Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-260/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə öhdəliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Qurbanov Raqib Əliddin oğlu (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 2024-cü il ## #### tarixli, ****/*** nömrəli “mallar, işlər və ya xidmətlər” üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya bu müqavilə üzrə nəzərdə tutulan malları satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib müəyyən edilmiş dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. 2024-cü il ## #### tarixli ******** nömrəli, 2024-cü il ## ###### tarixli ******** nömrəli və 2024-cü il # ####### tarixli ******** nömrəli elektron qaimələrdə İddiaçı MMC-nin Cavabdeh müqavilə üzrə verdiyi malların adları, miqdarı, yekun qiymətləri və ümumi borc öz əksini tapmışdır.
3. Cavabdeh aralarında bağlanan müqavilə üzrə İddiaçı MMC-yə 2024-cü il ## #### tarixdə 381,36 manat ƏDV borcundan, 2.118,64 manat isə əsas borcdan ödəniş etmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia və onun dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 16.263 manat əsas borc, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 661,66 manat, 141 manat dəyərində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 350 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il ## #### tarixli, ****/*** nömrəli mallar, işlər və ya xidmətlər üzrə satınalma müqaviləsinə görə, alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür; alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş işlərin təxirəsalınmadan qəbuledilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür; alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya alıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. Iddiaçı müqavilə üzrə yaranmış öhdəlikləri tam və vaxtında yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmadığından iddiaçının xeyrinə 14.263,08 manat ziyan dəymişdir. Belə ki, tərəflərindən müqavilə üzrə verilmiş şifarişlər əsasında müxtəlif vaxtlarda elektron qaimə-fakturalar göndərilmişdir. 2024-cü il ## #### tarixli, MT2407 seriyalı, ******** nömrəli qaimə ilə 1.118,87 manat dəyərində. 2024-cü il # ####### tarixli, MT2410 seriyalı, ******** nömrəli qaimə ilə 1.381,11 manat dəyərində. 2024-cü il ## ###### tarixli, MT2412 seriyalı, ******** nömrəli qaimə ilə 16.263 manat dəyərində. Cavabdeh tərəfindən müqavilə üzrə verdiyi sifarişlər iddiaçı tərəfindən tam həcmdə təmin edilsə də, cavabdeh müqavilədən gələn öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyindən iddiaçı maddi ziyana məruz qalmışdır. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – “MM”) uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlı olmuşdur.
6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış boya məhsullarının bir qismi yararsız olduğuna görə cavabdehin sifariş götürüb hazırladığı məhsulları keyfiyyətsiz hala salmış və cavabdehə əlavə ziyan vurmuşdur. Iddiaçının yararsız məhsuluna görə cavabdeh müştərilərini itirmişdir. Həmçinin, yararsız boyaların bir qismi hazırda anbarda saxlanılmaqdadır.
7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.262,98 manat əsas, illik gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 339 manat faiz borcu olmaqla, cəmi 16.601,98 manat məbləğində pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Hüseynova).
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulan malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və ödənilməmiş borcu qalmışdır. Belə ki, iş materiallarında olan ödəniş sənəndlərinə görə, cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanan müqavilə üzrə elektron qaimələr əsasında müvafiq ödənişlər edilmişdir. Bu hal tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh vəsatətdə və etirazda müqavilə münasibətlərinin mövcudluğu halını inkar etməmiş, əksinə təsdiq etmiş və bu müqavilə üzrə satılan malların keyfiyyətini mübahisələndirmişdir. Bu halda tərəflər arasında alqısatqı münasibətlərinin mövcud olmasını bir daha təsdiq etmişdir.
9. Iş materiallarında olan elektron qaimə-fakturalardan görə, iddiaçı tərəfindən cavabdehə müqavilə əsasında cəmi 18.762,98 manat dəyərində mal verilmişdir. Həmin təhvil verilən malların 2.500 manat hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmiş və bu hal iş materiallarında olan ödəniş tapşırıqlarında öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcdan ödəniş edilən (18.762,98-2.500=16.262,98) hissəyə münasibətdə rədd edilməli və qalan 16.262,98 manat hissəsinə münasibətdə təmin edilməlidir.
10. Həmçinin, məhkəmə əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 661,66 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanan alıq-satqı müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsi faktı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən iddiaçı gecikdirilmiş borc məbləğinə hesablanan illik 5% məbləğində faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Lakin cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddəti iş materiallarına əsasən 5 ay təşkil etmişdir. Odur ki, illik 5% məbləğində hesablanmış faiz borcu 661,66 manat deyil, 339 manat təşkil etmişdir.
11. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazını əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh öz etirazında müqavilə üzrə ona verilən malların keyfiyyətsiz olduğunu iddia etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
12. Məhkəmə mövqeyini MM-in 76.1, 77.1, 385.1, 386.1, 405.1, 427.2, 442, 445.2, 445.7, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2021-ci il # ###### taixli, ** nömrəli Qərarının 3.1, 3.2, 3.4, 3.5, 3.8 və 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov).
15. Məhkəmə göstərmişdir ki, tərəflər arasında bağlanılması istinad edilən 2024cü il ## #### tarixli ****/*** nömrəli mallar, işlər və ya xidmətlər üzrə satınalma müqaviləsi cavabdeh tərəfindən imzalanmasa da, cavabdeh istər iddiaya qarşı etirazında, istər ekspertizanın təyin edilməsinə dair vəsatətdə, istərsə də apellyasiya şikayətində işin həmin halını mübahisələndirməmişdir. Iş materiallarında olan ödəniş sənədlərinə görə, cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanan müqavilə üzrə elektron qaimələr əsasında müvafiq ödənişlər edilmişdir. Işin bu halı tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını təsdiq etmişdir.
16. Iddiaçıdan müxtəlif vaxtlarda mallar aldığını etiraf edən cavabdeh onların dəyərinin tam ödəməməsinin səbəbi kimi həmin malların yararsız olduğunu göstərmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdehi təmsil etmiş nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, lakin həmin nümayəndə və vəkil özünün iş üzrə apellyasiya icraatda iştirakına imkan verən vəkil orderini təqdim etməmişdir. Cavabdeh özü birinci instansiya məhkəməsində işə baxılan zaman təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəsatəti əsasında məhkəmə əmtəəşünaslıq ekspetizası təyin edilsə də, həmin ekspertizanın aparılması mümkün olmamışdır. Belə ki, ekspertizanın aparılması həvalə edilmiş “xxxx” MMC-nin 2025-ci il # ######## tarixli, MB **/**** nömrəli məktubunda cavabdehə məxsus anbarda saxlanılan boya məhsullarının ağzının açıq olduğu və bu səbəbdən keyfiyyətinin təyin olunması üçün labortoriya şəraitində analizin aparılması mümkünsüz olması səbəbindən qərardad üzrə sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Bununla bağlı 2025-ci il ## ###### tarixli baxış aktı tərtib edilmiş və akt iddiaçının nümayəndəsi, cavabdeh və ekspert tərəfindən imzalanmışdır.
18. Məhkəmə bildirmişdir ki, cavabdehin yararsızlığını bəyan etdiyi boya məhsullarının keyfiyyət göstəriciləri dair sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir. Iş materiallarına iddiaçı tərəfindən cavabdehə satılmış malların (boya məhsullarının) sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir.
19. Məhkəmə apellyasiya şikayətinin iddiaçı tərəfindən cavabdehə satılmış boya məhsullarının bir qismi yararsız olduğuna görə cavabdehin sifariş götürüb hazırladığı məhsulları keyfiyyətsiz hala salması və cavabdehə əlavə ziyan vurması, ona görə də, cavabdehin müştəriləri itirməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh həmin xüsusatları, eləcə də mebel məmulatlarına vurulmuş boyanın çürüdüyünü və bunlarla bağlı dəfələrlə iddiaçının nümayəndəsinə məlumat verdiyini təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
20. Eyni zamanda apellyasiya şikayətinə etirazda göstərilmişdir ki, iddiaçının nümayəndəsi və cavabdeh arasında baş tutan telefon danışıqları sırasında cavabdeh satılmış malların keyfiyyətsizliyi barəsində heç bir münasibət bildirməmiş və ödənişlərini maliyyə problemləri səbəbilə gecikdirdiyini bildirmişdir.
21. Kollegiya məhkəmənin imza və möhür olmadığı halda müqavilənin şərtlərini cavabdeh üçün məcburi hal kimi qiymətləndirərək illik 5% dərəcəsində cavabdehdən pul tutması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının müqavilə öhdəliklərindən deyil, qanunun normasından çıxış edərək cavabdehə (borcluya) qarşı gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququı yaranmışdır.
22. Kollegiya cavabdehin birinci instansiya məhkəməsinin hazırkı kommersiya mübahisəsi üzrə kifayət qədər əsaslı araşdırılmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları lazımi qaydada araşdırmış və qiymət vermiş, təqdim edilmiş sübutlar iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli olmuşdur.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217, 372, 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Azərbaycan Respublikası Konstitusiyasının 26 və 71.1-ci maddələri və Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddasinin 1-ci bəndi üzrə - məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələrə əsaslanaraq borcun mövcudluğunu qəbul etmişdir. Lakin həmin malların keyfiyyəti araşdırılmamış, malların bir hissəsinin yararsız olması barədə etirazlara hüquqi qiymət verilməmiş, qarşılıqlı öhdəliklərin icra olunub-olunmaması araşdırılmamışdır. Bu səbəbdən məhkəmənin 16.262,98 manat məbləğində borcun mövcud olması barədə nəticəsi əsassızdır. Məhkəmə illik 5% məbləğində 339 manat faiz də hesablamışdır. Lakin gecikmənin səbəbləri araşdırılmamış, öhdəliyin icra edilməməsinin səbəbi kimi malların keyfiyyətsizliyi nəzərə alınmamış, cavabdehin təqsiri sübuta yetirilməmişdir. Sübutlara birtərəfli qiymət verilməsi ilə birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmiş, cavabdehin etirazlarını və faktiki hallarını nəzərə almamışdır. Cavabdehin malların yararsız olması barədə dəlilləri araşdırılmamış, ekspert rəyi alınmamış, sübutların obyektiv və tam qiymətləndirilməsi aparılmamışdır. Həmçinin qarşılıqlı öhdəliklərin pozulması nəzərə alınmamışdır. Alqı-satqı münasibətlərində satıcı keyfiyyətli mal təqdim etməli alıcı isə buna uyğun ödəniş etməlidir. Məhkəmə satıcının öhdəliyini araşdırmadan yalnız alıcının öhdəliyini əsas götürmüşdür. Apellyasiya instansiya məhkəməsi şikayətə dair araşdırma aparmadan, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Tərəflər arasında müəyyən faktiki təsərrüfat münasibətlərinin mövcudluğu istisna edilməsə də, iddiaçının istinad etdiyi 2024-cü il ## #### tarixli müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bu hal həmin sənədin hüquqi qüvvəsini şübhə altına alır və cavabdeh üçün mübahisəsiz öhdəlik yaradan əsas kimi qəbul edilə bilməz. Bundan əlavə, iş materiallarına və cavabdehin mövqeyinə görə, iddiaçı tərəfindən təqdim olunmuş boya məhsullarının bir hissəsi yararsız olmuş, bu isə cavabdehin istehsal fəaliyyətinə birbaşa mənfi təsir göstərmiş, istehsal olunan məhsulların keyfiyyətinin aşağı düşməsinə, müştərilərin itirilməsinə və nəticə etibarilə cavabdehin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Məhz bu səbəbdən cavabdeh tərəfindən ödənişin qalan hissəsinin həyata keçirilməməsi obyektiv və hüquqi baxımdan əsaslıdır. Məhkəmə qeyd olunan sənədi cavabdeh üçün hüquqi öhdəlik yaradan əsas kimi qəbul etmiş və bunun əsasında da, pul öhdəliyi müəyyən etmişdir ki, bu da maddi hüquq normalarının yanlış tətbiqi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən ardıcıl şəkildə bildirilmişdir ki, təqdim olunmuş boya məhsulları qüsurludur, onların texniki xüsusiyyətləri normal istehsal prosesinə uyğun gəlmir, nəticədə məhsulların keyfiyyətinə mənfi təsir göstərir. Lakin məhkəmələr bu mühüm halı araşdırmadan, yalnız formal sənədlərə əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki, alqı-satqı münasibətlərində satıcının əsas öhdəliyi keyfiyyətli mal təqdim etməkdir və bu öhdəlik yerinə yetirilmədiyi halda alıcının ödənişdən imtina etmək hüququ yaranır. Iş üzrə təyin edilmiş məhkəmə ekspertizası faktiki olaraq nəticəsiz qalmış, malların keyfiyyəti barədə rəy əldə edilməmişdir. Belə olan halda mübahisənin əsas predmeti – malın keyfiyyət məsələsi sübuta yetirilməmiş qalır. Buna baxmayaraq məhkəmə həmin əsas məsələni aydınlaşdırmadan yekun qərar qəbul etmişdir ki, bu da işin tam və obyektiv araşdırılması prinsipinin pozulmasıdır. Cavabdeh bu halları apellyasiya şikayətində qeyd etsə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə formal və səthi yanaşmış, onların mahiyyəti üzrə hərtərəfli hüquqi qiymətləndirmə aparmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin əsas arqumenti olan malların keyfiyyətsizliyi məsələsini dərindən araşdırmamış, ekspert rəyinin olmamasını nəzərə almadan bu halı cavabdehin əleyhinə qiymətləndirmiş, təqdim olunmuş dəlillərin işin nəticəsinə təsir imkanını qiymətləndirmədən onları ümumi və əsaslandırılmamış şəkildə rədd etmişdir.
26. MPM-in 217 və 218.1-ci maddələri üzrə - məhkəmələr prosessual hüquq normalarının ciddi şəkildə pozulması yolu ilə qətnamə çıxarmışdılar. Belə ki, ekspertizanın keçirilməsi barədə vəsatətlərə məhkəmə tərəfindən münasibət bildirilməmiş və formal xarakter daşıyan qərardad qəbul edilərək imtina olunmuşdur. Belə ki, məhkəmə qətnamənin çıxarılmasında mövqeyini birbaşa göstərmişdir. Halbuki bu, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, cavabdeh kassasiya şikayətində məhkəmələrin malların keyfiyyətsiz olması barədə etirazlarının araşdırmadığını və ekspertiza keçirilmədiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin dəlillərə hüquqi qiymət verilmiş, birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında ekspertiza təyin edildiyi, lakin tədqiqata təqdim edilmiş nümunələrin vəziyyəti səbəbindən ekspertiza keçirilməsinin mümkün olmadığı, həmçinin cavabdehin istinad etdiyi halları təsdiq edən digər sübutları təqdim etmədiyi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi həmin hal üzrə araşdırma aparmış və gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya instansiyası isə həmin nəticələrin düzgünlüyünü faktiki baxımdan yenidən yoxlamaq səlahiyyətinə malik deyildir. Kassasiya şikayətində müqavilənin cavabdeh tərəfindən imzalanmaması səbəbindən onun hüquqi qüvvəsinin olmadığı da göstərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu dəlilə də münasibət bildirərək tərəflər arasında faktiki alqısatqı münasibətlərinin
35. mövcudluğunu təsdiq edən elektron qaimələri, həyata keçirilmiş ödənişləri və cavabdehin öz izahatlarında həmin münasibətləri inkar etməməsini nəzərə almaqla hüquqi nəticəyə gəlmişdir. 36.Kassasiya şikayətində həmçinin pul öhdəliyinə görə illik beş faiz məbləğinin tutulmasının əsassız olduğu göstərilmişdir. Bu dəlil də əsaslı deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin məbləğin müqavilə şərti kimi deyil, qanundan irəli gələn (MM-in 445.7-ci maddəsinə əsasən) hüquqi nəticə kimi tətbiq olunduğunu göstərmişdir. 37.Prosessual hüquq normalarının pozulmasına dair dəlillərə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 372 və 392.2-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya şikayətinin bütün dəlillərinə münasibət bildirilmiş, sübutlar araşdırılmış və qəbul edilmiş qətnamə əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilən hallar MPM-in 418.3-cü maddəsində nəzərdə tutulmuş və məhkəmə aktının ləğvinə səbəb ola biləcək prosessual pozuntu kimi qiymətləndirilə bilməz. 38.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır. 39.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
40. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 41.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 42.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 43.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.