Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-405/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ərizəçi Azərbaycan Respublikasının Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikasının Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi (bundan sonra-“ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” X1 Sosial Müdafiə Fonduna 2322,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (bundan sonra-“maraqlı şəxs”) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, “xxxx” Kiçik Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün ##.##.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan maraqlı şəxsin ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim N.Əhmədova). 3.Maraqlı şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ediməsi, iş üzrə yeni qərar qəbul edilərək ərizənin təmin edilməməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim S.Cəfərov, hakimlər E.Həsənov və T.Qocayev). 5. 6. 7.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 2025-ci il ## ###### tarixli qətnaməsi 2025-ci il ## ###### tarixdə ərizəçinin elektron kabinetinə yerləşdirilmişdir. Bununla da kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş iki aylıq prosessual müddətin axımıbaşlamış və həmin müddət 2026-cı il ## ###### tarixdə başa çatmışdır. Kassasiya şikayəti isə yalnız 2026-cı il ## ##### tarixində verilmişdir. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim edilmişdir. 8.Ərizəçi müddətin bərpası barədə vəsatətində «Vahid Məhkəmə Portalı»na daxil olarkən texniki xətaların baş verdiyini və müəyyən müddət ərzində qətnamənin tam mətnini görə bilmədiyini bildirsə də, həmin halların mövcudluğunu, davametmə müddətini və məhz kassasiya şikayətinin vaxtında təqdim edilməsini obyektiv surətdə mümkünsüz etdiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. 9.MPM-in 133.1-ci maddəsinə əsasən prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan, obyektiv xarakterli və prosessual hərəkətin müəyyən edilmiş müddətdə həyata keçirilməsini faktiki olaraq mümkünsüz edən hallar mövcud olduqda mümkündür. Belə halların real, davamlı və aradan qaldırılması mümkün olmayan maneə yaratdığı sübut edilməlidir.
10. Kollegiya həmçinin nəzərə almışdır ki, ərizəçi dövlət orqanı olmaqla peşəkar nümayəndə ilə təmsilçilik imkanlarına malikdir, “Elektron məhkəmə” informasiya sisteminin daimi istifadəçisidir və elektron kabinet vasitəsilə göndərilən məhkəmə aktlarına çıxış imkanına malik olmuşdur. Işin materiallarında ərizəçinin iddia etdiyi texniki nasazlıqla bağlı aidiyyəti orqanlara müraciət etməsi, sistem üzrə texniki dəstək tələb etməsi və ya həmin nasazlığın rəsmi qaydada qeydə alınmasına dair məlumat mövcud deyildir.
11. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, ərizəçinin öz vəsatətində qətnamənin Baş Idarəyə 2026-cı il ## #### tarixdə daxil olduğunu bildirməsi də müddətin hesablanmasına təsir etmir. Belə ki, MPM-in 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi müddətinin başlanğıcı kimi məhkəmə aktının elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada təqdim olunması müəyyən edilmişdir. Sonradan sənədlə faktiki tanış olunması və ya daxili kargüzarlıq qaydasında qeydə alınması prosessual müddətin yenidən hesablanmasına əsas vermir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin istinad etdiyi hallar prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz və buraxılmış müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir.
12. Ərizəçi tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
13. MPM-in 133-cü, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddələri üzrə- MPM-in 10-1.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetə yerləşdirilməsi tərəfə təqdim edilmə hesab olunsa da, bu norma tərəfin real şəkildə məhkəmə aktı ilə tanış olmaq imkanının mövcudluğunu istisna etmir. Tərəf sistemdə yaranmış texniki problem səbəbindən sənədin məzmununu əldə edə bilmədikdə, həmin hal prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab edilməlidir. MPM-in prosessual müddətlərin bərpasına dair 133-cü maddəsindəki müddəalarının mahiyyəti də tərəfin məhkəməyə çıxış hüququnun təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin məhkəmə tərəfindən formal yanaşma tətbiq edilərək qətnamənin yalnız “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmə faktına istinad olunması məhkəməyə əlçatanlıq hüququnun pozulmasına səbəb olmuşdur. Təqdim olunan kassasiya şikayətinin məzmunundan da göründüyü kimi kassasiya şikayətinin dəlilləri kifayət qədər əsaslıdır. Belə ki, vergi ödəyicisi tərəfindən ərizədə qeyd olunan borc məbləği ödənilmədiyi halda məhkəmə ərizənin rədd olunması barədə qətnamə çıxarmış, əsaslandırmanı formal səbəblərlə əlaqələndirmişdir. Göründüyü kimi hazırkı iş üzrə ədalətli məhkəmə araşdırmasının davam etdirilməsi zəruridir. Məhkəmənin ərizəçinin iddia etdiyi texniki nasazlıqla bağlı aidiyyəti orqanlara müraciət etməsi, sistem üzrə texniki dəstək tələb etməsi barədə iş materiallarında hər hansı məlumatın olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıq, yəni sənədin açılmaması halı ərizəçinin iradəsindən asılı olmayan texniki xarakterli maneədir. Qanunvericilikdə prosessual müddətin bərpası üçün texniki problem yarandıqda mütləq qaydada aidiyyəti üzrə müraciətin edilməsini tələb edən norma nəzərdə tutulmamışdır. Digər tərəfdən sistemə yüklənmiş məhkəmə sənədinin açılmaması həmin sənədin tərəfə lazımi qaydada çatdırılmasını istisna etdiyindən mövcud problemlə bağlı əlavə tədbirlərin görülməsinin ərizəçiyə aid edilməsi MPM-in tələblərinə ziddir. Texniki dəstəyə ayrıca müraciətin olmamasına əsaslanaraq məhkəmə tərəfindən müddətin bərpasından imtina edilməsi həddindən artıq formal yanaşma olmaqla məhkəməyə çıxış hüququnun mahiyyətinə uyğun hesab oluna bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
16. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”
“Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. ...” “Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.”
“Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ...”
“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ...”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
20. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsinin təmin edilməməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.