Məhkəmə qərarları › İş №2-2(1-8)-287/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-287/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-287/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.İddiaçı MMC ilə “xxxx” MMC arasında 2022-ci il # ###### tarixli, **/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən satıcı istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür; -3.5-ci bəndinə əsasən müqavilənin şərtləri pozulduğu halda vurulan zərər və ya hesablanmış cərimə bu müqavilənin 2.2.4-cü bəndində göstərilmiş qaydada “Satıcı” tərəfindən ödənilmədikdə həmin məbləğ “Alıcı”ya təhvil verilmiş malın satılan hissəsindən mədaxil olunmuş vəsaitdən tutulacaqdır; 2.Eyni tərəflər arasında 2023-cü il # ###### tarixli, AP-**/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin -1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr razılaşma protokollar ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir; -2.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi tarixi ödəniş məbləğinin satıcının hesablaşma hesabına köçürülməsi üçün sərəncamın verildiyi an hesab olunur; -2.4-cü bəndinə əsasən satıcı dəyəri ödənilmiş malların elektron qaiməsıni alıcıya təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür; -2.5-ci bəndinə əsasən satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir; 3.2022-ci il ## ###### tarixli, EBCL seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 67613,31 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2022-ci il # ###### tarixli, **/** nömrəli müqavilə qeyd edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 4.2023-cü il # #### tarixli, EBDB seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 43654,2 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2022-ci il # ###### tarixli, **/** nömrəli müqavilə qeyd edilmişdir. 5.2023-cü il ## #### tarixli, EBDB seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9048,04 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2022-ci il # ###### tarixli, **/** nömrəli müqavilə qeyd edilmişdir. 6.2023-cü il ## ###### tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 146000 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2022-ci il # ###### tarixli, **/** nömrəli müqavilə qeyd edilmişdir. 7.2023-cü il ## ###### tarixli, EBDV seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64900 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2022-ci il # ###### tarixli, **/** nömrəli müqavilə qeyd edilmişdir. 8.2023-cü il ## ###### tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29757 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 2023-cü il ## ###### tarixli, DQ-**** nömrəli müqavilə qeyd edilmişdir. 9.2023-cü il # #### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 6299,42 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBCL seriyalı, ****** nömrəli, 2022-ci il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

10. 2023-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 40000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDV seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

11. 2024-cü il ## #### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

12. 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 10000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

13. 2024-cü il # ####### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

14. 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

15. 2025-ci il ## #### tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

16. Elektron qaimələrdən EBCL****** saylı, EBDB****** saylı, EBDB****** saylı, EBDV****** saylı elektron qaimələr “xxxx” MMC tərəfindən, 2-si isə- EBDW****** saylı, EBDW****** saylı elektron qaimələr isə sistem tərəfindən təsdiqlənmişdir. Sistem tərəfindən təsdiqlənmiş EBDW****** saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən-70000 manat ödəniş edilmiş, EBDW****** saylı elektron qaimə üzrə isə heç bir ödəniş edilməmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas maddi zərər 236.339,01 manat, işgüzar nüfuza vurulan zərər 50.000 manat, uçot faiz dərəcəsi üzrə 2023-cü il # ###### tarixindən 2024-cü il # ###### tarixinə kimi 2022-ci il ## ###### tarixli, EBCL seriyalı, ****** saylı qaimə üzrə 60.179,77 manata 8.25% bank uçot dərəcəsi hesablanaraq 4.964,83 manat, 2024-cü il # ###### tarixindən 2025-ci il # ###### tarixinə kimi 2022-ci il ## ###### tarixli, EBCL seriyalı, ****** saylı qaimə üzrə 60.179,77 manata 7.75% bank uçot dərəcəsi hesablanaraq 4.663,95 manat, 2024-cü il # ###### tarixindən 2025-ci il # ###### tarixinə kimi 2023-cü il # #### tarixli, EBDB seriyalı, ****** saylı qaimə, 2023-cü il ## #### tarixli, EBDB seriyalı, ****** saylı qaimə, 2023-cü il ## ###### tarixli, EBDW seriyalı, ****** saylı qaimə, 2023-cü il ## ###### tarixli, EBDV seriyalı, ****** saylı qaimə və 2023-cü il ## ###### tarixli, EBDW seriyalı, ****** saylı qaimələr üzrə 18.902,7 manat, gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91.738,7 manat, dəbbə pulu (penya) 100.000 manat, ödənilmiş dövlət rüsumu 810 manat olmaqla, ümumilikdə 507419,19 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il # ###### tarixində tərəflər arasında **/** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti satıcının istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verilməsindən, alıcının isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyindən ibarət olmuşdur. Qeyd olunan müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən malın satış qiyməti ümumi razılaşdırma əsasında müəyyənləşdirilir. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. Alıcı tərəfindən malın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. 2023-cü il # ###### tarixində tərəflər arasında eyni predmetə dair AP-**/**** saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Satıcı tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq alıcıya elektron qaimə əsasında bütün tələblərə və standartlara cavab verən mallar göndərilmiş, mallar alıcı tərəfindən qəbul edilmiş və göndərilmiş mallarla bağlı satıcıya heç bir irad bildirilməmişdir. Cavabdehin 2024-cü il ## ###### tarixinə iddiaçıya 266.339,01 manat əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Bundan sonra cavabdeh tərəfindən 15.000 manat ödənilmişdir. Cavabdehin 2025-ci il # ###### tarixinə iddiaçıya 251.339,01 manat əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Cavabdehin iddiaçıya borcu qaldığından cavabdehə pretenziya göndərilərək, borcun ödənilməsi tələb olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən 15.000 manat ödənilmişdir. Bu borcun mövcudluğunu cavabdehin məsul işçiləri də etiraf və təsdiq etmişlər. Dəfələrlə cavabdehə müxtəlif vasitələrlə (şəxsən cavabdehin ofisinə getmək, telefon, elektron daşıyıcı, məktub, pretenziya göndərmək) bildirilmişdir ki, yaranmış borcu qaytarmaq lazımdır. Cavabdeh hər dəfə borcu ödəyəcəyini bildirməsinə baxmayaraq, bu pulu ödəməkdən yayınmışdır. Cavabdehin hərəkətləri nəticəsində Cəmiyyətə xüsusi ilə külli miqdarda maddi və işgüzar nüfuzlarına əhəmiyyətli və təsirli zərər yetirilmiş, eynizamanda da qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh maddi hüquq normalarının (MM-nin 21, 425-ci maddələri) tələblərini kobud surətdə pozaraq vicdanlılığın tələb etdiyi tərzdə yox, bu meyarlara uyğun olmayan tərzdə hərəkət etmiş, müqavilənin yerinə yetirlməsi üçün zəmin yaratmamış, əksinə, ona maneçilik etmiş, müqavilənin icrasını təhlükəyə qoymuşdur. Beləliklə, sübuta yetirilir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmir, qanunsuz olaraq iddiaçının pulu cavabdeh tərəfindən saxlanılır və bununla da, Cəmiyyətə külli miqdarda maddi, əhəmiyyətli dərəcədə mənəvi zərər yetirilir, işgüzar nüfuzuna xələl gətirilir. Cavabdehin vaxtında malın dəyərini ödəməməsi onların da digər əlaqəli hüquqi şəxslər qarşısında götürdüyü öhdəliklərin pozulması ilə nəticələnir ki, buna görə uzun müddət böyük çətinliklərlə qurduqları işgüzar əlaqələri pozulur və nəhayətində fəaliyyətlərində çətinliklər yaranır ki, bu da maddi itkilər və etibarın itirilməsi ilə yekunlaşır. Müqavilənin şərtlərinə əsasən malların təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Bu cür yanaşma alıcının malın dəyərini vaxtında ödənilmədiyi hallara da şamil edilməlidir, yəni belə hallarda alıcı alınmış malların ödənilmədiyi məbləğinin hər gecikdirilən gün üçün satıcıya 0.1% miqdarında cərimə ödəməlidir. Gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91738,7 manat təşkil edir. (251339,01 x 0.1 = 25133,90 x 2024-cü ilin 365 gününə = 91738,7 manat) 2023-cü il # ###### tarixli, AP-**/**** saylı alqı-satqı müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin icrasından irəli gələn və ya ona aid mübahisələr 30 təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilmədiyi təqdirdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.

19. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər əvvəlki pretenziyalarındakı dəlillərdən başqa bir şey deyildir. Tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil edilmiş, onunla pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların təhvil verilmədiyi, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsini, malların müqavilə şərtlərinə uyğun, yəni təhviltəslim aktları ilə təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi müzakirə edilsə də, təəssüf ki, iddiaçı tərəf hazıradək belə sübutları təqdim etməmişdir. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə görə satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci maddəsinə görə, satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinin 1-ci cümləsinə görə, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İddiaçı təqdim etdiyi iddia ərizəsində tələb etdiyi məbləğ üzrə malların alıcı olaraq cavabdehə çatdırılmasını və ya təhvil verilməsini yalnız elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələr sistem üzərindən təsdiq edildiyindən və onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən, o cümlədən belə sənədlər nə görüş zamanı, nə də ki, sonradan cavabdehə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilir. Göndərilmiş elektron qaimələr isə müqavilənin 2.4-cü maddəsinə görə yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli olduğundan, vaxtında bu xüsusatlara zəruri diqqət yetirilməmişdir. Lakin istənilən halda bağlanmış müqavilə üzrə elektron qaimələr yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilə, malların alıcıya təhvil verilməsi isə yalnız tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları təhvil-təslim aktı əsasında müəyyən edilə bilərdi. Göründüyü kimi, iddia tələbində göstərilən məbləğdə malların alıcı olaraq cavabdehə təqdim edilməsini təsdiq edən heç bir mötəbər dəlil yoxdur.

20. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 236339,01 manat pul vəsaiti, 11800 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 390,20 manat olmaqla, ümumilikdə 248529,21 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Z.Axundova).

21. Birinci instansiya məhkəməsi müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, 236.339,01 manat pul vəsaitinin tutulması hissəsində iddia təmin edilməlidir.

22. Belə ki, hazırkı mübahisə üzrə cavabdehə göndərilmiş 6 elektron qaimə üzrə göndərilmiş malların ümumi dəyəri 360972,55 manat (67613,32+43654,2+9048,04+64900+146000+29757=360972,55), həmin elektron qaimələr üzrə iddiaçının bank hesabına ödənilən vəsait 116.299,42 manat (6299,42+40000+15000+10000+15000+15000+15000=116299,42) təşkil etmişdir.

23. Eyni zamanda iddiaçı 2023-cü il ## ###### tarixli, EBDV seriyalı, ****** nömrəli elektron qaimə üzrə ƏDV məbləğindən 7200 manat, 2022-ci il ## ###### tarixli, EBCL seriyalı, ****** nömrəli elektron qaimə üzrə 1134,13 manat məbləğin də ödənildiyini bildirmiş, beləliklə, ümumilikdə 124633,55 manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənildiyini etiraf etmişdir. Belə olduğu təqdirdə cavabdehin ödənilməmiş borcu 236339,01 manat (360972,56-124633,55=236339,01) təşkil edir. Məhkəmənin qənaətinə əsasən ödənilməmiş qalan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Cavabdehin etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulsa da, belə təhvil-təslim aktları ümumiyyətlə tərtib olunmamış, bununla baqlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ödənişi tam və ya qismən edilmiş qaimələr üzrə də təhvil-təslim aktları tərtib olunmamışdır. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdə bu cür aktlar tərtib olunmamışdırsa, hazırkı mübahisə üzrə də cavabdeh tərəflərin əməl etmədikləri müqavilə şərtinə istinad etməkdə haqlı sayıla bilməz.

25. Bundan əlavə, elektron qaimə göndərilmiş, sonra ödəniş olunmuşdur. Belə ki, təqdim olunmuş ödəniş sənədlərinin tarixindən görünür ki, həmin ödənişlər qaimələrin göndərilməsindən sonra edilmişdir. Ona görə cavabdehin etirazı əsassızdır.

26. Eləcə də, cavabdeh elektron qaimələrin sistem üzərindən təsdiq edildiyini, onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzalarının olmadığını qeyd edərək, iddiaya etiraz etmişdir.

27. Cavabdeh tərəfindən mübahisə ilə bağlı olmayan, ödənişi edilən, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, etirazın əsası kimi istinad etdiyi halların sübutu qismində 3 elektron qaimə-2022-ci il # ###### tarixli, EBCK seriyalı, ****** nömrəli (məbləğ 6500,03 manat), 2022-ci il # ###### tarixli, EBCK seriyalı, ****** nömrəli (məbləğ 61176,5 manat), 2022-ci il ## ###### tarixli, EBCM seriyalı, ****** nömrəli (məbləğ 14469 manat) elektron qaimə təqdim olunmuşdur.

28. Bununla bağlı məhkəmə bildirmişdir ki, həmin hal, cavabdeh tərəfindən təqdim olunan həmin sübutlar da iddianın qeyd olunan hissədə rədd olunması üçün əsas ola bilməz və etiraz həmin hissədə əsassız hesab olunmalıdır.

29. Belə ki, 6 elektron qaimənin göndərilməsi ilə bağlı təqdim olunan çıxarışlardan görünür ki, həmin qaimələrdən 4-ü- EBCL****** saylı, EBDB****** saylı, EBDB****** saylı, EBDV****** saylı elektron qaimələr cavabdehin özü tərəfindən təsdiqlənmiş, yalnız 2-si EBDW****** saylı, EBDW****** saylı elektron qaimələr sistem tərəfindən təsdiq olunmuşdur. Sistem tərəfindən təsdiqlənmiş EBDW****** saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən-70.000 manat ödəniş edilmişdir.

30. Təqdim olunmuş elektron qaimələrin tərəflərin imzası və möhürü ilə təsdiq edilməməsi iddianın qeyd olunan hissəsinin əsassız sayılması üçün əsas ola bilməz. Həmin elektron qaimələr qəbul olunaraq, 3-ü üzrə qismən ödənşlər edilmişdir. Göndərilmiş qaimələr düzəlişə göndərilməmiş, qaytarılmamış, ləğvi tələb edilməmişdir.

31. İddia tələbinə qiymət verərkən məhkəmə həmçinin nəzərə almışdır ki, 2025-ci il ## ###### tarixli pretenziya məktubuna əsasən müqavilə üzrə yaranmış 251339,01 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmiş, bununla bağlı iddiaçıya heç bir etiraz bildirilməmiş, 2025-ci il ## #### tarixdə isə cavabdeh tərəfindən iddiaçının bank hesabına EBDW seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə üzrə qismən, 15000 manat ödəniş edilmişdir. Buna uyğun da iddiaçı cavabdehə qarşı 236.339,01 manat məbləğində pul vəsaitinin tutulmasına dair tələb irəli sürmüşdür.

32. Məhkəmə hesab etmişdir ki, iddia bank uçot dərəcəsi əsas götürülməklə pul vəsaitinin tutulması hissəsində qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 449-cu maddəsinə əsasən qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən iddiaçının xeyrinə 11.800 manat faiz məbləği tutulmalıdır.

33. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2025-ci ilin fevral ayında pretenziya göndərilərək, yaranmış borcun ödənilməsi tələb edilmiş, həmin vaxtdan sonra qətnamə çıxarılan günə kimi 8 aylıq müddət üçün faiz məbləği hesablanaraq 11800 manat cərimə (236339,01X7:100:12X8ay=11.800) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 448.1, 449.1, 449.2, 462.1, 463.1, 465.2, 466.2, 567, 598.1, 598.2, 598.3 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 77, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

35. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi (2025-ci il ## ###### tarixli saylı qərardadı ilə edilmiş düzəliş nəzərə alınmaqla) qismən- faiz borcu, dövlət rüsumunun əvəzi, ümumilikdə tutulmalı olan borc hissələrində dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz məbləğinin 7.877,96 manat, dövlət rüsumu əvəzi 383 manat, ümumilikdə tutulmalı olan borcun 244.599,97 manat məbləğində müəyyən edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manatın iddiaçıdan tutularaq cavabdehə qaytarılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

37. Apellyasiya instansiyası məhkəməsi əvvəla mübahisəli qaimələrin hansı müqavilə əsasında göndərilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli elektron qaimələrdən üç ədədi (2022-ci il ## ###### tarixli, EBCL****** saylı; 2023-cü il # #### tarixli, EBDB****** saylı; 2023-cü il ## #### tarixli, EBDB****** saylı) 2023-cü il # ###### tarixədək olan dövrdə, yəni 2022-ci il # ###### tarixli, **/** saylı müqavilənin qüvvədə olduğu dövrdə, digər üç ədədi isə həmin tarixdən sonra, yəni tərəflər arasında ikinci alqı-satqı müqaviləsi bağlandıqdan sonra (AP-**/**** nömrəli) cavabdehə göndərilmişdir.

38. 2023-cü il # ###### tarixədək olan dövrə aid EBCL****** saylı; EBDB****** saylı; EBDB****** saylı elektron qaimələrdə elektron qaimələrin göndərilməsi əsası kimi 2022-ci il # ###### tarixli, **/** saylı müqaviləyə istinad edilmişdir. Odur ki, həmin elektron qaimələrin göndərildiyi dövrdə tərəflər arasında başqa alqı-satqı müqaviləsinin mövcud olmadığını da nəzərə alsaq sözügedən qaimələrin 2022-ci il # ###### tarixli, **/** saylı müqavilə üzrə göndərilməsi şübhə doğurmur.

39. Həmin qaimələr üzrə tələbə münasibətdə qeyd edilmişdir ki, 2022-ci il # ###### tarixli, **/** saylı müqavilədə malların verilməsinin təhvil-təslim aktının imzalanması yolu ilə rəsmiləşdirilməsi barədə şərt yer almamışdır. Digər tərəfdən yuxarıda göstərilən 3 ədəd elektron qaimə sistem tərəfindən deyil, cavabdehin özü tərəfindən təsdiq edilmiş, bundan əlavə vergi öhdəlikləri yaradan həmin qaimələr ilə bağlı iddiaçıya və ya vergi orqanlarına cavabdeh tərəfindən hər hansı bir formada etiraz edilməmiş, əksinə EBCL****** saylı elektron qaimə üzrə qismən ödəniş edilmişdir.

40. Cavabdeh tərəfindən təqdim edilmiş mübahisəyə aidiyyəti olmayan üç ədəd möhürlənmiş və imzalanmış elektron qaiməyə münasibətdə kollegiya bildirmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 20 ədədi mübahisəsiz olmaqla 26 ədəd elektron qaimə göndərilmişdir. Bu baxımından həmin qaimələrdən üç ədədinin möhürlənməsi tərəflər arasında belə bir işgüzar qaydanın formalaşması barədə qənaətə gəlmək üçün yetərli deyildir.

41. Beləliklə, kollegiya 2023-cü il # ###### tarixədək olan dövrə aid EBCL****** saylı; EBDB****** saylı; EBDB****** saylı elektron qaimələrdə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi qənaətinə gəlmişdir.

42. 2023-cü il # ###### tarixdən sonrakı dövrdə, yəni AP-**/**** nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olduğu dövrdə tərtib edilmiş 3 ədəd elektron qaimədə də əsas kimi 2022-ci il # ###### tarixli, **/** saylı müqaviləyə istinad edilmişdir.

43. Cavabdeh tərəf bununla bağlı elektron qaimələrə düzəliş etməmişdir.

44. Bundan əlavə 2023-cü il # ###### tarixli AP-**/**** nömrəli müqavilə bağlandıqdan sonra 2022-ci il # ###### tarixli, **/** saylı müqaviləyə xitam verilməsi də işin materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, təqdim edilmiş sübutlar 2023-cü il ## ###### tarixli, EBDV****** saylı; 2023-cü il ## ###### tarixli, EBDW****** saylı və 2023-cü il ## ###### tarixli, EBDW****** saylı mübahisəli qaimələrin məhz 2023-cü il # ###### tarixli AP-**/**** nömrəli müqavilə üzrə göndərilməsi barədə əsaslı nəticəyə gəlməyə imkan verməmişdir.

45. Kollegiya qeyd etmişdir ki, sözügedən 3 ədəd qaimənin 2023-cü il # ###### tarixli AP-**/**** nömrəli müqavilə üzrə göndərilməsi ehtimal edilsə belə, həmin müqavilənin qüvvədə olduğu dövrdə tərtib edilmiş mübahisəli elektron qaimələrdən 2023-cü il ## ###### tarixli, EBDV****** saylı elektron qaimə cavabdehin özü tərəfindən təsdiq edilməklə yanaşı həmin elektron qaimə üzrə 47.200 manat məbləğində, sistem tərəfindən təsdiqlənmiş 2023cü il 27 dekabr tarixli, EBDW****** saylı elektron qaimə üzrə isə 55.000 manat məbləğində ödənişlər edilmişdir.

46. Bundan əlavə cavabdeh təqdim edilməsi mübahisə predmeti olmayan mallarla bağlı tərəflər arasında 2023-cü il # ###### tarixli müqavilənin şərtlərinə uyğun olaraq imzalanmış təhvil-təslim aktlarının mövcudluğunu sübuta yetirə bilməmişdir.

47. Kollegiya hesab etmişdir ki, 2023-cü il # ###### tarixli tarixdən sonrakı dövrdə də iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi 2023-cü il # ###### tarixli müqavilədə nəzərdə tutulmuş qaydada deyil, tərəflər aralarında yaranmış işgüzar praktikaya uyğun olaraq elektron qaimə göndərilməsi yolu ilə rəsmiləşirdi. İddiaçı tərəfindən ödənilməsi tələb edilən 236.339,01 manat dəyərində malların cavabdehə təqdim edilməsi faktı iş üzrə sübutların məcmusu ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin mallara görə ödəniş edilməsi isə iş materialları ilə müəyyən edilmir. Odur ki, alqı-satqı müqaviləsi üzrə 236.339,01 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

48. Borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 449.1-ci maddəsinə əsasən faizlərin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməsinin gecikdirilməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur.

49. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əsas borc məbləğinə MM-in 449.1-ci maddəsinin tələblərinə əsasən faiz tutulması üçün əsas yoxdur.

50. Birinci instansiya məhkəməsi öhdəliyin gecikdirilməsinə görə faizlərin tutulması tələbinə MM-in 445.7-ci maddəsi tətbiq edilməklə münasibət bildirilməsinin mümkünlüyünü dəyərləndirməmişdir.

51. Odur ki, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin öhdəliyin icrasının gecikdirilməsinə görə faiz tutduğu müddət, yəni pretenziya göndərildiyi tarixdən qətnamə çıxarıldığı tarixədək olan 8 aylıq müddət üçün əsas borc məbləğinə faiz borcu MMin 445.7-ci maddəsinə əsasən illik 5%-lə 236.339,01 manat x 5%/12 ayx 8 ay=7877,96 manat hesablamalıdır.

52. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 404.1, 404.2, 442, 567, 598.1, 449.1 və 445.7-ci maddələrinə, MPM-in 77.1 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli və 2022-ci il ## ##### tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.

53. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

54. MM-in 425.1, 425.2, 442-ci maddələri üzrə- iddia ərizəsində tələb edilən məbləğ üzrə malların alıcıya çatdırılmasını və ya təhvil verilməsini sübut etmək vəzifəsi iddiaçıya aiddir. Təqdim edilmiş qaimələrin üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq tərəfindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən iddia tələbi təmin edilə bilməzdi. Göründüyü kimi, iddia tələbində göstərilən məbləğdə malların alıcı olaraq cavabdehə təqdim edilməsini təsdiq edən heç bir mötəbər dəlil olmadığı halda, apellyasiya instansiyası kollegiyasının guya malların alıcıya təhvil veriməsi qənaətinə gəlməsi yanlışdır.

55. MPM-in 217.1, 217.3, 217.4, 218.1-ci maddələri üzrə-məhkəmə mübahisə üzrə mövcud olan və tərəflər arasında bağlanmış müqavilələrə fərqli yanaşmalar nümayiş etdirmiş, gah iddiaçının müqavilə şərtlərinə uyğun hərəkət etdiyini göstərərək, malları cavabdehə təhvil verdiyini əsas gətirmiş, malların müqavilə şərtlərinə əsasən təhvil-təslim aktı əsasında verilməsi nəzərdə tutulan müqavilə üzrə belə bir təhvil-təslim aktlarının olmadığı halda, işgüzar adətləri önə çəkərək, malların guya təhvil-təslim aktı olmadan təhvil verildiyini israr edir.

56. Apellyasiya instansiyası mülki prosessual qanunvericviliyin tələblərini pozaraq, iş üzrə sübutetmə yükünün yanlış bölüşdürülməklə, “qaimə var + qismən ödəniş var, mal verilib” qənaətinə gəlmişdir. Bu yanaşma hüquqi baxımdan qüsurludur. MPM-ə görə sübutetmə yükü iddiaçının üzərindədir və malın həqiqətən təhvil verilməsini və öhdəliklərin müqaviləyə uyğun icra edilməsini iddiaçı sübut etməlidir. İş materiallarında iddiaçının ödənişini tələb etdiyi malların təhvil-təslim aktı, daşınma sənədləri və qəbul aktı olmadığı halda, məhkəmə iddianı təmin edib. Beləliklə, apellyasiya instansiyası sübutetmə yükünü cavabdehin üzərinə keçirmiş və MPM-in sübutetmə qaydalarını pozmuşdur.

57. Bundan başqa, müqavilədə açıq şəkildə malların təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi barədə imperativ şərt olsa da, apellyasiya instansiyası tərəfindən Müqavilə şərtlərinin kobud şəkildə nəzərə alınmamış, “tərəflər ümumiyyətlə akt tərtib etməyib ona görə tələb etmək olmaz” kimi qənaətə gəlməsi yanlışdır. Müqavilə şərtinin ləğv olunmadığı halda, tərəflərin öz hüquqlarından istifadə etməməsi həmin şərti hüquqi qüvvədən salmır. Əksinə, şərtə əməl olunmaması icranın sübuta yetirilməməsi deməkdir. Məhkəmə müqavilənin məcburi şərtini faktiki olaraq tətbiq etməməklə MM-in 425-ci maddəsinin tələblərini pozmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsi “qismən ödənişi” səhv hüquqi qiymətləndirmişdir. Apellyasiya instansiyasının “ödəniş edilməsinin borcun etiraf olunması” kimi təqdim edilməsi hüquqi realıqdan kənardır. Qismən ödəniş yalnız konkret öhdəlik üzrə ola bilər, qismən ödəniş-xüsusilə də ödəniş təyinatı konkret qaimələrə bağlıdırsa, bütün qaimələr üzrə borcun qəbul edilməsi demək deyil. Bu halda isə məhkəmə ödənişlərin təyinatını araşdırmadan ümumiləşdirilmiş nəticə çıxarmışdır. Ən sonunda, apellyasiya instansiyası iddiaçı tərəfindən verilmiş pretenziyaya cavab verilməməsini borcun etirafı kimi qiymətləndirsə də, bu hüquqi baxımdan yanlış yanaşmadır. Susma - borcun etirafı sayıla bilməz və yalnız qanunda nəzərdə tutulan halarda hüquqi nəticə yaradır. Məhkəmə isə susmanı hüquqi etiraf kimi qiymətləndirməklə maddi hüququ səhv tətbiq etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

60. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının hədləri çərçivəsində tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...” “Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. ...”

“Maddə 569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ...”

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özü özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. ...” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi ... 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir. ...” 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə- fakturanın verilmə tarixi sayılır. ...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi ... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. ...”

65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

68. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmaması və sübut olmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.

70. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar