Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-243/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı X3 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı X3 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı İddiaçı X3 ilə alıcı cavabdeh2 arasında 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi imzalanmış, müqavilə ilə satıcı alıcının müntəzəm sifarişlərinə uyğun olaraq həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavələrdə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində haqqın ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 2021-ci il ## #### tarixli * nömrəli əlavə ilə ümumi dəyəri 13.200 manat olan 600 litr “Vydate L” adlı malın alqı-satqısı razılaşdırılmış, həmin əlavə əsasında eyni tarixli təhvil-təslim aktı ilə malların təhvil-təslimi edilmiş, 2021-ci il # ######## tarixli * nömrəli əlavə ilə ümumi dəyəri 27.600 manat olan 12.00 litr “Vydate L” adlı, 50 litr “Fufanon” adlı malların alqı-satqısı razılaşdırılmış, həmin əlavə əsasında eyni tarixli təhvil-təslim aktı ilə malların təhvil-təslimi edilmişdir.
2. Iddiaçı, cavabdeh1 qarşı 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilə üzrə pulun tutulması tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh2 (bundan sonra – “cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi üzrə 40.800 manat əsas, 4.080 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224,65 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh2 arasında bağlanmış 2021-ci il ## #### tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 13.200 manat məbləğində olan “Vydate L” adında mallar satılmış, müqavilənin şərtlərinə əsasən, cavabdeh həmin məbləği 2021-ci il ## ###### tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, həmin müqaviləyə əsasən cavabdehə ümumi dəyəri 27.600 manat məbləğində olan “Vydate L” və “Fufanon” adında mallar satılmış, müqavilənin ödəniş şərtlərinə əsasən cavabdeh hissə-hissə ödənilməsi şərtilə 2021-ci il ## ####### tarixinədək əlavə 2-də göstərilən malların yekun dəyərini tam şəkildə ödəməli idi. Lakin cavabdeh tərəfindən ödənilməli olan cəmi 40.800 manat pul bu günədək ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan məbləğ müqavilədə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi üçün müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş qaydada cərimə məbləği də ödənilməlidir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, alıcı aldığı malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 faizi məbləğində cərimə ödəyir. Beləliklə, 2021-ci il ## #### tarixli alqısatqı müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə müqavilənin şərtlərinə əsasən 4.080 manat cərimə ödəməlidir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, hər hansı ödəniş həyata keçirilməmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 (bundan sonra – “cavabdeh1”) cavabdeh qismində işə cəlb olunmasını və 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi üzrə 40.800 manat əsas, 4.080 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224,65 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
6. Həmin ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh1 ilə həm telefon vasitəsi ilə, həm də şəxsən danışıqları zamanı müqavilə imzalanarkən cavabdeh2 bilərəkdən öz şəxsiyyət vəsiqəsini təqdim etdiyini, daha sonra müqaviləni arxa otağa apararaq cavabdeh1 imzaladığını bildirmişdir. Göründüyü kimi, hər iki cavabdeh iddiaçının səlahiyyətli nümayəndəsinin etibarından sui-istifadə edərək gələcəkdə yarana biləcək öhdəliklərində çaşqınlıq yaratmaq üçün sənədlərdə saxtakarlıq etmişlər. Ona görə də tələb olunan pul hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.
7. Məhkəməsinin qərardadı ilə cavabdeh1 cavabdeh qismində işə cəlb olunmuşdur.
8. Cavabdeh cavabdeh1 nümayəndəsi iddiaya yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Cavabdeh cavabdeh2 2021-ci il ## #### tarixli alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olmadığını, iddiaçıdan hər hansı mal almadığını, müqavilədən xəbəri olmadığını bildirmişdir.
10. Məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli */*** nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinin 1 və 2-ci səhifələrinin aşağı sağ tərəfində olan imza nümunəsi, 3-cü səhifəsinin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunəsi, 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinə 2021-ci il ## #### tarixli ** nömrəli əlavənin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunəsi, 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinə 2021-ci il ## #### tarixli ** nömrəli əlavə əsasında 2021-ci il ## #### tarixli təhvil-təslim aktının sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi, 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinə 2021-ci il # ######## tarixli ** nömrəli əlavənin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunələri, 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinə 2021-ci il # ######## tarixli ** nömrəli əlavə əsasında 2021-ci il # ######## tarixli təhvil-təslim aktının sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir; - 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinin 1 və 2-ci səhifələrinin aşağı sağ tərəfində olan imza nümunəsi, 3-cü səhifəsinin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunəsi, həmin müqaviləyə 2021-ci il ## #### tarixli ** nömrəli əlavənin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunəsi, həmin müqavilə üzrə 2021-ci il ## #### tarixli təhvil-təslim aktının sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi, həmin müqaviləyə 2021-ci il # ######## tarixli ** nömrəli əlavənin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “M.Y.” sözünün qarşısındakı xətt nümunələri, həmin müqavilə üzrə 2021-ci il # ######## tarixli təhvil-təslim aktının sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi ilə 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinin 1 və 2-ci səhifələrinin aşağı sağ tərəfində olan imza nümunəsi, 3-cü səhifəsinin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza və xətt nümunəsi həmin müqaviləyə 2021-ci il ## ###### tarixli ** nömrəli əlavənin sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza və xətt nümunəsi, həmin müqavilə üzrə 2021-ci il ## ###### tarixli təhvil-təslim aktının sağ aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi, həmin müqavilə üzrə 2022-ci il # ###### tarixli malların qaytarılması aktının sol aşağı hissəsində “Imza” sözünün qarşısındakı imza nümunəsi, “Ad, soyad” sözünün qarşısındakı xətt nümunəsi eyni şəxs tərəfindən icra edilmişdir.
11. Iddiaçı tərəf cavabdeh2 müqavilə tərəfi olmasını, əqdi bəyənməsini, iddiaçı ilə alqı-satqı münasibətlərində olmasını təsdiq edən sübut qismində işçisi olmuş X1 şahid qismində dindirilməsi barədə vəsatət təqdim etmiş, məhkəmə tərəfindən vəsatət təmin olunmuşdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, 2008- 2022-ci illərdə iddiaçının ofis meneceri kimi işləmiş, cavabdehlər əvvəllər onlardan dəfələrlə nağd formada az miqdarda mal almış, daha sonra böyük həcmdə sifariş vermiş, ona görə də müqavilə bağlayaraq nisyə mal almışlar. Belə ki, ona pomidor xəstəliklərinə qarşı dərman sifariş etmiş, dərmanlar mağazaya çatdırılaraq onlara təhvil verilmişdir. Lakin mağazanın sahəsi balaca olduğundan, içəriyə daxil olmamış, maşında gözləmiş, müqaviləni imzalayıb ona təqdim etmişlər. Ona görə də müqavilənin kim tərəfindən imzalanmasını dəqiq deyə bilmir.
13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ekspertiza xərci olaraq 127 manat pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
14. Məhkəmə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli rəyi ilə 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, onun əlavələri və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin cavabdeh2 tərəfindən icra edilmədiyi təsdiq olunmuşdur.
15. Şahid qismində dindirilmiş iddiaçının işçisi olmuş şəxs isə müqavilənin dəqiq kiminlə bağlanmasını, müqavilə şərtlərinin kiminlə razılaşdırıldığını göstərə bilməmiş, hər iki cavabdehi müqavilə kontragenti kimi göstərmişdir. Halbuki kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Kommersiya hüquqi şəxsi olan iddiaçının öz müqavilə tərəfini dəqiq müəyyən etməməsi, müqavilə şərtlərini kiminlə razılaşdırdığını, hüquq və vəzifələri kimə qarşı daşıdığını və kimin onun qarşısında hüquq və vəzifə daşıdığını göstərə bilməməsi digər şəxslərin ziyanına şərh oluna və məsuliyyət yarada bilməz. Iddiaçı isə cavabdeh2 onunla müqavilə münasibətlərində olduğunu, istinad olunan əqdi bəyənməsini təsdiq edən başqa sübut təqdim edə bilməmişdir.
16. Əksinə, hər iki tərəfin təsdiq etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilə də bağlanmış, cavabdeh2 müqavilədəki imza və xəttin ona məxsus olmadığını bildirmiş, cavabdeh1 ilə həmin müqavilə sonradan imzalamışdır.
17. Digər tərəfdən, şahid imzalanma prosesi ilə bağlı ifadəsini bir dəfəyə məxsus hadisə olaraq təqdim etmiş, özünün imzalanma prosesində iştirak etmədiyini bildirmişdir. Halbuki iş materiallarından görünür ki, mallar 2 dəfə (2021-ci il ## #### və 2021-ci il # ########) təqdim edilmiş, birinci təhvil-təslim aktı müqavilə ilə eyni tarixli olsa da, müqaviləyə * nömrəli əlavə və həmin əlavənin təhvil-təslim aktı müqavilənin bağlanma tarixindən 2 ay sonra tərtib olunmuş, həmin sənəddə olan imza və xətt nümunəsi də cavabdeh2 məxsus olmamışdır. Bu isə şahidin verdiyi ifadənin əsaslı olmadığını göstərmişdir.
18. Odur ki 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinin cavabdeh2 tərəfindən bəyənilməsi faktı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin müqavilə cavabdeh2 iradə ifadəsinin olmamasına, yəni subyekt tərkibinə dair qanunvericiliyin tələbinin pozulmasına görə etibarsızdır.
19. cavabdeh2 iddiaçıdan mal alması öz təsdiqini tapmadığından, iddia cavabdeh2 pulun tutulması hissəsində əsassız olmuşdur.
20. Iddiaçı, cavabdeh1 pulun tutulması hissəsində subyektiv hüquqa malikdir, iddiaçının subyektiv hüququ cavabdeh cavabdeh1 tərəfindən pozulmuşdur. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, iddiaçı, cavabdeh1 qarşı 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilə üzrə pulun tutulması tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək əsas borcu qəbul etmiş, iddiaçı ilə cavabdeh1 arasında 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin bağlanması həmin iş üzrə işin müəyyən olunan halı olmuşdur.
21. Mülki prosessual qanunvericiliyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh1 arasında 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin bağlanması işin müəyyən olunan halı olduğundan və həmin qətnamədə müəyyən edilmiş hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, məhkəmə 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələri ilə 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin eyni şəxs tərəfindən icra edilib-edilməməsinə dair ekspert qarşısında sual qoymuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli */*** nömrəli rəyinə əsasən eyni şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
23. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkilinin ekspert rəyini şübhə altına almağa çalışması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən olunan fakt – 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin bağlanması hazırkı məhkəmə prosesində mübahisələndirilə bilməz. cavabdeh1 də məhkəmənin sonuncu iclasında iştirak edərək 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin onun tərəfindən imzalanmasını təsdiq etmişdir.
24. 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin cavabdeh1 aid olması işin müəyyən olunan halı olduğundan və həmin sənədlərdə olan imza və xətt nümunələri ilə 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin eyni şəxs tərəfindən icra olunduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli */*** nömrəli rəyi ilə təsdiq olunduğundan belə nəticə hasil olur ki, iddianın faktiki əsası kimi çıxış edən 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktları cavabdeh1 tərəfindən imzalanmış, mallar onun tərəfindən qəbul edilmişdir.
25. Iddiaçı verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə etmişdir. Beləliklə, iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh cavabdeh1 tərəfindən pozulması müəyyən olunmuşdur.
26. Belə olan halda, məhkəmə həmin cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə qeyd etmişdir ki, iddiaçı ərizəsində müqaviləyə əlavələrə istinadən 2021-ci il ## #### tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş malların dəyərini təşkil edən 13.200 manatın 2021-ci il ## ###### tarixinədək, 2021-ci il # ######## tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş malların dəyərini təşkil edən 27.600 manatın 2021-ci il ## ####### tarixinədək ödənilməli olduğunu qeyd etmişdir. Bundan başqa, iddiaçı 2021-ci il # ###### tarixli müqavilə üzrə də analoji halın baş verdiyini təsdiq etmiş, şahid qismində çıxış edən işçisi də cavabdeh1 müqavilə kontragenti olaraq təqdim etmişdir. Bu isə iddiaçının hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın iddia ərizəsində qeyd olunan vaxt olduğunu deməyə əsas vermişdir.
27. Bu mənada iddia müddətinin axımı 2021-ci il ## #### tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş mallara münasibətdə 2021-ci il ## ###### tarixindən, 2021-ci il # ######## tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş mallara münasibətdə 2021-ci il ## ####### tarixindən başlamış, iddiaçı isə subyektiv hüququnun olduğu cavabdeh1 münasibətdə 2024-cü il # ###### tarixində məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372, 373, 375.2, 377.1, 405, 406.1, 406.3, 567, 597.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli, “B.Qasımovun şikayəti üzrə” 2019-cu il # ###### tarixli, “T.Qasımovanın şikayəti üzrə” 2020-ci il # ###### tarixli və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il ## ##### tarixli Qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2022ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh1 arasında 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin bağlanması işin müəyyən olunan halı olduğundan və həmin qətnamədə müəyyən edilmiş hallar preyudisial əhəmiyyət kəsb etdiyindən məhkəmə 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələri ilə 2021-ci il ## ###### tarixli alqı-satqı müqaviləsi müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin eyni şəxs tərəfindən icra edilib-edilməməsinə dair ekspert qarşısında sual qoymuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli rəyinə əsasən eyni şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
32. Mülki prosessual qanunvericiliyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Hazırkı halda iddiaçı ərizəsində müqaviləyə əlavələrə istinadən 2021-ci il ## #### tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş malların dəyərini təşkil edən 13.200 manat pulun 2021-ci il ## ###### tarixinədək, 2021-ci il # ######## tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş malların dəyərini təşkil edən 27.600 manat pulun 2021-ci il ## ####### tarixinədək ödənilməli olduğunu qeyd etmişdir. Həmçinin 2021-ci il ## ###### tarixli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin cavabdeh1 aid olması işin müəyyən olunan halı olduğundan və həmin sənədlərdə olan imza və xətt nümunələri ilə 2021-ci il ## #### tarixli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin eyni şəxs tərəfindən icra olunduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli rəyi ilə təsdiq olunduğundan, belə nəticə hasil olmuşdur ki, iddianın faktiki əsası kimi çıxış edən 2021-ci il ## #### tarixli alqı-satqı müqaviləsi, müqaviləyə əlavələr və təhvil-təslim aktları cavabdeh1 tərəfindən imzalanmış, mallar onun tərəfindən qəbul edilmişdir.
34. Kollegiya apellyasiya şikayətinin şahid Sevda Teyyubovanın ifadəsi ilə işin hallarını tam, ziddiyyətsiz izahat verdiyini, lakin məhkəmə tərəfindən nəzərə alınmadığı dəlilinə münasibətdə qeyd etmişdir ki, şahidin ifadəsindən müəyyən olunanlara görə, 2008-2022-ci illərdə o, ofis meneceri kimi işləmiş, cavabdehlər əvvəllər dəfələrlə nağd formada az miqdarda mal almış, daha sonra böyük həcmdə sifariş verdiklərindən müqavilə bağlayaraq nisyə mal almışlar. Müqavilə imzalanarkən içəriyə daxil olmamış, maşında gözləmiş, müqaviləni imzalayıb ona təqdim etmişlər. Ona görə də müqavilənin kim tərəfindən imzalanmasını dəqiq deyə bilmir.
35. Işin hallarına əsasən, 2021-ci il ## #### tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş mallara münasibətdə iddia müddətinin axımı 2021-ci il ## ###### tarixindən, 2021-ci il # ######## tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş mallara münasibətdə isə 2021-ci il ## ####### tarixindən başlamış, iddiaçı isə cavabdeh1 münasibətdə 2024-cü il # ###### tarixində məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür.
36. Birinci instansiya məhkəməsi haqlı olaraq 2021-ci il ## #### tarixli **/AS/**** nömrəli alqı-satqı müqaviləsinin etibarlı olması üçün zəruri şərt olan əqdin subyekt tərkibi tələbinə cavab verməməsi, yəni müqavilə cavabdeh2 tərəfindən imzalanmadığından müqavilənin cavabdeh cavabdeh2 münasibətdə etibarsız hesab edilməsi, iddia tələbinin cavabdeh1 münasibətdə iddia müddətinin tətbiqi barədə ərizənin tətbiq edilməsi qənaətinə gələrək əsaslı olaraq iddianı rədd etmişdir.
37. Belə ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
38. Göründüyü kimi, iddiaçının dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur. Sahibkarlıq subyekti olan iddiaçı müqavilənin düzgün olmayan subyekt tərkibində imzalanması, kim tərəfindən imzlanmasının müəyyən olunması, müqavilə üzrə iddia müddətinin ötürülməsi ilə bağlı riskləri özü daşıyır.
39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 337.1, 337.4, 372, 373.1, 373.2, 375.2, 405, 406.1, 406.3, 425, 567, 597.1 və 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 82.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
41. Kassator şikayətində MM-in 359.1, 425, 427, 567, 600, 442 və 448-ci maddəsi üzrə bildirir ki, hər iki cavabdeh iddiaçının səlahiyyətli nümayəndəsinin etibarından suiistifadə edərək gələcəkdə yarana biləcək öhdəliklərində çaşqınlıq yaratmaq üçün sənədlərdə saxtakarlıq etmişlər. Ona görə də tələb olunan pul hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Belə ki, cavabdeh2 vəsiqəsini təqdim etmiş, müqaviləni isə cavabdeh1 imzalamışdlr. Iddiaçı müqavilənin saxta şəxs tərəfindən imzalandığını, öhdəliyin əslində kimin tərəfindən icra edilməli olduğunu yalnız araşdırma və ya imza ekspertizası nəticəsində öyrənmişdir. Müddət məhz həmin tarixdən başlamalıdır. Cavabdehlər birgə fəaliyyət göstərərək iddiaçıya maddi ziyan vurmuşlar. cavabdeh1 malı götürüb pulu ödəməyən şəxs olduğu müqavilə müddətində deyil, saxtakarlığın üstü açıldıqda bəlli olduğu üçün 3 illik müddət həmin andan başlamalıdır.
42. MPM-in 88, 220 və 260.4-cü maddələri üzrə - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar da kifayət qədər əsaslı və hər hansı şübhədən kənardır. Hər iki cavabdeh iddiaçının müştərisi olmuş, mal sifariş etmiş və qəbul etmişlər. Müqavilə imzalanarkən hər iki cavabdeh mağazada olmuş, iddiaçının əməkdaşı müqaviləni cavabdeh2 imzalaması üçün təqdim etmiş, cavabdehlər müqaviləni iddiaçının əməkdaşının yanında deyil, mağazanın arxa hissəsində imzalamışlar. Bir cavabdehin digərinin adından imza etməsi müqavilə münasibətinin mövcudluğunu və cavabdehlərin aldıqları malların dəyərini ödəməsi öhdəliyini aradan qaldıra bilməz. Ona görə də pul hər iki cavabdehdən müştərək tutulmalıdır. cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qardaşının şəxsiyyət vəsiqəsini müqavilənin hazırlanması üçün o, iddiaçının əməkdaşına təqdim etmişdir. Hər iki qardaş mağazanı birlikdə idarə etdikləri üçün və mağazaya lazım olan sifarişləri mütəmadi olaraq həm cavabdeh2, həm də cavabdeh1 verdikləri üçün, iddiaçı müqavilələr üzrə məlumatların bir qardaş, müqavilələrəki imzanın isə başqa qardaş tərəfindən icra edilməsini düşünməmişdir. Cavabdehlərin bu cür hərəkətə yol verməsi isə müqavilə üzrə öhdəliklərdən yayınma məqsədi ilə edilmişdir. Bu hal işin araşdırılması zaman müəyyən olunsa da, məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə iddia müddətini yanlış olaraq müqavilənin icra tarixindən hesablamışdır. Lakin nəzərə alınmamışdır ki, cavabdehlər öncədən əlbir olaraq sənədləri saxtalaşdırmış, iddiaçıda yanlış təsəvvür yaradaraq reallığı gizlətmişlər. MM-in 377.1-ci maddəsinə görə, müddət pozuntunun bilindiyi gündən (saxtakarlığın aşkarlandığı tarixdən) başlamalıdır. Cavabdehlərin öz dələduzluq əməllərindən (saxta imza) mənfəət götürərək iddia müddətinə istinad etmələri hüququn dürüstlük prinsipinə ziddir və məhkəmə tərəfindən müdafiə olunmamalıdır.
43. Kassator şikayətinə əlavə təqdim edərək bildirir ki, apellyasiya məhkəməsi MPMin 152.1, 152.1.4 və 152.1.6-1-ci maddələrinin tələblərinin pozulmasına hüquqi qiymət vermədən işə baxmış, nəticə etibarı ilə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. ...”
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ...”
“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.”
“Maddə 373. Iddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”
“Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.”
“Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. ...”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunması üçün əsaslar aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
51. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
52. Kassasiya şikayətinin “iddia müddətinin müqavilə müddətindən deyil, ekspertiza rəyinin nəticəsinin bəlli olduğu tarixdən hesablanması” barədə dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (MM-in 377.1-ci maddəsi). Hazırkı iş materiallarından isə görünür ki, iddiaçı ilə cavabdeh1 arasındakı əvvəllər mövcud olmuş mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin iş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək əsas borcu qəbul etmiş və iddiaçı ilə cavabdeh1 arasında 2021-ci il ## ###### tarixli **/AS/**** nömrəli müqavilənin bağlanması həmin iş üzrə işin müəyyən edilən halı olmuşdur. Belə ki, həmin mübahisə də hazırki işdə olan iddiaçı ilə bu iş üzrə sonradan cavabdeh kimi tələb yönəldilən cavabdeh1 arasında olan müqavilə münasibətlərinin pozulmasından irəli gəlmişdir.
53. Məhkəmə kollegiyası vurğulayır ki, fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxslər müqavilələr bağlayarkən kontragentin etibarlılığının yoxlanılması, müqavilə üzrə nəzərdə tutulan məqsədə çatmaq üçün öz maraqlarının təmin olunması baxımından daha çevik və səmərəli preventiv imkanlara malikdirlər (o cümlədən hüquq təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq struktur bölməsinə malik olmaq imkanı).
54. Bu baxımdan hazırki iş üzrə iddiaçı müqavilə tərəfinin birbaşa kimliyi, habelə öhdəliklərin icra edilməməsinin nəticələrini daha aydın şəkildə lazımi ehtiyatlılıq göstərməklə əvvəlcədən görmək imkanına malik olmasına baxmayaraq, buna əhəmiyyət verməmişdir. Belə olan təqdirdə isə MM-in 377.1-ci maddəsinin tələbləri baxımından, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu günün - ekspertiza rəyinin nəticəsinin bəlli olduğu tarix olması hüquqi məntiqlə məqbul sayıla bilməz.
55. Təsadüfi deyildir ki, MM-in 49.3-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
56. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPMin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
57. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.