. Cavabdehin video materiallardakı çıxışların özünə məxsus olması barədə izahatı həmçinin apellyasiya şikayətinin cavabdehin “bu şəxslərdən heç birini tanımır və bu şəxslərin heç birinə səsləndirdiyi fikirləri yayılmasını hər hansı formada tapşırmayıb” barədə dəlilinin də əsassız olduğuna dəlalət etmişdir.
18. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri bağlı qeyd etmişdir ki, cavabdeh tərəflər arasında olan əvvəlki mübahisə üzrə məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hazırkı iddia tələbində göstərilən hərəkətlərə yol vermişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf göstərmişdir ki, cavabdeh məlumatları yazılı formada təkzib etməyə razıdır, onların narazılığı məhz video müraciət vasitəsi ilə təkzib olunma forması və sair məqamlarla bağlıdır.
20. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, cavabdeh ona istinad edilən həqiqətə uyğun olmayan məlumatları məhz sosial platformalarda (şəbəkələrdə) yaydığından həqiqiətə uyğun olmayan həmin məlumatlarin təkzibi də həmin platformalarda olmalıdır. Hazırkı halda iş üzrə cavabdeh tərəfindən təkzibin yazılı formada verilməsi adekvat olmadığından məqbul sayıla bilməz.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ və III bəndlərinə, 46-cı maddəsinin İ, II və III bəndlərinə, MM-in 23.1, 23.2, 23.3, 23.4, 23.5 və 23.6-cı, MPM-in 14.2, 77.1, 82.3, 88ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 23-cü maddəsi üzrə - qeyd edilən maddənin məzmununa əsasən məsuliyyət daşıyan şəxs müvafiq məlumatları paylaşan şəxsdir (həmin məlumatları yayan şəxs). Bu birbaşa maddənin dispozisiyasında öz əksini tapmışdır. Yəni burada qanunvericinin məntiqi də bunu nəzərdə tutur ki, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza zərbə vuran məlumatları qəsdən yaradan və paylaşan şəxs məsuliyyət daşımışdır. Lakin, daha əvvəlki şikayətdə də diqqətə çatdırıldığı kimi cavabdeh bu cür məlumatları yayan şəxs deyil, onun bu cür niyyəti və ya planı da olmamışdır və o, bu məlumatların iddia ərizəsində göstərilən məlumat kanallarında yayılmasında iştirak etməmişdir. Cavabdeh iddiaçının Bakı şəhərindəki inzibati binası qarşısında digər şəxslərlə (iddiaçının satdığı keyfiyyətsiz məhsullardan şikayətçi olan digər çoxsaylı şəxslər) birlikdə təşkil edilmiş etiraz toplantısı zamanı ona yaxınlaşan və ondan müsahibə alan jurnalist qiyafəli şəxsə öz etirazının məqsədi və səbəbi ilə bağlı məlumat vermişdir. Onun bu etirazda əsas məqsədi öz pozulduğunu düşündüyü hüquqlarını şirkətə çatdırmaq və onların həll edilməsinə nail olmaq olmuşdur. O, müsahibə zamanı öz fikirlərini düşündüyü və inandığı formada bu barədə ondan soruşan şəxsə bildirmişdir. Cavabdeh bu etiraz zamanı ondan bu cür müsahibənin alınacağından əvvəldən xəbərdar olmamışdır. Lakin, fikir soruşulduqda o bu barədə sualları cavablandırmışdır. Cavabdeh bu videoların YouTube kanalında, yaxud digər sosial şəbəkə hesablarında potensial olaraq yayımlanmasında heç bir formada iştirak etməmişdir (nə videoların yayılması, paylaşılması, nə də video paylaşımlara başlıqların qoyulması) və belə paylaşımların ediləcəyindən birbaşa xəbərdar olmamışdır. Bütün bu ifadələr onun tərəfindən eyni formada (məzmunda) daha əvvəl keçirilmiş çoxsaylı məhkəmə iclasları (həm mülki-kommersiya, həm də cinayət işi) zamanı da açıq-aşkar səsləndirilmişdir. Bu məhkəmə iclasları (e-*-*(***)-***/**** nömrəli iş; *(***)-**/**** nömrəli iş; *(***)-*/**** nömrəli iş və s.) digər şəxslərin iştirakı ilə, yəni açıq formada keçirilmiş və cavabdeh bu ifadələri düşündüyü və inandığı formada dəfələrlə səsləndirmişdir. Cavabdehin yaymadığı və daha əvvəllər publik şəkildə və məhkəmə iclaslarında səsləndirdiyi ifadələrə görə mülki məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Iddia ərizəsində göstərilən və apellyasiya instansiyası tərəfindən də qüvvədə saxlanılan “onun kişiliyi yoxdur ki, gəlsin mənim qarşıma çıxsın”, “ölsün, boyunu yerə soxsun” ifadələri üzrə təkzibin tələb edilməsi qanuni hesab edilə bilməz. Belə ki, ilkin olaraq buna görə ki, bu ifadələr iddia edilən şəxs, yəni iddiaçının direktoru Qanuni nümayəndə barəsində səsləndirilməmişdir. Bunun əksini sübut edən heç bir sübut işdə mövcud deyil. Məhkəmə yalnız ehtimallardan çıxış edərək bu ifadələrin həmin şəxs barəsində söylənilməsi qərarına gəlmişdir. Bundan əlavə, əgər hətta həmin ifadələr həqiqətən də Qanuni nümayəndə barəsində səsləndirilsəydi belə bu ifadələrə görə yalnız Qanuni nümayəndə şəxsən etdiyi müraciət (iddia) əsasında məhkəmə təkziblə bağlı qətnamə qəbul edə bilərdir. Hazırkı iş üzrə iddiaçı qismində hüquqi şəxs MMC çıxış edir. Belə olduğu təqdirdə hüquqi şəxs tərəfindən verilən iddiaya əsasən fiziki şəxsə münasibətdə təkzib verilməsi qanunvericiliyə ziddir.
24. MPM-in 388-ci maddəsi üzrə - cavabdeh tərəfindən məhkəmənin diqqətinə çatdırılan sübutlar olsa da, eyni zamanda bu sübutlar üzrə şifahi vəsatətlər verilsə də, məhkəmələr bu sübutlara yaxud vəsatətlərə məhəl qoymamışlar. Balakən Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-*/**** nömrəli hökmünün mövcudluğu məhkəmənin diqqətinə cavabdeh tərəfindən çatdırılmış və bu hökmə istinad edilmişdir, lakin məhkəmə bu sübutu araşdırmamışdır. Belə ki, bu hökmlə tanış olarkən məlum olmuşdur ki, Xalimanın öz ifadələri zamanı səsləndirdiyi fikirlər cinayət işi üzrə ifadə vermiş şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Hökmdə göstərildiyi kimi, iş üzrə X2 və X5 məhkəmədə ifadə vermişlər. Bu ifadələrin məzmunu iş üzrə cavabdehin bildirdiyi ifadələrin onlara aid olan hissələrini sübut etmişdir. Həmin hissələrin digər sübutlarla təsdiqlənməsi mümkün deyil. Məhkəmələrin əsaslı araşdırma aparmamasının digər bir sübutu isə bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi öz qətnaməsində bu mövqeyini sübut olunmuş hesab edərək qeyd etmişdir ki, “YouTube” sosial media platformasında özünü jurnalist kimi təqdim edən Gülnaz Qəmbərli adlı şəxsə məxsus və birbaşa olaraq onun tərəfindən idarə olunan “xxxx” adlı xəbər kanalında... Lakin məhkəmənin bu mövqeyə gəlməyinə baxmayaraq, həmin kanalın real olaraq mövcud olub-olmaması, Gülnaz Qəmbərli adlı şəxsin real olaraq mövcudluğu, jurnalist olubolmaması, onun qeyd edilən kanalı həqiqətən idarə etməsi heç bir araşdırma və sübut ilə müəyyən edilməmişdir. Eyni mövqe məhkəmənin “Həmin bu ifadələr qeydə alınaraq “xxxx” kanalında 2024-cü il ## #### tarixində paylaşılmış, bu çıxışlardan qısa videoçarxlar hazırlanaraq daha geniş izləyici kütləsinə çatdırmaq məqsədilə X3 adlı şəxs tərəfindən birbaşa idarə olunan Instaqram sosial şəbəkəsində olan “medical_media”, “Tiktok”da “estetik_media_xəbər.az” və “Medikal Media” səhifələrində “Qanuni nümayəndə biyabır oldu”, “Azestetik ailəmi dağıtdı”, “Saxta imza ortaya çıxdı, səsimi kəsməyə çalışdılar”, “Yoxdur onun kişiliyi”, “Işlənmiş aparat satdılar”, “Azestetik məni aldadıb”, “xxxx” və s. başlıqları altında şirkəti nüfuzdan salan qeyd olunan məzmunlu paylaşımlar etmişdir” mövqeyində də, məhkəmə qeyd edilən hallar üzrə heç bir araşdırma aparmadan, sadəcə iddiaçının iddiasına əsaslanaraq qeyd edilənləri təsdiq olunmuş hallar kimi qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 23.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 24.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 25.Kassasiya şikayətində qeyd edilən cavabdehin mübahisələndirilən məlumatları yayan şəxs olmadığına görə MM-in 23-cü maddəsi üzrə məsuliyyət daşımaması barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, MM-in 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 26.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının – şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə həyatının sirri hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Qərarının 2.2.18 və 2.2.19-cu bəndlərində izah edilmişdir ki, yayılma dedikdə məlumatın üçüncü şəxslərə və ya qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəyi şəkildə çatdırılması başa düşülür və belə yayılma sosial şəbəkələr, audiovizual media və digər vasitələrlə həyata keçirilə bilər. Həmin Qərarın 2.2.20 və 2.2.21-ci bəndlərində isə media subyektinin məsuliyyətinin hədləri müəyyən edilmiş, 2.2.27-ci bəndində isə məlumatı yaymış şəxsin müəyyən edilməsinin bu kateqoriyadan olan mübahisələr üzrə cavabdehin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti izah edilmişdir. 27.Qeyd olunan hüquqi mövqeyə əsasən məsuliyyətin yaranması üçün ilk növbədə məlumatın konkret şəxs tərəfindən yayıldığı müəyyən edilməlidir. Hazırkı işdə də apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırılmış sübutlara əsasən mübahisə predmeti olan videolarda səsləndirilən ifadələrin bilavasitə cavabdeh tərəfindən işlədildiyini, həmin ifadələrin “YouTube” sosial media platformasında qeyri-müəyyən şəxslər dairəsinə çatdırıldığını müəyyən etmiş və bu hala uyğun olaraq MM-in 23-cü maddəsini tətbiq etmişdir. 28.Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hüquqi nəticəyə gələrkən maddi hüquq normasını hansı əsasla düzgün tətbiq etmədiyi göstərilməmiş, əksinə, məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halların və sübutların yenidən qiymətləndirilməsi tələb olunmuşdur. 29.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 30.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 31.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 32.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 33.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 34.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.