Məhkəmə qərarları › İş №2-2(1-8)-322/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-322/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-322/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdeh “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı qismində “Elektro İnşaat” MMC ilə alıcı qismində “Enerji İnşaat” MMC arasında 2022-ci il # ###### tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair “müqavilə”yə əsasən satıcı özünə məxsus olan nəqliyyat vasitəsini satır: markası Lexus RX300 minik; dövlət qeydiyyat nişanı: **-AS-***; buraxılış ili: 2018; mühərrik ili: W86452; ban nömrəsi: JTJBAMCA302055240; ##.##.2022-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD****** nömrəli qeydiyyat şəhadətnaməsi. Nəqliyyat vasitəsi 51000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən, “Elektro İnşaat” MMC-nin təsisçisi və qanuni təmsilçisi qanuni nümayəndə1dur. Çıxarış 2024-cü il # #### tarixində verilmişdir.

3. Nərimanov rayon Məhkəməsinin 2023-cü il # ###### tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə “Elektro İnşaat” MMC ilə qanuni nümayəndə2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 2022-ci il ## ###### tarixli **/** nömrəli əmrin ləğv edilməsi, qanuni nümayəndə2 “Elektro İnşaat” MMC- də direktor vəzifəsinə bərpa edilməsi və ona 2022-ci il ## ###### tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il ## ###### tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 2(005) ****/**** nömrəli, 2023-cü il # ###### tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il ## #### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə qanuni nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi, qanuni nümayəndə1 barəsində ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2023-cü il ## ###### tarixli, 1(002) ***/**** nömrəli hökmü ilə qanuni nümayəndə2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi və bu maddə ilə cinayət təqibinə xitam verilməsi, qanuni nümayəndə2 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1-ci maddəsi ilə 3500 manat məbləğində, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılmaqla, qanuni nümayəndə2 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, qanuni nümayəndə2 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.4cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 4000 manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## #### tarixli, 1(103)- ***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs qanuni nümayəndə2 müdafiəçisi İsgəndərov Habil Mirzəhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, 2023- cü il 26 dekabr tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2024 cü il 12 dekabr tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2024-cü il tarixli, 1(103)- ***/**** nömrəli qərarının məhkum qanuni nümayəndə2 müdafiəçisi İsgəndərov Habil Mirzəhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. “Elektro İnşaat” MMC tərəfindən “Enerji İnşaat” MMC-yə göndərilmiş pretenziya məktubuna əsasən, cavabdehdən 5 iş günü ərzində avtomobilin mülkiyyətə verilməsi ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, hüquqi şəxsin adına verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, yeni qeydiyyat şəhadətnaməsinin “Elektro İnşaat” MMC-nin adına verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı “Elektro İnşaat” Məhdud Məsuliyyəti Cəmiyyəti ( bundan sonra-“iddiaçı”) cavabdeh “Enerji İnşaat” Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində tərəflər arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış 2022-ci il # ###### tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr ayında X3 direktor vəzifəsində işlədiyi iddiaçının təsisçisi qanuni nümayəndə1 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar qanuni nümayəndə1 onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib, özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X1 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək, 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X2 vasitəsilə iddiaçıya məxsus möhür hazırlatdırıb, ##.##.2022-ci il tarixdə əmək və mülki hüquq münasibətlərinə xitam verilərək, həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə iddiaçıya məxsus "xxxx" markalı 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobilin guya 51000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət etmişdir. Həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu cavabdehin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs iddiaçıya 82000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Qaradağ rayon Məhkəməsinin 1(002)- ***/**** nömrəli, 2023-cü il ## ###### tarixli hökmündə qeyd edilmişdir ki, "xxxx" markalı, 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün iddiaçıya təhvil verilsin. Hazırda avtomobil iddiaçıda olsa da, faktiki olaraq onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, AR DİN-nin BDYPİ-nə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi olmamış, əmlakın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi də X3 tərəfindən sənədlərin saxtalaşdırılması yolu ilə aparılmış 2022-ci il # ###### tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin bu sahədə yaratmış olduğu təcrübəyə əsasən hazırda qanuni nümayəndə2 "xxxx" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı saxta sənədlər hazırlayaraq 2022-ci il # ###### tarixdə özünün təsis etdiyi cavabdehə satması özlüyündə əhəmiyyətsiz əqd hesab edilə bilər. Belə ki, hazırkı iş üzrə preyudisial xarakter daşıyan cinayət işləri üzrə məhkəmə hökmlərindən də görünür ki, qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsindən çıxarıldığını bildiyi halda sənədləri saxtalaşdırmaqla alqı-satqı müqaviləsini həyata keçirmiş, burada birtərəfli qaydada iradə ifadə formasını bildirmişdir. O, həmin dövrdə faktiki olaraq "xxxx" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmamış, başqasının mülkiyyətini özünün təsis etdiyi şirkətin mülkiyyətinə keçirmişdir. Burada Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 389.1-ci maddəsinin tələbləri pozulmuşdur, yəni iddiaçının təsisçisinin iradə ifadə forması nəzərə alınmamış, müqavilə bağlanarkən mülkiyyətçi iştirak etməmişdir. AR Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, hazırkı əqd etibarsızdır. Bu mübahisələndirilən deyil, məhz əhəmiyyətsiz əqdlərə aiddir. Belə ki, həmin qərarın mahiyyətinə görə mübahisələndirilən əqdlərdə əqdin etibarsızlığı onun forma və məzmununda yaranmış mübahisələrdən irəli gəlir, yəni hər iki tərəf burada iştirak edir, lakin sonradan müqavilədə yaranmış anlaşılmazlıqla bağlı tərəflərdən biri bunu mübahisələndirir. Lakin bu halda mülkiyyətçi müqaviləni imzalamamış, bu barədə iradə ifadəsini bildirməmişdir. Alqı-satqı müqaviləsinin saxtalaşdırıldığı məhkəmə hökmü ilə sübuta yetirilmiş sənədlərlə həyata keçirilmişdir.

10. Cavabdehin iddia ərizəsinə dair təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, “Lexux RX ***” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin sentyabr ayında iddiaçının adına dövlət qeydiyyyatından keçirilmişdir. Həmin vaxt iddiaçının 100% təsis payı qanuni nümayəndə2 məxsus olmuşdur. MMC-nin təsisçisi olan qanuni nümayəndə2lə arvadı L.Musayevanın vəsaiti hesabına MMC-nin adına alınmış avtomobil alındığı gündən 2023-cü ilin yanvar ayınadək L.Musayevanın faktiki sahibliyində və istifadəsində olmuşdur. MMC-nin adından etibarnamə əsasında L.Musayeva tərəfindən idarə olunan avtomobil heç vaxt iddiaçının sahibliyində və istifadəsində olmamışdır. Bu faktı iddia ərizəsində iddiaçı özü də təsdiq etmişdir. Yalnız 2023-cü ilin yanvar ayında qanuni nümayəndə1 qanuni nümayəndə2 barəsində Qaradağ rayon Polis İdarəsinə şikayət əsasında cinayət işi başlandıqdan sonra müstəntiqin qərarı ilə avtomobil L.Musayevadan alınaraq saxlanca verilmişdir. İddiaçının yaradıldığı 2018- ci ildən 100% təsisçisinin qanuni nümayəndə2 olması, həmin il avtomobilin qanuni nümayəndə2 arvadı L.Musayevanın vəsaiti hesabına MMC-yə təsisçinin adından qoyulmuş pulun hesabına əldə edilməsi və formal olaraq MMC-nin adına dövlət nömrə nişanı ilə qeydiyyata alınması işin mübahisə doğurmayan halıdır. Məhz buna görə də 2020-ci ildə iddiaçının təsis payı qanuni nümayəndə2 adından qanuni nümayəndə1 adına formal rəsmiləşdirilmişdir. Yəni qanuni nümayəndə1 da bilirdi ki, MMC-nin adına qeydə alınmış 81 min manat dəyərində əldə edilmiş avtomobil MMC-yə məxsus deyil, L.Musayevaya məxsudur. Hazırkı mübahisəyə dair (“Elektro İnşaat” MMC-nin təsisçisi qismində) qanuni nümayəndə1la qanuni nümayəndə2 arasında mübahisə ilk dəfə 2023-cü ilin yanvar ayında yarandıqda da qanuni nümayəndə1 avtomobilə dair bağlanmış müqaviləni mübahisələndirməmiş, avtomobilin iddiaçıya qaytarılmasını tələb etməmiş, müqaviləni mübahisələndirməmişdir. İddiaçının istinad etdiyi cinayət işində məhz qanuni nümayəndə1 iddiaçının təsisçisi/direktoru kimi şikayət vermiş və iddiaçı həmin işdə zərərəçəkən kimi tanınmış, qanuni nümayəndə1 isə MMC-ni bütün cinayət təqibi icraatında təmsil etmişdir. Hazırki iş üzrə mübahisələndirilən 2022-ci il # ###### tarixli müqavilənin mövcudluğu və iddiaçının “hüquqlarını pozduğu”na dair 2023- cü ilin yanvar ayında polis orqanına şikayət edilmiş, məhkəməyə isə 2 il 2 aydan sonra müraciət edilmişdir. Alqı-satqı müqaviləsinin mövcudluğunu və “hüququnun pozulduğunu” bilən iddiaçı “hüququnun pozulduğunu” bildiyindən 2 il 2 ay keçməsindən sonra məhkəməyə iddia qaldırılmasına görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin də keçdiyi nəzərə alınmalıdır. Kəsici müddətin tətbiq olunması tərəflərin bunu bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən həyata keçirilməlidir. Təqdim edilən sənədlərdən müəyyən olunur ki, qanuni nümayəndə2 iddiaçını 2018-ci ildə təkbaşına təsisçiliyi ilə dövlət qeydiyyatından keçirmiş və direktoru olaraq müəssisənin fəaliyyətinə rəhbərlik etmişdir. İddaçı ilə qanuni nümayəndə2 arasında 2018-ci il 1 iyul tarixli müddətsiz əmək müqaviləsi bağlanılmaqla qanuni nümayəndə2 hüquqi şəxsin qanuni təmsilçisi səlahiyyəti ilə direktoru təyin edilmişdir. 2020-ci ildə qanuni nümayəndə2 MMC-nin təsis payını əvəzsiz olaraq (razılaşmaya görə formal) qanuni nümayəndə1 Həsən oğlunun adına alqı-satqı etmiş, lakin özü direktor vəzifəsində qalmaqla MMC-nin fəaliyyətinə rəhbərliyini davam etdirmişdir. Hazırda qanuni qüvvəsində olan Nərimanov rayon Məhkəməsinin 2023-cü il # ###### tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi, qanuni nümayəndə2lə iddiaçı arasında bağlanmış 2018-ci il # #### tarixli müddətsiz əmək müqaviləsinin xitamına (qanuni nümayəndə2 direktor vəzifəsindən çıxarılmasına) dair iddiaçının təsisçisi qanuni nümayəndə1 tərəfindən ##.##.2022-ci il tarixdə əmr verilməsi barədə qanuni nümayəndə2 hər hansı formada rəsmi məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və ya hər hansı digər sənəd təqdim edilməmişdir. İddiaçının adına qeydiyyatda olan avtomobilin qanuni nümayəndə2 tərəfindən direktor olaraq cavabdehə satılmasına dair müqavilənin Azərbaycan Respublikası DİN BDYPİ-də rəsmiləşdirildiyi 2022-ci il # ###### tarixdə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin mövcudluğundan qanuni nümayəndə2 məlumatı olmamışdır. 2023-cü ilin fevral ayında qanuni nümayəndə2 məlum olmuşdur ki, onunla iddiaçı arasında direktor vəsifəsinə dair bağlanmış 2018-ci il # #### tarixli müddətsiz əmək müqaviləsinə qanuni nümayəndə1 2022-ci il ## ###### tarixli Əmri ilə xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2023-cü il # ###### tarixli qətnaməsi ilə qanuni nümayəndə2 “Elektro-İnşaat” MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair” iddiası təmin olunmuş, ‘Elektro İnşaat” MMC üzrə qanuni nümayəndə1 tərəfindən verilmiş qanuni nümayəndə2lə əmək müqaviləsini xitamına dair 2022-ci il ## ###### tarixli əmrin ləğv edilməsi, qanuni nümayəndə2 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2024-cü il ## ###### tarixli (№ *(103)- 1134/2023) qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 2024-cü il ## #### tarixli (№ *(102)-2052/2024) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış, qətnamə üzrə icra vərəqəsi 2024-cü il # ###### tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş 2025-ci il # ###### tarixdə qeydə alınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, 2024-cü il ## ###### tarixdə qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi qanuni nümayəndə1 əmri qanunsuz olduğundan ləğv edilmiş, qanuni nümayəndə2 direktor vəsifəsinə bərpa olunmasının hüquqi nəticəsi də odur ki, qanuni nümayəndə2 2022-ci il 8 dekabr tarixli “avtomobilin alqı-satqı” müqaviləsini bağlayarkən, iddiaçının direktoru qismində səlahiyyətli şəxs olmuşdur. İddiaçının 2018-ci il ## ###### tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış (Qeydiyyat № **********) Nizamnaməsinin 5-ci bəndində Cəmiyyətin icra orqanının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında: 5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir: -...öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir... Bir daha qeyd edilir ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən müqaviləni bağlayarkən qanuni nümayəndə2 həm iddiaçının, həm də cavabdehin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. MM-in 91-2.1-ci maddəsinin tələbinə əsasən və hər iki MMC-nin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada, məhdud məsuliyyətli cəmiyyətin adından müqavilələr bağlamaq səlahiyyəti qanuni nümayəndə2 məxsus olmuşdur və belə müqavilənin bağlanmasına həmin vaxt iddiaçının təsisçisinin yazılı razılığının alınmasına zərurət olmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir (hakim Z.Axundova).

12. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gələrkən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü, həmin hökmlə müəyyən olunan hallar və müvafiq olaraq yuxarı instansiya məhkəmələrinin yuxarıda qeyd olunan qərarları nəzərə alınmışdır. Həmin hökmlə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması zamanı qanuni nümayəndə2 iddiaçının direktoru olduğu halda həmin şirkətin qanuni təmsilçisi (yəni sahibi) qanuni nümayəndə1 ilə şirkətin idarə olunması ilə bağlı aralarında baş vermiş mübahisəni qanuni yolla, yəni mülki qanunvericiliyin tələblərinə uyğun həll etməli olduğu halda bunu etməyərək, şirkətə məxsus "Lexus RX300" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, möhürün həmin şirkətdə faktiki saxlanıldığını bilə-bilə, Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna möhürün itməsi barədə yalan məlumat verməklə oradan arayış almağa müvəffəq olmuş, bundan sonra həmin arayışı və təsisçisi olmadığı halda iddiaçının qanuni təmsilçisi və direktoru olması barədə qüvvədə olmayan 2018-ci ilə aid sənədləri möhür düzəltmə məntəqəsinə təqdim edərək möhür düzəldən R.Məmmədova da yalan məlumatlar verərək, aldatmaqla yeni möhür əldə etməsinə nail olmuş və saxta yolla əldə etdiyi həmin möhürdən istifadə etməklə iddiaçının balansında olan avtomobili özünün yeni yaratdığı cavabdehin balansına keçirmək məqsədi ilə formal olaraq alqısatqı müqaviləsinin bağlanmasına nail olmuşdur.

13. . “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29- cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında deyilir: “müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## #####, T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli və s. Qərarları).”

14. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarında deyilir: “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarı).

15. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, müqavilədə iki tərəf qeyd olunsa da, əslində müqavilə birtərəfli olmuşdur, yəni həmin “müqavilə” yalnız bir tərəfin - hazırkı cavabdehin iradə ifadəsi olmuşdur. İddiaçının isə tərəf kimi iradə ifadəsi olmamış, "müqavilə" iddiaçını, iddiaçının qanuni maraqlarını təmsil edən səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. "Müqavilə" yalnız cavabdehin mənafeyi, maraqları, yaxud Ə.Musayevin öz şəxsi maraqları əsas götürülmüş, “satıcıya” “satılan” nəqliyyat vasitəsinə görə hər hansı məbləğ ödənilməmişdir. Hhalbuki “müqavilə”də 51000 manat qiymət qeyd olunur. Eləcə də, hökmdə qeyd olunur ki, ..."Elektro İnşaat" MMC-yə məxsus möhür hazırlatdırıb, 2022-ci il ## ###### tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda 2022-ci il # ###### tarixində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə "Elektro İnşaat" MMC-yə məxsus "Lexus RX300" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhür və imzası ilə təsdiq edib, rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçisi olduğu cavabdehin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib, zərərçəkmiş hüquqi şəxs iddiaçıya 82.000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir

16. İddiaçı ərizəsində qeyd etmişdir ki, Qaradağ rayon Məhkəməsinin 1(002)- ***/**** nömrəli, 2023-cü il ## ###### tarixli hökmünə əsasən "xxxx" markalı, 90- AS- 211 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya təhvil verilmişdir. Hazırda avtomobil iddiaçıda olsa da, faktiki olaraq onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, AR DİN-nin BDYPİ-nə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi olmamış, əmlakın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi 2022-ci il # ###### tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması qeyd edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir # ##### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.”... “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”

18. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 337.1, 337.3 və 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli, 1# ##### 2021-ci il tarixli və ## ##### 2023-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-“MPM”) 14.2, 76.1, 77, 82.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşmış, apelyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 2022-ci il ## ###### tarixli **/** nömrəli əmrə əsasən iddiaçı ilə qanuni nümayəndə2 arasında olan əmək münasibətlərinə xitam verilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2023cü il # ###### tarixli qətnaməsi ilə qanuni nümayəndə2 “iddiaçıya qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair” iddiası təmin olunmuş, ‘iddiaçı üzrə qanuni nümayəndə1 tərəfindən verilmiş qanuni nümayəndə2lə əmək müqaviləsini xitamına dair 2022-ci il ## ###### tarixli əmrin ləğv edilməsi, qanuni nümayəndə2 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini 2024-cü il ## #### tarixdə (AR Ali Məhkəmənin MK-nın ##.##.2024-cü il tarixli,(№ *(102)- 2052/2024) almış, qətnamə üzrə icra vərəqəsi 2024-cü il # ###### tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş 2025-ci il # ###### tarixdə qeydə alınmışdır. Göründüyü kimi qanuni nümayəndə2 ilə iddiaçı arasında 2022ci il ## ###### tarixdən 2025-ci il # ###### tarixədək əmək münasibətləri mövcud olmamış, “xxxx” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin tarixi də həmin dövrdə yəni 2022-ci il ## ###### tarixdən sonra # ###### 2022ci il tarixdə bağlanmışdır.

22. Məhkəmə kollegiyası iddaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunvericilklə müəyyən edilmiş kəsici müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddaçı tərəfindən hüququnun pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ###### tarixli qərarı ilə öz təsdiqini tapdığından əqdin mübahisələndirilməsi üçün müddətin başlangıcı 2024-cü il ## ###### tarixdə başlamış 2025-ci il ## ###### tarixdə başa çatmışdır. İş materiallarına əsasən, iddiaçı qanunveriliklə müəyyən edilmiş 1 illik müddət daxilində 2025-ci il ## #### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə əsasən, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

23. asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və MM-in 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki , birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.1,337.5, 339.1, 339.4, 354.2, 390.2, 404 və 425-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli və ## ##### 2023-cü il tarixli Qərarlarına, MPM-in 14.1, 14.2, 76.1 və 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

27. MM-in 337-ci maddəsi üzrə- apellyasiya instansiyası məhkəməsi MM-in 337-ci maddəsinin məzmununu sadalasa da, iş üzrə müəyyən edilmiş hallara uyğun təfsir etməmiş və əslində iddianın rədd edilməsinə əsas olduğu halda, həmin müddəanı iddianın təmini əsası kimi tətbiq etmişdir. Halbuki, MM-in 337-ci maddəsi ümumi norma olmaqla, əqdlərin etibarsızlığının ümumi qaydalarını tənzimləyir. MM-in 339-347-ci maddələrində isə əqdlərin etibarsızlığının ayrı-ayrı əsasları nəzərdə tutulmuşdur ki, məhz həmin müddəalarda əks olunan dispozisiya şərtlərinə uyğun gələn həqiqi hüquqi hallar müəyyən edildikdə, məhkəmə əqdin etibarszılığının konkret əsasını-bu halda əhəmiyyətsizliyin növünü göstərməklə “müqavilənin etibarsızlığı” nəticəsinə gələ bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində belə bir əsaslandırma, hüquqi mövqe mövcud deyildir. Əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün MM-in 337.1, 337.4 və 337.5-ci maddələrinin müddəalarında göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əmlakın alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Buradan belə nəticə çıxır ki, hazırki iş üzrə etibarsızlığı tələb olunan alqı-satqı müqaviləsinin bağlanması zamanı yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət olunduğuna, iddiaçının icra orqanı/direktoru qismində qanuni nümayəndə2 səlahiyyətli olması Nərimanov rayon məhkəməsinin qanuni qüvvəsində olan qətnaməsi ilə müəyyən olunduğuna, eyni zamanda, cavabdehin də icraorqanı/direktorunun qanuni nümayəndə2 olması işin mübahisəsiz halı kimi qəbul edildiyinə, bununla da əqdin subyektlərinə dair tələbə cavab verdiyinə, əqdin tərəfləri arasında iradə və onun ifadəsinin vahidliyinin mövcudluğu müəyyən edildiyinə, eləcə də alqı-satqı əqdinin qanunvericiliyin tələblərinə uyğun qaydada və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya riayət edilməklə bağlandığına və rəsmiləşdirildiyinə görə iddiaçının irəli sürdüyü və məhkəmənin qəbul etdiyi formal mülahizələr mübahisələndirilən əqdin etibarsızlığına əsas ola bilməz. Beləliklə, “Avtomobilin alqısatqısına dair” Müqavilənin etibarsız hesab edilməsinə dair əsaslar mövcud olmadığı halda, məhkəmə Kollegiyası MM-in 337-ci maddəsini yanlış təfsir etmiş,iddia tələbini təmin etməklə qanunsuz nəticəyə gəlmişdir.

28. MM-in 91-2.1-ci maddəsi üzrə- iddiaçının Nizamnaməsinin 5-ci bəndində Cəmiyyətin İcra Orqanının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında: 5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir: -...öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlayır, vəkalətnamələr verir. Məhkəmələr hesab etmişlər ki, hazırki iş üzrə mübahisə predmeti olan “Avtomobilin alqı-satqısına dair” Müqavilənin bağlandığı vaxt həmin müqaviləni iddiaçının adından imzalayan qanuni nümayəndə2 iddiaçının direktoru olmamışdır,yəni, müqavilə “səlahiyyəti olmayan şəxs” tərəfindən imzalanmışdır. qanuni nümayəndə2 2022-ci il # ###### tarixdə MMC-nin direktoru/icra orqanı olmaması barədə məhkəmələrin gəldiyi nəticə yanlışdır. Belə ki, Nərimanov rayon məhkəməsinin qanuni qüvvəsində olan 2023-cü il # ###### tarixli qətnaməsi ilə müəyyən olunur ki, 2022-ci il ## ###### tarixdə qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi qanuni nümayəndə1 əmri qanunsuz olduğundan ləğv edilmişdir. Qətnamənin icrası qaydasında qanuni nümayəndə2 iddiaçının direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş 2025-ci il # ###### tarixdə qeydə alınmışdır. İşin materialında olan əmək müqaviləsinin bağlanmasına dair elektron bildirişdən göründüyü kimi, qanuni nümayəndə2lə MMC-nin direktoru vəzifəsində 2018-ci il # #### tarixli müddətsiz əmək müqaviləsi mövcuddur. qanuni nümayəndə2 məhkəmə qətnaməsinin icrası qaydasında direktor vəzifəsinə bərpa olunmasının hüquqi nəticəsi isə odur ki, qanuni nümayəndə2 əmək müqaviləsinə xitam verilməsinə dair iddiaçının təsisçisinin 2022-ci il 24 noyabr tarixli əmrinin heç bir hüquqi nəticəsi yoxdur, həmin əmr verildiyi tarixdən qanunsuzdur. Beləliklə, məhkəmə qətnaməsi 2025-ci il # ###### tarixdə icra olunmasına baxmayaraq, qətnamənin icrasının hüquqi nəticəsi odur ki, qanuni nümayəndə2 “avtomobilin alqı-satqı” müqaviləsini bağlayarkən iddiaçının direktoru/icra orqanı olmuşdur. İşin bu faktiki halllarına Mülki Məcəllənin 91-2.1-ci maddəsini tətbiq etdikdə və iddiaçının Nizamnaməsinin 5-ci bəndinin tələbininəzərə aldıqda belə nəticə çıxır ki, qanuni nümayəndə2 direktoru olduğu MMC-nin əmlakının satılmasına dair müqavilə imzalamağa səlahiyyətli olmuşdur. Bu isə o deməkdir ki, məhkəmələrin əqdin subyekt tərkibinə dair gəldiyi qənaət yanlışdır. Yuxarıda izah olunduğu kimi, qanuni nümayəndə2 direktor/icra orqanıolaraq müqaviləni imzaladığına görə, əqdin subyekt tərkibinə dair qanunvericiliyin tələbi ödənilmiş olur.

29. Əqdin formasına gəldikdə isə, “Avtomobilin alqı-satqısına dair” müqavilə yazılı qaydada tərtib olunmuş, satıcı və alıcı qismində iştirak edən hüquqi şəxslərin səlahiyyətli şəxsinin (direktor/icra orqanı) imzası və MMC-nin möhürü ilə təsdiqlənmişdir.Müqavilə müvafiq icra hakimiyyəti orqanı-DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsi tərəfindən qeydə alınaraq müvafiq rəsmiləşdirilmə aparılmışdır. Deməli, burada əqdin formasına dair qanunvericiliyin tələbinə də əməl olunmuşdur. Müqavilənin məzmunu da qanunvericiliyin tələbinə uyğundur, avtomobilin alqı-satqısına dair tələblərə riayət olunmuşdur. Belə ki, müqavilənin məzmunundan göründüyü kimi, əqddə iştirak edən bir hüquqi şəxs (“Elektro İnşaat” MMC) satıcı, digər hüquqi şəxs(“Enerji İnşaat” MMC) alıcı qismində ştirak edir. Alqı-satqı predmeti var, tərəflərin hüquq və öhdəlikləri müəyyənləşmişdir.

30. Müqavilənin tərəfləri olan iddiaçı və cavabdehin hər ikisinin direktorunun eyni şəxs-qanuni nümayəndə2 olması qanunvericiliyin tələbinə zidd deyildir. Təcrübədə çox hallar var ki, eyni şəxs bir neçə MMC-nin icra orqanı/direktoru olur və onun bu statusda çıxış etməsi qanunvericiliyin tələbinə zidd deyildir. Bu halda da qanuni nümayəndə2 mücərrəd varlıq olan hüquqi şəxsin icra orqanı/direktoru kimi, MM-in 91-2.1-ci maddəsi və hər iki MMC-nin Nizamnaməsi ilə malik olduğu səlahyyətdən qanunauyğun istifadə edərək müqaviləni bağlamışdır. Həmin Müqavilə səlahiyyətli icra hakimiyyəti orqanı (DİN BDYPİ) tərəfindənqeydə alınaraq onun hüquqi nəticələri rəsmiləşdirilmiş, avtomobilə cavabdehin mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Yuxarıda göstərilənlərdən başqa, nəzərə alınmalıdır ki, iddiaçının və məhkəmələrin MMC-nin “İcra orqanı” ilə “qanuni təmsilçi” anlayışlarını qarışdırması və eyniləşdirməsi də yuxarıda istinad olunan Mülki Məcəllənin müddəalarının yanlış təfsirinin nəticəsidir. Nəzərə alınmalıdır ki, “Qanuni təmsilçi” - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanunun məqsədləri baxımından hüquqi şəxsi müvafiq qeydiyyat orqanında təmsil etmək üçün təyin olunan şəxsdir.

31. MM-in 354.1-ci maddəsinin tələbləri üzrə- apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının MM-in 354.1-ci maddəsində müəyyənləşdirilmiş kəsici müddətin ötürülməsi ilə iddia qaldırıldığını düzgün qiymətləndirməmişdir. Apellyasiya Məhkəməsi yanlış olaraq o nəticəyə gəlmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddəti –2024-cü il ## ###### tarixdən – Qaradağ rayon məhkəməsinin hökmü üzrə Ali Məhkəmənin qərarının qəbul edildiyi andan başlanır. Halbuki, işin materialında kifayət qədər dəlillər-sübutlar var ki, iddiaçı (təsisçi/qanuni təmsilçi qanuni nümayəndə1 şəxsində) hələ 2023-cü ilin # ###### tarixində Qaradağ rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq, qanuni nümayəndə2 tərəfindən “qanunsuz olaraq iddiaçıya məxsus avtomobilin qaytarılmaması və öz şirkətinin adına keçirməsini” bildirmişdir. Qaradağ rayon məhkəməsinin hökmündən də müəyyən olunduğu kimi, iddiaçı müqaviləni mübahisləndirməmişdir. Halbuki, aparılan cinayət təqibi çərçivəsində zərəçəkmiş şəxsin mülki iddia qaldırmaq, hazırki iddia tələbini o zaman irəli sürmək hüququ və buna prosessual imkanı var idi. Hazırki iş üzrə mübahisələndirilən müqavilənin mövcudluğu və iddiaçının “hüquqlarını pozduğu”na dair 2023-cüilin yanvarın 6-da polis orqanına şikayət edilmiş, məhkəməyə isə 2 il 2 aydan sonra müraciət edilmişdir. Alqı-satqı müqaviləsinin mövcudluğunu və “hüququnun pozulduğunu” bilən “Elektro İnşaat” MMC “hüququnun pozulduğunu” bildiyindən 2 il 2 ay keçməsindən sonra məhkəməyə iddia qaldırılmasına görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə, hazırki iddianı irəli sürmüşdür.

32. MPM-in 2.2, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya Məhkəməsi işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüququ yanlış təfsir etmiş, tətbiq edilməli olmayan hüququ tətbiq etmiş, iddianın rədd edilməsi əsası kimi tətbiq edilməli olan hüququ tətbiq etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. İddiaçı ilə cavabdeh arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış ##.##.2022-ci il tarixli müqavilə əhəmiyyətsiz müqavilə olduğundan bağlandığı andan etibarsızdır. Şikayətində ##.##.2022-ci il tarixli müqaviləni bağlayarkən qanuni nümayəndə2 həm "Elektro İnşaat" MMC-nin direktoru, həm də “Enerji İnşaat" MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmasını qeyd etmişdir. Bununla bağlı bildirilməlidir ki , əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2022-ci il tarixli **/** nömrəli əmrə əsasən “xxxx" MMC ilə qanuni nümayəndə2 arasında olan əmək münasibətlərinə xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə qanuni nümayəndə2 “Elektro-İnşaat” MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair" iddiası təmin olunmuş, 'xxxx" MMC üzrə qanuni nümayəndə1 tərəfindən verilmiş qanuni nümayəndə2lə əmək müqaviləsini xitamına dair ##.##.2022-ci il tarixli əmrin ləğv edilməsi, qanuni nümayəndə2 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini ##.##.2024-cü il tarixdə (AR Ali Məhkəmənin MK-nın ##.##.2024-cü il tarixli,(№*(102)-2052/2024) almış, qətnamə üzrə icra vərəqəsi ##.##.2024-cü il tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında qanuni nümayəndə2 "Elektro İnşaat" MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi qanuni nümayəndə2 ilə “Elektro İnşaat" MMC arasında ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək münasibətləri mövcud olmamış, "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin tarixi də həmin dövrdə yəni ##.##.2022-ci il tarixdən sonra ##.##.2022-ci il tarixdə bağlanmışdır. Hazırda mübahisələndirilən əqd əhəmiyyətsiz əqddir.

Kassasiya baxışının hədləri

34. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. ...”

“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ...” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir # ##### 2021-ci il tarixli Qərarında qeyd olunur: ... “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. ...”

38. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: ... Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarı). ...”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar …” 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

41. Kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eynilik təşkil edir.

42. Məhkəmə kollegiyası cavabdehin kassasiya dəlillərinin cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü (bax § 5,6, 12) ilə təkzib olunmasını nəzərə alaraq, həmin dəlilləri iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

43. Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.

45. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar