Məhkəmə qərarları › İş №2-2(102)-173/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-173/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-173/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-904/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC-yə məxsus “Youtube” platformasında 2023-cü il 12 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X3” başlıqlı videoçarxdan görünür ki, özünü Rəna Məmmədova kimi təqdim etmiş şəxs və Cavabdeh MMC-nin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Rəna Məmmədovanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazı alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, Cavabdeh MMC tərəfindən cihazın müayinəsi və cihazın mənşəyi barədə Rəna Məmmədovaya məlumat verilməməsi və s. barədə fikirlər səsləndirmişdir. Videoçarxın 07:07-09:30-cu dəqiqələrində Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanu ni nümayəndə2 MMC-nin adından çıxış edərək aşağıdakıları bildirir: - “Sizin cihazın adının “FG 2000D” olduğunu və Çində yerləşən “ADSS” zavoduna məxsus olduğunu siz bizim tərəfimizdən öyrənmisiz... Bizim şirkətin bu məlumatı sizə verdiyinə qədər siz cihazınızın mənşəyi barədə hər hansı məlumat bilirdiz?...Cihazınızın üzərində mənim müşahidə etdiyim qədər cihaza aid heç bir informasiya yox idi. Cihazınızın üzərində heç bir məna kəsb etməyən “Vertex” sözü dayanırdı...Burada məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək, ömür boyu, nə qədər ki, o cihaz və onu satan şirkət və vasitəçi var, alıcıya ömrünün sonuna kimi ehtiyat hissələrini özləri satsınlar... bu hallar alıcını özündən asılı vəziyyətə salmaq, ondan sui-istifadə etmək, ömrü boyu ona dəfələrlə baha qiymətə başlıq, ekran, su pompa sı və ya əlavə ehtiyat hissələri satmaqdır. Mən sizi əmin edirəm ki, siz məni tapmasaydınız, mənim videolarımı, çıxışlarımı və yaxud mənim şirkətim haqqında məlumatınız olmasaydı siz, sizə avadanlıq verənlərdən daim asılı qalacaqdız. Siz hələ də elə biləcəkdiniz ki, aldığınız avadanlığın adı “Vertex”dir...”

2. Cavabdeh MMC-yə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımların üzərində “40.000-ə xarab cihaz satdılar”, “Servis xidməti göstərilmədi” və s. kimi ifadələr qeyd edilmişdir.

3. Cavabdeh MMC-yə “Youtube” platformasında 2023-cü il 18 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X2” başlıqlı videoçarxdan görünür ki, özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxs və Cavabdeh MMC-nin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Ca vabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Xalima Ustayevanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazını alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, cihazın mənşəyi barədə məlumat verilməməsi, mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın mənşəyinin gizlədilərək alıcını satıcı şirkətdən asılı vəziyyətdə saxlamaq və s. bildirmişdir. Videoçarxda Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 əvvəlki çıxışın davamı olaraq mövzunun əvvəlki çıxışdakı mövzu ilə eyni olduğunu bildirir. Daha sonra 900 Vt gücündə cihazın mövcud olmadığını vurğulayır və “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (03:41-ci dəqiqə) başlığı əks olunur...”. Bundan başqa, cihazın mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın üzərinə mənası bilinməyən adın qeyd olunması, satıcı şirkətin alıcını ömür boyu özündən asılı vəziyyətə salması və s. (07:45-08:58) bildirmişdir.

4. Cavabdeh MMC-yə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımlarda 2023-cü il 18 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X2” başlıqlı videoçarxda özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxsin fotoşəkili və üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (elektron kabinet vasitəsi ilə kağız daşıyıcıda təqdim olunan) kimi ifadələr qeyd edilmişdir.

5. Cavabdeh MMC-yə məxsus “Youtube” platformasında 2024-cü il 4 yanvar tarixində payl aşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC-nin adından müraciət edərək Çin Xalq Respublikasında tibbi avadanlıqlar istehsal edən zavodlarda ziyarətdə olması, “Futai” adlı sexdə olması, onların təklifi ilə getməsi barədə məlumat verir, iddiaçının onun barəsində paylaşdığı videoçarxa istinad etməklə iddiaçıya qarşı fikirlər səsləndirir. Videoçarxda Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 MMC-nin adından çıxış edərək bildirir: - “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız…(03:25-03:38-ci dəqiqə) “Mən də bu çıxışımda çalışıram ki, sizin bir kollektiv olar aq nə işlər gördüyünüzü, nə cür gəlir əldə etdiyinizi, hazırda da nə işlər gördüyünüzü izləyicilərimizə çatdırım (03:58-04:17-ci dəqiqə)” “...Bu, çox böyük və qəbul edilməz yalandır. “Kohorent” şirkətinin istehsalı olan bar... qiyməti A7 və A8 cihazlarının içərisində olan bardan 4-5 dəfə baha olur... bu cihazın diod lazer epilyasiya cihazının ümumi dəyərinin 40-60% bu hissə təyin edir. Reklama baxın, “Amerika” istehsalı. Yəni, ay alıcı, 5 manatlıq deyil, 25 manatlıq qurğu var bunun içində, bu dəhşət bahalı bir şeydir... A7 və A8 modelinin yüzlərlə istifadəçisi var hal-hazırda. Məni izlədikdən sonra getsinlər başlığın şüşə hissəsindən içəriyə baxsınlar. Görsünlər, bunu görürlər ya yox. Amma bunu mümkünsüzdür ki görsünlər. Çünki “Amerika istehsalı qurğu bu cihazın içərisində olmayıb, bu gün də yoxdur. (09:49-11:36-cı dəqiqə)” “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir…(11:37- 11:50)”, “Yüzlərlə istifadəçi ADSS zavoduna məxsus “FG 2000” modelinin istifadəçisidir ölkəmizdə və bu gün də həmin avadanlıq satılır... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil (12:28-13:54-ci dəqiqə)”… 6. “Tiktok” platformasından çıxarışdan görünür ki, “Cihazımı söndürdülər” yazılı paylaşımın şərhlər bölməsində “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına Cavabdeh MMC-yə məxsus “Azcosmetics_mmc” adlı hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavabı yazılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – “iddia çı”) 2024-cü il 10 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X3” başlıqlı videoçarx tam silinməklə, orada səsləndirilmiş fikirlərinin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixində “Youtube” hesabında paylaşılmış “Diqqət Ehtiyatlı olun aldanmayın” başlığı altında qısaldılmış və paylaşılmış, hazırda isə silinmiş həmin video üzərinə qeyd edilmiş fikirlərin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitə silə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 18 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X2” başlıqlı videoçarxın həmin hesabdan tam silinməsi, sözügedən videonun eyni tarixdə cavabdehə məxsus “Tiktok” hesabında yayımlanmış və sonradan silinmiş qısaldılmış video üzərində qeyd edilmiş fikirlərinin həmin hesabda həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2024-cü il 4 yanvar tarixində paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın həmin hesabdan silinməklə, orada səsləndirilmiş fikirlərinin həmin hesabda videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasında 2023-cü il 19 aprel tarixində paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin, həmçinin cavabdehə məxsus “Tiktok” platformasında istifadəçi hesabında 2023-cü il 4 oktyabr tarixində paylaşılmış videonun üzərinə qeyd edilmiş iddiaçı və onun satdığı mallara dair “Sizdən xəbərsiz, sizi izləyirlər” fikrinin həqiqətə uyğun olmadığı əsası ilə eyni hesabdan videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması və cavabdehin qanunazidd əməlləri nəticəsində əldən çıxmış faydaya g örə 130.000 manat, istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 30.000 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə eyni sahədə fəaliyyət göstərən cavabdeh iddiaçının bazardakı mövqeyini zəiflətmək və onun işgüzar nüfuzuna zərər vurmaq məqsədilə sosial şəbəkələrdə bir sıra böhtan xarakterli və təhrif olunmuş məlumatlar yaymışdır. Bu məlumatlar cavabdehə məxsus "Youtube" və "Tiktok" hesabları vasitəsilə yayımlanmışdır. Cavabdehin rəhbəri Qanuni nümayəndə2 müxtəlif videolarda iddiaçının məhsulları haqqında yalan və əsassız məlumatlar vermiş, iddiaçını mü ştəriləri aldatmaqda, keyfiyyətsiz cihaz satmaqda, mənşəyi gizlətməkdə və əlavə gəlir əldə etmək məqsədilə cihazları uzaqdan söndürməkdə ittiham etmişdir. Halbuki bu iddiaların heç biri müqavilələr, texniki sənədlər və müstəqil məhkəmə qətnamələri ilə təsdiq olunmur. Xüsusilə qeyd olunmalıdır ki: - Paylaşımlarda iddiaçının müqavilələrdə açıq şəkildə göstərdiyi texniki məlumatlar təhrif olunaraq yanlış təqdim edilib. - Cihazların "xarab" və ya "keyfiyyətsiz" olması barədə deyilənlər servis qeydləri və təhvil-təslim aktları ilə təkzib olunur. - İddiaçının məhsullarının mənşəyi və texniki xüsusiyyətləri barədə verilən yalan məlumatlar istehsalçı zavodun məktubları ilə təkzib edilir. - Cavabdeh tərəfindən istifadə olunan ifadələr (məsələn, "dələduzluq", "aldatma", "sizi izləyirlər") iddiaçının alıcı və potensial müştəriləri arasında mənfi rəy yaratmağa yönəlib. Yayımlanan bu məlumatlar işgüzar etika prinsiplərinə ziddir, iddiaçının kommersiya nüfuzuna ciddi zərər vurmuş və ədalətsiz rəqabət yaratmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(113)-977/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X3” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuz unu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixində paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40.000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 18 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı. X2” başlıq lı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 18 aprel tarixində yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2024-cü il 4 yanvar tarixində paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları h aqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A7 və A8 cihazlarının bar sistemi Amerika istehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 19 aprel tarixində paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – N.Əhmədova).

10. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır.

11. Birincisi, iddiaçı cavabdehin “Youtube” hesabında 2023-cü il 12 aprel tarixində paylaşılmış “Lazer a paratı aldı və aldandı! X3” başlıqlı (18 dəq. 28 san.) videoçarxın silinməsini, orada səsləndirilmiş “məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır” ifadələrinin həqiqətə uyğun olmaması əsası ilə təkzib olunmasını, həmçinin eyni tarixdə cavabdehin “Tiktok” hesabında “Diqqət, ehtiyatlı olun, aldanmayın” başlığı ilə yayımlanmış və hal-hazırda silinmiş videoçarxda qeyd olunan “Rəna Məmmədovaya 40.000 manata xarab cihaz satılmışdır” və “Servis xidməti göstərilmədi” ifadələrinin də həqiqətə uyğun olmadığını əsas gətirərək video və ya yazılı formada təkzibini tələb etmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, videoçarxlarda səsləndirilmiş məlumatlar məhkəmə qərarları ilə təsdiq olunmuş faktlara əsaslanır, ifadələr isə şəxsi tənqidi münasibətdir. Onun iddiasına görə, iddiaçı avadanlığın mənşəyini gizlətmiş, ehtiyat hissələrini alıcılara real dəyərindən xeyli baha qiymətə satmışdır. Alıcılarla bağlanan müqavilələrdə cihazın mənşəyi göstərilməmiş, avadanlığın üzərində isə fərqli ad qeyd olunmuşdur. Rəna Məmmədova cihazın mənşəyini bilmədiyi üçün iddiaçıya bağlı vəziyyətdə qalacaqdı. Hətta bazar qiyməti 140 ABŞ dolları olan ekranın ona 2.500 manata satıldığı qeyd olunur.

12. Məhkəməyə təqdim edilmiş diskdə və çıxarışlardan görünür ki, cavabdehin “Youtube” hesabında 2023-cü il 12 aprel tarixində paylaşılmış “Lazer aparatı aldı və aldandı! X3” adlı videoçarxda, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək, Rəna Məmmədovanın İddiaçı MMC-dən ald ığı “Vertex” adlı lazer cihazının mənşəyinin gizlədildiyini, cihazın üzərində tanınmaz adların yazıldığını və alıcının cihazın ehtiyat hissələrinə görə satıcıdan asılı vəziyyətə salındığını bildirmişdir. “Tiktok” hesabında isə “40.000-ə xarab cihaz satdılar”, “Servis xidməti göstərilmədi” kimi ifadələr yerləşdirilmiş, həmin paylaşımlar “Youtube” videosunun hissələrə ayrılmış forması olmuşdur.

13. Cavabdeh qeyd olunan ifadələrin həqiqiliyi barədə iddia irəli sürsə də, bunu sübut edə bilməmiş, əksinə, iddiaçının təqdim etdiyi sənədlər — mənşə sertifikatı, 2021-ci il 28 iyul tarixli alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, zəmanət talonu və servis sənədləri — cihazın Çin istehsalı “FG2000D+(WERTEXD+)” markalı olduğunu və bu məlumatın alıcıya təqdim edildiyini təsdiq edir. Beləliklə, cihazın mənşəyinin alıcıdan gizlədilməsi və alıcının satıcıdan asılı vəziyyətə salınması iddiaları sübut olunmamışdır. Hətta əgər bu cür hərəkət baş vermiş olsaydı belə, cavabdeh bu davranışın pis niyyətlə həyata keçirildiyini əsaslandırmalı idi. Bundan əlavə, azad bazar iqtisadiyyatı şəraitində alıcının ehtiyat hissələrini istədiyi satıcıdan almaq imkanı mövcuddur.

14. Bundan başqa, müqavilə və qiymət razılaşma protokolundan görünür ki, cihaz 7.000 manat ilkin ödəniş daxil olmaqla 37.000 manata satılmışdır. X4 ilə tərtib edilmiş təhviltəslim aktından və zəmanət talonundan məlum olur ki, iddiaçı malı qüsursuz təhvil vermiş, alıcı cihazı yoxlayaraq qəbul etmişdir. Eyni zamanda, geri təhvil-təslim aktı və təmirə qəbul aktlarından cihazın müxtəlif vaxtlarda təmir edildiyi aydın olur. Gəncə Apellyasi ya Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli qətnaməsindən isə görünür ki, Məmmədova cihazın 2022-ci il 1 aprel tarixində xarab olduğunu bildirmiş, cihazın nasazlıqları qarantiya müddətində təmir edilmişdir. Beləliklə, təqdim olunan sübutlarla təsdiq olunur ki, cihaz 37.000 manata saz vəziyyətdə satılmış və nasazlıqlar sonradan yaranmışdır.

15. Cavabdeh tərəf, cihazın mənşəyini gizlətmək və üzərində "Vertex" sözünün yazılmasının məqsədli şəkildə edildiyini bildirsə də, təqdim olunan sənədlərdən tərəflər arasında “Vertex” əmtəə nişanı ilə bağlı mübahisə olduğu aydın olur. Buna görə, cavabdeh tərəfin belə fikirlər səsləndirməsi iddiaçının işgüzar nüfuzunu ləkələmək məqsədi güdür.

16. İddiaçı və cavabdehin sahibkarlıq fəaliyyətini eyni istiqamətdə həyata keçirdiyi nəzərə alınaraq, cavabdeh tərəfin videoçarxlar çəkərək iddiaçının işgüzar nüfuzunu zədələyən fikirlər səsləndirməsi, bunların iddiaçının nüfuzuna zərər vurmaq məqsədini daşıdığını göstərir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X3” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “You tube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməli, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 12 aprel tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40.000 manata xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.

18. İkincisi, iddiaçı cavabdehin “Youtube” platformasında 2023-cü il 18 aprel tarixində yayımlanmış “Lazer aparatı aldı və aldandı! X2” başlıqlı videoçarxın və eyni tarixdə cavabdehin “Tiktok” platformasında yayımlanmış qısaldılmış videonun silinməsini tələb etmişdir. Videolarda “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar” və digər oxşar ifadələr qeyd olunmuşdur. İddiaçı bu məlumatların həqiqətə uyğun olmadığını əsas gətirərək, videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsini tələb etmişdir. Cavabdeh isə məlumatların həqiqi olduğunu iddia etmiş, əlavə olaraq bildirmişdir ki, istehsalçı şirkət 900 Vt gücünə cihaz istehsal etmir və alıcının cihazda kənar qurğu yerləşdirilməsindən xəbəri olmayıb.

19. Məhkəməyə təqdim olunan diskdə yerləşən cavabdehin “Youtube” platformasında 2023-cü il 18 aprel tarixində yayımlanan “Lazer aparatı aldı və aldandı! X2” başlıqlı videoçarxda, özünü Xalima Ustayeva kimi təqdim edən şəxs və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC loqosu fonunda, Xalima Ustayeva nın iddiaçıdan aldığı lazer cihazının nöqsanları, söndürülməsi və mənşəyi barədə məlumat verilməməsi kimi məsələlərdən bəhs etmişdir. Videoçarxda 900 Vt gücündə cihazın mövcud olmadığını və “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” ifadələri vurğulanmışdır.

20. Cavabdehin “Tiktok” platformasında 2023-cü il 18 aprel tarixində yayımlanan paylaşımlarda isə, Xalima Ustayeva kimi təqdim edilmiş şəxsin fotoşəkili ilə “600 Vt gücünə sahib ‘WERTEX’ cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” və “Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr qeyd olunmuşdur.

21. Göründüyü kimi, cavabdehin “Youtube” hesabında yayımlanan videoda, cavabdehin qanuni təmsilçisi iddiaçının cihazın mənşəyini alıcıdan gizlədərək onu özündən asılı vəziyyətə salma məqsədini güddüyünü, həmçinin 900 Vt gücündə cihazın mövcud olmadığını bildirmişdir. Eyni videoçarx hissəvi şəkildə cavabdehin “Tiktok” hesabında da yayımlanmış və eyni ifadələr qeyd olunmuşdur. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi “Tiktok” platformasında yayımlanan qısa videoçarxları mübahisələndirməmişdir.

22. Cavabdeh tərəf təqdim etdiyi ifadələrin həqiqiliyi ilə bağlı mövqe bildirsə də, bu məlumatların həqiqi olduğunu sübut edə bilməmişdir. Əksinə, iddiaçının təqdim etdiyi sənədlər həmin məlumatların gerçəkliyini təsdiq etmir.

23. Belə ki, iddiaçı X5 ilə bağlanmış 2021-ci il 29 iyun tarixli alqı-satqı müqaviləsini, təhvil-təslim aktını və zəmanət talonunu məhkəməyə təqdim etmişdir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən, satıcı malın istifadəs i dövründə onu yoxlamaq və əlavə avadanlıqlarla təchiz etmək hüququna malikdir. Təhvil-təslim aktında cihazın “Wertex” adı, zəmanət talonunda isə “Wertex 600” qeyd olunmuşdur.

24. Bu sənədlərdən açıq şəkildə görünür ki, Xalima Ustayeva adlı şəxsə 900 Vt gücündə cihazın satılması faktı təsdiqlənmir. Əksinə, təqdim olunmuş zəmanət talonunda cihaz “Wertex 600” kimi göstərilmiş, müqavilədə isə satıcının cihazı yoxlayıcı avadanlıqlarla təchiz etmək hüququ qeyd olunmuşdur.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2023-cü il 18 aprel tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X2” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında 2023-cü il 18 ap rel tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.

26. Üçüncüsü, iddiaçı cavabdehə məxsus “Youtube” platformasındakı hesabda 2024cü il 4 yanvar tarixində paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın tam şəkildə silinməsini, həmin videoçarxda səsləndirilmiş “ Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız...”, İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir.”, “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir.”, “ADSS” zavodunun istehsal etdiyi ‘FG 2000 D modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil”, “A7 və A8 cihazlarının bar sistemi Amerika istehsalı deyil” məzmunlu fikirlərin videoçarx vasitəsilə və ya yazılı formada təkzib edilməsini tələb etmişdir. Cavabdeh tərəf tələblə razılaşmamış və bildirmişdir ki, iddiaçının satışını həyata keçirdiyi cihazlar Çin istehsalıdır, cihazın komponentləri və bar sistemi Amerika istehsalı deyildir. Cavabdehin i ddiasına görə, iddiaçı cihazın mənşəyi barədə yanlış məlumat verərək ehtiyat hissələrini baha qiymətə təklif etmişdir.

27. Məhkəməyə təqdim olunan diskdə yerləşdirilmiş və cavabdehə məxsus “Youtube” platformasında 2024-cü il 4 yanvar tarixində paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxdan görünür ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından müraciət edərək Çin Xalq Respublikasında tibbi avadanlıqlar istehsal edən zavodlarda ziyarətdə olması, “Futai” adlı sexdə olması, onların təklifi ilə getməsi barədə məlumat verir, iddiaçının onun barəsində paylaşdığı videoçarxa istinad etməklə iddiaçıya qarşı fikirlər səsləndirir. Videoçarxda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək aşağıdakı fikirləri səsləndirir: - “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız…(03:25-03:38-ci dəqiqə) “Mən də bu çıxışımda çalışıram ki, sizin bir kollektiv olaraq nə işlər gördüyünüzü, nə cür gəlir əldə etdiyinizi, hazırda da nə işlər gördüyünüzü izləyicilərimizə çatdırım (03:5804:17-ci dəqiqə)” “...Bu çox böyük və qəbul edilməz yalandır. “Kohorent” şirkətinin istehsalı olan bar... qiyməti A7 və A8 cihazlarının içərisində olan bardan 4-5 dəfə baha olur... bu cihazın diod lazer epilyasiya cihazının ümumi dəyərinin 40-60% bu hissə təyin edir. Reklama baxın, “Amerika” istehsalı. Yəni, ay alıcı, 5 manatlıq deyil, 25 manatlıq qurğu var bunun içində, bu dəhşət bahalı bir şeydir... A7 və A8 modelinin yüz lərlə istifadəçisi var hal-hazırda. Məni izlədikdən sonra getsinlər başlığın şüşə hissəsindən içəriyə baxsınlar. Görsünlər, bunu görürlər ya yox. Amma bunu mümkünsüzdür ki görsünlər. Çünki “Amerika istehsalı qurğu bu cihazın içərisində olmayıb, bu gün də yoxdur. (09:49-11:36-cı dəqiqə)” “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir…(11:37- 11:50)”, “Yüzlərlə istifadəçi ADSS zavoduna məxsus “FG 2000” modelinin istifadəçisidir ölkəmizdə və bu gün də həmin avadanlıq satılır... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil (12:28-13:54-ci dəqiqə)”…

28. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək “A7” və “A8” lazer cihazların da və “FG 2000 D” model cihazda bar qurğularının “Amerika” istehsalı olmadığı, iddiaçının cihazın qiymətini dəyərindən yüksək göstərmək üçün bar qurğularının “Amerika” istehsalı olduğunu bildirərək müştərilərə illərlə yalan danışdığı, aldatdığı və s. kimi məlumatlar bildirib.

29. İddiaçının təqdim etdiyi “X1 CO., LTD” Şirkətinin məktubunda qeyd olunur: “Bildiririk ki, eksklüziv distributorumuz X6 Laser A7 və A8 maşınlarının bütün lazer çubuqları ABŞ Coherent şirkətindən idxal olunur və bütün maşınlar Çində yüksək keyfiyyətli istehsal olunur və keyfiyyət, istifadənin və sabitliyin ən yaxşı performansını təmin edə bilər.”

30. İddiaçının nümayəndəsi və vəkili “lazer çubuqları” ifadəsinin tərcümə xətası olduğunu, məktubun orijinalında (ingilis dilində) “lasers bars of diode” qeyd olunduğunu, c ihazın bar sisteminin ABŞ Coherent şirkətindən idxal olunduğunun məktubda ifadə olunduğunu bildirir.

31. İddiaçının təqdim etdiyi "xxxx" Şirkətinin məktubunda qeyd olunur: “2017-ci ildən Azərbaycan distributorumuz İddiaçı MMC həmişə 1200 və 900 Vt gücündə barlarla epilyasiya lazer aparatları sifariş edir. Biz heç vaxt maşınlarımızda 600 Vt-lıq bar istehsal etməmişik və təchiz etməmişik.”

32. Məhkəmə bildirmişdir ki, cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olmadığını qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Həmçinin cavabdeh iddiaçının müştəriləri aldatmasına dair səsləndirdiyi fikirləri cihazların bar sistemlərinin istehsalçı ölkəsinin ABŞ olmaması, iddiaçının satışını həyata keçirdiyi “FG 2000 D” modelində yalnız 600 Vt və 1200 Vt gücə malik bar sisteminin olması ilə əsaslandırır. Cavabdehin etirazının əsası izahatlardan ibarət olub mötəbər sübutlarla təsdiq olunmur. İddiaçının təqdim etdiyi istehsalçı şirkətlərin məktublarından isə lazer bar sisteminin ABŞ şirkətindən idxal olunması, iddiaçının 1200 Vt və 900 Vt gücündə barlarla epilyasiya lazer aparatları sifariş etməsi aydın olur. Beləliklə, cavabdeh məlumatların həqiqi məlumat olması ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmir.

33. Odur ki məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında 2024-cü il 4 yanvar tarixində paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” ko llektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A7 və A8 cihazlarının bar sistemi Amerika istehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.

34. Dördüncüsü, iddiaçı “Tiktok” platformasında cavabdehə məxsus “Azcosmetics_mmc” adlı istifadəçi hesabında (hesabin adını “Azcosmetics_mmc” dən “Medikal_Media” dəyişiblər ) 2023-cü il 19 aprel tarixində paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin, həmçinin “Tiktok” platformasında cavabdehə məxsus istifadəçi hesabında 2023-cü il 4 oktyabr tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş iddiaçı və onun satdığı mallara dair “Sizdən xəbərsiz, sizi izləyirlər” fikrinin həqiqətə uyğun olmayan əsası ilə eyni hesabdan videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsini tələb etmişdir.

35. Cavabdehin qanuni təmsilçisi bildirmişdir ki, “Tiktok” platformasında cavabdehə məxsus hesabda “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhi iddiaçı i lə bağlı paylaşılan qısa videonun şərhlər bölməsində yazılsa da, bunu o yazmayıb. Həmçinin həmin hesabda 2023-cü il 4 oktyabr tarixində paylaşılmış videonun üzərinə qeyd edilmiş “Sizdən xəbərsiz, sizi izləyirlər” yazısı iddiaçıya dair yazılmış yazı deyildir.

36. Məhkəmə iddiaçının “Tiktok” platformasında 2023-cü il 4 oktyabr tarixli paylaşım üzərində yer aldığı iddia edilən “Sizdən xəbərsiz, sizi izləyirlər” ifadəsinin təkzib olunması ilə bağlı tələbi əsassız hesab etmişdir. Belə ki, iddiaçı həmin videonu məhkəməyə təqdim etməmiş, baxış zamanı da bu paylaşım aşkar edilməmiş, cavabdeh isə ifadənin iddiaçıya aid olduğunu təsdiqləməmişdir. 37. 2023-cü il 19 aprel tarixli “Tiktok” paylaşımının şərhlər bölməsində cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul ə ldə etmək üçün” ifadəsi yazılmışdır. Məhkəmə bu ifadəni açıq və üçüncü şəxslərə çatımlı olduğu üçün yayımlanmış hesab etmiş və onun iddiaçıya münasibətdə ifadə olunduğu qənaətinə gəlmişdir.

38. Cavabdehin qanuni təmsilçisi şərhin onun tərəfindən yazılmadığını bildirmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, hüquqi şəxsin əməkdaşlarının hərəkətləri hüquqi şəxsin özü tərəfindən edilmiş hesab olunur.

39. Cavabdeh iddia olunan faktların həqiqiliyini sübut edə bilməmiş, yalnız şifahi məlumatlara və ümumi təxminlərə istinad etmişdir. Əksinə, iddiaçının təqdim etdiyi məhkəmə qərarları cihazların ödənişi ilə bağlı alıcıların icra olunmamış öhdəliklərinin olduğunu göstərir. Bu səbəbdən cavabdeh məlumatın doğruluğunu sübut edə bilməmiş və təkzib tələbi əsaslı hesab edilmişdir.

40. Odur ki məhkəmə hesab etmişdir ki, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabda 2023-cü il 19 aprel tarixində paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməldir.

41. Bundan başqa, iddiaçının gələcək paylaşımların qarşısının alınması və zərərin ödənilməsi tələbləri də məhkəmə tərəfindən rədd edilmişdir. Belə ki, məlumatların həqiqətə uyğun olub-olmaması yalnız məhkəmə tərə findən qiymətləndirilə biləcəyi, bu qiymətləndirmə aparılmadan qabaqlayıcı qadağa qoyulmasının fikir və söz azadlığına müdaxilə olduğu bildirilmişdir. Zərərin ödənilməsi ilə bağlı isə iddiaçı konkret maddi zərəri sübut etmədiyindən bu tələb də təmin edilməmişdir.

42. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 23.1, 23.2, 23.4, 23.6, 1096, 1097-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən - iddia tələbinin təmin edilən hissədə ləğv, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

44. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-904/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – E.Həsənov və T.Mahmudova).

45. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən məhkəmələr tərəfindən üç hal – 1) məlumatların işgüzar nüfuzu ləkələyici xarakter daşıması; 2) məlumatların həqiqətəuyğun olmaması və 3) məlumatların yayılması faktı müəyyən edilməlidir.

46. Birinci məsələ ilə bağlı kollegiya qeyd etmişdir ki, hazırkı halda videoçarxlarda cavabdehin qanuni nümayəndəsi tərəfindən səsləndirilən informasiya – iddiaçının müştəriləri aldatması, xarab cihaz satması, servis xidməti göstərməməsi, satdıqları aparatların mənşəyini gizlətməsi, müştərilərə aparatların iş gücü barədə və aparatlarda Amerika istehsallı hissələrinin olması barədə yalan informasiya verməsi, ödəniş edilməy əndə aparatları kənardan söndürməsi və s. potensial müştərilərdə iddiaçı şirkətin işgüzar fəaliyyəti barədə mənfi rəy yaradılmasına, iddiaçının etibarsız və vicdansız bir kontragent olması barədə fikrin formalaşmasına səbəb olur. Odur ki, həmin informasiyanın ləkələyici xarakter daşıması şübhə doğurmur. Lakin şəxsin fəaliyyəti barədə mənfi fikir yaradan istənilən informasiya “işgüzar nüfuzu ləkələyən məlumat” kimi qiymətləndirilə bilməz.

47. Belə ki, yayılan informasiyanın işgüzar nüfuzu ləkələyən məlumat olub-olmaması qiymətləndirilərkən həmin informasiyanın “məlumat” və ya “subyektiv fikir” olması istiqamətində də hüquqi dəyərləndirmə aparılmalıdır. Hazırkı halda “Youtube” və “Tiktok” platformalarında yayımlanmış videoçarxlarda iddiaçının fəaliyyəti ilə bağlı səsləndirilən ifadələrə nəzə rə saldıqda aydın olur ki, həmin informasiya ifadə tərzində onun subyektiv fikir və ya mülahizə olmasını göstərən konstruksiyalardan istifadə edilməyib, informasiya təsdiqedici və qəti formada əks olunub. Bu baxımdan, cavabdehin həmin fikirlərin iddiaçının müştərilərinin adından səsləndirməsi barədə dəlilləri də əsassızdır.

48. Digər tərəfdən, mübahisələndirilən videoçarxlarda səsləndirilən müştərilərin lazer aparatlarının mənşəyi barədə aldadılması, yəni cavabdeh tərəfindən müştərilərə qəsdən yalan informasiya verilməsi, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satması, xarab cihaz satılması, servis xidmətinin göstərilməməsi, cihazların texniki göstəricilərinin şişirdilməsi, FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı olubolmaması, pul ödənilm əyəndə lazer aparatların kənardan bağlanması həqiqiliyi yoxlanıla bilən faktlardır. Odur ki, mübahisələndirilən ifadələrin subyektiv mülahizə kimi qiymətləndirilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

49. Mübahisələndirilən məlumatların həqiqətə uyğun olub-olmamasına münasibətdə qeyd edilməlidir ki, MM-in 23.1-ci maddəsinin məzmunundan da göründüyü kimi ləkələyici xarakter daşıyan məlumatlara münasibətdə onların həqiqətə uyğunsuzluğu prezumpsiyası qüvvədədir. Yəni cavabdeh tərəfindən həmin halların həqiqətəuyğunluğu sübuta yetirilənədək həmin məlumatlar həqiqətəuyğun olmayan hesab edilir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, hazırkı halda cavabdeh videoçarxlarda səsləndirdiyi məlumatların həqiqətəuyğun olmasını təsdi q edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, həmin halların həqiqətəuyğun olması iddiaçının təqdim etdiyi sübutlarla təkzib edilir.

50. Araşdırılmalı olan sonuncu məsələ, yəni məlumatların yayılıb-yayılmaması ilə bağlı kollegiya qeyd etmişdir ki, hazırda iddiaçının təkzib edilməsini xahiş etdiyi məlumatlar “Youtube” və “Tiktok” platformasındakı hesablarında paylaşılmaqla (“Tiktok” platformasındakı paylaşımların şərhlər hissəsində yazılar da daxil olmaqla) həmin sosial şəbəkələrdən istifadə edən qeyri-müəyyən şəxslər dairəsinə bildirilmişdir. Odur ki, həmin məlumatların yayılması faktı şübhə doğurmur. Sözügedən məlumatların cavabdeh tərəfindən yayılıb-yayılmamasına gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “Youtube” platformasında yayılan videoçarxların hamısının cavab dehin həmin platformasında yayımlanması və həmin çarxlarda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 çıxışlar etməsi işin mübahisəsiz hallarıdır. “Tiktok” platformasında yayılmış məlumatlara gəldikdə cavabdeh apellyasiya şikayətində “Tiktok”da ona məxsus hesabın olmamasını bildirsə də, işə birinci instansiya məhkəməsində baxılarkən “Tiktok” platformasında “Azcosmetics_mmc” adlı istifadəçi hesabının ona aid olmasını, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş “Tiktok” platformasından çıxarışların həqiqiliyini mübahisələndirməmiş, əksinə, birinci instansiya məhkəməsində keçirilmiş iclaslarda iştirak etmiş cavabdehin qanuni təmsilçisi qısaldılmış videoçarxların və həmin videoçarxlara qoyulmuş başlıqların onlara aid olmasını təsdiq etmişdir.

51. Digər tərəfdən, “Tiktok” platformasından çıxarışlardan da görünür ki, həmin platformada istifadəçi hesabının adı “Azcosmetics_mmc” olmuş və həmin hesabda “Youtube” kanalında yerləşdirilmiş videoçarxların qısaldılmış formaları paylaşılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən hallar da “Tiktok” platformasındakı hesabın cavabdehə məxsus olmasına dəlalət edir. Belə olan halda, cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Tiktok” platformasında hesabının olmaması barədə cavabdehin dəlilləri özünümüdafiə xarakteri daşıyır.

52. Məhkəmə kollegiyası “Tiktok” platformasında 2023-cü il 19 aprel tarixində paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə, bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhin in onun tərəfindən yazılmaması barədə cavabdehin qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin şərh cavabdehə məxsus hesabdan, məhz “Azcosmetic_mmc”nin adından yazılmışdır. Cavabdeh isə həmin şərh yazılarkən cavabdehin sosial həmin şəbəkədəki hesabına müdaxilə olunmasını (bu barədə X7 məlumat verməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən hallar ona dəlalət edir ki, mübahisələndirilən məlumatlar cavabdeh tərəfindən yayılmışdır.

53. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işin yuxarıda göstərilən halları ilə iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətəuyğun olmayan məlumatların cavabdeh tərəfindən yayılması öz təsdiqini tapır. Odur ki, iddiaçı işgüzar nüfuzunun məhkəmə tərəfindən müdafiə edilm əsini tələb etməkdə haqlıdır.

54. Məlumatların təkzibi qaydası ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmış, hazırkı iş üzrə iddiaçı məlumatın cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasındakı hesablarda yayıldığına istinad etmişdir. Qeyd olunan platformalardan, əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs olan media subyektləri tərəfindən kütləvi informasiyanın yayılmasında alət və vasitə kimi istifadə olunsa da, hazırkı iş üzrə həmin platformalardan cavabdeh öz fəaliyyət məqsədləri üçün istifadə etdiyindən və sonuncu media subyekti olmadığından məlumat mediada yayılmış hesab olunmur. Belə olan halda isə təkzib qaydası MM-in 23.2-ci maddəsinə əsasən mə hkəmə tərəfindən müəyyənləşdirilə bilər.

55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 23.1, 23.2, 23.4, 23.6-cı maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli Qərarına; MPM-in 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

56. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

57. MM-in 23.6-cı maddəsi üzrə - Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyasının qüvvədə saxladığı 2023-cü il 12 aprel, 18 aprel və 19 aprel tarixli videoçarxlar və şərhlərlə bağlı hissələr hüquqi əsasa malik deyil. Cavabdehin “Tiktok” hesabı olduğu iddia edilən “Azcosmetics_mmc” səhifəsinin ona aid olmadığı, şirkət nümayəndəsi tərəfindən bəyan edilmişdir. Lakin məhkəmə bu bəyanatı və sübut çatışmazlığını nəzərə almadan, yalnız qarşı tərəfin iddialarına əsaslanaraq səhifənin cavabdehə məxsus olduğu nəticəsinə gəlib. Halbuki, MM-in müvafiq müddəalarına görə hüquqi şəxsin məsuliyyəti yalnız məlumatı özü yaydığı halda mümkündür və bu hal mülki-prosessual qaydada sübuta yetirilməlidir. 58. 2023-cü il 12 aprel tarixli "Lazer aparatı aldı və aldandı!" başlıqlı videoda səsləndirilmiş fikirlər – o cümlədən "məqsəd alıcını asılı vəziyyətə salmaqdır" ifadəsi – qarşı tərəfin müştərisi Rəna Məmmədovanın öz fikirlər idir. Həmin fikirlər daha əvvəl qarşılıqlı iddiada və məhkəmə ifadələrində də səsləndirilmişdir. Qanuni nümayəndə2 bu məlumatlara istinad etməklə ictimaiyyətə təqdim etmiş və bu məlumatlar artıq Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli qətnaməsində hüquqi qiymət almışdır. Bu səbəbdən, cavabdehin tənqidi yanaşmasının qanunsuz elan olunması əsassızdır.

59. İddiaçının mübahisəyə səbəb olan “Vertex” adlı cihazı istehsal etmədiyi, yalnız idxal edilən cihazların üzərindəki məlumatları silərək bu adla satdığı məlumdur. Cihaza yerləşdirilmiş çip vasitəsilə onu uzaqdan söndürmə imkanı və müştərinin asılı vəziyyətə salınması da sübuta yetirilmişdir. Bu hallar Rəna Məmmədovanın ifadəsində ətraflı təsvir olunmuş və video da bu məqsədlə – real müştəri təcrübəsinin çatdırılması üçün – çəkilmişdir.

60. Həmçinin, iddiaçı sonradan hazırlanmış sənədləri (təqdim-təslim aktı, müqavilə və s.) əsl kimi təqdim etmiş, lakin bu sənədlər ilkin alqı-satqı zamanı təqdim olunmamışdır. Bu hallar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir.

61. Bakı Apellyasiya Məhkəməsinin cavabdehin 2023-cü il 18 aprel tarixli “Youtube” videosunun silinməsi öhdəliyini ona yükləməsi əsassızdır. Cavabdeh sadəcə Xalima Ustayevanın iddialarını səsləndirmişdir. Həmin şəxsin qarşılıqlı iddiası məhkəmə tərəfindən geri qaytarılsa da, videoda ifadə edilən fikirlər - məhsulun saxtalığı, mənşəyin gizlədilməsi və cihazın xarab olması kimi şikayətlər reallıqda səsləndirilib. Bu ifadələrə görə cavabdehin məsuliyyət daşıması hüquqa ziddir.

62. MM-in 82.3-cü maddəsi üzrə - Bu maddəyə əsasən, bir mülki iş üzr ə qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilmiş faktlar həmin işin iştirakçıları tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə və ya yenidən sübut edilə bilməz. Lakin apellyasiya məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli qətnaməsində əks olunmuş faktı nəzərə almamışdır. Həmin qətnaməyə əsasən, iddiaçı tərəfindən Rəna Məmmədovaya satılmış lazer aparatı qarantiya müddəti başa çatmadan xarab olmuş və keyfiyyət standartlarına cavab vermədiyi üçün alış qiyməti 9.000 manat azaldılmışdır. Bu halda cihazın keyfiyyətsiz (xarab) olması artıq məhkəmə tərəfindən təsdiqlənmiş fakt olduğu halda, apellyasiya məhkəməsinin həmin ifadənin təkzib edilməsinə dair qərar çıxarması əsassızdır.

63. MPM-in 380-cı maddəsi üzrə - Prosessual qanunvericiliyə əsasən, tərəfləri n izahatlarından sonra yalnız zəruri hallarda sübutlar elan edilməli və birinci instansiyada təqdim olunması mümkün olmayan sübutlar araşdırılmalıdır. Lakin cavabdehə məxsus “Youtube” hesabında 2024-cü il 4 yanvar tarixli “Saxta reklamlar” adlı videoçarxın silinməsi və oradakı ifadələrin təkzib edilməsi ilə bağlı qərar qanunsuzdur. Videoçarxda səsləndirilmiş “Amerika istehsalı” ifadəsinin real cihazın Çin istehsalı olması ilə ziddiyyət təşkil etdiyi sübutlarla təsdiq olunur. Həmçinin, cihazın gücü ilə bağlı iddiaların yalan olduğunu sübut etmək məqsədilə iddiaçının təqdim etdiyi Çin istehsalçısının məktubu reallığı əks etdirmir. Çünki həmin şirkətin rəsmi saytında 900 Vt-lıq cihazlar yoxdur, əksinə əksəriyyəti 600 Vt-dır. Bu, məktubun etibarlılığını şübhə altına alır. Məhkəmə isə həmin süb utları obyektiv araşdırmadan, qərəzli şəkildə qərar qəbul etmiş və əsas sübutların araşdırılmasından yayınmışdır.

64. MPM-in 389-cu maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən qeyd olunan maddəni tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Bununla da prosessualhüquq pozuntusuna yol vermişdir.

65. Ali Məhkəmənin 2024-cü il 18 aprel tarixli 1(102)-819/2024 nömrəli Qərarı üzrə - Ali Məhkəmənin qərarı cinayət işi üzrə qəbul edilsə də, faktiki oxşarlığa görə bu işə də tətbiq oluna bilər. Həmin qərarda məhkəmə, “Tiktok” platformasında yerləşdirilmiş materialla bağlı səhifənin konkret şəxsə məxsusluğunu sübut edən dəlillər təqdim olunmadığından, təqsiri sübuta yetirilməmiş hesab etmişdir. Hazırkı işdə də “Tiktok” səhifəsinin cavabdehə və ya onun direktoruna aid olduğunu sübu t edən heç bir əsas yoxdur. Bu səbəbdən həmin paylaşımların hüquqi şəxsə aid edilməsi qanunvericiliyə və məhkəmə təcrübəsinə ziddir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 4 nömrəli Qərarı üzrə - Vətəndaşın yol verdiyi nöqsanlara görə tənqid olunması onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın yalan olması üçün onun həqiqətə uyğun olmaması sübuta yetirilməlidir. İş materiallarından görünür ki, məlumatlar cavabdeh tərəfindən deyil, iddiaçının öz müştəriləri tərəfindən yayılmış və onların doğruluğu cavabdeh tərəfindən sübut edilmişdir. Cavabdeh yalnız reklamla təqdim olunan məhsullarla faktiki satılan avada nlıqlar arasındakı fərqləri və mənşə ilə bağlı yanlış təqdimatları tənqid etmişdir. Bu məlumatlara əsaslanaraq işgüzar nüfuzun pozulduğunu iddia etmək əsassızdır. Məhkəmə isə sübutlara düzgün qiymət verməmiş və obyektiv araşdırma aparmamışdır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarı üzrə - Qətnamə yalnız işə aid edilən və mötəbər sübutlarla təsdiqlənən faktları əks etdirdikdə əsaslı sayılır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, hər bir sübutun qəbul edilməsi və ya rədd edilməsi səbəbləri izah olunmalıdır. Lakin, hər iki instansiya məhkəməsi bu tələblərə əməl etməyib. Qarşı tərəfin təqdim etdiyi sübutlar heç bir yoxlama aparılmadan mötəbər sayılmış, cavabdeh tərəf in vəsatət və xahişləri isə heç bir əsaslandırma aparılmadan təmin edilməmişdir. İşin məlumatlarının doğruluğu və bu məlumatların yayılmasının hüquqi nəticələri tam şəkildə araşdırılmayıb, həmçinin qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərə alınmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

69. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

70. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

71. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.... 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların y ayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.”

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli Qərarının 3-cü bəndində aşağıdakılar göstərilmişdir: “...məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsər rüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlard an çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır...”

73. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi müvafiq

74. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

75. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

76. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

77. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından ka ssasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 73) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 73) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

78. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-904/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmal ıdır.

79. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 22(103)-904/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar