Məhkəmə qərarları › İş №2-2(1-8)-282/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-282/2026

10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-282/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəlikləri və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 82.612 manat məbləğində əsas borc, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 2.995 manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86.270,25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin sentyabr-dekabr aylarında cavabdehə “serebriz başlanğıc və serebriz böyütmə” adlı toyuq yemləri satmışdır. Cavabdeh yemləri alan zaman bildirmişdir ki, toyuqlar satıldıqdan sonra yemlərin pulunu iddiaçıya verəcəkdir. Lakin iddiaçı yemlərin pulunu tələb etdiyi zaman cavabdeh yemlərin onun cücələrini öldürdüyünü və yemlərin ödənişini etməyəcəyini demişdir. Iddiaçı bununla bağlı cavabdehdən sübut təqdim edilməsini tələb etsə də, cavabdeh bununla bağlı sübut təqdim edə bilməmişdir. Bu məsələnin araşdırılması məqsədi ilə iddiaçı onun şirkətində çalışan Nurlan adlı həkimlə cavabdehin fermasına getmiş və onun iştirakı ilə bir neçə cücədən analiz nümunələri götürmüş, həmçinin iddiaçı cavabdehdən ölmüş cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh ölən cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir. Götürülmüş nümunələrin analiz nəticələrində isə cücələrin yemində heç bir zərərli bakteriyanın aşkar edilmədiyi müəyyən edilmişdir. Həmin nəticələr cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh “o başqa broyler toyuqlarının analizidir” deyə qarşılıq vermişdir. Iddiaçı məsələnin tam açıqlığa qovuşması üçün cavabdehə ekspertizanın aparılmasını təklif etmiş, lakin cavabdeh bundan da imtina etmişdir. Nəticə etibarilə, cavabdeh yemlərin dəyəri olan 82.632 manat məbləği müxtəlif bəhanələrlə iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı Siyəzən rayon Polis şöbəsinə cavabdeh barəsində cinayət işinin başlanması ilə bağlı şikayət ünvanlamışdır. Siyəzən rayon Polis şöbəsində iş araşdırılmış və 2025-ci il ## ###### tarixli HK-*/*** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda mübahisənin cinayət deyil, mülki xarakterli olduğu, eyni zamanda iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə müxtəlif markalarda toyuq yemləri satdığını, bundan sonra onlar arasında 82.612 manat məbləğində borcun yarandığı qeyd edilmişdir. Qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu olduğu, hətta borcun dəqiq məbləği istintaq orqanları tərəfindən obyektiv və hərtərəfli araşdırılaraq sübuta yetirilmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, “Ağdaş yem” fabrikindən aldığı toyuq yeminə görə cavabdehin 20.000-dən çox toyuğu zəhərlənərək məhv olmuşdur, onun bu zərəri isə hələ də ödənilməmişdir. Iş üzrə iddiaçı “Ağdaş yem” fabrikindən toyuq yemini paylayan şəxsdir, özü müstəqil qaydada sahibkar kimi yem alan fermerlərlə müqavilə bağlamır, cavabdehlə də öz adından hər hansı müqavilə bağlamayıb və məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Cavabdehin quşçuluq fabrikində toyuqların kütləvi qırğını ilk dəfə 2023-cü ildə baş vermiş, bu hadisədə “Ağdaş yem” fabrikinin baytar-həkimi X3 cavabdehə aid fermada 20 toyuğu yardıqdan sonra quşların yemdən zəhərləndiyini qəbul etmiş, cavabdehin zərərini ödəmişdir. Cavabdehə aid toyuqların ikinci dəfə kütləvi tələf olması isə 2024cü ilin noyabr və dekabr aylarında olmuşdur. Toyuqların yetişdirilməsi üçün cavabdeh iddiaçıdan hissə-hissə (5 ton və yuxarı) yem almağa başlamışdır, ödənişi isə yerli adətlərə görə daha sonra verirdi. Məsələn, oktyabr ayında toyuqların bir hissəsini satmaqla 26.800 manat məbləğində ödəniş etmişdir. Lakin noyabr ayında alınan yemlər cavabdehin 3 ayrı fermasında olan toyuqların hamısında zəhərlənməyə səbəb olmuşdur. Cavabdehin dərman aldığı Mustafa Bikiroğlu adlı şəxs cavabdehə toyuqlarda zəhərlənmə əlamətlərinin olduğunu bildirmiş və cavabdeh 25 noyabrda Maşallah Tağıyevə zəng edərək, onların fermaya gəlməsini tələb etmişdir. 2024-cü il ## ###### tarixində iddiaçı ilə birlikdə yem fabrikinin müdiri Maşallah Tağıyev, həkimbaytar Nuran, baytar Mustafa Bikiroğlu gəlmiş, xəstələnmiş və ölmüş toyuqlara baxış keçirmişlər. Baytar-həkim Nuran toyuqların zəhərləndiyini qəbul etməmiş, xəstələndiklərini bildirmişdir. Cavabdeh bunun üzərinə həkim-baytar Nuran Ağayevə etiraz edərək bildirmişdir ki, toyuqların pətənəkləri yaşıl rəngə çevrilib, bu da zəhərlənməni göstərir. Nuran Ağayev isə israr etmişdir ki, dediyi dərmanlar verilsə, toyuqlar sağalacaq və baytar-həkimin israrı ilə toyuqlara onun dediyi dərmanlar, o cümlədən quş bronxiti dərmanları verilmişdir. Ertəsi gün, yəni noyabrın 27-si Maşallah Tağıyev bir neçə şəxsi qan analizi götürmək üçün yollamışdır, lakin bu adamlar qan analizi götürə bilmədiklərinə görə həkim-baytar X2 adlı həkimi dəvət etmiş və qan analizini o götürmüşdür. Habil Əliyev də toyuqların zəhərləndiyini qeyd etmişdir. Iddiaçının təmsil etdiyi yem fabrikinin həkim-baytarı Nuran Ağayevin dediyi dərmanlar toyuqlara verilsə belə, toyuqların kütləvi tələfi noyabr və dekabr aylarında da davam etmişdir. Cavabdehin özünün dəftərində öldüyünü qeydə aldığı quş sayı 19.190 ədəd təşkil etmişdir. Maşallah Tağıyev həkim-baytar Nuranla cavabdehin fermasına gəldikdə, toyuqlardan qan nümunəsi götürtmüş, bir gün sonra, 2024-cü il ## ###### tarixli arayışla, toyuqların cinsini səhv (X4) göstərməklə, hansı metodologiya ilə bağlı keçirildiyi məlum olmayan analiz nəticəsinin bir hissəsini cavabdehə təqdim etmiş və bildirmişdir ki, guya toyuqlar quş qripindən tələf olmağa başlamışdır. Halbuki Siyəzən rayonunda oktyabr-dekabr 2024-cü il tarixlərində hər hansı quş qripi hadisəsi qeydə alınmamış, həmçinin rayonda həmin tarixlər üçün başqa hər hansı epizootik toyuq xəstəliyi də qeydə alınmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin sənaye üsulu ilə istehsal etdiyi toyuq yeminin bağlaması üzərində onun saxlama müddətinin 60 gün olduğu göstərilsə də, oktyabr və noyabr ayında istehsal olunan yemlərin rütubətdən qorunmaması, üst-üstə yığılmasına görə havalandırılmaması halında onlarda toksik maddələrin meydana gəlməsi və zəhərlənməyə səbəb olma ehtimalı olduqca yüksəkdir. Cavabdehin AQTAya etdiyi zəngdən sonra agentliyin Siyəzən-Quba regional nümayəndələri iddiaçının fermasına 2024-cü il # ###### tarixində gəlməklə xəstə toyuqlardan qan nümunəsi götürmüş, cavabdehə təqdim olunan arayışda, toyuqlarda xəstəliyin olmadığı, nyukastl xəstəliyinə qarşı toyuqların peyvənd olduğuna dair nəticəyə gəlinmişdir. Eyni zamanda cavabdeh “Ağdaş yem” fabriki tərəfindən təqdim olunan 2024-cü il ## ###### tarixli laborator analizin histogramının etibarlılığına dair rəy verilməsini istəmiş, AQTA 2025-ci il tarixdə cavabdehin oğluna məktub ünvanlayaraq bildirmişdir ki, təqdim olunan laboratoriya müayinələrinin nəticələrinin istinad etdiyi referansı, cihazların səriştəliyi və s. ilə bağlı məlumatlar olmadığına görə, nəticələrin etibarlı olubolmaması ilə bağlı rəy vermək mümkün deyildir. Bundan başqa, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, baxılan iş üzrə iddiaçı cavabdehlə müstəqil qaydada alqı-satqı müqaviləsi münasibətlərinə daxil olmamışdır. Belə ki, iddiaçının özü yem istehsalı ilə məşğul olmur, o, “Ağdaş yem” fabrikinin yem məhsullarını sadəcə paylamaqla məşğuldur. Iddiaçı heç vaxt özü adına iş gördüyünü bildirməmiş, öz biznesini təmsil etdiyini deməmişdir. Digər tərəfdən fərz edilsə ki, iddiaçı yemi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən alaraq, sonradan fermerlərə satışını həyata keçirmişdir, iddiaçının özünün “Ağdaş yem” fabrikindən (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) toyuq yeminin alqı-satqısı ilə bağlı müqavilələri mövcud deyildir və buna görə əldə etdiyi gəlirə görə vergi də ödəmir. Iddiaçı köhnə tarixli müqavilələr imzalamağa cəhd etsə belə, 2024-cü maliyyə ili bitdiyindən bu hal vergi hesabatları yoxlananda üzə çıxacaqdır. Odur ki, iddiaçının 2024-cü ilə aid Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə bağladığı alqı-satqı müqavilələri, bununla bağlı ödədiyi vergiləri varsa, onları məhkəməyə sübut qismində təqdim etməlidir və cavabdeh tərəfə həmin müqavilələrin araşdırılması imkanı təmin edilməlidir. Iddiaçı özünü yerli fermerlərə həmişə “Ağdaş yem” fabrikinin işçisi kimi təqdim etmişdir. Bunu yerli fermer X6 da təsdiq edə bilər. Cavabdeh müxtəlif məsələlərlə bağlı birbaşa X1nin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) direktoru Maşallah Tağıyevlə əlaqə saxlamışdır. Bu məsələni təsdiqləyən bir neçə hal olmuşdur (məsələn 2024-cü ilin noyabr ayında toyuqların kütləvi ölüm halları başlayanda da müvafiq video kadrları Maşallah Tağıyevin ********** nömrəli telefonunun whatsapp proqramına göndərilmişdir). Habelə nəzərə almaq lazımdır ki, iddiaçının özünün hər hansı anbar, ya da deposu olmamış, bütün yemlər sifariş olunduğu gün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin fabrikindən yük maşınına yüklənərək cavabdehə çatdırılmışdır. Cavabdehin özü gəlir vergisindən azad olsa da, nə “Ağdaş yem” fabriki, nə də iddiaçı gəlir (mənfəət) vergisindən və kargüzarlıq-mühasibat qaydalarından azad deyildir. Odur ki, bu iş üzrə iddiaçı “Ağdaş yem” fabrikindən müqavilə üzrə yem aldığını, habelə həmin alqı-satqı üzərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ödənişlər etdiyini sübuta yetirməlidir. Sübuta yetirə bilmədiyi halda, o, heç bir şəkildə müstəqil sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, cavabdehə öz adından mal satdığını irəli sürə bilməz. Cavabdeh Siyəzən rayon Polis şöbəsində verdiyi izahatda da yemi “Ağdaş zavodundan” aldığını bildirmiş, Elnur və Ədalət isə malları paylayan şəxslər olmuşdur. Iddiaçının hətta fermerlərə təqdim etdiyi 2024-cü il # ###### tarixli qiymət cədvəli və qoyulan qiymətlər də özlərinə aid deyil. Həmin qiymət cədvəlinin sol yuxarı küncündə “Yem fabriki” qeyd olunur. Yuxarıda göstərilənlər, iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmadığını, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin işçisi ya da ticarət agenti kimi qiymətləndirilməli olduğunu göstərir. Ticarət nümayəndəsi (agenti) kimi götürülsə belə, onun bağladığı müqavilələr özünün adından deyil, tapşıranın adına bağlanmış sayılır. Iddiaçının təqdim etdiyi bütün şərtləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC təyin etdiyinə görə, bu müqavilələrdə iddiaçını öz adına müqavilə bağlayan müstəqil sahibkar kimi götürmək mümkün deyil və yemlərin alqı-satqısı ilə bağlı iddia tələbini ancaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin qaldıra biləcəyini sübut edir. Iddiaçı komisyonçu olduğunu da iddia edə bilməz, çünki komisyonçu müqaviləni öz adına bağlayan şəxsdir. Cavabdeh iddiaçını “Ağdaş yem” fabrikinin işçisi kimi qəbul edib müqavilə münasibətlərini “Ağdaş yem” fabriki ilə yaratma niyyətində olub. Çünki fermer, müqavilə münasibətini üzərinə hər-hansı risk ala bilməyən, maliyyə cəhəti baxımından zəif olan pərakəndə satıcı ilə qurmaq istəməz. Belə ki, iddiaçı cavabdehə qüsurlu, yararsız yem satışına görə vurduğu zərəri faktiki olaraq ödəyə də bilməz. Iddiaçının özünü “Ağdaş yem” fabrikinin işçisi kimi tanıtması, “Ağdaş yem” fabrikinin rəhbərliyinin (Maşallah Tağıyev) bunu dəstəkləyici fəaliyyəti, mübahisələrin həllində özünün iştirak etməsi, iddiaçını yazılı müqavilə olmadan fəaliyyət göstərən bir komisyonçu olaraq qiymətləndirilməsinə imkan tanımır. Bundan başqa, 2024-cü ilin noyabr ayında iddiaçıya 26.800 manat məbləğində pul ödəmiş, lakin bu məbləğ iddia məbləğindən çıxılmamış və nəzərə alınmamışdır. Iddiaçı qeyd etmişdir ki, cavabdeh yemləri alanda pulunu sonradan ödəyəcəyini bildirmiş, sonra da qeyd etmişdir ki, yemin pulu tələb olunduğu zaman cavabdeh yemlərin onun cücələrini qırdığını və yemlərin ödənişini etməyəcəyini bildirmişdir. “Ağdaş yem” fabrikinin istehsal etdiyi yemin keyfiyyətsiz olması səbəbi daha əvvəl də məhkəmə çəkişməsinin predmeti olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2024-cü il ## ###### tarixli qətnaməsinə görə, Azərbaycan Qida Təhlükəsizliyi X11 Laboratoriyasının 2022-ci il ## ###### tarixli sınaq protokolundan görünür ki, sınaq nəticələrinə əsasən quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunmuşdur ki, həmin patogen də iri buynuzlu heyvanın belə tələf olunmasına səbəb ola bilər. Işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis X5 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, yemdə “Clostridium perfringens” bakteriyasının olması həmin yemin istifadəyə yararsız və keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas verir və belə yem satıla bilməz, bu bakteriya hətta iri malı da öldürə bilər, bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər. Mütəxəssis eyni zamanda suala cavab olaraq bildirmişdir ki, qeyd edilən bakteriya yemin nəm şəraitdə saxlanması ilə bağlı deyil, yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi torpaqda olur. Cavabdehin toyuqların ölməsi ilə bağlı sübut təqdim edə bilməməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının özü eyni paraqrafda göstərir ki, onun təmsil etdiyi “Ağdaş yem” fabrikindən Nuran adlı baytar həkim cavabdehin toyuq fermasına gəlmiş və bir neçə cücədən analiz nümunələri götürmüşdür, burada söhbət qan analizindən gedir və qan analizinin götürülməsi kifayətdir. Odur ki, iddiaçının daha sonra iddia ərizəsində göstərdiyi “...Hətta bu zaman da iddiaçı cavabdehdən qırılmış cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh yenə də qırılan cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir” həqiqətə uyğun olmadığı kimi, Nuran adlı həkimin də həqiqi iddiaçını təmsil etdiyini göstərir. Habelə, iddiaçının Ədalət adlı paylayıcı ilə birlikdə fermada çəkilmiş videosu var, həmin videoda Elnur və Ədalət yerə səpilmiş ölü toyuqların yanında dururlar, bu da sübut edir ki onların “onlara ölü toyuq təqdim olunmayıb” iddiası həqiqətə uyğun deyil. Iddiaçının təqdim etdiyi nəticələrdə, zərərli bakteriyaların aşkar edilməməsi ilə bağlı göstərici (neqativ ya da “-” işarəsi kimi göstərilir) yoxdur. Histoqramın üstündə də yazılan “slow grow broiler” cinsi cavabdehin toyuqlarına aid deyil, həm yem kisələrinin üstündə yazıldığı kimi, həm də videodan görüldüyü kimi (əlavə edilən faylda serebrist toyuq növünün şəkli göstərilir), cavabdehin toyuqlarının fərqli cinsə aid olduğu göstərilir. Eyni zamanda cavabdehin AQTA-ya zəng edərək onları analiz üçün nümunə almağa dəvət etməsi, cavabdehin gizlətmək istədiyi bir şey olmadığını bir daha təsdiq edir. Habelə iddiaçının təqdim etdiyi analizlərdə yem nümunəsinin analiz olunması ilə bağlı bir sənəd yoxdur, orda qan nümunələrindən bəhs olunur. Xəstələnmiş toyuqlardan qan nümunəsi götürən Habil Əliyev adlı baytar həkim toyuqlardan alınan qanın qatılaşmış olduğunu, bunun da zəhərlənmə əlaməti olduğunu qeyd etmişdir. Habelə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video kadrlardan toyuqların kütləvi şəkildə öldüyü, toyuqların yarıldığı və pətənəklərinin yaşıl rəngdə olduğu, bu göstəricinin də baytar həkimin qiymətləndirməsinə görə zəhərlənmə halının mövcud olduğunu deməyə əsas verir. Cavabdeh öz öhdəsinə düşən ehtiyat kimi AQTA-ya məlumat vermiş və AQTA-nın regional nümayəndələri hadisə yerinə gələrək toyuqlardan qan analizini götürmüşlər. Cavabdehin həmin anda istifadə edə biləcəyi digər effektiv müraciət vasitəsi olmamışdır. Digər bir məsələ isə 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda epizootik xəstəliyin olması ilə bağlıdır ki, bununla bağlı AQTA-ya rəsmi sorğu ünvanlamış və bununla bağlı cavab alındığı zaman dərhal məhkəməyə təqdim ediləcəkdir. Habelə AQTA-nın tərkibində olan Azərbaycan Qida Təhlükəsizliyi X12 Labaratoriyasının cavabdehin müraciəti üzrə 2024-cü il # ###### tarixində götürdüyü qan analizinə görə, cavabdehə aid toyuqların qanında nyukasl (cuma) xəstəliyinin – quşların əsas ölüm səbəbi – izləri aşkarlanmayıb və onlar vaksinlənib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin tələbini iddiaçının adından irəli sürməsi, bir tərəfdən prosessual hüquqlardan sui-istifadədir, digər tərəfdən isə özünün səbəb olduğu qanun pozuntularının üzə çıxmasının qarşısını almaqdan ibarətdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin heç bir sənədləşmə aparmadan fermerlərə mal satması ciddi qanun pozuntusudur. Bununla bir tərəfdən vergidən yayınmaq üçün şərait yaranır, digər tərəfdən də şirkətin daxil olduğu “Agrodairy Group”dan həqiqi gəlirini gizlətmə imkanını əldə edir. Habelə sənədləşmənin aparılmaması “Ağdaş yem” fabrikinin idarəçilərinə imkan verir ki, onlar ehtimal olunan hər hansı səriştəsizlik, qeyripeşəkarlığa görə yaranan məsuliyyət hallarından yayına bilsinlər. Bu səbəblə iddia tələbini öz adlarından deyil, onların mallarını paylayan şəxslərin adından qaldırmışlar. Hazırkı işdə iddiaçının özünün hər hansı mənafeyi pozulmadığı kimi (iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin yoxluğu), iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi qismində də çıxış etmədiyinə görə, iddiaçı ola bilmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, cavabdehin istifadə etdiyi yemlər toyuqların tələf olmasına gətirib çıxarmış, toyuqların qanında hər hansı virus aşkar olunmadığı kimi, həmin vaxtlarda Siyəzən rayonunda epizootik xəstəlik qeydə alınmamışdır. Toyuqların kütləvi şəkildə məhv olması mübahisəsiz olduğuna görə, buradan toyuqların verilən yemdən tələf olduqları nəticəsinə gəlmək olar. Hüquqi və elmi biliklərə malik olmayan cavabdeh öz risk və imkan dairəsində olan mümkün vasitələrə əl atmış, əsas nəzarət qurumu olan AQTAya zamanında məlumat vermiş, onların gəlib analiz götürmələrini təmin etmiş, analiz nəticələrini gözləmiş, daha sonra biliyi daxilində olan digər hüquqi müdafiə mexanizmlərinə də əl atmışdır. Iddiaçı və satıcısı olduğu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC onu ağır maddi vəziyyətə məruz qoyduğuna görə o, ilk zamanlarda keyfiyyətli ödənişli hüquqi yardıma da müraciət edə bilməmişdir və məsələnin öz xeyrinə müsbət həllini ümid etməklə sırf inzibati orqanlara müraciət edə bilmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, cavabdehdən 82.612 manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 2.995 manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86.270,25 manat məbləğində pul vəsaitinin, eləcə də yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25% dərəcəsi ilə gecikmə məbləğinin hesablanıb tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində bir nüansla bağlı texniki səhv getmiş və həmin səhvin düzəldilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 2024-cü ilin sentyabrdekabr aylarında, habelə ondan əvvəlki dövrlərdə edilmiş olan alqı-satqı müqavilələrinin nəticəsi üzrə ümumi dövriyyəyə əsasən 82.612 manat borc qalmışdır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC 2025ci il ## ###### tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, şirkətin hazırkı məhkəmə mübahisəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, alqı-satqı müqaviləsinə əsasən şirkət tərəfindən iddiaçıya topdan yem satışı həyata keçirilir. Iddiaçı ilə şirkət arasında əlaqə alqı-satqı münasibətləri çərçivəsində baş tutur. Iddiaçı şirkətin əməkdaşı deyil və iddiaçının həmin yemləri kimə satmasının şirkətə hər hansı əlaqəsi, münasibəti və aidiyyəti yoxdur.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 82612 manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində haqq və 337,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83267,09 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).

9. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında toyuq yeminin alqı-satqısı ilə bağlı şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin münasibətlər üzrə iddiaçı cavabdehə nisyə toyuq yemi satmış, lakin cavabdeh nisyə aldığı malın dəyərinin ödənilməsinə dair öhdəliyini icra etməmişdir. Bundan başqa iddiaçının şikayəti əsasında Siyəzən rayon Polis şöbəsində 2025-ci ilin fevral ayında aparılmış araşdırma nəticəsində quş yemi alqı-satqısına görə cavabdehin iddiaçıya 82.612 manat borcunun yaranması müəyyən olunmuş, cavabdeh özü də həmin araşdırma zamanı iddiaçıdan aldığı yem məhsullarına görə 82.632 manat borcu olduğunu bildirmiş, habelə cavabdehə məxsus dəftərin noyabr ayı ilə bağlı qeydlər aparılmış hissəsində 82.632 manat ümumi borcla bağlı qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən 82.612 manat borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə cavabdehin etirazında iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmamasına dair qeyd edilənlərə münasibətdə isə qeyd etmişdir ki, məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı müqavilə əsasında “xxxx” MMC-dən quş yemlərini alaraq, sonradan həmin yem məhsullarının ayrı-ayrı alıcılara satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəbdən, iddiaçı öz adından və qanuni maraqları çərçivəsində mülki-hüquqi iddia irəli sürmək hüququna malikdir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 2.995 manat məbləğində bank uçot faizinin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona məxsus pul vəsaitindən qanunvericilik normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25% dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində də iddianın təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olmaqla, faiz borcu tələb olunan dövr və faiz borcunun yekun məbləği konkretləşdirilməmişdir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329, 385.1, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 107, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və R.Xəlilov).

16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2023–2024-cü illərdə quş yemlərinin alqı-satqısı ilə bağlı şifahi müqavilə münasibətləri mövcud olmuşdur. Bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə quş yemləri təqdim edilmiş, cavabdeh isə həmin malların dəyərini sonradan ödəməyi öhdəsinə götürmüşdür. Siyəzən rayon Polis Şöbəsi tərəfindən aparılmışaraşdırmanın nəticəsi üzrə 2025-ci il ## ###### tarixli qərarda, habelə cavabdehin həmin araşdırma zamanı verdiyi izahatda cavabdehin iddiaçıdan aldığı yem məhsullarına görə 82.632 manat məbləğində borcunun olduğu təsdiq edilmişdir. Eyni zamanda cavabdehə məxsus dəftərdə də analoji məbləğdə borcun mövcudluğunu göstərən qeydlər aparılmışdır. Bu hallar MPM-in 77.1-ci maddəsinin tələbinə uyğun olaraq sübut kimi qiymətləndirilməli və borc öhdəliyinin mövcudluğunu təsdiq edən etibarlı dəlillər hesab olunmalıdır.

17. Məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Siyəzən rayon polis şöbəsinin HK-*/*** nömrəli qərarının Siyəzən rayon prokurorunun 2025-ci il # ###### tarixli qərarı ilə ləğv olunması sübutlara düzgün istinad olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan qərara birinci instansiya məhkəməsi tərəfindən istinad olunması borc məbləğinin müəyyən edilməsi ilə bağlı digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmışdır. Cavabdeh apellyasiya şikayətində və iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, təqdim edilən yemlər keyfiyyətsiz olmuş, nəticədə quşlar kütləvi şəkildə tələf olmuş və buna görə də ödənişdən imtina etmək hüququ yaranmışdır. Lakin bu dəlillər iş materialları ilə kifayət qədər təsdiq olunmur. Belə ki, iş üzrə mövcud olan mütəxəssis rəylərində quşların zəhərlənmə ehtimalı qeyd edilsə də, həmin rəylər konkret olaraq iddiaçı tərəfindən təqdim edilmiş yemlərin qüsurlu olması faktını laborator və ya normativ əsaslarla dəqiq müəyyən etməmişdir. Eyni zamanda AQTAnın 18. məhkəməyə təqdim etdiyi rəsmi məktubda mübahisəli dövrdə Siyəzən rayonu ərazisində xüsusi təhlükəli quş xəstəliklərinin qeydə alınmadığı göstərilmişdir. Bununla yanaşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən istehsal edilən quş yemlərinin müvafiq uyğunluq sertifikatına malik olması da müəyyən edilmişdir.

19. Məhkəmə cavabdehin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, iddiaçı quş yemlərini müqavilə əsasında əldə edərək onları sonradan müstəqil qaydada alıcılara satmış və bu fəaliyyət sahibkarlıq fəaliyyəti xarakteri daşımışdır. Bu isə iddiaçıya öz adından mülki iddia qaldırmaq hüququ vermişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 329, 385.1, 567, 600.1 və 600.4-cü maddələrinə, MPM-in 14.2, 47.1, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 577.1, 631.1 və 637.1-ci maddələri üzrə - istinad olunan qanunvericiliyə görə, tərəflər arasında hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Iddiaçı isə verdiyini iddia etdiyi malların miqdarını təsdiqləyən sübutları, o cümlədən ödəniş tapşırığını məhkəməyə təqdim etmək əvəzinə cavabdeh barəsində polisə şikayət etmişdir. Daha sonra, guya cavabdeh polisdə borcunu etiraf etməsini irəli sürüb ondan 82.612 manat pul tələb etmişdir. Istinad edilən maddi hüquq normaları isə fərqli tənzimetməni nəzərdə tutmuşdur, yəni malların miqdarı müvafiq çatıdırlma/təhviltəslim sənədləri ilə təsdiqlənməli və yalnız bundan sonra malgöndərən ödəniş tapşırığı təqdim edərək pulun ödənilməsini tələb etməlidir. Ticarət subyekti olan iddiaçı tələbini sübut etmək üçün yalnız cavabdehin polis şöbəsində verdiyim izahatına əsaslanmışdır ki, həmin izahatda da cavabdeh borcunun olduğunu etiraf etməmişdir, yalnız iddiaçının hesablamalarını və ona (yəni cavabdehə) bildirdiyi məbləği demişdir. Bununla belə, cavabdeh polisin həmin qərarından Siyəzən rayon prokurorluğuna şikayət etmiş və bu qərar rayon prokurorunun 2025-ci il # ###### tarixli qərarı ilə ləğv olunmuş və yenidən araşdırılması üçün polis şöbəsinə göndərilmişdir.

23. MM-in 385.1, 387.1 və 387.3-cü maddələri üzrə - cavabdeh dəfələrlə qeyd etmişdir ki, iddiaçı yemi X1ndən, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən alaraq (iddiaçı tərəfin bildirdiyinə görə) sahibkarlara satışını həyata keçirir. Başqa sözlə, öhdəlik münasibətləri əslində iddiaçı deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və cavabdeh arasında əmələ gəlmişdir. Bu mənada, iddiaçının kreditor statusu, deməli, hazırkı tələblə çıxış etmək üçün subyektiv tələb hüququ yoxdur. Iş materiallarında iddiaçının cavabdehə təhvil verildiyi iddia edilən miqdarda quş yemini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən müxtəlif vaxtlarda əldə etməsini təsdiqləyən heç bir sübut (müqavilə, e qaimə, təhviltəslim aktı, ödəniş sənədləri vs.) mövcud deyil. Göründüyü kimi, iddiaçı sadəcə “kağız üzəri”ndə yem məhsulunun satışını həyata keçirə bilməz. Iddiaçı quş yeminin müstəqil satışını həyata keçirirsə də, onda iddiaçının bir neçə işçisi, texnikası, anbarı vs. olmalıdır. Işdə bu barədə də heç bir sübut mövcud deyil. Məhkəmə alqı-satqı müqaviləsinin iddiaçı və cavabdeh arasında bağlanmasını, və ya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və cavabdeh arasında bağlanması barədə məqama dair heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki bu cür hüquqi qiymətləndirmə göstərilən məqamların ortaya çıxarılması üçün əhəmiyyət kəsb etmişdir – iddiaçının quş yemini hansı şərtlərdə saxlaması və daşıması və bunun quş yeminin keyfiyyət və yararlığına təsiri. Bu ona görə əhəmiyyət kəsb etmişdir ki, məhkəmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin uyğunluq sertifikatına istinad edərək (bu sertifikatın özünün belə sübut kimi qəbulu sual altındadır; bu barədə cavabdehin dəlili qeyd edilmişdir) quş yeminin keyfiyyətli olduğu nəticəsinə gəlmişdir. Hərçənd iddiaçının həmin sertifikata əsaslanması yolverilməzdir. Çünki quş yemi iddiaçının öz davranışı səbəbindən də yararsız hala gəlmiş ola bilər. Əgər iddiaçı sadəcə quş yemini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən alaraq elə MMC-nin öz avtomobili ilə sahibkarlara satışını həyata keçirdiyi iddia edilərsə, onda iddiaçı sadəcə MMC-yə “xxxx” xidməti göstərən şəxsdir və ya ən yaxşı halda, MMC-nin təmsilçisidir. Satıcı yenə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dir. Deməli, alqı-satqı münasibətləri elə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və cavabdeh arasında yaranmışdır. Təsadüfi deyildir ki, 2024-cü ilin noyabrında quşlar kütləvi şəkildə tələf olarkən məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin direktoru Maşallah adlı şəxs cavabdehə məxsus fermaya gəlmişdir.

24. MM-in 157, 442, 443.1, 581, 587.2.1 və 587.5-ci maddələri üzrə - hazırkı mübahisənin halları baxımından, satılmış quş yeminin keyfiyyətsizliyi pis icra üçün klassik nümunədir. Məhkəmə cavabdehin quşların tələf olmasının məhz yemdən qaynaqlandığını sübut edə bilməsini əsas gətirərək iddianı təmin etmişdir. Satılmış quş yeminin keyfiyyətsiz olduğu işdəki mütəxəssis rəyləri ilə tam təsdiqini tapmışdır. Deməli, cavabdehin alqı-satqı müqaviləsindən imtina etmək hüququ yaranmışdır. Cavabdeh də bu barədə mövqeyini şifahi şəkildə qarşı tərəfə bildirmişdir. Məlum olduğu kimi, alqı-satqı müqaviləsindən birtərəfli imtina həmin müqavilənin ləvği nəticəsini doğurmaqdadır. Dolayısı ilə, müqavilədən imtina etdiyi üçün cavabdehin iddiaçı qarşısında hər hansı müqavilə öhdəliyindən söhbət gedə bilməzdi. Müqavilədən imtinanın hüquqi nəticəsinə, məhkəmələr müqavilədən imtinanın hüquqi nəticələrini diqqətə almamışlar. Belə ki, müqavilədən imtina halında, tərəflər əvvəlki vəziyyətə gətirilməlidir, yəni cavabdeh aldığı keyfiyyətsiz quş yemini iddiaçıya qaytarmalıdır. Ancaq həmin quş yeminin qaytarılması imkansız hala gəlmişdir. Cavabdehin aldığı quş yeminə münasibətdə vicdanlı sahib olduğu açıqdır. Dolayısı ilə, cavabdehin quş yemlərini qaytarma vəzifəsi qanunvericiliyin “Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir” cümləsi çərçivəsində həll edilməliydi. Başqa sözlə, cavabdeh quş yemini alarkən vicdanlı sahib (mülkiyyətçi iradəsi) ilə hərəkət etmiş və həmin yemləri quşlara vermişdir. Nəticə etibarı ilə, qaytarma vəzifəsi yalnız o halda mümkün ola bilərdi ki, həmin quş yemi naturada qalmış olardı. Digər tərəfdən, məlum olduğu kimi, müqavilədən imtina halında, əldə edilənlərin naturada qaytarılmasının mümkünsüzlüyü halında, onların pul əvəzinin ödənilməsi mümkündür. Ancaq iddiaçı bu hüquqa da malik deyildir. Ona görə ki, quş yeminin naturada qaytarılması öhdəliyinin imkansızlaşdığı açıqdır. Göründüyü kimi, quş yeminin qaytarılması öhdəliyinin imkansızlaşması məhz iddiaçının təqsirindən (keyfiyyətsiz/qüsurlu mal satmasından) qaynaqlanmışdır. Cavabdehin quş yeminin dəyəri həcmində (iddia edilən 82.612 AZN məbləğində) əsassız varlanmasından da söhbət gedə bilməz. Ona görə ki, cavabdeh nəinki əsassız varlanmamış, əksinə quş yeminin keyfiyyətsizliyi səbəbindən külli miqdarda zərərə düşmüşdür. Göründüyü kimi, işə baxan məhkəmələr müqavildən imtina və onun hüquqi nəticələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərini diqqətə almamış, növbəti maddi hüquq pozuntularına yol vermişlər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II və VII bəndləri üzrə - məhkəmə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir hüquqi qiymət verməmişdir. Bu isə, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun kobud pozuntusudur. Apellyasiya məhkəməsi qətnaməsində apellyasiya şikayətinin təmin olunmaması üçün əsas olmuş bir dəlil belə göstərməmişdir.

26. MPM-in 9, 14.1, 47.1 və 106.2-ci maddələri üzrə - məhkəmələr işdə iştirak edən şəxslərin davranışlarına da lazımı hüquqi qiymət verməmişlər. Cavabdeh işin hallarını aydınlaşdırmaq və ədalətli məhkəmə qərarının ortaya çıxmasına dəstək üçün bütün zəruri hərəkətləri etmişdir. Elektron məhkəmə sistemindəki hərəkətlər bunun dəlilidir. Hətta cavabdeh toyuqların tələf olmağa başladığı ilk gündən bütün səlahiyyətli dövlət orqanlarını məlumatlandırmış, bu halın qarşısını almağa çalışmış və səbəblərini də araşdırmağa cəhd etmişdir. Iddiaçı isə tam tərsinə hərəkət etmişdir. Belə ki, iddiaçı əvvəlcə, yemdə problem olmadığını irəli sürmüş, hətta Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə birlikdə həqiqətə uyğun olmayan rəy tərtib edərək toyuqların guya xəstəlikdən öldüyünü sübut etməyə çalışmışdır. Bu mümkün olmadıqda isə, polisə şikayət edərək guya cavabdehin yemin əvəzini ödəməkdən boyun qaçırdığı görüntüsünü yaratmağa cəhd etmişdir. Məhkəmə prosesi zamanı isə işin hallarını ortaya çıxarmaq üçün heç bir müsbət davranış ortaya qoymamışdır. Göründüyü kimi, məhkəmələr iddiaçının hüquqdan sui-istifadəsinə də tam şərait yaratmışlar. Əgər iddiaçı toyuqların ölüm səbəbinin yemdən qaynaqlanmadığına dair arqument irəli sürürsə, onda bu halı da təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Iddiaçı yalnız təkzib üsulunu seçə bilməz. Iddiaçı bu faktı bildiyi üçün iddia ərizəsinin ilk səhifəsində qeyd etmişdir ki, guya cavabdeh ölü cücələrin birinin belə cəsədini iddiaçıya verməmişdir. Halbuki cavabdehin hər hansı faktı gizlətmək niyyəti olsaydı, bu barədə nə AQTA-nı, nə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-ni, nə də iddiaçının özünü məlumatlandırmaz və fermaya daxil olmalarına mane olardı.

27. MPM-in 217, 220 və 372-ci maddələri üzrə - apellyasiya məhkəməsi təqdim edilmiş sübutlarla bağlı heç bir qiymətləndirmə aparmamışdır. Buradakı pozuntu ən azı iki formada baş vermişdir – cavabdehin təqdim etdiyi mötəbər sübutların nəzərə alınmaması, yəni cavabdehin təqdim etdiyi və quşların zəhərli yem nəticəsində tələf olması faktını təsdiqləyən sübutlara (mütəxəssis rəyləri, video görüntülər, məktublar vs.) heç bir münasibət bildirilməmişdir. Sanki iş materiallarında bu sübutlar mövcud deyil. Həmçinin iddiaçının təqdim etdiyi yeganə sübutun sonradan ləğv edilməsinə baxmayaraq, olduğu kimi sayılması, apellyasiya məhkəməsi iddiaçının tələbinin hüquqi əsası kimi təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2025-ci il ## ###### tarixli qərarın ləğvi barədə siyəzən rayon prokurorunun 2025-ci il # ###### tarixli qərarını da görməzdən gəlmişdir. Halbuki cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2025-ci il ## ###### tarixli qərarın ləğv olunması əsaslarından biri də, cavabdehin izahatındakı xüsusatların, o cümlədən quşların kütləvi tələf olması faktı ilə bağlı heç bir araşdırmanın aparılmaması olmuşdur. Göründüyü kimi, iddiaçının quş yemini təhvil verməsi ilə bağlı yeganə sübutu olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar artıq qüvvədə olmasa da, apellyasiya məhkəməsi onu sübut kimi qəbul etməyə davam etmişdir.

28. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı bir neçə kobud prosessual pozuntuya yol vermişdir. Mütəxəssis rəylərinə hüquqi qiymət verilməmişdir. Həmin mütəxəssislərdən biri Siyəzən Rayon Baytarlıq Idarəsinin rəsmi işçisi olan baytar-həkim Habil Əliyev tərəfindən verilmişdir. Yəni bu da o deməkdir ki, yemin zəhərli olmasını bu sahədə səlahiyyətə malik olan dövlət qurumu təsdiqləmişdir. Qeyd olunmalıdır ki, həkim Habil Əliyevin verdiyi rəy faktiki olaraq ekspert rəyidir. Həmin həkim Baytarlıq Idarəsinin rəsmi işçisidir və onun təqdim etdiyi rəyi də hazırkı məhkəmə mübahisəsində inkar edəcək bir sübut verilməmişdir. Əvəzində digər sübutlarla həmin rəyin doğruluğu bir daha təsdiqlənir. Digər mütəxəssis rəyləri də, şimal zonasında fəaliyyət göstərən və bu sahədə ixtisaslaşmış şəxslər kimi tanınan mütəxəssislər Firuz Əliyev və Mustafa Bikir oğlu tərəfindən verilmişdir. Hər üç rəydə də, quşların tələf olmasının tək səbəbi kimi, yemin zəhərli olması təsdiqlənmişdir. Məhkəmə həmin rəylərlə hansı səbəbdən razılaşmadığını öz qətnaməsində ümumiyyətlə əsaslandırmamışdır. “xxxx” MMC-nin *** nömrəli, 2025-ci il ## ####### tarixli məktubuna hüquqi qiymət verilməmişdir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC “xxxx” MMC-yə aid şirkətlərdən biridir və cavabdehin onlara ünvanladığı məktuba verdikləri cavabda da dolayı yolla etiraf etmişlər ki, onlar daha əvvəl də mənə 43.600 manat məbləğində ziyan vurmuş və bunu qarşılamışlar. Doğrudur, həmin məktubda guya 43.600 manat məbləğində vəsaitin cavabdehə dəstək məqsədilə verildiyi qeyd edilmişdir. Halbuki yeganə məqsədi gəlir əldə etmək olan bir kommersiya hüquqi şəxsinin 43.600 manat pulu cavabdehi dəstəkləmək üçün verməsi ağlabatan olmadığı kimi, həmin müəssisənin fəaliyyət məqsədinə də ziddir. Bu etiraf, quş yemindən zəhərlənmə faktının əvvəllər də baş verdiyini açıq şəkildə ortaya qoymuşdur. Digər tərəfdən, belə bir məktubun varlığı, iddiaçının cavabdeh barəsində yaratmağa çalışdığı saxta (“yemin pulunu ödəməkdən yayınmaq məqsədilə yemin zəhərli olduğunu irəli sürməsi barədə”) görüntünü də tamamilə ortadan qaldırmaqdadır. Iş materiallarında 2023-cü il və 2024-cü ildə baş vermiş yem zəhərlənməsi ilə bağlı video görüntülər əlavə edilmişdir. Bu video görüntülər quşların yem zəhərlənməsi səbəbindən kütləvi tələf olmasını təsdiqləmişdir. Ona görə ki, 2023-cü ildə baş vermiş və yem zəhərlənməsindən tələf olması iddiaçı tərəfindən mübahisələndirilməyən hala dair video görüntü ilə iddiaçının mübahisələndirdiyi 2024-cü hala dair video görüntünü müqayisə etdikdə bu fakt aydın görünmüşdür. Məhkəmə bu sübuta da ümumiyyətlə hüquqi qiymət verməmişdir. Azərbaycan Qida Təhlükəsizliyi X12 Laboratoriyasının 2024-cü il # ###### tarixli Sınaq protokolu və AQTA-nın 2025-ci il ## #### tarixli məktubuna görə, hadisə baş verən kimi cavabdeh Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə zəng edərək məlumat vermişdir. AQTA da fermaya gələrək toyuqlardan qan analizləri götürmüşdür. Qan analizlərinin götürülməsində məqsəd toyuqların ölüm səbəbini müəyyənləşdirmək olmuşdur. Çünki Agentliyin rəsmi facebook səhifəsində də dönə-dönə paylaşılır ki, müasir laboratoriyaların vasitəsilə qan nümunələri kifayət etmişdir ki, toyuqların nəinki ölüm səbəbini müəyyənləşdirmək olur, hətta bundan sonra yoluxa biləcək təhlükələri də təsbit etmək mümkündür. Toyuqların da ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsinin əsas yolu qan analizinin götürülməsidir, çünki müəyyən miqdarda yemin yoxlanılması həmişə doğru nəticə verə bilməyəcəkdir. Belə ki, toyuqların gəlmiş hansı yemdən zəhərlənməsini bilmək qeyri-mümkündür, bu sadəcə təsadüf nəticəsində mümkün ola bilər. Belə olan təqdirdə ölümü müəyyənləşdirməyin əsas dəqiq yolu qandan nümunələrin götürülməsidir ki, cavabdeh də bu variantı seçmişdir. Həm MMC, həm də Agentlik toyuqlardan qan nümunələri götürmüş, MMC-nin verdiyi mənşəyi bilinməyən rəydə toyuqların guya quş qripinə yoluxması göstərilsə də, Agentlik toyuqların təhlükəli xəstəliklərə qarşı vaksin olduqlarını və həmin ərazidə, ümumiyyətlə, həmin dövrdə quş qripi və ya digər təhlükəli quş xəstəliklərinin olmamasına dair rəy (2024-cü il # ###### tarixli sınaq nəticəsi və 2025-ci il ## #### tarixli sorğuya cavab məktubuna əsasən) təqdim etmişdir. Ölümün səbəbini müəyyənləşdirməyin digər yollarından biri də bu sahədə təcrübəyə malik olan baytar həkimin toyuqları müayinə etməsidir. Belə ki, baytar həkimlər, həm də MMC-nin toyuqlardan analiz götürməsi ilə bağlı köməyə çağırdığı Siyəzən rayon Baytarlıq Idarəsinin həkimi, Habil Əliyev də toyuqları müayinə edən zaman onların məhz yemdən tələf olması qənaətinə gəlmiş və bununla bağlı müvafiq rəylər də məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Sınaq protokolunda toyuqların ölüm səbəbi göstərilməmişdir. Ancaq Sınaq protokolu və AQTA-nın 2025ci il ## #### tarixli məktubu ilə iddiaçının toyuqların ölüm səbəbi ilə bağlı irəli sürdüyü və MMC-nin həqiqətə uyğun olmayan rəyinə əsaslanan mövqe (quş qripindən ölmə iddiası) tamamilə istisna edilmişdir. Nəticə etibarı ilə, iddiaçının özünü müdafiə məqsədilə irəli sürdüyü ölüm səbəbinin əsassızlığı ortaya çıxmışdır. Beləliklə, iş materiallarındakı mütəxəssis rəyləri ilə birlikdə qiymətləndirildikdə, toyuqların ölüm səbəbi ilə bağlı yalnız bir ehtimal yaranmış, o da yem zəhərlənməsidir. 2024-cü il ## ###### tarixli Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə Uyğunluq Sertifikatının mütləq sübut kimi qəbulunun yolverilməzliyi apellyasiya məhkəməsi yalnız 2024-cü il ## ###### tarixli malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə Uyğunluq Sertifikatına istinad edərək satılmış quş yeminin keyfiyyətli olduğu nəticəsinə gəlmişdir. Uyğunluq Sertifikatının iddiaçının satdığı və quşların kütləvi tələf olmasına səbəb olmuş yemlə bağlılığı müəyyən edilmir. Uyğunluq Sertifikatı yemin satıldığı anda cavabdehə təqdim edilməliydi. Çünki satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bu baxımdan, Uyğunluq Sertifikatının sonradan məhkəməyə təqdim edilməsi onun mötəbərliyini də ciddi şübhə altına almışdı. Iddiaçı özü müstəqil satıcı kimi iddia irəli sürmüşdür. Deməli, iddiaçı özünün qida zənciri subyektlərindən biri olduğunu təsdiq etmişdir. Bu halda iddiaçının özünə münasibətdə xüsusi tələblər müəyyənləşdirilir. Iddiaçının özünün fəaliyyətinə dair çox ciddi tələblər mövcuddur və bu tələblərə cavab verdiyini təsdiq edən sübutları məhz iddiaçı özü məhkəməyə təqdim etməlidir. Bu mənada, iddiaçı istehsalçının uyğunluq sertifikatına əsaslanmaqla işini bitmiş saya bilməz. Əksinə, toyuq yemindəki keyfiyyətsizlik iddiaçının özünün qanunvericiliyin tələblərinə uyğun davranmamasından da qaynaqlana bilər. Bu baxımdan, məhkəmə Uyğunluq Sertifikatını satılmış malın keyfiyyətli olmasına dair mütləq sübut qismində qəbul edə bilməzdi. Cavabdehin məhkəməyə təqdim etdiyi “Dəftər” və polisdəki izahatı ilə bağlı “Dəftər”ə baxış keçirilsə də, oradakı məlumatlardan istifadə edilməmişdir. Halbuki məhkəmə tədqiqatında həmin dəftər də sübut kimi qiymətləndirilməliydi. “Dəftər”dəki məlumatlara görə, cavabdehin iddiaçıya qarşısında heç bir öhdəliyi yoxdur. Doğrudur, iddiaçı, həmin dəftərin yalnız cavabdehə məxsus olduğu, buna görə də, mötəbərliyinin şübahəli olduğunu deməyə cəhd edə bilər. Lakin “Dəftər”dəki qeydlər aparılarkən cavabdeh belə bir mübahisənin ortaya çıxacağını bilmirdi və bilə də bilməzdi. Dolayısı ilə, oradakı qeydlərin mötəbərliyi sırf müəllifinin cavabdeh olması səbəbindən şübhə altına alına bilməz. Polisdəki izahatla bağlı cavabdeh polisdə aparılmış və səthi olduğu Prokurorun qərarı ilə təsdiqlənmiş ilkin araşdırma zamanı iddiaçıya 82.612 manat məbləğində borcunun olduğuna dair heç bir izahat verməmişdir. Cavabdeh iddiaçının belə bir şikayətinin olduğunu bildirmişdir. Cavabdeh həmin vaxt da bildirmişdir ki, iddiaçıya hər hansı məbləğdə borcu yoxdur, əksinə cavabdehə külli miqdarda zərər vurulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edilmiş hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”

“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətinin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı dəlilləri isə əsaslı hesab edilmir.

36. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

37. Bununla belə, kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin əsas etirazına, yəni təqdim edilmiş quş yeminin keyfiyyətsiz olması və bunun nəticəsində quşların kütləvi tələf olması ilə bağlı dəlillərinə və təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verilməməsinə dair dəlilləri əsaslıdır və aşağıdakı səbəblərdən qəbul edilməlidir.

38. Belə ki, cavabdeh istər birinci instansiya məhkəməsində verdiyi etirazında, istər apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim olunmuş quş yeminin keyfiyyətsiz olduğunu, quşların kütləvi tələf olmasının məhz həmin yemlə səbəbli əlaqədə baş verdiyini bildirmiş, bu mövqeyini təsdiq etmək üçün mütəxəssis rəyləri və digər sübutları təqdim etmişdir.

39. Cavabdehin təqdim etdiyi üç ayrı-ayrı baytar tərəfindən verilmiş rəylərdə quşların tələf olmasının yemlə əlaqəli olduğu göstərilmiş, həmin rəylərdən biri isə dövlət orqanının – Siyəzən Rayon Baytarlıq Idarəsinin baytar həkimi tərəfindən tərtib edilmişdir.

40. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş mütəxəssis rəylərinə və digər sübutlara ümumiyyətlə qiymət verməmiş, onların sübut əhəmiyyəti, digər sübutlarla qarşılıqlı əlaqəsi və iş üzrə müəyyən edilməli halların təsdiqinə təsiri barədə hər hansı əsaslandırma aparmamışdır.

41. Bu prosessual pozuntu apellyasiya şikayətində ayrıca dəlillər kimi göstərilsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlillərə mahiyyəti üzrə münasibət bildirməmişdır.

42. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsinin səbəblərini və şikayətin dəlillərinin hansı əsaslarla rədd edildiyini məhkəmə aktında göstərməyə borcludur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli qərarında da ifadə olunmuş, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin şikayət dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduqları vurğulanmışdır.

43. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmasıdır. Məhkəmə tərəfin işin nəticəsinə təsir göstərə biləcək mahiyyətli arqumentlərini cavabsız qoya bilməz. Hazırkı halda isə cavabdehin müdafiəsinin əsasını təşkil edən və mübahisənin nəticəsinə təsir göstərə biləcək dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq araşdırılmamış və qiymətləndirilməmişdir.

44. Eyni zamanda, apellyasiya məhkəməsi mütəxəssis rəylərinə münasibətdə bildirmişdir ki, həmin rəylər konkret olaraq iddiaçı tərəfindən təqdim edilmiş yemlərin qüsurlu olması faktını laborator və ya normativ əsaslarla dəqiq müəyyən etməmişdir.

45. Bununla belə, məhkəmə hansı normativ hüquqi aktlara əsasən məhz həmin sübutların bu hal üzrə yeganə mümkün sübutetmə vasitəsi hesab edildiyini əsaslandırmamışdır.

46. Kollegiya qeyd edir ki, MPM-in 81-ci maddəsində təsbit olunmuş sübutların mümkünlüyü qaydası yalnız qanunla müəyyən edilmiş hallara şamil edilir. Başqa sözlə, yalnız qanun və ya digər normativ hüquqi akt müəyyən halın mütləq konkret sübutetmə vasitəsi ilə təsdiq edilməsini tələb etdikdə həmin hal başqa sübutlarla təsdiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə hər hansı normativ hüquqi akta istinad etməmişdir.

47. Bundan başqa, birinci instansiya məhkəməsində cavabdeh vəsatət verərək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin 2024-cü ilin noyabr ayının sonu-dekabr ayınn əvvəlində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə etdiyi zənglərdən sonra Agentliyin Siyəzən – Quba regional idarəsindən cavabdehə aid fermer təsərrufatında baxış keçirilərək xəstə toyuqlardan qan nümunəsi götürülüb. Cavabdeh onun fermasında olan toyuqların ölüm səbəbinin müəyyən edilməsini xahiş etmiş, habelə toyuqlarda Nyukasl xəstəliyinin ya quş qripinin olub-olmaması ilə bağlı sorğu yönəldilmişdir. Lakin cavabdehin bu sorğusuna ancaq qismən cavab verilmiş, toyuqların qanında NyuKastl (Cuma) xəstəliyinin törədicisinin aşkar edilmədiyi bildirilmişdir. Digər tərəfdən AQTA ölkəmizdə istehsal olunan yemin keyfiyyətinə nəzarət edən qurumdur. Yəni onlar X1 tərəfindən istehsal olunan yemlərin tərkibinə dair məlumat daşıyırlar.

48. Məhkəmə tərəfindən həmin vəsatət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müvafiq sorğu verilmiş və sonuncu tərəfindən həmin sorğuya cavab olaraq qeyd olunmuşdur ki, X7 Təşkilatı tərəfindən ölkəmiz ## ###### 2024-cü il tarixindən etibarən yüksək patogen quş qripi xəstəliyindən azad statusuna malikdir. 2024-cü il noyabr – 2025-ci il aprel ayına qədər aparılmış monitorinqlərə görə sözügedən ərazidə xüsusi təhlükəli quş xəstəliklərinə rast gəlinməmişdir.

49. Göründüyü kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən toyuqların ölüm səbəbinin müəyyən edilməsi ilə bağlı nə cavabdehin, nə də birinci instansiya məhkəməsinin sualına cavab verilməmişdir. Halbuki, xəstə toyuqlardan qan nümunəsi götürən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onların ölüm səbəbinin müəyyən edə bilərdi. Həmin halın müəyyən edilməsi isə mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin aşağı instansiya məhkəmələri bu məsələ üzrə də hüquqi dəyərləndirmə aparmamışlar.

50. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

51. Hazırkı işdə isə aşağı instansiya məhkəmələri sübutlara qiymət verilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə riayət etməmişlər. Əgər məhkəmə iş üzrə birbaşa sübutların olmadığı və ya onların kifayət etmədiyi nəticəsinə gəlirsə dolayı sübutların məcmusunu da qiymətləndirməlidir. Dolayı sübutların hər biri ayrıca götürüldükdə işin hallarını tam təsdiq etməsə də, onların qarşılıqlı əlaqədə və digər sübutlarla birlikdə qiymətləndirilməsi nəticəsində hüquqi əhəmiyyət kəsb edən faktların mövcudluğu və ya olmaması barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür. Bu baxımdan aşağı instansiya məhkəmələri iş üzrə toplanmış bütün sübutları ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirməli və gəldiyi nəticəni kifayət qədər əsaslandırmalı idi.

52. Lakin məhkəmələr həmin qaydaya riayət etməmiş, həmçinin MPM-in 14.1-ci maddəsi ilə üzərilərinə düşən vəzifəni, yəni həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışlar. Nəticədə isə cavabdehin ədalətli məhkəmə araşdırılması hüquqları pozulmuşdur.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual pozuntularla, yəni sübutların qiymətləndirilməsi və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə tam əməl etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxılarkən isə cavabdehin bütün dəlillərinə, təqdim olunmuş mütəxəssis rəylərinə, AQTA sənədlərinə və digər sübutlara onların qarşılıqlı əlaqəsi baxımından hüquqi qiymət verilməklə, habelə cavabdehin iddiaya etirazının qanuni əsasını təşkil edən MM-in 587ci maddəsinin tətbiqi imkanları araşdırılmaqla qanuni və əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar