Məhkəmə qərarları › İş №2-2(1-8)-456/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-456/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-456/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı borcun silinməsi tələbi, Cavabdeh IB-nin “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbləri barədə birləşdirilmiş iddialar üzrə işə dair Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh IB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı “xxxx” MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh IB-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna aktlara görə hesablanmış 154.862,36 manat, qazdan istifadəyə görə isə qanunsuz hesablanmış 313.933,65 manat, cəmi 468.796,01 manat pul məbləğinin silinməsi, həmçinin məhkəməyə ödənilmiş 758,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, *************** nömrəli abonent kodu üzrə yaranmış 468.796,01 manat borc məbləğinin, iddia qaldırmaq üçün ödənilmiş 758,80 manat məbləğində dövlət rüsumunun, 1,14 manat bank xidmət haqqının iddiaçıdan alınaraq cavabdehin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli 2025-ci il ## ######## tarixli qərardadı ilə iddiaçı Cavabdeh IB-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair e-*-*(***)-****/**** nömrəli işin iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı borcun silinməsi tələbinə dair e-*-*(***)-****/**** nömrəli işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. 4.Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının borcun silinməsi barədə iddiasının rədd edilməsi, cavabdehin iddiasının təmin edilməsi, *************** saylı abonent kodu üzrə yaranmış 468.796,01 manat məbləğində borc, 758,8 manat məbləğində dövlət rüsumu və 1,14 manat məbləğində bank xidmət haqqının iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir (hakim N.Misirzadə). 5.Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 6.Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının “borcun silinməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna aktlara görə hesablanmış 154862,36 manat məbləğində borcun silinməsi və çəkilmiş məhkəmə xərclərinin 375,6 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə cavabdehin “borcun ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, *************** saylı abonent kodu üzrə yaranmış 313933,65 manat məbləğində debitor borcun, ödənilmiş dövlət rüsumunun 508,39 manat hissəsinin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Q.Əliyev, hakimlər T.Kərimov və C.Imanov). 7.Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. 8. 9.Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamənin cavabdehə rəsmi qaydada 2026-cı il # ##### tarixbydə təqdim edilməsinə (elektron kabinetə 2026-cı il ## #### tarixdə yerləşdirilib) və ona münasibətdə kassasiya şikayətinin verilməsinin son müddətinin # #### 2026-cı il tarixdə bitməsinə baxmayaraq, tərəfindən “Elektron məhkəmə” informasiya sistemi üzərindən kassasiya şikayəti 2026-cı il ## #### tarixdə verilmiş, bununla prosessual müddət ötürülmüşdür.

10. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

11. “Elektron məhkəmə”informasiya sistemində yaradılmış Azəriqaz IB-yə məxsus “elektron kabinet”dən əldə edilmiş çıxarışdan *-*(*-*)-*/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnamənin elektron kabinetə ## ##### 2026-cı il tarixində saat 19:55-də yerləşdirilmiş olması müəyyən edilmiş və vəkil qismində tərəfindən ## #### 2026-cı il tarixində iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilmişdir. Qeyd olunanlara və prosessual qanunvericiliyin tələblərinə əsasən 12 iyun 2026-cı il tarixinə kimi tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 ay prosessual müddəti ötürülməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”

“Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. ...” “Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

17. Belə ki, hazırki iş üzrə apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə cavabdehə rəsmi qaydada 2026-cı il # ##### tarixində təqdim edilməsinə (elektron kabinetə 2026-cı il ## #### tarixdə yerləşdirilib) və ona münasibətdə kassasiya şikayətinin verilməsinin son müddətinin # #### 2026-cı il tarixdə bitməsinə baxmayaraq, cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemi üzərindən kassasiya şikayəti 2026-cı il ## #### tarixdə verilmiş, bununla prosessual müddət ötürülmüşdür.

18. Ilk növbədə qeyd olunmalıdır ki, baxılan işdə, məhkəmə aktı iki üsulla-həm poçt rabitəsi vasitəsi ilə, həm də elektron qaydada kassatora təqdim olunmuşdur.

19. Belə olan vəziyyət, işdə iştirak edən şəxslərdə, prosessual müddətin axımının hansı tarixdən hesablanmalı olması ilə bağlı qeyri-müəyyənliklər yaratmaqla yanaşı, kommersiya mübahisələri üzrə icraatın elektron qaydada aparılmasının məcburiliyini müəyyən edən MPM-nin 10-1-ci maddəsi ilə qarşıya qoyulmuş vəzifələrlə, həmçinin məhkəmə xərclərinə qənaət prinsipi ilə ziddiyyət təşkil edir.

20. Məhkəmə kollegiyası kommersiya mübahisələri üzrə icraatın elektron qaydada aparıldığını nəzərə alaraq, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim olunduğu tarixin, prosessual müddətin hesablanması zamanı əsas götürülməsini MPM-nin 10-1 və 135.8-ci maddəsinin tələblərinə uyğun hesab edir. Buna görə də, kassasiya şikayətinin dəlilləri məhkəmə aktının elektron qaydada təqdim olunduğu tarix nəzərə alınmaqla qiymətləndirilir.

21. Işin materiallarından görünür ki, məhkəmə aktı 2026-cı ilin ## #### tarixində cavabdeh kassatora məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin kassator həmin aktı sistem vasitəsi ilə ## ##### 2026-cı il tarixində əldə etdiyini qeyd edir.

22. Kassasiya baxışı zamanı, iş üzrə mübahisəli olan həmin halın aydınlaşdırılması məqsədilə Ali Məhkəmənin «Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsi»ndən təqdim olunmuş ## #### 2026-cı il tarixli arayışda (rəydə) göstərilmişdir ki, qeyd olunan müraciətlə əlaqədar Məhkəmə Hüquq Şurası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2016-cı il ## #### tarixli, *-*(*-*)-*/****-*** saylı qətnaməsinin əsas sənədi Cavabdeh Istehsalat Birliyinin və həmin qurumun nümayəndəsi Nümayəndə elektron kabinetlərinə ## #### 2026-cı il tarixdə yerləşdirilsə də, bununla bağlı həmin proses iştirakçılarına ## ##### 2026-cı il tarixdə bildiriş göndərilmişdir.

23. Nəzərə alınmalıdır ki, elektron məhkəmə informasiya sisteminin yenilənmiş versiyası 2026-cı il ## #### tarixindən istifadəyə verilmişdir. Sistemin tətbiqinin ilkin mərhələsində sənədlərin elektron kabinetlərdə gec görünməsi, yerləşdirilmə tarixi ilə istifadəçinin kabinetinə faktiki daxil olma tarixi arasında fərqlərin yaranması halları, habelə elektron sistemin işində texniki uyğunsuzluqların olması baş vermişdir.

24. Iş üzrə mübahisə edilən qətnamə də sistemin yenilənmiş versiyasının istifadəyə verildiyi gün elektron sistemə yüklənmişdir. Bu şəraitdə işin materiallarında mövcud olan iki rəsmi elektron məlumat arasındakı fərq sənədin elektron kabinetə yerləşdirilmə tarixi ilə istifadəçinin elektron kabinetində əks olunma tarixinin üst-üstə düşmədiyini göstərir. Həmin uyğunsuzluq isə elektron məhkəmə informasiya sistemi ilə bağlı olduğundan, kassasiya şikayəti verən tərəfin xeyrinə həll olunmalıdır.

25. Göründüyü kimi, cavabdehin kassasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 408.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən «Elektron məhkəmə» informasiya sisteminə aid texniki məsələyə aydınlıq gətirilmədən qərardad qəbul edilməsi, qeyd olunan prosessual hüquq normasının pozulmasına gətirib çıxarmışdır

26. «.. şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il ## ##### tarixli Qərarı).

27. Qətnamənin 2026-cı il ## ##### tarixində cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi qəbul olunduqda müəyyən olunur ki, onun tərəfindən 2026cı il ## #### tarixində verilmiş kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət daxilində verilmiş hesab olunmalıdır.

28. Beləliklə, kassasiya şikayətinin geri qaytarılması üçün əsas kimi göstərilən müddətin ötürülməsi iş materiallarında olan bütün sənədlərlə təsdiq olunmadığından, kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün müvafiq prosessual hərəkətlər edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd olunanları və MPM-in 418.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kassasiya instansiyası məhkəməsinin icraatında saxlanılmalıdır.

30. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-*/**** nömrəli qərardadı ləğv edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(*-*)-*/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar